Cənab səfir, sağ əl sağ qulağa daha yaxındır, elə deyilmi?
Heç vaxt PKK haqqında yazmamışam, zatən bu barədə yazanların sayı-hesabı
bilinmir. Amma son hadisələr məni bir şey haqqında düşündürdü: necə ola bilir ki,
Azərbaycan vətəndaşlarından da PKK sıralarında peyda olanlar olur? Bax bu sualın
açmasını özüm üçün aydınlaşdırdım...
...Qəzetimizin keçən nömrəsində Türkiyə ərazisindəki dələduzlar, dolandırıcılar
haqqında yazmışdıq. Sağ olsun Türkiyə Cümhuriyyətinin respublikamızdakı səfiri,
həmin yazıdan dərhal sonra mənimlə əlaqə saxladı, bu məsələni ictimailəşdirməmiş
niyə onunla əlaqə saxlamadığımı soruşdu. Sözün düzü cənab səfirin iradını düzgün
saydım, hesab etdim ki, məsələni qəzet səhifəsinə çıxartmamış gərək səfir ilə əlaqə
saxlayaydım, baxmayaraq ki, məsələnin mahiyyəti barədə səfirə şəxsən poçt vasitəsi
ilə sorğu şəkilində yazılı müraciət etmişdim. Amma səfirlikdən sorğumuza cavab
gəlmədiyi üçün, poçt sistemi məktubun səfirliyə yetişdiyini bildirir, məsələni
ictimailəşdirmək qərarını verdim. Cənab səfir mənə səfirliyin İsmayıl adlı əməkdaşı
ilə əlaqə saxlayıb, bu məsələni həll etməyi məsləhət bildi və İsmayıl bəyin iş telefon
nömrəsini də mənə təqdim etdi. Təbii ki, mən də həmin nömrəni qəzetimizə şikayət
etmiş şəxsə verdim və ... və İsmayıl bəy həmin şəxsə “polisə müraciət edin”
məsləhətini verir. Görünəni odur ki, türkiyə səfirliyi özünə əziyyət verib Türkiyə
polisinə sorğu vermək istəməyib. Zatən onları aldatmayıblar, onların pulu əllərindən
alınmayıb...
...Elə bu arada tanınmış jurnalist Faiq Balabəyli mənimlə əlaqəyə çıxdı və
bildirdi ki, həmin şəxslər onu da aldadıblar və küllü miqdarda pulunu mənimsəyiblər
və bu barədə geniş bir yazı yazmaq fikrindədir. Faiq bəydən yazını saxlamağı xahiş
etdim və onunla səhərsi səfirliyə yola düşdük. Səfirlikdə artıq İsmayıl bəyi qiyabi
tanıdığım üçün ona zəng vurduq və İsmayıl bəy ilə görüşdük. İsmayıl bəy Faiq bəyə
səbr və təmkinlə qulaq asıb, “səfirə məruzə edim” deyərək, bizi tərk etdi. İsmayıl
bəyin yubandığını görüb, Faiq bəylə xudafizləşib, səfirliyi tərk etdim, Faiq bəylə
sonrakı telefon danışığımda mənə məlum oldu ki, İsmayıl bəy səfirin adından Faiq
bəyə də “polisə müraciət edin” məsləhətini verib. Və Faiq bəy bu barədə “Türkiyə
səfirliyi dolandırıcıları himayə edir” adlı bir yazı da yazır ki, həmin yazını bir sıra
saytlar öz səhifələrinə yerləşdiriblər...
...Oxucu tam məlumatlı olsun deyə hadisənin “mustafasını” yazım. Demək
Türkiyə vətəndaşı Abdulhalik Korkmaz və onun dəstəsi Azərbaycan vətəndaşlarını
Türkiyədə işə düzəltmək adı ilə Azərbaycandan Türkiyəyə dəvət edirlər, hər şey
inandırıcı olsun deyə öz telefon və vapsat nömrələrini də həmin şəxsə və onun
yaxınlarına təqdim edirlər. Aldadılmış vətəndaş Türkiyəyə çatan kimi bütün pulu
əlindən alınır və Korkmazın dəstəsi gözdən-qulaqdan itib-batır. Yox, əgər Korkmazın
dəstəsinin qurbanında onları razı salacaq məbləğ yoxdursa, həmin şəxsin Azərbaycandakı
qohumları ilə əlaqə saxlayıb, istədikləri məbləği bank vasitəsi ilə Türkiyəyə
göndərilməsinə nail olurlar, pul göndəriləndən və Korkmaz tərəfindən alınandan
sonra Korkmaza zəng çatmır, cibində pulu olanlar kor-peşiman vətənə dönüb,
başlarına gətirilənləri kimsəyə danışmadan yaşayışlarına davam edirlər, ciblərində
pulu olmayanlar isə orada qalıb, küçələri dolanmaqla məşğul olurlar...
...Siz indi fərz edin ki, Korkmaz tərəfindən “türk qardaşlığı” haqqında uzun-
uzadı eşidən, aldadılaraq pulu əlindən alınan, özü türk olmasına baxmayaraq artıq
türklərə qarşı mənfi enirji ilə yüklənmiş bir şəxs PKK-çılar ilə rastlaşır, “türk” Kork-
mazdan fərqli olaraq PKK-çılar həmin şəxsə hər cür köməklik əlini uzadırlar,
yeməyini verib, yatacağını təşkil edirlər, üstəlik aldadılmış şəxsin türklərə qarşı
yaranmış inamsızlığını bir az da alovlandırıb, böyük pul qazancı vədi ilə onu öz
sıralarına qatmağa naiı oıurlar. Ola bilsin ki, yazdığım nağıl kimi görünsün, amma
hər nağılda böyük bir həqiqət payı olduğunu da unutmaq lazım deyil...
