35
İnternetlə bağlı sitat nümunələri təqdim edirik.
Deyirlər ki, İnternet məhdudlaşdırır. Lakin hər şey bizim
orda nəyi axtarmaq istədiyimizdən asılıdır... Biz hər bir
halda öz beynimizin annotasiya olunmuş versiyasının içində
oluruq.
Uilyam Gibson
Amerika yazıçısı
Mən hiss edirəm ki, yeni texnologiyalarda qorxulu nəsə var.
Bu, biz ünsiyyətdə olduğumuz zaman yox, tək qaldığımızda
özünü göstərir. İnternetə qoşuluruq və artıq özümüz
olmuruq... Bu, bizim mənəviyyatımızı dağıdır.
İkuo Kameyama
Tokio Xarici Dillər İnstitutunun rektoru
İnternet toxunduğu hər şeyi dəyişir. O isə hər şeyə toxunur.
Con Ellis
Sənətşünas
Sizin qalib və ya məğlub olmanız məhz informasiyanı necə
toplamanızdan və istifadə etmənizdən asılıdır.
Bill Geyts
“Microsoft” şirkətinin qurucusu
Beynəlxalq İnternet Günü ilə əlaqədar oxucuları
kitabxanadakı elektron resurslar, multimedia zalı, elektron
kitabxanadan istifadə qaydaları ilə tanış etmək məqsədi ilə
kitabxanaya dəvət etmək, onlarla əyani söhbət aparmaq olar.
36
Ümumdünya Kitab və Müəllif Hüquqları Günü
1995-ci il aprelin 23-də Parisdə YUNESKO-nun baş
konfransı keçirilib. Həmin konfransda Ümumdünya Kitab
və Müəlliflik hüququ günü, həmçinin Uşaq və yeniyetmə
ədəbiyyatında dözümlülük ideallarının təbliğinə görə
YUNESKO mükafatı təsis edildi. Bu əlamətdar günün məhz
aprelin 23-də qeyd olunmasının qərara alınması heç də
təsadüfi deyil. Belə ki, 1616-cı ilin bu günü Migel
Servantes, Uilyam Şekspir, İnka Qorsilaso de la Veqa kimi
görkəmli ədiblər həyatdan köçmüşlər. Həmçinin 23 aprel
Moris Dryumon, Xaldour Laksness, C.Pla və Manuel Mexia
Valyoxo kimi şəxsiyyətlərin doğum və ya ölüm günüdür.
Tamamilə təbiidir ki, YUNESKO bu günü kitablara və
müəlliflərə dəyər vermək, insanları, xüsusən gəncləri
mütaliədən zövq almaq və bəşəriyyətin sosial və mədəni
tərəqqisinə öz əvəzedilməz töhfələrini vermiş insanların
əməyinə hörmət etməyə çağırmaq məqsədi ilə təsis etmişdir.
Həmin gün qəbul olunmuş qətnamədə bu günlə əlaqədar
kitab sərgilərinin və yarmarkalarının keçirilməsi tövsiyə
olunur. Hər il bu günlə bağlı tədbirlərin sayı, çeşidi və
bununla əlaqədar təşəbbüslərin sayı artır. Bunların arasında
ən populyar olanları – kitab yarmarkaları və sərgiləri, dünya
klassiklərinin əsərlərinin ictimai oxusu və müxtəlif mədəni-
əyləncəli tədbirlərdir. Bu bayramla əlaqədar daha bir ənənə
də mövcuddur. 2001-ci ildən başlayaraq hər ilin bu günü
dünya kitab paytaxtı adını alan şəhər seçilir (1 il müddətinə).
Münsiflər Komitəsinə YUNESKO-nun və 3 beynəlxalq
peşəkar kitab nəşri təşkilatı – Beynəlxalq Naşirlər İttifaqı,
Kitabxana Assosiasiyaları və Təşkilatlarının Beynəlxalq
37
Federasiyası (İFLA) və Beynəlxalq Kitab Ticarətçiləri
Federasiyasının nümayəndələri daxildir. Bu ad, şəhərlərin
kitab nəşri işinə və mütaliənin inkişafına, həmçinin kitab
nəşri işində əsas tərəfdarların əlaqələndirilməsinə yardım
etmələrinin sübutudur. 23 aprel YUNESKO tərəfindən elan
edilən və Azərbaycanda artıq 1997-ci ildən başlayaraq
ənənəvi şəkildə qeyd edilən Ümumdünya Kitab və
Müəlliflik Hüququ Günüdür.
Azərbaycan
müasir
müəllif-hüquq
sisteminə
malikdir. “Ümumdünya Kitab və Müəllif Hüququ Günü”nə
həsr olunmuş tədbirlərin keçirilməsinin məqsədi kitab və
müəlliflik hüququnun mədəni irsimizdə əhəmiyyətini bir
daha açıqlamaq, davamlı iqtisadi inkişafda və informasiya
cəmiyyətinin formalaşmasında rolunu diqqətə çatdırmaq,
yaradıcı şəxslərə öz hörmət və ehtiramımızı bildirmək və
mədəni ənənələrimizin qorunub saxlanmasının vacib
olduğunu bir daha təsdiqləməkdir.
Oxucuları kitab və müəlliflik məsələləri ilə yaxından
tanış etmək üçün bu günü xüsusi qeyd etmək, təbliğat
aparmaq vacibdir.
Təbii ki, F.Köçərli adına Respublika Uşaq
Kitabxanasında da bu gün xüsusi qeyd olunan
bayramlardandır. Respublikamızdakı MKS-lərin uşaq
şöbələrində, məktəb, gimnaziya, lisey və digər mədəni-
maarif müəssisələrində bu günün qeyd olunması ilə bağlı bir
sıra tədbirlərin nümunəsini təqdim edirik. İlk öncə sərgilərin
təşkil olunması ən vacib tədbirdir. Sərgilər aşağıdakı
başlıqlar altında qurula bilər: “Yaxşı kitab yaxşı ünsiyyət
deməkdir”, “Mütaliə sənəti – başqasının köməyi ilə
38
düşünmək sənətidir”, “Kitab – insan ağlının ən böyük
kəşfidir” və s.
Dahi şəxsiyyətlərin kitab haqqında dedikləri mənalı
fikirlərdən. aforizmlərdən də istifadə etmək olar. Məsələn:
Kitab – bütün biliklərin alfa və omeqası, bütün elmlərin
başlanğıcıdır.
S.Sveyq
Avstriya yazıçısı
Yaxşı kitabları birinci dəfə oxuyarkən, yeni dost
qazandığımız zaman keçirdiyimiz hissləri keçiririk. Artıq
oxunmuş kitabı ikinci dəfə oxumaq – köhnə dostu yenidən
görmək kimidir.
Volter
Fransız şairi, filosof
Kitablar arasında, insanlar arasında olduğu kimi, yaxşı və
pis mühitə düşə bilərsən.
K.Helvetsi
Fransız filosofu
Kitabı yaradan müəllif, onun taleyini yaradan isə
cəmiyyətdir.
V.Hüqo
Fransız yazıçısı
Yaxşı kitabxana – nəhəng sərvətdir
V.Belinski
Ədəbi tənqidçi
Bu əlamətdar günlə bağlı təşkil olunan kitab sərgisini
bir qədər qeyri-ənənəvi qurmaq olar. Bu gün məhz kitab,
mütaliə ilə bağlı olduğu və mütaliənin əsas ünvanı da
Dostları ilə paylaş: |