АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 68, №1, səh. 35-39 (2013)
35
Kiçik Qafqazın Yüksək Dağlığında Qaya və Töküntülərin Zəngçiçəyikimiləri
(Campanulaceae Juss.)
V.S. Novruzov, Y.A. Aslanova
Gəncə Dövlət Universiteti,
Gəncə şəh., Azərbaycan; E
-mail: vnovruzov1@rambler.ru
Məqalədə Kiçik Qafqazın yüksək dağlığında qaya və töküntü bitkiliyində yayılmış Zəngçiçəyikimilərin
(Campanulaceae Juss.) növ tərkibi, yayılma qanunauyğunluqları, bioekoloji xüsusiyyətləri, coğrafi
yayılması haqqında məlumat verilir. Aşkar olunmuşdur ki, qaya və töküntülərdə fəsilənin 13 növü
yayılmışdır. Onlardan 6-sı endem növlərdir. Zəngçiçəyikimilər, əsasən, avtoxton yolla formalaşmışdır.
Açar sözlər: qaya, töküntü bitkiləri, fəsilə,cins, növ, Zəngçiçəyikimilər
GİRİŞ
Campanulaceae fəsiləsi kosmopolit fəsilə
olub, fəsiləyə 50 cinsə aid 800-ə qədər növ daxildir.
Fəsiləyə daxil olan cins və növlərin qədim areala
malik olması Aralıq dənizi və Qafqaz floraları ilə
əlaqəsini göstərir. Təkcə Qafqazda Campanulaceae
fəsiləsinin 60 endemik növü yayılmışdır. Fəsilənin
növləri eyni zamanda Şərqi Asiyanın dağ
rayonlarını da əhatə edir. Arealın müxtəlifliyinin
üçüncü mərkəzi Cənubi Afrikanı əhatə edir.
Beləliklə, Campanulaceae fəsiləsi qədim dövrün
tipik fəsilələrindəndir. Yayılma yerinin hamısı dağ
şəraiti ilə əlaqədardır (Qurbanov, 2009; Əsgərov,
2010; Шхагaпсоев, 2003). Kiçik Qafqazın qaya və
töküntülərində Campanula cinsinin 13 növü
yayılmışdır.
Qoşqar dağ silsiləsində zəngçiçəyinin bitmə
yerlərinin müqayisəli təhlili göstərir ki, Qafqaz dağ
sistemləri Zəngçiçəyikimilərin əmələgəlmə mərkəzi
hesab oluna bilər. Sərt qayalıqlar arasındakı xırda
torpaq topacıqları Qafqaz zəngçiçəyinin
refidiumlarıdır.
Fəsilədə arktoalp növlər müşahidə olunmur. Bu
da dağlarda növ əmələ gəlməsini göstərir. Bütövlük-
də Campanulaceae fəsiləsinin mənşəyi Şərqi Aralıq
dənizi və Qafqazla əlaqədardır (Hacıyev, 1971).
Qaya və töküntülərdə özünə məxsus edafik və
mikroiqlim şəraiti keçmiş geoloji dövrlərin
xüsusiyyətlərini özündə əks etdirən çoxlu növlər
mövcuddur. Qaya və töküntülər qeyri-əlverişli iqlim
şəraitində özünə sığınacaq tapmış refidiumlardır. Bu
problemin həllində endem növlərin biologiyasının
öyrənilməsi çox böyük material verə bilər. Bu
cəhətdən Qafqaz zəngçiçəyi və onun analoqunun
təkamül prosesində formalaşmış müasir formasıdır.
Bu cür növlər qaya və toküntülər arasında az
deyil. Bu növlər İran, Türkiyə, Zaqafqaziyanın
yüksək dağ rayonları ilə əlaqədardır (Qrossheym,
1940). Campanula caucasica Bieb. misalında
Campanulaceae fəsiləsinin qaya və töküntülərdə
yayılma qanunauyğunluqlarını izləmək mümkündür.
