Qüvvələrinin Komandanlığının qərargahı da Qahirəyə köçürüldü.
Xüsusilə Aralıq dənizi balansında mühüm bir rol oynayacaq olan bu qərargahın Qahirəyə
köçürülməsi də göstərir ki, İngiltərə, Anadolu və Orta Şərqdə Almaniya, Rusiya və Fransa ilə
girişdiyi iqtisadi, daha doğrusu neft mücadiləsində daha sürətli və daha ciddi hərəkət etməyə qərarlı
idi.
Lord Kitchner Misirdə hələ izləri silinməmiş olan və Sultan II Əbdülhəmid xanın Midillinin dörd
hərbi gəmi ilə işğalının müqabilində İskəndəriyyə üsyanından dərs almış və Misirdə yeni bir
siyasətin təməlini atmaq üçün hərəkətə keçmişdir. Bu siyasət İskəndəriyyə üsyanında da müşahidə
edildiyi kimi, Sultan II Əbdülhəmid xanın xilafət müəssisəsindən faydalanmasına mane olacaq olan
“Misir milliyətçiliyi” siyasəti idi. Yəni başqa bir sözlə desək “Böyük Misir” siyasəti.
Lord Kitchner 1908-ci il çevrilişini reallaşdıranların anlamadıqları bir nöqtəni görmüşdür. Bu nöqtə
millətlərin millətçilik fikri idi.
Osmanlı İmperiyasında hürriyyət-qardaşlıq-ədalət-müsavat adı altında reallaşdırılan 1908-ci il
çevrilişi və qeyri-islami ünsürlər tərəfindən başlayan milli hərəkatlar Londonun istədiyi şəraitin ya-
ranmasına imkan verdi. Əsasən London ser Bokstona Balkan yarımadasında boş yerə vəzifə
verməmişdir. Onun Balkan yarımadasında əldə etmək istədiyi şey, indi lord Kitchnerin sahib olduğu
sərbəstlik idi. Artıq İngiltərənin arzuladığı şərait meydana gəlmişdir.
Lord Kitchner bu şəraitdən tam mənası ilə faydalana bildi. İngiltərəni Orta Şərq neft sahələrinə, yəni
Mosulun neft sahələrinə götürəcək olan yol Qahirədən keçirdi. Kitchner Misirdəki panislamizm
hərəkatını ustaca bir təbliğatla pan-yegiptien hərəkatı halına gətirmişdir. Beləcə Misir ilə islam
xəlifəsi arasındakı münasibət həddindən artıq kəskinləşdi. Bu siyasəti ilə lord Kitcner Misir
millətçilərinin daxili istiqlal parolunu, Böyük Misir layihəsinə qurban verdirməyə müvəffəq oldu.
Beləliklə İngiltərə, Orta Şərqdə, yəni dünyanın ən böyük neft sahələrindən birində tam bir sərbəstliyə
sahib oldu.
İngilislər Misiri Aralıq dənizində yerləşmiş silahlı qüvvələrinin mərkəzi halına gətirərkən, Almaniya
Aralıq dənizi məsələsini artıq qəti olaraq həll etməyin vacibliyini duydu. Getdikcə qüvvətlənən
donanması üçün Aralıq dənizində bir hərbi baza əldə etmək Almaniya üçün qaçılmaz bir zərurət
halına gəlmişdir. Lakin bu hərbi baza əldə edilincəyə qədər daha başqa ciddi tədbirlər görmək lazım
idi. Berlindəki alman siyasətçiləri, alman hökuməti Aralıq dənizində bir hərbi baza əldə etmək üçün
son qüvvələrinə qədər səy göstərərək, Almaniyanın donanma komandanlığının tələbi qarşısında
Aralıq dənizinə bir alman donanması göndərməyi qərara aldı. Bu donanmaya, Almaniyanın Orta
Şərqdəki iqtisadi mənfəətləri ilə, Mosul neftini əldə etmək üçün inşasına başladığı Bağdad dəmir
yolu xətti imtiyazını qorumaqla tapşırılmışdı.
Beləliklə neft yenə də öz hökmünü göstərdi və Aralıq dənizində ingilis və alman donanmalarını qarşı
qarşıya gətirdi.
