VASİTƏLİ VƏ VASİTƏSİZ NİTQ
Danışıqda başqasının dediyi sözləri özgə nitqi şəklində işlətmək üçün iki üsuldan istifadə
olunur. Birinci halda danışan şəxs özgə nitqini olduğu kimi saxlayır, yəni danışan şəxs onu
söylənilən şəxs tərəfindən olduğu kimi saxlayır, heç bir dəyişiklik etmədən söyləyir. İkinci halda
isə başqasının nitqi ya nəql yolu ilə, ya da arzu formasında verilir.
Başqasının nitqi heç bir dəyişiklik edilmədən olduğu kimi verilərsə, bu nitq vasitəsiz nitq
adlanır. Bu cür cümlələr iki hissədən - müəllifin sözlərindən və vasitəsiz nitqdən ibarət olur:
Müəllifin sözü (M, m) vasitəsiz nitq (V, v).
Vasitəsiz nitqdə başqası tərəfindən söylənilmiş sözün və ya cümlənin leksik və
qrammatik xüsusiyyətləri olduğu kimi saxlanılır, heç bir dəyişiklik edilmədən çatdırılır. Məsələn,
Həkim Validə xanım mehriban bir səslə:
-
Narahat olma,
hər şey keçib, sağalacaqsan, - dedi.
Vasitəsiz nitqdə müəllifin sözləri çox zaman demək, əmr etmək, deyinmək, düşünmək,
fikirləşmək, soruşmaq, cavab vermək, əlavə etmək və s. kimi nitq felləri ilə işlənir və daha çox
müəyyən şəxsli cümlə şəklində formalaşır.
Yazıda vasitəsiz nitqi fərqləndirmək üçün dırnaq işarəsindən və tiredən istifadə edilir.
Vasitəsiz nitq müəllif təhkiyəsinə daxil olduqda
dırnaqda, dialoqun tərkib hissəsi olduqda tire ilə verilir. Məsələn:
“
Yox, onun barəsində belə sadə hökm çıxarmaq olmaz!” – deyib Kamal Rəhimli
düşüncələrinə yekun vurdu… (M. İbrahimov).
Meşə keşikçisi Sadıq əmi gələnlərin qabağını kəsib deyirdi:
-
Bura baxın, meyvə dərməyinizə sözüm yoxdur, ancaq bir budaq qırılsa, məndən inciməyin
(A.Ş.).
Vasitəsiz nitq beş vəziyyətdə işlənə bilər:
1.
Müəllifin sözlərindən sonra: Şərəf bildirdi: "Getsək yaxşıdır". (M: "V".)
2.
Müəllifin sözlərindən əvvəl:"İmtahan başlayıbmı?" - deyə Akif soruşdu. ("V?"-m.)
3.
Müəllif sözlərinin arasında: O, əlini qaldırıb: "Tezliklə görüşərik", - dedi. (M: "V", - m.)
4.
Müəllifin sözlərindən əvvəl və sonra: "Narahat olma, - dedi, - hər şey yaxşı olacaq". ("V, -m,
-v".)
5.
Müəllif nitqi ilə vasitəsiz nitq ardıcıl növbələşə də bilir: Mahir silahını götürüb: "Hər şey
yaxşıdır, - dedi, - nigaran qalmayın". (M: "V, -m, -v".)
Vasitəsiz nitqdən həm şifahi, həm də yazılı nitqdə istifadə edilir.
Bəzən müəllif özünün və ya başqasının sözlərini vermək üçün önu öz nitqi ilə bağlayır,
başqasına məxsus olan sözləri öz danışıq üslubuna uyğunlaşdırır, onda bəzi dəyişikliklər əmələ
gətirərək işlədir.
Başqasının nitqinin əsas məzmununu saxlamaqla onun formasını
müəyyən dərəcədə dəyişilmiş şəkildə ifadə etmək vasitəli nitq adlanır.
Vasitəsiz nitq:
Vidadi soruşdu:
-
Ana, qardaşım zəng edibmi?
Vasitəli nitq:
Vidadi anasından soruşdu ki, qardaşı zəng edibmi?
Vasitəsiz nitq vasitəli nitqə çevrildikdə dırnaqlar və tire atılır. Bu zaman xitablara, nidalara
ehtiyac qalmır. Vasitəli nitq budaq cümlə şəklində formalaşır və müəllif nitqindən sonra işlənir.
Vasitəsiz nitqi vasitəli nitqlə əvəz etdikdə
ki bağlayıcısı vasitəli nitqdə baş və budaq
cümlələrin arasında gəlir. Müəllifin sözlərindən sonra gələn vasitəsiz nitqə ki bağlayıcısı əlavə
edilir, dırnaqlar atılır, deyə sözündən istifadə olunmur, şəxs əvəzliyi və feillər dəyişir.
SİTATLAR
Bəzən öz fikrini əsaslandırmaq və ya aydınlaşdırmaq üçün başqasının söylədiklərindən,
yazdıqlarından misallar gətirilir. Məsələn,
Başqasının söylədiklərindən, yazdıqlarından gətirilən dəqiq çıxarışlar sitat adlanır.
Məsələn:
“Ən böyük qələbələrin, tarixi zəfərlərin taleyi döyüş meydanlarından əvvəl insanların
ürəklərində həll olunur. Çünki ən böyük qüdrət fəzilətdən doğur”. (K. Pautovski)
Sitatlar formasına görə vasitəsiz nitqə oxşayır. Amma fərq ondan ibarətdir ki, vasitəsiz
nitqdə başqasının fikri digərlərinə çatdırılmaq üçün ifadə olunur və məlumat xarakterlidir.
Sitatlardan isə müəllif öz fikrini gücləndirmək, fikrin ilkin mənbəyini göstərmək məqsədilə
istifadə edir. Məsələn:
“Etikanın əsas məqsədi insanları nəşəli yaşamağa, dünyadan həzz
almağa öyrətməkdir. Demokritə görə fəzilətin insan həyatında əsas rolu xarakteri tənzim
etməkdən ibarətdir: “Kimin xarakteri nizamlıdırsa, onun həyatı da nizamlıdır””. (Z. Göyüşov)
Bəzən sitatlar tam şəkildə verilmir, ixtisar edilir. Bu zaman buraxılmış sözlərin yerinə üç
nöqtə qoyulur.
Sitatlar müəllifin nitqinin tərkibində də verilə bilər. Sitatlardan belə istifadə vasitəli nitqə
oxşayır. Bu zaman dırnaqlar saxlanılır, sitat kiçik hərflə başlayır. Məsələn:
“Təsadüfi deyildir ki,
bir çox əsərlər hələ müəllifləri sağ ikən ölmüş, oxucular tərəfindən unudulmuşsa da, “Qabus-
namə”,“Kəlilə və Dimnə”, Şeyx Sədinin “Gülüstan” və “Busitan”... və bunlara bənzər əxlaqi
əsərlər yüz illər ərzində maraqla oxunmuş və oxucuların neçə-neçə nəslinin zehninə hakim
olmuşdur”(Z. Göyüşov).