Campanula caucasica Bieb. - quru və orta
rütubətli sahələrdə yayılır, yazda qar əriyəndən
dərhal sonra inkişafa başlayır. Kütləvi çiçəkləmə
ərazinin qar altından çıxmasından 30-35 gün sonra
başlayır. Toxumlar yetişəndən sonra yarpaq və
zoğlar quruyur növbəti vegetasiya ilində vegetativ
zoğların (torpağın 4-5 mm dərinliyində olan ) çiçək
tumurcuqları formalaşmağa başlayır. Subnival
qurşaqda bəzi bitkilər vegetasiyanı başa çatdıra
bilmir. Ayrı-ayrı illərdə Campanula növləri bəzən
bir ildə ikinci dəfə çiçəkləyir. Bu onu göstərir ki,
tipin subnival qaya və töküntü florasında dinclik
dövrü yoxdur (Hacıyev, 1971).
Öyrəndiyimiz bitki qruplaşmalarında
Campanula caucasica həyati uzunluğuna görə
fərqlənir. Generativ dövr xüsusilə orta yaş dövrünü
keçirən fərdlərdə Campanula caucasica-nın
həyatiliyi davamlıdır. Campanula caucasica-nın
ümumi həyatının uzunluğu assosiasiyalardan fərqli
olaraq 27-39 il arasında dəyişir.
Yaş qruplarına görə biometrik məlumatların
təhlili göstərir ki, kolda zoğların və toxumun
miqdarı Campanula caucasica-nın suxur yarıqları
arasında davamlı mövqe tutur (Şək. 1).
Hər bir göstərici bir-biri ilə qarşılıqlı surətdə
əlaqədar olub senopopulyasiyanın həyatında
müəyyən rol oynayır. Aşınma nəticəsində
suxurların parçalanması subnival qurşaqda nəhəng
fəza əmələ gətirir. Qayalıqların, çılpaq suxurların
üzərində şibyə və mamırların epilit xallıları
formalaşır. Şibyələr çılpaq qayaların əsas
komponentləri olub, növ müxtəlifliyinə görə
uzaqdan belə seçilir (Novruzov, 1990).
Qoşqar dağ sistemində suksesiya müşahidələri
dövründə singenezin formalaşmağa başladığı
mərhələdə nəhəng daş və qayalıqlarda əmələ gəlmiş
Zəngçiçəyikimilərin qruplaşmaları diqqəti cəlb edir.
Suxurların parçalanmış hissələrində isə mamır və
şibyələrin örtüyünün altında üzvi maddələrlə zəngin
Kiçik Qafqazın Yüksək Dağlığında Qaya
36
Şəkil 1. Qoşqar dağ sistemində qaya yarıqları arasında
zəngçiçəyinin (Campanula caucasica Bieb), Qafqaz
şehduranın (Alchemilla caucasica Bush.), taxıllar,
şibyələr və mamırların sığınacaq tapmış refidiumları.
primitiv torpaqlarda ali bitkilərin ayrı-ayrı nüma-
yəndələri ilə Campanula caucasica, Campanula
petrophila görünür.
Tədqiqat ərazisində Campanula caucasica
özünə məxsus çiçək quruluşu və inkişaf etməsinə
görə fərqlənir. Növ polikarp çoxillik otdur.
MATERİAL VƏ METODLAR
Tədqiqat materialı Kiçik Qafqazın şimal-şərq
hissəsinin qaya və töküntülərində geniş yayılmış və
bu ərazilərdə yaxşı uyğunlaşmalar qazanmış
Zəngçiçəyikimilərdir.
Bitkilərin təyinatı və adlandırılmasında
A.A.Qrossheym «Флора Кавказа» (1950-67),
«Флора Азербайджана» (т. 8, 1961) və
A.M.Əsgərov “Azərbaycan florasının konspekti”
(2010), «Конспект Флоры Кавказа» (т. 3, 2008)
istifadə edilmişdir.
