This product is made possible through the generous support of
the All Children Reading partners: the United States Agency
for International Development (USAID), World Vision and the
Australian Agency for International Development.
It was prepared by Centre for Civil Integration and Inter-
Ethnic Relations and does not necessarily reflect the views of
the All Children Reading partners.
“Hər bir uşaq oxumalıdır – inkişaf üçün böyük çağırış” proqramı
tərəfdaşların - ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID),
World Vision və Avstraliya Beynəlxalq Agentliyinin (Australian
AID) dəstəyi ilə həyata keçirilmişdir.
Kitab
“Vətəndaş
İnteqrasiyası
və
Millətlərarası
Əlaqələr
Mərkəzi”tərəfindən hazırlanmışdır və proqram tərəfdaşlarının
nəzərlərini əks etdirməyə (və ya uyğun gəlməyə) bilər.
Mətnlər üzrə işləyirdilər: Şalva Tabatadze, Natiya Qorqadze, Elene
Cacanidze, İrine Şubitidze, Tamar Antadze, Maya İnasaridze.
Redaktor – Kaxa Qabuniya.
Cildləmə və illüstrasiyalar: İlya Çrelaşvili, Ana Beridze, İrakli
Pirtsxalaişvili.
Tərcüməçi: Qızxanım Əhmədova.
Tbilisi, 2013
1
Səviyyə
Oxu pilləsi
Uşaqlar üçün səviyyələrə bölünmüş uşaqlar üçün kitablar
XV
1
Giriş
Bina yeni və köhnə, böyük və kiçik, uca və alçaq olur.
Bəzi binalar çox uca olurlar. Əvvəllər hündür binaları nadir
halda ucaldırdılar. Uca binalar daha müasir və dəblidirlər.
Uca binalarda ofislər və ticarət mərkəzləri yerləşir.
Ofislərdə çoxlu insan çalışır. Ticarət mərkəzlərində
müxtəlif əşyalar satılır. Uca binalarda hər zaman çox
insanlar olur.
Dünyada xüsusilə uca binalar da var. Bu kitabda
onlardan bir neçəsi haqqında sizə danışacağıq.
2
Bürc Xəlifə
Bürc Xəlifə, yəni Xəlifə qülləsi ən yüksək binadır. O,
Dubay
şəhərində
yerləşir. Dubay çox
gözəl
şəhərdir.
Burada çoxlu yeni
binalar
vardır.
Xüsusilə də “Xəli-
fənin qülləsi” gö-
zəldir. Onun tikintisi
2004-cü ildə baş-
lamış və 2010-cu ildə sona çatmışdır. Qüllənin uzunluğu
830 metrə çatır. Qüllədə cəmi 163 mərtəbə vardır. Binada
mehmanxana, restoranlar, şəhərin mənzərəsi ilə zallar və
müxtəlif əyləncə otaqları var. Xəlifə qülləsi tikildikdən
sonra Dubayın digər mehmanxana otaqları boş qaldı.
Turistlər dünyanın ən yüksək binasına bir dəfə də olsa
düşmək istəyirdilər. Xəlifə qülləsinin mehmanxanasında bu
gün də çoxlu turist yaşayır.
3
Məkkə Klok Royal Tauer (Məkkə saatı xan qülləsi)
Klok Royal Tauer Səudiyyə Ərəbistanında Məkkə
şəhərində yerləşir. Onun tikintisi 2012-ci ildə başa
çatmışdır. Qüllə 601 metr hündürlüyündədir. Binanın 120
mərtəbəsi var. Binada
mehmanxanalar və iki
məscid
var.
Məscidə
müsəlman
möminlər
gəlirlər. Onlar məsciddə
dua
edirlər.
Tauerin
üzərinə böyük ölçüdə
saat
bərkidilmişdir.
Saatlı qüllə Londonun
“Biq-Ben”
qülləsinə
bənzəyir. Məkkə qülləsinin saatı 46 metrdir. Saatın nəhəng
oxları var. Oxlar və rəqəmlər onları istilikdən və yağışdan
qoruyan materialla örtülmüşdür. Saat üzərindən bahalı şüşə
ilə örtülüdür. Məkkə Klok Tauer dünyanın ən uca
binalarından biridir.
4
Taypey
Taypey Tayvanda şəhərdir. Taypeydə bir neçə milyon
əhali yaşayır. Şəhərin çoxlu gözəl yerləri var. Turistlər
üçün ən maraqlısı Taypey qülləsidir. Qüllə 2004-cü ildə
tikilmişdir. Onun hündürlüyü 509 metrdir. Qüllədə 101
mərtəbə var. Taypey qülləsi tamamilə təhlükəsizdir. Onun
yaxınlığında iki dəfə güclü zəlzələ baş vermişdir, amma
qüllə zədələnməmişdir. Taypey qülləsi müasirdir, amma
Çin ənənələrinin əsasında tikilmişdir. Qüllənin tikintisinə
milyard yarım avro xərclənmişdir.
