This product is made possible through the generous support of



Yüklə 42,83 Kb.
Pdf görüntüsü
tarix14.05.2018
ölçüsü42,83 Kb.
#43476



 

 

 



 

 

 

 

This product is made possible through the generous support of 

the  All  Children  Reading  partners:  the  United  States  Agency 

for International Development (USAID), World Vision and the 

Australian Agency for International Development.  

 It  was  prepared  by  Centre  for  Civil  Integration  and  Inter-

Ethnic Relations and does not necessarily reflect the views of 

the All Children Reading partners. 

 

“Hər  bir  uşaq  oxumalıdır  –  inkişaf  üçün  böyük  çağırış”  proqramı 

tərəfdaşların    -  ABŞ  Beynəlxalq  İnkişaf  Agentliyinin  (USAID), 

World  Vision  və  Avstraliya  Beynəlxalq  Agentliyinin  (Australian 

AID) dəstəyi ilə həyata keçirilmişdir.  

Kitab 


“Vətəndaş 

İnteqrasiyası 

və 

Millətlərarası 



Əlaqələr 

Mərkəzi”tərəfindən    hazırlanmışdır  və  proqram  tərəfdaşlarının 

nəzərlərini əks etdirməyə (və ya uyğun gəlməyə) bilər.

 

 

 

Mətnlər  üzrə  işləyirdilər:  Şalva  Tabatadze,  Natiya  Qorqadze,  Elene 

Cacanidze, İrine Şubitidze, Tamar Antadze, Maya İnasaridze. 

Redaktor – Kaxa Qabuniya. 

Cildləmə  və  illüstrasiyalar:  İlya  Çrelaşvili,  Ana  Beridze,  İrakli 

Pirtsxalaişvili. 

Tərcüməçi:  Qızxanım Əhmədova. 

 

 



 

 

 



 

 

 



 

 

          



 

Tbilisi, 2013

 



 

 



 

           



Səviyyə

 

 



 

 

 



 

                 Oxu pilləsi 

 

 

Uşaqlar üçün səviyyələrə bölünmüş uşaqlar üçün kitablar 

 

 



 

 

XV

 



 

 



Giriş 

Bina yeni və köhnə, böyük və kiçik, uca və alçaq olur. 

Bəzi binalar çox uca olurlar. Əvvəllər hündür binaları nadir 

halda  ucaldırdılar.  Uca  binalar  daha  müasir  və  dəblidirlər. 

Uca  binalarda  ofislər  və  ticarət  mərkəzləri  yerləşir. 

Ofislərdə  çoxlu  insan  çalışır.  Ticarət  mərkəzlərində 

müxtəlif  əşyalar  satılır.  Uca  binalarda  hər  zaman  çox 

insanlar olur. 

Dünyada  xüsusilə  uca  binalar  da  var.  Bu  kitabda 

onlardan bir neçəsi haqqında sizə danışacağıq. 



 


 

Bürc Xəlifə 

Bürc  Xəlifə,  yəni  Xəlifə  qülləsi  ən  yüksək  binadır.  O, 

Dubay 


şəhərində 

yerləşir.  Dubay  çox 

gözəl 

şəhərdir. 



Burada  çoxlu  yeni 

binalar 


vardır. 

Xüsusilə  də  “Xəli-

fənin  qülləsi”  gö-

zəldir.  Onun  tikintisi 

2004-cü  ildə  baş-

lamış  və  2010-cu  ildə  sona  çatmışdır.  Qüllənin  uzunluğu 

830  metrə  çatır.  Qüllədə  cəmi  163  mərtəbə  vardır.  Binada 

mehmanxana,  restoranlar,  şəhərin  mənzərəsi  ilə  zallar  və 

müxtəlif  əyləncə  otaqları  var.  Xəlifə  qülləsi  tikildikdən 

sonra  Dubayın  digər  mehmanxana  otaqları  boş  qaldı. 

Turistlər  dünyanın  ən  yüksək  binasına  bir  dəfə  də  olsa 

düşmək istəyirdilər. Xəlifə qülləsinin mehmanxanasında bu 

gün də çoxlu turist yaşayır. 

 



 

Məkkə Klok Royal Tauer (Məkkə saatı  xan qülləsi) 

Klok  Royal  Tauer  Səudiyyə  Ərəbistanında  Məkkə 

şəhərində  yerləşir.  Onun  tikintisi  2012-ci  ildə  başa 

çatmışdır.  Qüllə  601  metr  hündürlüyündədir.  Binanın  120 

mərtəbəsi  var.  Binada 

mehmanxanalar  və  iki 

məscid 


var. 

Məscidə 


müsəlman 

möminlər 

gəlirlər.  Onlar  məsciddə 

dua 


edirlər. 

Tauerin 


üzərinə  böyük  ölçüdə 

saat 


bərkidilmişdir. 

Saatlı  qüllə  Londonun 

“Biq-Ben” 

qülləsinə 

bənzəyir. Məkkə qülləsinin saatı 46 metrdir. Saatın nəhəng 

oxları  var. Oxlar  və rəqəmlər onları  istilikdən  və  yağışdan 

qoruyan materialla örtülmüşdür. Saat üzərindən bahalı şüşə 

ilə  örtülüdür.  Məkkə  Klok  Tauer  dünyanın  ən  uca 

binalarından biridir.  