Qaya və töküntü bitkiliyi üçün 100m
2
-lik
nümunə meydançaları məqsədəuyğun hesab
edilmişdir. Lakin suxurların mailliyindən asılı
olaraq nümunə meydançalarının ölçüsü
dəyişilmişdir. 100 m
2
-lik nümunə meydançaları
qurmaq imkanı olmadıqda bitkiliyinin təbii
sərhədləri üzrə təsvir aparılmışdır. Ayrı-ayrı xüsusi
blanklarda və ya ümumi dəftərdə nümunə
meydançalarının təsviri aşağıdakı kimi
aparılmışdır: yerin coğrafi vəziyyəti, bitmə yerinin
şəraiti (relyef, yamacın dikliyi və mailliyi,
nəmlənmə vəziyyəti), bitmə yerinin fiziki vəziyyəti
(çınqıllı, hərəkətli, daşlı, aşınma dərəcəsi və s.); tam
floristik siyahı tərtib olunur. Bu siyahıda bitkiliyin
proyektiv örtüyü Drude şkalası üzrə növlərin
bolluğu qeyd edilir. Nümunə meydançalarında
bitkinin həyati formasını müəyyənləşdirmək üçün
bitki qazılaraq çıxarılmış və onun morfoloji təsviri
aparılmışdır (Novruzov, 2010; Hacıyev, 1977).
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Ədəbiyyat məlumatları və çöl tədqiqatları
nəticəsində Kiçik Qafqazın şimal-şərq hissəsinin
yüksək dağlığının qaya və töküntülərində
Campanulaсeae Juss. fəsiləsinin 13 növü aşkar
olunmuşdur.
Tədqiqat materialları və ədəbiyyat məlumatları
əsasında
Campanulaceae
fəsiləsinin Kiçik
Qafqazın Şimal Şərq hissəsində miqrasiya yolları
araşdırılaraq aşağıdakı nəticələrə gəlmək olur.
Campanulaceae fəsiləsinin arealı Avroasiya,
Afrika, Şimali və Cənubi Amerika və Avstraliyanı
əhatə edir. Növ paleogendə əmələ gəlmişdir.
Paleoendemik kimi Qoşqar dağ sistemində
qayalıqlar arasında tez-tez rast gəlməsi növün
əcdadlarının dağ sistemləri ilə əlaqədar olmasını
göstərir.
Qaya yarıqları arasında mavi-bənövşəyiyə
çalan parlaq çiçəklərə, şux gövdəyə, uzunsov,
parlaq yarpaqlara malikdir. Çiçəyi zəng formasında
iridir. Dişiciyi 1-3 meyvə yarpağından əmələ
gəlmişdir, erkəkcikləri 3-dür (Qurbanov, 2009).
Çiçəklər üzərinə düşən şeh damlaları çiçək
ləçəklərinin parlaqlığını daha da artırır. Ekstremal
şəraitdə bitən bitki üçün yarpaqların üzərindən
süzülərək tədricən ehtiyat suya çevrilir.
Çiçəklərinin zəng forması alması da onların
əcdadlarının kəskin soyuq iqlim şəraitində
yaşamalarını göstərir. Növün dağ suxurları yarıqları
arasında rast gəlinməsində bitmə yerinin
karbonatlığının da əhəmiyyəti böyükdür.
Bir çox petrofitlər dar ixtisaslaşmış bitkilər olub,
müəyyən ekotoplarla əlaqədardır. Xırda, təcrid
olunmuş populyasiyalar şəklində özünü biruzə verir.
Onların singenez prosesində xüsusiyyətini
aydınlaşdırmaq üçün nəzəri və praktik əhəmiyyət
kəsb edir. Bizim tərəfimizdən Draba siliquosa
M.Bieb., Silene depressa M.Bieb., Campanula
caucasica M.Bieb. növlərinin populyasiyalarının
struktur xüsusiyyətləri öyrənilmişdir.
