46
müqayisə edildi.
Nəticədə məlum oldu ki, effektiv məsaməliyi yüksək,
gilliliyi az olan “şaxələnmiş çay kanalı” fasiyası daha yüksək
kollektor xüsusiyyətlərinə malikdir. “Tək çay kanalı”
fasiyasında isə bunun tam əksi müşahidə olunduğunu söyləmək
olar.
BAHAR YATAĞINDA MƏHSULDAR QAT
ÇÖKÜNTÜLƏRİNİN LİTOFASİAL VƏ KOLLEKTOR
XÜSUSİYYƏTLƏRİNİN ÖYRƏNİLMƏSİ İLƏ
ƏLAQƏDAR NEFT-QAZ PERSPEKTİVLİYİ
Magistr:
Əhmədli Əzizağa Qurban oğlu
II kurs, qrup A 1136
Elmi rəhbər:
dos. X.Z.Muxtarova
Bahar yatağı Abşeron yarımadasından cənubda, açıq də-
nizdə yerləşir. Bahar neft-qaz kondensat yatağı kimi məlum-
dur. Burada dövrü olaraq fəaliyyətdə olan palçıq vulkanı yer-
ləşir. Struktur 1956-cı ildə aşkar olunmuş, sənaye əhəmiyyətli
neft isə 1968-ci ildə alınmışdır. Aparılmış seysmik kəşfiyyat
işləri nəticəsində Bahar sahəsindən 3-3,5 km cənub-şərqdə
nisbətən kiçik daha bir Bahar-2 adlandırılan struktur aşkar
olunmuşdur. Burada qazılmış 61, 68 və 52 saylı quyularla
Məhsuldar qatın yalnız üst hissələri açılmışdır. Strukturu daha
dəqiq öyrənmək üçün onun tağ hissəsində dərinliyi 6000 m
olan daha bir quyunun qazılması labüddür.
Bahar yatağının srtariqrafik kəsilişində Miosendən
müasir dövrə kimi çöküntülər iştirak edir. Aparılan tədqiqatlar
neftli-qazlı horizontların əsasən qum, qumdaşı, alevrolit və
gillərdən, onların növbələşməsindən ibarət olduğunu söyləmə-
yə imkan verir. Yataqda 8 tektonik blok ayrılmışdır ki, bun-
lardan I, II, III bloklar məhsuldarlıq baxımından əsas hesab
edilirlər. Bahar yatağının karbohidrogenli obyektləri laylı,
47
tağlı, tektohik ekranlaşmış tipə aiddir və MQ-nin kəsilişinə
mənsubdur.
Bahar yatağında kəşfiyyat və istismarla 15 karbohidrogen
(qaz, kondensat, neft) obyekti müəyyənləşdirilmişdir. Suraxanı
lay dəstəsində - 2 (1 və 2 – I horizont), Sabunçu lay dəstəsində
- 2 (II və IV horizont), Balaxanı lay dəstəsində - 8 (V, VI
y
,
VI
or
, VII, VIII, IX, X
y
, X
a
), FLD, QÜQ və QA dəstələrinin
hərəsində 1 obyekt. Abşeron mərtəbəsinin yuxarı hissəsində
qazlı obyektin olması ehtimal olunsa da, sınaq işləri
aparılmamışdır.
Bahar yatağında kollektorların litoloji tərkibinin, açıq
məsaməlilik, keçiricilik göstəriciləri öyrənilmişdir. Axtarış-
kəşfiyyat mərhələsində bəzi quyular həm qazlı, həm də neftli
intervalları açmışdır. Lay sularının tədqiq olunması bu laylar
arasında heç bir əlaqənin olmadığını, bəzi sitisna hallarda zəif
ola biləcəyini göstərmişdir. Bu isə yatağı yaradan karbohid-
rogenlərin buradakı gilli-qumlu laylarla əlaqədar olduğunu
söyləməyə imkan verir. Qeyd etmək lazımdır ki, məhsuldar
qatların qeyri-bircnsliliyi yatağın neft-qazlılıq perespektivliyinə
mənfi təsir göstərir.
Bahar yatağında sınaq işləri aparılmış quyuların
məlumatları göstərir ki, bütün horizontlarda kəşf olunmuş
sənaye əhəmiyyətli neft və qaz ehtiyatı qırışığın mərkəzində,
horst tipli qırılma kimi səciyyələnən iki uzununa qırılmanın
arasında və nisbətən şərq qanadda formalaşmışdır.
48
BİBİHEYBƏT YATAĞINDA MƏHSULDAR QAT
ÇÖKÜNTÜLƏRİNİN LİTOFASİYASI
VƏ NEFT-QAZ PERSPEKTİVLİYİ
Magistr:
Əhmədli Əzizağa Qurban oğlu
II kurs, qrup A 1136
Elmi rəhbər:
dos. X.Z.Muxtarova
Bibiheybət neft-qaz yatağı Abşeron yarımadasının cənub-
qərbinin dənizyanı hissəsində yerləşir. Bu yataq XVII layın
tavanına görə uzunluğu 6 km, eni 3,5 km, hündürlüyü 1100 m
olan braxiantiklinaldan ibarətdir. Struktur Şm.Q-dən CŞ.-ə
uzanmış asimmetrik quruluşa malikdir. MQ-ın üst şöbəsində
şaquli yerdəyişmə amplitudu 50 m-ə qədər olan ayrı-ayrı
düşmə xarakterli qırılmalar qeyd olunmuşdur. Bu qırılmalar
dərinliyə getdikcə sönür və alt şöbəyə çatmır.
Yatağın geoloji kəsilişini Pont mərtəbəsi, Məhsuldar qat,
Ağcagil, orta və alt Abşeron və çöküntüləri açılmışdır.Qalınlığı
1720 m olan MQ üst və alt şöbələrlə təmsil olunub. Burada
QaLD daxil olmaqla, 33 istismar obyekti ayrılır ki, bunlar da
əsasən qumlardan, qumdaşılarından və gillərdən ibarətdir. Ən
çox qumluluqla Sabunçu və Balaxanı lay dəstələrinin alt
hissələri, QÜQ və QA lay dəstəsiləri fərqlənirlər.
Qeyd etmək lazımdır ki, yataq MQ-ın alt şöbəsində
qalxma xarakterli, şaquli yerdəyişmə amplitudu 80 m-dək olan
və Fasilə lay dəstəsinə doğru sönən eninə və uzununa
istiqamətli qırılmalarla mürəkkəbləşmişdir. Bu qırılmalar MQ-
ın alt şöbəsində neftin sahə və kəsiliş üzrə paylanmasında
böyük rol oynayırlar. Belə ki, MQ-ın alt şöbəsinin neftliliyi
əks-fay xarakterli olan uzununa qırılma və kontur suları ilə
hüdudlanır ki, bu isə qırılmaların neftin miqrasiyasından əvvəl
yarandığını göstərir.
Yatağın neftliliyi MQ-nin Suraxanı lay dəstəsinin II
horizontundan başlayır. Burada neft tektonik ekranlaşma
Dostları ilə paylaş: |