1912-ci il noyabrın 6-da Almaniyanın donanması ona həvalə edilən vəzifəni yerinə yetirmək üçün
Aralıq dənizinə hərəkət etdi. Ertəsi gün, yəni 1912-ci il noyabrın 7-də casus Volfun verdiyi xəbərdə
kontr–admiral Tromlerin komandası altında Aralıq dənizində üzəcək bir alman donanmasının
qurulduğu bildirilirdi.
Alman hökumətinin bu qərarı, bütün Avropada böyük narahatlıqla qarşılandı. Almanların bu
hərəkətlərindən və Aralıq dənizinə bir donanma göndərməsindən ən çox fransızlar narahat olurdular.
Fransız mətbuatı almanların bu hərəkətini ağır bir dillə tənqid edir və sülhü təhdid edən bu hərəkətin
vahiməli nəticələr verəcəyini irəli sürürdülər. İngilislərdən hələ heç bir səs çıxmırdı.
Alman donanmasının Aralıq dənizinə girməsindən bir gün sonra,yəni 1912-ci il noyabrın 15-də
Parisdə çıxan “Le Temps” qəzeti Aralıq dənizinə girən alman donanması haqqında bu məlumatı
verirdi:
“Almaniya Aralıq dənizində kontr-admiral Tromlerin komandanlığında bir donanma qurmuşdur. Bu
donanmanın admiral breyd–vimpeli “Qoben” (sonradan “Yavuz” olan kreyser) zirehli kreyseri
olacaqdır. Bu zirehli kreyser “Breslau” (sonradan “Midilli”) adlı kiçik bir kreyserlə birlikdə alman
sularından hərəkət etmişdilər. Bunlar şərq sularında “Arta”, “Vineta” və “Vejeer” adlarındakı kiçik
kreyserlərlə birləşəcəklər. “Drezden” və “Sttetin” kreyseri də onlara qoşulacaqdır.”
1912-ci il dekabrın 12-də, alman mətbuatında bu donanmanın əsas vəzifəsi haqqında daha ətraflı
məlumatlar nəşr edildi. “Berliner Borsen Kurier” məsələnin iç-üzünü bu yazısı ilə daha açıq şəkildə
ortaya qoydu:
“Aralıq dənizinin şərq hövzəsindəki alman iqtisadi mənfəətlərinin nə qədər mühüm olduğunu,
Almaniyanın Aralıq dənizinə yolladığı donanmanın sülh müqaviləsinin imzalanmasından sonra
(Balkan sülhü) orada davam etdirəcəyi ilə də anlaşıla bilir. Əgər böyük dövlətlər, sülh qərarlarına
əməl etmədikləri təqdirdə, Almaniya Aralıq dənizində bir hərbi bazaya malik olmaq arzusunu izhar
edəcəkdir. Bu hərbi baza ehtimal ki, İskəndərun limanı ola bilər.”
Bu məqalə açıq aydın göstərirdi ki, Almaniya, ingilislərin neftə daha yaxın olmaq üçün Qahirədə
qurduqları əsas qərargahlarının müqabilində, Aralıq dənizi donanmasını qurmuşdur. Almanlar
ingilislərin Qahirəyə yerləşmələrinə cavab olaraq Mosul və Bəsrə körfəzinə bir neçə yüz kilometr
məsafədəki İskəndərun limanına yerləşmək istəyirdilər.
İNGİLİS-ALMAN RƏQABƏTİ
Almaniyanın, Aralıq dənizinə güclü bir eskadriliya göndərməsi Londonda da gərgin bir atmosferin
yaranmasına səbəb oldu. Londonda Orta Şərq neft sahələrinə küllü miqdarda sərmayə qoyan
müəssisələr (əsasən İngiltərə Dəniz Birinci Lordluğu ilə İngiltərə Entellijans Servis) susurdular.
Ancaq bu sakitlik, bir fırtınanın başlanğıcına dəlalət edən sıxıntılı bir səssizlik idi. Görəsən İngiltərə
Birinci Dəniz Lordluğu ilə Entellijans Servis Almaniyanın bu hərəkətinə necə münasibət
göstərəcəklər? Bu sualın cavabını Balkan müharibəsində və onun səbəblərində axtarmaq lazımdır. İn-
gilislər almanların bu hərəkətlərinə cavab vermədilər. Onlar lazım gələndə susmağı bacarırlar. Onda,
qarşıya belə bir sual çıxır. Bu səssizlik nə zamana qədər davam edəcəkdi?
