Azərbaycan | Vergi və Hüquq | 13 iyul 2017
Azərbaycan Vergi Xəbərləri
Topdansatış ticarət və istehsal fəaliyyəti
sahələrində
vergitutma
məqsədləri
üçün
gəlirlərin və xərclərin uçotunun aparılması
qaydaları
Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli Fərmanı ilə
“Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və
xərclərin uçotunun aparılması” Qaydası və “İstehsal fəaliyyəti sahəsində vergitutma
məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydası (birlikdə
“Qaydalar”) təsdiq edilmişdir. Qaydalar 15 İyul 2017-ci il tarixindən qüvvəyə minir.
Qaydalara əsasən topdansatış ticarət və istehsal fəaliyyəti sahələrində fəaliyyət
göstərən vergi ödəyicilərinin üzərinə aşağıdakı öhdəliklər qoyulur:
•
Gəlirlərin və xərclərin vaxtlı-vaxtında dəqiq uçotunu aparmaq
•
Gəlirlərin, xərclərin və vergitutma obyektlərin və əmtəə-material ehtiyatların
uçotunun aparılması, habelə uçot sənədlərinin tərtib edilməsi və saxlanması ilə bağlı
Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikasının Qanunu, habelə onlara uyğun qəbul edilmiş digər qanunvericilik
aktlarının tələblərini yerinə yetirmək
•
Vergi Məcəlləsinə əsasən tətbiq edilən uçot metodundan asılı olaraq, gəlirlərini və
xərclərini onların əldə edildiyi və ya çəkildiyi müvafiq hesabat dövrlərinə aid etmək
•
Bu fəaliyyətlə bağlı bütün əməliyyatların başlanmasını, gedişini və başa çatmasını
müəyyənləşdirməyə imkan verən uçot aparılmasını təmin etmək
Həmçinin, Qaydalarda topdansatış ticarət və istehsal sahəsinə aid aşağıda qeyd edilən
məsələlər öz əksini tapmışdır:
•
İstehsal ehtiyatlarının mədaxilinin sənədləşdirilməsi qaydaları
•
Vergi uçotunda olmayan şəxslərdən alınmış malların sənədləşdirilməsi qaydaları
•
İstehsal ehtiyatlarının əsas və köməkçi istehsal sahələrinə buraxılışının
sənədləşdirilməsi qaydaları
•
Hazır məhsulun anbara mədaxilinin və satışının /təqdim edilməsinin
sənədləşdirilməsi qaydaları
•
Vergi ödəyicisinin gəlirlərinin və xərclərinin müəyyən edilməsi qaydaları
•
Anbarlarda mal qalığının müəyyən edilməsi qaydaları
İkiqat vergitutmanın aradan qaldırılmasına dair
sazişlərin yeni inzibatçılıq qaydaları təsdiq
edilmişdir
Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 12 iyun tarixli
Qərarı ilə Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat
vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı
haqqında qaydalara (“İnzibatçılıq qaydaları”) dəyişikliklər təsdiq edilmişdir.
İnzibaçılıq qaydalarına edilmiş dəyişikliklərə əsasən, qeyri-rezidentlər artıq bütün növ
gəlirlər üzrə DTA formalarını elektron qaydada və ya kağız daşıyıcısında doldurulmuş
formada vergi orqanına birbaşa və ya vergi agenti vasitəsilə müraciət edə bilərlər. Qeyd
edilən dəyişikliklərdən öncə vergidən azad edilmə və ya aşağı dərəcə ilə vergiyə cəlb
edilmə ilə bağlı müraciət yalnız 4 gəlir növü (faiz, dividend, royalti və beynəlxalq
daşıma) üzrə yalnız kağız daşıyıcı qaydasında edilməklə mümkün idi. Təqdim edilmiş
dəyişikliklər vergidən azadolma və ikiqat vergitutmanın aradan qaldırılması haqqında
bağlanılmış beynəlxalq müqavilələrin imtiyazlarından istifadə üçün əlverişli bir tətbiq
prosesi təmin edir.
İnzibatçılıq qaydalarına əsasən, daxil olmuş müraciətlərə vergi orqanı tərəfindən 20 iş
günü ərzində baxılır. Daxil olmuş müraciətin araşdırılması üçün əlavə vaxt tələb
olunduğu halda, səbəbi əsaslandırılmaqla, müraciətə baxılma müddəti 20 iş günündən
artıq olmayan müddətə uzadıla bilər.
