№01 (41) 10.01.2011 Fərqli düşüncə
11
Xocasəndə tutulan dindar nələr danışdı?
Dekabrın 24-də Bakının Xocasən
kəndindəki 103 saylı məktəbə
hücum etməkdə ittiham olunaraq
10 günlük cəza alan 3 nəfər kənd
sakinindən ikisi artıq azadlığa bu-
raxılıb. Onlardan biri Yusif
Əlikramoğlu AzadlıqRadiosuna
danışmağa razılaşdı.
«BİZ ŞÜŞƏ SINDIRMAMIŞIQ»
O deyir ki, ikinci sinifdə oxuyan nəvəsi
məktəbə başıbağlı gedirmiş. Məktəb
rəhbərliyi hicaba qadağa qoyandan
sonra onu və digər kənd sakinlərini mək-
təbə çağırıblar: «Mən də getdim. İçəridə
idilər. Dedilər komissiya var. Onlardan
ikisi çıxıb bizə dedi ki, niyə yığılmısız,
gəlib burda şüşələri sındırırsız. Dedik, biz
şüşə sındıran deyilik, bizə yaraşmaz.
Çağırıblar, gəlmişik».
- Nəvəm məktəbə gedəcək. Mən onu
bisavad böyütməyəcəyəm.
- Heç bir mübahisəniz olmadı?
- Yox. Sabahı günü 40-cı bölməyə
çağırdılar. Getdik. İzahat aldılar. Sonra
məhkəməyə apardılar. Dedilər ki, mək-
təbin direktor müavini Vaqif müəllim
sizdən şikayət edib, ona hədə-qorxu
gəlmisiz, məktəbin şüşəsini sındırmısız.
Dedim Vaqif müəllimin üzünü də gör-
məmişəm. Məhkəmədə hakimə dedim
«onda zərərçəkən də gəlsin». Dedi, «bir
də onu bura gətirəcəyik?». Dedim,
«necə olur, məni gətirirsiz?»
103 saylı orta məktəbin tədris işləri
üzrə direktor müavini Vaqif Quluzadə
isə dekabrın 27-də AzadlıqRadiosuna
bildirmişdi ki, 3 nəfərlə bağlı heç bir
şikayət olmayıb:
- Məktəbin şüşəsi sınıb və müəllimlər
otağının qapısına yazılıb yapışdırılıbmış
ki, bacımızı dərsə buraxmasanız məktəbi
yandıracağıq. Biz də o haqda hüquq-
mühafizə orqanlarına məlumat vermişik.
NƏNƏSİ GÜLSÜMÜ MƏKTƏBƏ
GÖNDƏRƏCƏYİNİ DEYİR
Dekabrın 24-dən sonra məktəbə get-
məyən ikinci sinif şagirdi Gülsüm
nənəsinin yanında oturmuşdu. Yanvarın
6-da məktəblərdə qış tətili qurtarır. Cav-
abı bu oldu.
Həmsöhbətimin həyat yoldaşı, özü də
başıbağlı olan Dürdanə Həşimova isə
bildirdi ki, yanvarın 6-da o, nəvəsini
məktəbə göndərəcək:
- Nəvəm məktəbə gedəcək. Mən onu
bisavad böyütməyəcəyəm. Ona təhsil
lazımdır. O, uşaqdır. Mənim 54 yaşım var.
Başımızı
bağlayan
vaxtımızdır,
bağlamışıq. Başıbağlı icazə verməsələr,
durub hökumətlə hökumətlik et-
məyəcəyik ki...
Kəbiran Dilavərli
“Məktəbə getmək istəyirəm. Özüm də
«4», «5» alıram”
Yeni ili qeyd etmək və yolka
bəzəmək, yaxud da Novruz bayra-
mında tonqal üstündən tullanmaq.
Özünü müsəlman sayan kəslər il-
lərdir formalaşan bu ənənələrə uy-
mağa necə baxırlar? İslam ümumi
adətlərdən çəkinməyə çağırır,
yoxsa onlara qaynayıb-qarışmağa?
YEN İL BAYRAMI - İSLAMA ZİDD
OLMAYAN ADƏTDİR
Mövzunu şərh edən dini yazar Kənan
Rövşənoğlu İslamın qızıl qaydasını xatır-
ladır – o adət ki şəriətlə əks deyil, İslam
onu qəbul edir: “Bayrama da belə
yanaşırıq. Yeni il bayramını adət kimi
qəbul edirik və müsəlmanların onu qeyd
etməsində problem yoxdur. Hətta bu
bayramı Həzrəti İsanın mövludu kimi
qeyd etsək belə, bu, gözəl adətdir”.
MİLADIN SANTA KLAUS KİMİ
DİNİ MOTİVLƏRİ VAR
İlahiyyatçı Ramin Vəkilov isə bayramı
qeyd edib-etməməyin hər bir kəsin şəxsi
işi sayır. Lakin İslamın bu məsələyə mü-
nasibətinə gəlincə, R.Vəkilov deyir ki,
Milad bayramı, sadəcə, İsanın ad
gününü qeyd etmək deyil, onun
mahiyyətində dini motivlər də var:
“Santa Klaus, yolkanın özü, yolkanın
ətrafında toplanmalar. Bütün bunlar dini
motivlərdir. Hər şey ondan asılıdır ki,
bayram necə təqdim olunur. Bayram
Noel günü, Santa Klaus kimi dini mo-
tivlərlə təqdim olunarsa, onda İslam
bunu qəbul edə bilməz. Və müsəlman-
lardan bunu dəstəkləməyi gözləmək,
zənnimcə, yersizdir”.
NOVRUZDA İSLAMIN
RAZILAŞMADIĞI
ELEMENTLƏR VAR
R.Vəkilov Novruzda da Tövhidin əksinə
olan ünsürlərin mövcudluğunu bildirir:
“Amma bu bayram baharın gəlişi kimi
qeyd edilirsə, başqa məsələ. Amma
bayramın mahiyyətinə ibadət key-
fiyyətlində olan bəzi elementlər, tövhidi
prinsipləri pozan şərtlər girdisə, artıq
bitdi, orda İslam öz sözünü deyib – bu
şeylər müsəlmanlar tərəfindən qəbul ol-
unmaz”.
MÜSƏLMANI YENİ İLƏ GÖRƏ
QINAMAQ OLMAZ
Kənan Rövşənoğlu isə Yeni il bayra-
mını qeyd etdiyinə görə, hansısa müsəl-
manı qınamağın düzgün olmadığını
söyləyir. Deyir ki, əgər dindar insan İs-
lamın təməl prinsiplərinə zidd olmayan
əməllər edirsə və bunların dinə ziddiyyəti
yoxdursa, onda İslam buna qarşı çıxa
bilməz: “Əgər İsanın mövludu ilə bağlı
ata öz övladlarına hədiyyə alırsa, yolka
bəzəyirsə, burda pis nə var, İslam necə
buna qarşı çıxa bilər? Əgər Noel günü
içki məclisi təşkil edilərsə, onda, təbii,
İslam bunu qadağan edəcək”.
İlkin Məmmədov
Müsəlmana Yeni il yolkası və Novruz tonqalı olmaz?