Populyasiyaların sıxlığı göstərilən bitki
qruplaşmalarında yüksəkdir. 10 m
2
-də 90-120 fərd
müşahidə olunur. Birinci qruplaşmada fərdlərin
qaya yarıqları arasında həm üfüqi həm də şaquli
istiqamətdə ləkələr şəklində yayılaraq 9-13%
proyektiv örtük əmələ gətirir. Bu qruplaşmada
generativ mərhələ qabağı fərdlər üstünlük, virginil
fərdlər isə azlıq təşkil edir.
Fəsilənin çoxlu həyati formaları məlumdur.
Təkamülün
əsas istiqamətləri simpodial
Novruzov və Aslanova
37
budaqlanmadan yerüstü zoğların əmələ gəlmə
istiqamətində inkişaf etmişdir. Yüksək dağlarda
vegetasiya dövrünün qısalığı reproduktiv zoğların
ixtisaslaşmasına şərait yaratmışdır. Növlərdə baş
verən morfoloji dəyişilmələr tipik uyğunlaşma
xarakteri daşıyır. Campanulaceae fəsiləsinin arealı
bütün Holarktikanı əhatə edir. Lakin areal daxilində
növlərin yerləşməsi eyni deyildir. Endemizmin
analizi göstərir ki, növlərin formalaşması avtoxton
yolla Qafqazın dağ sistemlərində əmələ gəlmişdir.
Növün ekologiyasının tədqiqi göstərir ki, onlar dağ
sistemləri ilə əlaqədardır.
Hər bir növ üçün ekoloji optimum “fərdlərin
boy və inkişafı üçün əlverişli şərait” hesab olunur.
Ekoloji optimumu təyin etmək üçün biz, bitkinin
hündürlüyünü, zoğların miqdarı, ayrı-ayrı bitkilərin
çəkisi və həyatının uzunluğunu götürmüşük.
Müəyyən edilmişdir ki, fərdlərin miqdarının
azalması nəticəsində onların ölçülərinin çoxalması
hesabına biokütlənin miqdarı çoxalır. Eyni yaş
qrupuna daxil olan fərdlərin biometrik göstəriciləri
ekoloji şəraitdən asılı olaraq dəyişir (Novruzov,
2010; Шхагaпсоев, 2002).
Növ üçün mühafizə tədbirlərinin hazırlanması
növün bioloji və reproduktiv xüsusiyyətlərinə
əsaslanır. İndiyədək bitki üçün toxum məhsuldarlığı
öyrənilməmişdir. Buna görə də bizim tərəfimizdən
toxum məhsuldarlığı öyrənilmişdir. Hər il toxum
məhsuldarlığının aşağıdakı göstəriciləri qeyd
olunub.
1. Hər fərddə olan toxumların orta miqdarı
2. Fərddə olan yumurtalıqların miqdarı
3. Yoluxmuş toxumların miqdarı.
Məlum oldu ki, toxum məhsuldarlığının
miqdarına qış və yaz aylarının qeyri-əlverişli iqlim
şəraiti və həşaratlar təsir göstərmişdir. Bizim
tərəfimizdən Zəngçiçəyi (Campanula L.) növlərinin
bir generativ zoğunda olan toxumlarının orta miqdarı
hesablanmışdır. Campanula növlərində 2011-ci ildə
8-12 çiçək müşahidə edilmişdir. 2012-ci ildə isə
Campanula-da 16-18 çiçək, 2013-cü ildə isə
Campanula-da 15-17 çiçək müşahidə edilmişdir.