1912-ci il iyulun 11-də İngiltərə parlamentinin aşağı palatasında İngiltərənin Aralıq dənizi siyasəti və
Almaniyanın Aralıq dənizinə yeritdiyi donanma ilə əlaqədar müzakirələr cərəyan edir. O gün aşağı
palatada çıxış edən İngiltərənin xarici işlər naziri ser Edvar Qrey bu donanma ilə əlaqədar olaraq
bunları söyləmişdir:
“Bizim Aralıq dənizindəki bütün eskadriliyalara qarşı dura biləcək qüvvətli eskadrilyalar
toplamağımıza ehtiyacımız yoxdur. Əgər biz Aralıq dənizindən tamamilə nəzər-diqqətimizi çəkərək
buna əhəmiyyətsiz iş kimi baxarıqsa, onda siyasi nöqteyi-nəzərdən nüfuzumuz çox müşkül olacaqdır.
Biz güclü Aralıq dənizi dövləti olmaq üçün orada kafi dəniz qüvvələri təşkil etməyə məcburuq”.
Ser Edvar Qreyin bu çıxışı göstərir ki, İngiltərə Orta Şərqdəki böyük iqtisadi mənfəətlərini itirmək
niyyətində deyildir. Sadəcə olaraq, Aralıq dənizində güclü bir donanmanın saxlanmasını vacib
sayırdı. Bu zərurətin arxasında İngiltərənin ona Orta Şərq – Hindistan yolu üzərindəki böyük daxili
dəniz dövlətlərindən biri olmaq fikri hakimdir. Ser Edvar Qreydən sonra, yəni iyulun 22-də İngiltərə
Dəniz Birinci Lordu ser Vinston Çörçillin çıxış edərək xarici işlər nazirinin sözlərini təsdiq edərək
bunları söyləyir:
“Maltada dəmirdən olan altı dənə köhnə hərb gəmisi yerinə İnensaybl sistemində dörd ədəd zirehli
kreyser göndərməyə qərar verdik. Bu gəmilər bazalara gedib çatana qədər hələlik Aralıq dənizində,
qüvvətli bir kreyser eskadrilyasını təşkil edəcəklər.
Bundan başqa, bu gün orada olan dörd gəminin yerinə modern və daha qüvvətli silahlara malik dörd
hərb kreyseri eskadrilyasını artırmaq və gücləndirmək fikrindəyik. Bu cür hərbi dəniz qüvvəsi
ticarətimizi himayə etmək üçün kafidir. Bu hərbi dəniz qüvvəsinin fransız donanması ilə müştərək
hərəkət etməsi Aralıq dənizində ehtimal olunan bütün təşəbbüslərə yardımçı olacaqdır.”
Göründüyü kimi İngiltərə heç bir hadisəni təsadüfü saymırdı. Aralıq dənizindəki qüvvətli ingilis
eskadrilyasının fransız eskadrilyası da dəstəkləyirdi. Alman təhlükəsinə qarşı Fransa İngiltərə ilə
olan mübahisəli məsələlərini bir tərəfə qoyaraq İngiltərə ilə birlikdə Almaniyaya qarşı dayanırdı.
Fransa bu zaman İngiltərənin Suriya müstəmləkəsini ona təklif etməsini qənimət bilmişdi.
Halbuki, əslində məsələ bu cür idi: İngiltərəni aşağı palatada Aralıq dənizindəki alman donanmasının
vəziyyətini müzakirəyə sövq edən səbəb, İngiltərə Dəniz Birinci Lordluğu ilə Entellijans Servisin
Orta Şərq neft sahələrinə yatırdıqları böyük sərmayəni və nefti qarantiya altına almaq istəyindən
ibarət idi. Böyük armadalar hər dəfəki kimi hərəkətə keçir və neftə tuşlanmış alman toplarını beləcə
bitərəfləşdirmək istəyirdilər. Ancaq, çox qəribə idi ki, Uzaq Şərq siyasətində biabırçı şəkildə iflasa
uğrayan, Yaponiya ilə apardığı 1904-1905-ci illər müharibəsində məğlub olmaqla bərabər donan-
Dostları ilə paylaş: |