10
19.
Eyni zamanda, vacib məsələlərin müəyyənləĢdirilməsi, müzakirəsi və onların həlli üçün
ümumi əsasların tapılması məqsədilə bütün nəzarətedici təĢkilatların istehlakçıların
müdafiəsi departamentləri/cavabdeh rəsmiləri maliyyə sektorunda fəaliyyət göstərən
assosiasiyalar və istehlakçı təĢkilatları ilə müntəzəm Ģəkildə qeyri-formal kommunikasiya
mexanizmi yaratmalıdırlar. Sektor özünü-tənzimləməni həyata keçirə bildikdə bu cür
məsləhətçi panellər çox effektiv olur və nəzarətedici təĢkilatlar özünü-tənzimləmənin
onların öz iĢlərini daha səmərəli etdiyi üçün özünü-tənzimləmənin gücləndirilməsinə
çalıĢmalıdırlar.
Tədbir: Əsas maraqlı tərəflərlə qeyri-formal kommunikasiya mexanizmi yaratmaq
Təsviri: Ortaya çıxan məsələlər, təklif olunmuş qanunvericilik və biznes davranışına
nəzarətin nəticələrini müzakirə etmək və bütün maraqlı tərəflərə yeni hadisələr barədə
məlumat vermək və istehlakçıların müdafisənin təkmilləşdirilməsi ilə bağlı onlarla
əməkdaşlığın stimullaşdırılması məqsədilə nəzarətedici təşkilatlar, maliyyə sektorunda
fəaliyyət göstərən təşkilatlar və istehlakçı təşkilatları arasında rüblük görüşlər təşkil
etmək
Məsuliyyət daşıyan tərəflər: AMB, QKDK və MN müvafiq assosiasiyalar və istehlakçı
QHT-ləri ilə birlikdə
Son icra tarixi: 2010-cu ilin 3-cü rübünədək və sonra isə rüblük əsasda
20.
Effektiv nəzarətçilər istehlakçılar üçün potensial təhlükələrin aydınlaĢdırılması üçün
kifayət qədər alətlərə malik olmalıdırlar. Tənzimləyici nəzarət alətlərindən savayı (yəni,
daxili və xarici yoxlamaların nəticələri, nəzarətedici təĢkilatlar verilmiĢ Ģikayətlərin təhlili,
digər maraqlı tərəflərlə kommunikasiya) nəzarətedici təĢkilatlar xüsusilə potensial
müĢtərilərin düzgün məlumatlandırılması və bütün müvafiq məlumatların açıqlanması
nöqteyi nəzərindən satıĢ proseslərinin dərhal nəzarəti üçün rəsmi alət kimi virtual (sirli)
alıĢ-veriĢdən istifadə etmək hüququna malik olmalıdırlar. Hüquqi normalar elə formada
qəbul olunmalıdır ki, virtual (sirli) alıĢ-veriĢin nəticələrindən maliyyə institutuna qarĢı
sanksiya tədbirlərində istifadə oluna bilsin. Virtual (sirli) alıĢ-veriĢ nəzarətedici təĢkilat
tərəfindən qəbul olunmuĢ Ģikayətlərin bəzilərinin yoxlanılması üçün səmərəli Ģəkildə
istifadə oluna bilər.
21.
Bundan baĢqa, maliyyə institutlarının müĢtəriyə qarĢı ədalətsiz davranıĢ halları və ya digər
maliyyə institutları tərəfindən istehlakçının ehtiyacına uyğun olmayan maliyyə
məhsullarının satıĢı ilə bağlı məlumat öyrəndiyi təqdirdə nəzarətedici təĢkilatlara hesabat
vermələri hüquqi cəhətdən tələb olunmalıdır.
Tədbir: Virtual (sirli) alış-veriş və hesabatlılığa dair tələblər tətbiq etmək
Təsviri: Virtual (sirli) alış-verişin (nəzarətedicilər özlərini müntəzəm müştərilər kimi
göstərərək) nəzarət metodlarına daxil etmək və maliyyə təşkilatlarının istehlakçılara
qarşı onlara məlum olan pis rəftar halları ilə bağlı hesabat vermələrinin tələb
edilməsini təmin etmək, onlar belə etmədiyi təqdirdə sanksiyalar tətbiq etmək.
Məsuliyyət daşıyan tərəflər: AMB, QKDK və MN birgə əməkdaşlıq şəraitində
Son icra tarixi: 2011-cu ilin 2-ci rübünədək
22.
Nəzarətedici təĢkilatlar və onların cavabdeh olduqları sahələr üzrə ictimai məlumatlılıq
səviyyəsinin artırılması üçün bəzi ölkələr bütün maliyyə institutlarından onların
nəzarətedici təĢkilatlarını bütün ictimai kommunikasiyalarda, o cümlədən elanda
(reklamda) göstərmələrini tələb edir.
11
Tədbir: Maliyyə institutlarının bütün ictimai kommunikasiyalarında müvafiq
nəzarətedici təşkilatın adının göstərilməsini tələb etmək
Təsviri: Maliyyə institutlarının bütün ictimai kommunikasiyalarında (reklamlarda,
reklam vərəqələrində, veb-saytlarda və s.) müvafiq nəzarətedici təşkilatın adının
göstərilməsini hüquqi cəhətdən tələb etmək və bunun yerinə yetirilmədiyi təqdirdə
sanksiyalar tətbiq etmək
Məsuliyyət daşıyan tərəflər: AMB, QKDK və MN birgə əməkdaşlıq şəraitində
Son icra tarixi: 2010-cu ilin 4-cü rübünədək
23.
Qaydaları pozanlara qarĢı tədbirlərin görülməsi üçün ictimai tələb olduqda nəzarət həmiĢə
daha effective olur. Medianın diqqəti ilə yanaĢı, ictimai tələb istehlakçıların müdafiəsi
üzrə təsirli təĢkilatlarının olması ilə güclənir. Bununla belə, maliyyə məhsulları
mürəkkəbləĢdikcə nəzarətedici təĢkilatlar istehlakçıların müdafiəsi təĢkilatlarına maliyyə
məsələlərini öyrətməklə və maliyyə institutlarının pis rəftar edilmiĢ müĢtərilərinə effektiv
yardım edilməsi ilə bağlı biliklərin əldə edilməsinə Ģərait yaratmaqla onların potensialının
formalaĢdırılmasına köməklik göstərməlidir.
Tədbir: İstehlakçı təşkilatlarının potensialını formalaşdırmaq
Təsviri: İstehlakçı təşkilatlarının və medianın maliyyə institutları üçün effektiv əks
tərəf ola bilmələri məqsədilə onların nümayəndələrinə maliyyə məhsulları və
istehlakçıların hüquqları haqqında təlim keçmək
Məsuliyyət daşıyan tərəflər: AMB, QKDK və MN birgə əməkdaşlıq şəraitində
Son icra tarixi: 2010-cu ilin 3-cü rübündən başlamaqla davamlı şəkildə
24.
Ġstehlakçıların müdafiəsi üzrə effektiv institusional çərçivəsinin yaradılmasında son addım
kimi digər ölkələrdə əlaqələr Ģəbəkəsinin, o cümlədən seminarlar və heyətin təcrübə
mübadiləsinin inkiĢaf etdirilməsidir. Azərbaycanın dövlət təĢkilatları maliyyə xidmətləri
istehlakçılarının müdafiəsi sahəsində həm artıq formalaĢmıĢ təcrübəyə malik ölkələr (məs.
BirləĢmiĢ Krallıq və ya Ġrlandiya), həm də bu yaxınlarda bu sahəni inkiĢaf etdirməyə
baĢlamıĢ və hələ ilkin biliklərə malik ölkələri (Avropa Ġttifaqının bəzi yeni üzv ölkələri,
məs. Slovakiya, Macarıstan və ya Çexiya Respublikası) nəzərdən keçirməlidir.
Tədbir: Beynəlxalq əlaqələrin və şəbəkənin yaradılması
Təsviri: İstehlakçıların müdafiəsi üzrə məsul rəsmilərin xaricə səfər etməsi və digər
ölkələrində istehlakçıların müdafiəsi və bazar davranışına nəzarət alətlərini öyrənməsi
üçün imkanlar yaratmaq
Məsuliyyət daşıyan tərəflər: AMB, QKDK, MN
Son icra tarixi: 2010-cu ilin 2-ci rübündən başlamaqla davamlı şəkildə