5
Petronas qüllələri
Petronas qüllələrini tez-tez
“Petronas
əkizləri”
də
adlandırırlar. Bu, iki 452 metr
hündürlüyündə binadır. “Petronas
əkizləri” bir-birinin yanında durur.
Onlar bir-birinə çox bənzəyirlər.
Onları əkizlər adlandırırlar, çünki
eyni ölçüdə və formadadırlar.
Petronas
əkiz qüllələri Malaziyada, Kuala-Lumpur
şəhərində yerləşir. Bu qüllələr daha əvvəllər ti-kilmişdir,
nəinki Ta-ypey, Xəlifə qülləsi və başqa uca binalar.
Petronas qüllələri dünyada ən uca binalar hesab edi-lirdi,
Taypey qülləsi tikilənə qədər. Bu gün bu qüllələr ən uca
əkiz binalar hesab edilir.
“Petronas” – Malaziyada böyük şirkətdir. Bu şirkət
mineral yağlar istehsal edir və onları satır. “Petronas” çox
zəngin şirkətdir. Nə üçün qüllələrə şirkətin adı verilmişdir?
“Petronas” şirkəti məhz bu iki nəhəng qüllədə çalışır.
Burada onların işçi ofisləridir. “Petronas” zəngin şirkətdir.
6
Onların ofislərində 10 000-dən artıq insan işləyir. Qüllələr
bir-biri ilə örtülü körpü ilə birləşmişdir. Qüllələrin
tikintisinə 800 milyon Amerika dolları sərf edilmişdir.
“Petronas” qüllələri şəhərin ən gözəl binasıdır.
Eyfel qülləsi
Eyfel qülləsi dünyanın ən məşhur qülləsidir. O,
Fransanın paytaxtı Paris şəhərində yerləşir. Eyfel qülləsinə
hər gün çoxlu turist qonaq olur. Əvvəlcə bu qüllə
parislilərin çox xoşuna gəlmədi. Onu “çirkinlik” adlandırır
7
və şəhərin gözəlliyinə xələl
gətirdiyini düşünürdülər. Sonra
yavaş-yavaş Eyfel qülləsinə adət
etdilər. Eyfel qülləsi 324 metr
hündürlüyündədir. Qüllədə lift
və pilləkanlar düzəldilmişdir.
Qonaqlar hər ikisindən istifadə
edə bilərlər. Qüllədən demək
olar ki, bütün Paris görünür.
Eyfel
qülləsinə
televiziya
qovşağı bərkidilmişdir. Qüllə 1889-ci ildə tikilmişdir.
Onun memarı fransız Qustav Eyfel idi. Qüllə onun şərəfinə
Eyfel qülləsi adlandırılmışdır.
Biq-Ben
Londonda parlament binasının yanında yüksək qüllə
yerləşir. Bu qüllə Biq-Ben adlanır. Əvvəllər onu Müqəddəs
Stefane qülləsi adlandırırdılar. Müqəddəs Stefane qülləsi
1858-ci ildə tikilmişdir. O, elə də uca deyil, necə ki,
Taypey və ya Məkkənin Saatların Xan qülləsi. Biq-Ben
yalnız 96 metrə çatır, amma onu bütün dünya tanıyır.
8
Qüllənin hər iki tərəfində
nəhəng saatlar tikilmişdir.
Saatların arxasında zəng
vardır. Məhz bu zəngin adı
Biq-Bendir. Biq-Ben sonra
bütövlükdə
qüllə
adlanmışdır. Bəs nə üçün
qüllə Biq-Ben adlanır? Bu
nəhəng zəngləri qülləyə
çıxarıb bərkidən şəxs çox böyük idi. Onun adı Ben idi.
İngiliscə “big” – böyük mənasını bildirir. Qüllə “Böyük
Ben”-in adını daşıyır.
Son söz
Uca binalarda çoxlu iş ofisləri və mağazalar düzəltmək
olar. Uca binalarda liftlər vardır. Liftlə başqa mərtəbələrə
qalxmaq və düşmək asandır. Uşaqlar liftlə hərəkət etməyi
çox sevirlər. Uşaqlar uca binaları çox sevirlər. Yüksək
binalardan baxmaq maraqlıdır. Buradan şəhər çox gözəl
görünür.
1
Naşir: “Vətəndaş İnteqrasiyası və
Millətlərarası Əlaqələr Mərkəzi”
Dostları ilə paylaş: |