...Türkiyə səfirliyi isə bu məsələnin çözülməsində maraqlı görsənmir, görünəni
odur ki, səfirliyə azərbaycanlıların PKK-ya qoşulması sərf edir və ya Abdulhalik
Korkmaz demişkən “səfirlikdə adamları” var ki, Türkiyə polisinə bu barədə kiçik bir
sorğu göndərməyib, “polisə şikayət edin” adı ilə şikayətçilərdən canlarını qurtarmağa
çalışırlar...
...Cənab səfirə kiçik bir xatırlatma: sağ qulağı sağ əl ilə tutarlar, çünki sağ əl sol
ələ nisbətdə sağ qulağa daha yaxındır. Yəqin başa düşdünüz ki, Türkiyə polisinin
Abdulhalik Korkmaza daha yaxın olduğunu demək istəyirəm...
Mövzu diqqətimizdədir və məsələ həllini tapmayınca hər nömrə bu mövzuya qa-
yıdacağıq.
Rafiq Cəlilov
Rusiyanın Xarici İşlər naziri Sergey
Lavrov iki azyaşlını xilas edərkən vəfat
etmiş Salaməddin Nağıyevin medalını ata-
sına təqdim edib.
Lənkəranın Viyən kəndindən olan
Salaməddin Nağıyev 2013-cü ildə Moskva
vilayətində çayda çimən iki azyaşlının bo-
ğulduğunu görür və onları xilas etmək
üçün dərhal çaya atılır. Hər iki azyaşlını
xilas edən Salaməddini isə ölümün
cəngindən almaq olmur və salaməddin özü
çayda boğulur. Bu şücaətinə görə Nağıyev
Salaməddin Həmdulla oğlu Rusiya
Fövqəladə Hallar Nazirliyinin medalına
(ölümdən sonra) layiq görülüb.
Bu medalı S. Nağıyevin atasına Rusiya
Xarici İşlər naziri Sergey Lavrov şəxsən
Bakıya gəlməklə təqdim edib.
Azərbaycan Xarici İşlər Nazirliyində
baş tutan mərasimdə S.Lavrov deyib: “Biz
sizin övladınızı heç vaxt unutmayacağıq.
O, öz həyatı hesabına bu uşaqları xilas
etdi. Bu, bizim əlaqələrimizin dərinliyinin
göstəricisidir. Mənim başsağlığımı həyat
yoldaşınıza da çatdırın”
Foto internet üzərindən götürülmüşdür
Fuad
BALADDİN VEŞO
AZƏRBAYCAN
İnə vətən, tı tarıxi həvəndiş,
Artəvoniş, qur otəşi xvandiş,
Həzo soron çə dimiku rovandiş,
Çəmə nıxtiş, çəmə ğırbiş, ovandiş,
Səy rost bıkə, ə dışmenon hırd bıkə!
Azərbaycan, balon bə sə qırd bıkə!
Çənə podşo botı tarsış ehaşte,
Bə muşkulon hejo sinə dahaşte,
Mərdə zoon roy bə çinqol bahaşte,
Cıvonşiri, Popoki nom ohaşte,
Həzi nomi bo oməyon sırd bıkə!
Azərbaycan, balon bə sə qırd bıkə!
Bebəğıle ıştı çaşmə qur bome,
Həloliku ıştı xonçə pur bome,
Bə Daşt – Mığon de xos mehri Kur bome,
Iştı tum-təğ bə har məydon ğur bome,
Bıjən tarsoy, çəy zıvoni kırt bıkə!
Azərbaycan, balon bə sə qırd bıkə!
Tolışiş tı, Qafqaziş tı, bandiş tı,
De pərçəmi həməy bə nav mandiş tı,
De Kurd – Tati, de Avari pındiş tı,
Bo Tolışi, bo Ləzqiro ğəndiş tı,
Mahaşt nodon xəlğon arə qard bıkə!
Azərbaycan, balon bə sə qırd bıkə!
Ənkə - bobo bomə jıqoş haştə ro,
De tıvoxi, de peymoni ruştə ro,
Iştı nomi oçındən hay boştəro,
Ha Şir, bıjən, neçi bışu bəştə ro,
Bəştı bumi tamə bıkəy pərt bıkə!
Azərbaycan, balon bə sə qırd bıkə!
¹ 08 (101) 06 dekabr 2017-minnÿ ñîð
ÌÖÑÒßÃÈËß ÐÓÆÍÎÌÀ
Qəzeti molyət 50 kopiqe
ТОЛышОн
ÑßÄÎ
De
Xıdo
nomi!
TI BOŞTƏ MOƏ ZIVONİ JİYERO ÇİÇI KARDƏ?
TÜRKİYƏ SƏFİRLİYİ,
DOLANDIRICILAR VƏ PKK
VƏTƏN QƏHRAMANLARI İLƏ
VƏTƏNDİR!
Seh-1-son-----_Seh-1.qxd 12/5/2017 5:31 PM Page 1