DTA formalarının doldurulması və İnzibatçılıq qaydaları haqqında məlumat aşağıdakı
link vasitəsilə əldə edilə bilər:
http://www.taxes.gov.az/modul.php?name=beynelxalq&cat=12
Azərbaycan Respublikası Prezidentinin 11 iyul
2017-ci il tarixli Fərmanı ilə güzəştli vergi
tutulan ölkələrin və ərazilərin siyahısı təsdiq
edilmişdir.
Siyahıya 40 adda ölkə və ərazi daxil edilmişdir.
Qeyd edək ki, güzəştli vergi tutulan ölkələrin və ərazilərin siyahısı “Azərbaycan
Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikasının 2016-cı il 16 dekabr tarixli qanunun tətbiqi məqsədilə müəyyən
edilmişdir.
Bu siyahı aşağıdakı məqsədlər üçün istifadə olunacaq:
a)
Vergi Məcəlləsinin 125.1.9-cu maddəsində qeyd olunan əlavə 10% ödəmə
mənbəyində tutulan verginin tətbiqi;
b)
Vergi Məcəlləsinin 14-1-ci maddəsinə əsasən transfer qiyməti məqsədləri üçün
idarə olunan
əməliyyatların müəyyən edilməsi;
c)
Vergi Məcəlləsinin 128-ci maddəsinə əsasən rezidentin güzəştli vergi tutulan
ölkələrdən əldə etdiyi gəlirinin vergiyə cəlb olunması.
Güzəştli vergi tutulan yurisdiksiyaların tam siyahısı aşağıda tanış ola bilərsiniz:
1. Andorra
2. Anqila
3. Antiqua və Barbuda
4. Aruba
5. Antil Adaları (Niderland)
6. Baham Adaları
7. Bəhreyn
8. Bermud Adaları
9. Britaniya Vircin Adaları
10. Beliz
11. Barbados
12. Cəbəllütariq
13. Cersi
14. Dominika
15. Honkonq (Çin)
16. Kayman Adaları
17. Kuk Adaları
18. Kosta-Rika
19. Qernsi
20. Qrenada
21. Liberiya
22. Lixtenşteyn
23. Maldiv Adaları
24. Men Adaları
25. Marşal Adaları
26. Montserrat
27. Monako
28. Makao (Çin)
29. Nauru
30. Niue
31. Panama
32. Palau
33. Seyşel Adaları
34. Sent Kits və Nevis
35. Samoa
36. Sent Vinsent və Qrenadin
37. Sent Lusiya
38. Törks və Kaykos Adaları
39. Vanuatu
40. Vircin Adaları (ABŞ)
deloitte.az
Deloitte refers to one or more of Deloitte Touche Tohmatsu Limited, a UK private company limited by
guarantee (“DTTL”), its network of member firms, and their related entities. DTTL and each of its member
firms are legally separate and independent entities. DTTL (also referred to as “Deloitte Global”) does not
provide services to clients. Please see
www.deloitte.com/about
for a more detailed description of DTTL and
its member firms.
Deloitte provides audit, consulting, financial advisory, risk management, tax and related services to public
and private clients spanning multiple industries. Deloitte serves four out of five Fortune Global 500
®
companies through a globally connected network of member firms in more than 150 countries bringing
world-class capabilities, insights, and high-quality service to address clients’ most complex business
challenges. To learn more about how Deloitte’s approximately 225,000 professionals make an impact that
matters, please connect with us on
Facebook
,
LinkedIn
, or
Twitter
.
This communication contains general information only, and none of Deloitte Touche Tohmatsu Limited, its
member firms, or their related entities (collectively, the “Deloitte Network”) is, by means of this
communication, rendering professional advice or services. Before making any decision or taking any action
that may affect your finances or your business, you should consult a qualified professional adviser. No
entity in the Deloitte Network shall be responsible for any loss whatsoever sustained by any person who
relies on this communication.
96 Nizami St.
Baku, AZ1010, Azerbaijan
© 2017 Deloitte & Touche LLC. All rights reserved.
To no longer receive emails about this topic please send a return email to the sender with the word
“Unsubscribe” in the subject line.
Dostları ilə paylaş: |