Şübhəsiz ki, zəngçiçəyinin mühit şəraitinin kəskin
dəyişilməsi nəticəsində çiçəklərinin sayının
azalmaması növün relikliyini bir daha sübut edir və
uyğunlaşma imkanlarının yüksək olması ilə
xarakterizə olunur. Müşahidələr göstərir ki,
öyrəndiyimiz bütün çiçək qruplarında olan çiçəklər
toxum verə bilmir. 40-70% çiçəkdə mayalanma
getmir. Bunlara bu və ya digər faktorların təsiri
öyrənilmişdir. Bu cür çiçəklər ən çox müxtəlif
səbəblərdən toxunulmamış çiçəklərdə müşahidə
olunur. Bir çox hallarda isə bu proses protarangineya
və protarandaneya nəticəsində baş verir:
1. Yəni dişi çiçəklərin tez yetişməsi, toz
hüceyrələrinin isə gec yetişməsi;
2. Erkək çiçəkləri mayalanmaya hazır olduğu
halda, dişicik ağızcığında toz hüceyrəsinin
cücərməyə hazır olmaması (müxtəlif səbəblərdən,
həşaratların dişicikləri zədələməsi nəticəsində
vaxtsız dişicik ağızcığında olan toz hüceyrələri
cücərə bilmir).
Tədqiqat ərazisində bütün dağ sistemlərində
Campanula cinsi (13 növ) dominantlıq təşkil edir.
Qaya və töküntü bitkiliyində Campanulaceae alp
və subnival qurşaqlarının emblemi sayılır
(Шхагaпсоев, 2003).
Aşağıda Kiçik Qafqazın qaya və töküntülərinin
Zəngçiçəklilərinin (Campanulaceae) botaniki-
coğrafi xarakteristikası verilir.
Fəs. Campanulaceae Juss. – Zəngçiçəyikimilər və
ya Zınqırovotukimilər fəs.
Cins Campanula L. – Zəngçiçəyi
Campanula alliariifolia Willd. (=C. ochroleuca
(Kem.-Nath.) - Sarımsaqyarpaq z.
Milköklü, çöxillik, 30-70sm hündürlüyündə ot
bitkisidir. VI-VII aylarda çiçək açır. Hemikriptofit.
Qafqaz (Pl.).
Qoşqar dağ sistemi, nəhəng qayaların yarıqları
arasında 850-2300m, 18.09.2011.
Türkiyədən təsvir olunmuşdur.
Cənub-Qərbi Asiya (Şimali Türkiyə).
Campanula argunensis (Rupr.) - Arqun z.
Milköklü, çoxillik, 5-13 sm hündürlüyündə ot
bitkisidir. V-VII aylarda çiçək açır.
Hemikriptofit. Euqafqaz (Pl.).
Qoşqar, Kəpəz, Şahdağ silsilələri, qaya və iri
daşların arasında, kölgəli yerlərdə, 1700-3200 m,
18.09.2011, 21.08.2011, 2.09.2011.
Şərqi Qafqazdan təsvir olunub.
Endem.
Campanula aucheri (A. DC.)– Oşe z.
Çöxillik, milköklü, 5-13 sm hündürlüyündə ot
bitkisidir. V-VII aylarda çiçək açır.
Hemikriptofit. Qafqaz (Pl.).
Göy-Göl, subalp qurşağında qayalıqlı, daşlı,
yerlərdə (1400-3200 m), 20.08.2011.
Şərqi Türkiyədən təsvir olunub.
Cənubi-qərbi Asiya (Şimali və Şərqi Türkiyə,
Şimali, Şimali-qərbi İran).
Campanula ciliata Stev. 1812, Mem. Soc. Nat.
Moscou, 3:256. - Kirpikli z.
Çoxillik,10-20 sm hündürlüyündə ot bitkisidir. VI-
VII aylarda çiçək açır. Hemikriptofit. Qafqaz. (Pl.)
Qoşqar, Kəpəz, Şahdağ silsilələri, qaya və iri
daşların arasında, kölgəli yerlərdə, 1400-3250 m,
18.09.2011, 21.08.2011, 2.09.2011.
Şərqi Qafqazdan təsvir olunub.
Qafqaz. Endem.