 



 

Taypey 

Taypey  Tayvanda  şəhərdir.  Taypeydə  bir  neçə  milyon 

əhali  yaşayır.  Şəhərin  çoxlu  gözəl  yerləri  var.  Turistlər 

üçün  ən  maraqlısı  Taypey  qülləsidir.  Qüllə  2004-cü  ildə 

tikilmişdir.  Onun  hündürlüyü  509  metrdir.  Qüllədə  101 

mərtəbə  var.  Taypey  qülləsi  tamamilə  təhlükəsizdir.  Onun 

yaxınlığında  iki  dəfə  güclü  zəlzələ  baş  vermişdir,  amma 

qüllə  zədələnməmişdir.  Taypey  qülləsi  müasirdir,  amma 

Çin  ənənələrinin  əsasında  tikilmişdir.  Qüllənin  tikintisinə 

milyard yarım avro xərclənmişdir.  

 

 



 

 

 



 

 

 



 

 


 

Petronas qüllələri  

Petronas  qüllələrini  tez-tez 

“Petronas 

əkizləri” 

də 


adlandırırlar.  Bu,  iki  452  metr 

hündürlüyündə  binadır.  “Petronas 

əkizləri” bir-birinin yanında durur. 

Onlar  bir-birinə  çox  bənzəyirlər. 

Onları  əkizlər  adlandırırlar,  çünki 

eyni  ölçüdə  və  formadadırlar. 

Petronas 

əkiz  qüllələri  Malaziyada,  Kuala-Lumpur 

şəhərində  yerləşir.  Bu  qüllələr  daha  əvvəllər  ti-kilmişdir, 

nəinki  Ta-ypey,  Xəlifə  qülləsi  və  başqa  uca  binalar. 

Petronas  qüllələri  dünyada  ən  uca  binalar  hesab  edi-lirdi, 

Taypey  qülləsi  tikilənə  qədər.  Bu  gün  bu  qüllələr  ən  uca 

əkiz binalar hesab edilir.  

 “Petronas”  –  Malaziyada  böyük  şirkətdir.  Bu  şirkət 

mineral  yağlar  istehsal edir  və onları satır. “Petronas” çox 

zəngin şirkətdir. Nə üçün qüllələrə şirkətin adı verilmişdir? 

“Petronas”  şirkəti  məhz  bu  iki  nəhəng  qüllədə  çalışır. 

Burada onların  işçi ofisləridir. “Petronas” zəngin şirkətdir. 




 

Onların  ofislərində  10 000-dən  artıq  insan  işləyir.  Qüllələr 



bir-biri  ilə  örtülü  körpü  ilə  birləşmişdir.  Qüllələrin 

tikintisinə  800  milyon  Amerika  dolları  sərf  edilmişdir. 

“Petronas” qüllələri şəhərin ən gözəl binasıdır.  

 

 



 

 

 



 

 

 



 

 

 



Eyfel qülləsi 

Eyfel  qülləsi  dünyanın  ən  məşhur  qülləsidir.  O, 

Fransanın paytaxtı Paris şəhərində yerləşir. Eyfel qülləsinə 

hər  gün  çoxlu  turist  qonaq  olur.  Əvvəlcə  bu  qüllə 

parislilərin çox  xoşuna gəlmədi. Onu “çirkinlik” adlandırır 



 

və  şəhərin  gözəlliyinə  xələl 



gətirdiyini  düşünürdülər.  Sonra 

yavaş-yavaş Eyfel qülləsinə adət 

etdilər.  Eyfel  qülləsi  324  metr 

hündürlüyündədir.  Qüllədə  lift 

və  pilləkanlar  düzəldilmişdir. 

Qonaqlar  hər  ikisindən  istifadə 

edə  bilərlər.  Qüllədən  demək 

olar  ki,  bütün  Paris  görünür. 

Eyfel 

qülləsinə 



televiziya 

qovşağı  bərkidilmişdir.  Qüllə  1889-ci  ildə  tikilmişdir. 

Onun memarı fransız Qustav Eyfel idi. Qüllə onun şərəfinə 

Eyfel qülləsi adlandırılmışdır. 



 

Biq-Ben 

Londonda  parlament  binasının  yanında  yüksək  qüllə 

yerləşir. Bu qüllə Biq-Ben adlanır. Əvvəllər onu Müqəddəs 

Stefane  qülləsi  adlandırırdılar.  Müqəddəs  Stefane  qülləsi 

1858-ci  ildə  tikilmişdir.  O,  elə  də  uca  deyil,  necə  ki, 

Taypey  və  ya  Məkkənin  Saatların  Xan  qülləsi.  Biq-Ben 

yalnız  96  metrə  çatır,  amma  onu  bütün  dünya  tanıyır. 



 

Qüllənin  hər  iki  tərəfində 



nəhəng  saatlar  tikilmişdir. 

Saatların  arxasında  zəng 

vardır. Məhz bu zəngin adı 

Biq-Bendir.  Biq-Ben  sonra 

bütövlükdə 

qüllə 


adlanmışdır.  Bəs  nə  üçün 

qüllə  Biq-Ben  adlanır?  Bu 

nəhəng  zəngləri  qülləyə 

çıxarıb  bərkidən  şəxs  çox  böyük  idi.  Onun  adı  Ben  idi. 

İngiliscə  “big”  –  böyük  mənasını  bildirir.  Qüllə  “Böyük 

Ben”-in adını daşıyır. 



 

Son söz 

Uca binalarda çoxlu iş ofisləri və mağazalar düzəltmək 

olar.  Uca  binalarda  liftlər  vardır.  Liftlə  başqa  mərtəbələrə 

qalxmaq  və  düşmək  asandır.  Uşaqlar  liftlə  hərəkət  etməyi 

çox  sevirlər.  Uşaqlar  uca  binaları  çox  sevirlər.  Yüksək 

binalardan  baxmaq  maraqlıdır.  Buradan  şəhər  çox  gözəl 

görünür.  



 

 



 

 

 



 

 

 



Naşir: “Vətəndaş İnteqrasiyası və  

Millətlərarası Əlaqələr Mərkəzi”

 

 



 

 

 



 

 

 



Yüklə 42,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə