döyülürsən
dostun yoxdur
isti yun jaketin yoxdur
idman paltarın yoxdur
Bundan sonra biz balaca sehrbaz roluna girir və bu problemlərin həlli yollarını tapmağı
məşq edirik.
Hamı birlikdə iki, yaxud üç situasiyanı nəzərdən keçirir. Sonra şagirdlər kiçik qruplar
formalaşdırır və hər qrup ürəyi istədiyi bir situasiyanı seçir (belə ola bilər ki, “xuliqan şagirdlər
başqa şagirdləri döyürlər” və sair bu kimi situasiyaları eyni zamanda bir neçə qrup seçsin).
Şagirdlər seçdikləri situasiyaları rol oyunu şəklində səhnələşdirməli və bu rol oyununda
həmin situasiyadan çıxış yolunu təsəvvür etdikləri kimi canlandırmalıdırlar.
Müəllim qrupları dəstəkləyir, onları dinləyir və lazım gəldikdə onlara təkliflər verir.
Dördüncü dərsdə şagirdlər xüsusi kostyumlardan və butaforiyadan istifadə etməklə öz rol
oyunlarını daha da təkmilləşdirirlər.
Dərs 4
Şagirdlər öz rol oyunlarını sinifdə nümayiş etdirirlər.
Sonra şagirdlər öz aralarında müzakirə edirlər ki, görək, göstərdikləri bu səhnələr onların
gündəlik həyatlarına necə tətbiq oluna bilər.
Biz hansı situasiyaları müəyyən etdik?
Sinifdə bu situasiyalar barədə danışan kimi bizim reaksiyamız necə oldu?
Biz bir-birimizə necə dəstək ola bilərik?
“Xeyirxah Sehrbazlar” klubu yaradaqmı?
Birinci, ikinci və dördüncü sinfin şagirdlərinə Beynəlxalq Uşaqlar Günü (20 Noyabr)
haqqında məlumat verməyə cəhd göstərəkmi?
4-cü sinif
BİZİM HÜQUQLARIMIZ – BİZİM XƏZİNƏMİZ
Dərsin planı
Əsas sual / dərsin
mövzuları
Əsas tapşırıq
Əyani vasitələr
Dərs 1
Nəyə görə bizim xüsusi
uşaq hüquqlarına
ehtiyacımız var?
Şagirdlər “xəzinə qutusu”
layihəsi ilə tanış olur və onu
necə planlaşdırmağı və həyata
keçirməyi müzakirə edirlər.
Müəyyən uşaq
hüquqlarını
xatırlatmaq üçün
istifadə edilə bilən
əşyalar; uşaq
hüquqları kartları
Dərs 2
Mənim şəxsi
xəzinə
qutum – bu, nə isə
əlahiddə bir şeydir
Şagirdlər öz xəzinə qutularını
bəzəyir və onları özlərinin
“uşaq hüquqları xəzinəsi” kimi
hazırlayırlar.
Hər uşaq məktəbə
dəmir, taxta və ya
karton qutu gətirir;
rəngli düymələr,
parça kəsikləri və
sair; yapışqan və
qayçı
Dərs 3 (bir
neçə
həftədən
sonra)
Mənim xəzinə qutum,
sənin xəzinə qutun!
Şagirdlər partaları üzərində
mini-sərgi təşkil etməklə öz
xəzinə qutularını nümayiş
etdirirlər.
Şagirdlərin xəzinə
qutuları (içindəkilərlə
birgə)
Dərs 4 (20
Noyabr
ərəfəsində)
Biz sərgini necə təşkil
edə bilərik?
Uşaqlar məktəbdəki bütün
başqa uşaqların da görməsi
üçün öz xəzinələrinin və
xəzinə qutularının sərgisini
keçirirlər.
Şagirdlər sərgi üçün
otaq, yaxud yer
tapırlar.
Dərsin məqsədləri
Şagirdlər uşaq hüquqları haqqında daha dərin biliyə yiyələnirlər. Uzun müddət ərzində
onlar hər bir uşaq hüququnu xarakterizə edə bilən, yaxud bu hüququn simvolu rolunu oynaya
bilən əşyaları axtarıb tapmağa səy göstərməklə, bu hüquqların məqsəd və məramını öyrənirlər.
Hər uşaq bu işin öhdəsindən özünəməxsus şəkildə gəlir. Bununla da uşaqlar uşaq hüquqları ilə
bağlı sözügedən maddələri başa düşmüş və özləri üçün aydınlaşdırmış olurlar.
Öyrənmə nəzəriyyəsi baxımından, bu tapşırıq öyrənənlərə imkan yaradır ki, öz öyrənmə
proseslərini özləri təşkil etsinlər, bu isə onların davamlı şəkildə biliklərini artırmaq şansını
əhəmiyyətli dərəcədə yüksəldir.
Hər şagird öz xəzinə qutusunu hazırlayır. Şagirdlər uşaq hüquqlarının daşıdığı ideyalarla
həm intellektual, həm də emosional cəhətdən daha dərindən mənimsəyirlər.
Bu, uzun müddət ərzində davam edən və şagirdləri mütəmadi olaraq öz ideyalarını bir-
birləri ilə bölüşməyə və müzakirə etməyə təşviq edən bir layihədir.
Uşaq Hüquqları Günü (20 Noyabr) münasibətilə məktəb binasında şagirdlərin xəzinə
qutularının sərgisi keçirilə bilər. Bu, əlavə stimul olar və aşağı sinif şagirdlərində bir həvəs – bir,
yaxud iki ildən sonra buna bənzər şeylər etmək həvəsi oyadar.
Uşaq hüquqları dərslərində fikir yürütmək üçün verilən əsas suallar
Haqqında
Vasitəsilə
Üçün
Müəllim
Şagirdlər uşaq hüquqları
haqqında indi nə bilirlər?
Konkret sinif otağında və
ümumiyyətlə, məktəb
icmasında uşaq hüquqlarının
prinsipləri hansı yollarla
müşahidə olundu?
Məktəbdən kənarda necə
hərəkət etməyi öyrənmə:
Şagirdlər öz gələcək
həyatları üçün nə
öyrəndilər?
Bütün uşaq hüquqları elan
edilir və müzakirə olunur.
Hər bir şagird öz fikrini bədii
şəkildə, özünəməxsus ifadə
etmək hüququndan faydalanır.
Bu yolla şagirdlərdə özünə
inam hissi artır, onlar özlərini
və bir-birlərini daha yaxından
tanımış olurlar.
Şagirdlər qərar verməyi və
tapdıqları həll yollarını
əsaslandırmağı öyrənirlər.
Şagirdlər
Mən uşaq hüquqları
haqqında nə öyrəndim?
Mən uşaq hüquqlarını sinifdə
necə təcrübədən keçirdim?
İndi mən hansı fəaliyyətə
qadirəm?
Mən uzun müddət uşaq
hüquqları haqqında
öyrəndim. Mən hər maddə ilə
bağlı bir qərar verdim və
mən yalnız maddənin
mahiyyətini başa düşdüyüm
təqdirdə qərar verə bildim.
Mənə aydın oldu ki, uşaq
hüquqları konvensiyasını
başa düşmək heç də həmişə
asan olmur.
Məktəb çoxlu rəsm əsərlərini
görə bildiyimiz bir yer olsa,
əla olar. İndi mən məktəbdə
olmaqdan zövq alıram.
Uşaq hüquqları
konvensiyasının heç də
bütün maddələri mənim
üçün eyni dərəcədə vacib
deyil. Mən hansı maddələrin
keşiyinə qalxmağa qadir
olduğum barədə
düşünmüşəm. Mən başqa
ailələrdəki, başqa
regionlardakı, yaxud başqa
ölkələrdəki uşaqlar üçün
hansı maddələrin xüsusilə
vacib olduğu və onları
dəstəkləmək üçün nələr edə
biləcəyim barədə
düşünmüşəm.
Əyani vasitələr
Uşaq hüquqları kartları
Xəzinə qutuları
Əvvəlki tədbirlərdən qalmış materiallar
Yapışqan
Qayçı