Campanula caucasica Bieb. 1798, Tabl. Prov.
Casp.:112 - Qafqaz z.
Milköklü, çoxillik, 20-30 sm hündürlüyündə ot
bitkisidir. VI-VII aylarda çiçək açır.
Kiçik Qafqazın Yüksək Dağlığında Qaya
38
Hemikriptofit. Euqafqaz (Pl.).
Qoşqar, Kəpəz dağ silsilələri, qaya və iri daşların
arasında, kölgəli yerlərdə, 2700-3200 m,
18.09.2011, 21.08.2011, 2.09.2011.
Azərbaycandan təsvir olunub.
Qafqaz. Endem.
Campanula collina Sims.-
Təpə z.
Milköklü, çoxillik, 10-30 sm hündürlüyündə ot
bitkisidir. VI-VIII aylarda çiçək açır. 800-3200 m-
də yayılır.
Hemikriptofit. Qafqaz (Pl.).
Campanula erinus (Bieb.) L., Sp.pl., 240(1753);
Roem. et Schult. - Birillik z.
Qısa kökümsovlu, birillik, 10-30 sm hündürlüyündə
ot bitkisidir. IV-V aylarda çiçək açır. 1500-2300 m
daşlı qayalıqlarda yayılır.
Hemikriptofitdir.Qafqaz (Pl.).
Cənubi Avropadan təsvir olunmuşdur.
Balkan, Kiçik Asiya, İran.
Campanula trautvetteri Grossh. - Trautfetter z.
Çoxillik, 25-60 sm hündürlüyündə ot bitkisidir. VI-
VIII aylarda çiçək açır.
Hemikriptofit. Avro-Sibir (Pl.).
Qoşqar dağ sistemi subalp və alp qurşağında
qayalıqlarda, (2800 m-ə qədər) 18.09.2011.
Qafqazdan təsvir olunub.
Cənubi-qərbi Asiya (Şimal-şərqi Türkiyə, Şimali-
qərbi İran).
Campanula petrophila Rupr.1867, Bull. Acad. Sci.
Petersb. - Qayalıq z.
Tipik obliqat xasmofit olub, milköklü, çoxillik, 20-
30 sm hündürlüyündə ot bitkisidir. VI-VII aylarda
çiçək açır.
Qafqaz (Pl.).
Qoşqar, Kəpəz, Şahdağ silsilələri, qaya və iri
daşların arasında, kölgəli yerlərdə, 2700-3200 m,
18.09.2011, 21.08.2011, 2.09.2011.
Dağıstandan təsvir olunub.
Qafqaz. Endem.
Kriofit, heliofit, fakultativ morenofit.
Campanula stevenii Bieb. – Steven z.
Çoxillik, 20-30 sm hündürlüyündə ot bitkisidir. VI-
VII aylarda çiçək açır.
Hemikriptofit. Qafqaz (R.).
Qoşqar dağ sistemi, subalp və alp qurşağında
qayalarda, 18.09.2011.
Cənubi Zaqafqaziyadan təsvir olunub.
Cənubi-qərbi Asiya (Şimali və Şərqi Türkiyə,
Şimali, Şimali-qərbi İran).
Hemikserofit, heliofit, lapişistofit; dekorativ.
Campanula meyeriana (Rupr.) - Meyer z.
Çoxillik, 20-30 sm hündürlüyündə ot bitkisidir. VI-
VII aylarda çiçək açır. Hemikriptofit. Euqafqaz
(Pl.).
Qoşqar dağ sistemi, alp və subalp qurşağında
(1500-2700 m) qayalarda, qaya töküntülərində və
çınqıllı dağ yamaclarında, 19.09.2011.
Şərqi Qafqazdan təsvir olunub.
Qafqaz. Endem.
Campanula sarmatica Ker. Gawl.1817, Bot. Reg.-
Sarmat z.
Çoxillik, 20-40 sm hündürlüyündə ot bitkisidir. VI
ayda çiçək açır.
Hemikriptofit. Qafqaz (Pl.).
Qoşqar, Kəpəz dağ sistemləri, alp və subalp
qurşağında (2700-3200 m) qayalarda, qaya
töküntülərində və çınqıllı dağ yamaclarında,
18.09.2011, 21.08.2011, 2.09.2011.
Şərqi Qafqazdan təsvir olunub.
Endem.
Mezofit, heliofit, lapişistofit; dekorativ.
Campanula tridentataSchreb. (= C. biebersteiniana
Roem. et Schult.) - Üçdişli z.
Qısa kökümsovlu, çoxillik, 5-10 sm hündürlüyündə
ot bitkisidir. V-VII aylarda çiçək açır. 1400-3400 m
daşlı qayalıqlarda yayılır.
Hemikriptofitdir. Qafqaz (Pl.).
Türkiyədən təsvir olunmuşdur.
Cənub-Qərbi Asiya (Şimali, Cənub-Qərbi, Şərqi
Türkiyə).
ƏDƏBİYYAT
Гаджиев
В.Д. (1971)
Анализ
флоры
высокогорий Малого Кавказа. Баку.
Гаджиев В.Д., Эфендиев П.М. (1977) Флора и
растительность
скальных
обнажений
Бабадагского массива. В сб.: Проблемы
ботаники.
Флора
и
растительность
высокогорий
СССР
и
их
хозяйств.
использование. Баку, Элм: 13: 49-55.
Гроссгейм А.А. (1940) Реликты Восточного
Кавказа. Баку, Изд-во АзФАН СССР: 43 с.
Гроссгейм A.A Флора Кавказа (1939-1967)
Баку, Ленинград: 1-7
Конспект Флоры Кавказа (2008) Санкт-
Петербург, (3): 469 с.
НоврузовВ.С.(1990.)
Флорогенетический
анализ лишайников Большого Кавказа и
вопросы их охраны. Баку, Элм: 321 с.
Novruzov V.S. (2010) Fitosenologiyanın əsasları
(geobotanika). Bakı, Elm: 306 s.
Гурбанов Е. (2009) Ali bitkilərin sistematikası.
Bakı: 420 s.
Əsgərov A.M. (2010) Azərbaycan florasının
konspekti. Bakı, Elm: 183 s.
Шхагопсоев С.Х. (2002) Волкович В.Б.
Растительный покров Кабардино-Балкарии и
его охрана. Нальчик, Елбрус: 244 с.
Шхагaпсоев С.Х. (2003) Анализ петрофитного
флористического комплекса западной части
центрального Кавказа. Нальчик: 217 с.
Флора Азербайджана (1961) Ваку, (8): 652 с.
Novruzov və Aslanova
39
Колокольчики (Campanulaceae Juss.) На Скалах И Осыпях
Высокогорий Малого Кавказа
В.С.Новрузов, Е.А.Асланова
Гянджинский государственный университет
В статье даются сведения о видовом составе, распространении, биоэкологических особенностях
представителей семейства Campanulaсeae на скалах и осыпях высокогорий Малого Кавказа.
Установлено, что на высокогорье встречаются 13 видов семейства Campanulaceae. Их местообитание
отмечено на щебенистых и каменистых территориях. Определена потенциальная и реальная семенная
продуктивность. Проведен систематический, ареалогический и экологобиологический анализ флоры.
The Bluebell (Campanulaceae Juss.) In The Rock Debris
Of High Upland Part Of The Small Caucasus
V.S.Novruzov, Y.A.Aslanova
Ganja State University
13 kinds of the bluebell (Campanulaceae) family in the rock debris of high upland part of the Small
Caucasus have been found. Their habitat has been noted in the pebbly and stony territories. The potential and
real seed productivity have been determined. The sistematical arealogic and ecolobiological analysis of flora
have been carried out.
Dostları ilə paylaş: |