Məktəb xalqın mənəvi beşiyidir. Məktəbdə təkcə yazıb-oxu-
mağı, hesablamağı və müxtəlif elmlərin sirlərini öyrətmirlər,
həmçinin birgə yaşayış qaydalan öyrədilir. Məktəbdə vətənin
çoxəsrlik mədəniyyəti yaşayır. Müəllimlər şagirdlərə dönə-dö- nə
xatırladırlar: - "Məktəbinizi və dövlətimizi sevin, elmli və
mədəniyyətli olaraq məmləkətimizi çiçəklənən bir dövlətə çevirək".
Məktəb bizə təkcə təhsil yox, həm də tərbiyə verir, mədəniyyət
aşılayır.
Məktəbdə müəllimlər və şagirdlərlə ünsiyyət saxlamaq hamıya
sevinc və mənəvi zövq bəxş edir.
Hər bir dövlət üçün məktəb böyük rola malikdir. Savadlı insanlar
olmadan elm və mədəniyyətin inkişafı qeyri-mümkündür.
İnsanın məktəbə, təhsilə, elmə münasibəti onun daxili
mədəniyyətindən irəli gəlir, onun xeyirxahlığı, millətinə sayğısı,
məhəbbəti təkcə davranışı və hərəkətlərində deyil, nitq
qabiliyyətində, şüur və düşüncəsində də özünü göstərir. Məktəbə
müqəddəs yer, elm məbədi kimi baxmaq, mənəviyyatımızı qurmaq,
mədəniyyətimizi formalaşdırmaq və gələcək nəsillərə çatdırmaq hər
bir insanın borcudur.
Çalışma 2. Sözlərdən istifadə edərək ədəbi dilin qrammatik
normalarına uyğun cümlələr düzəldin:
1)
Azərbaycan, qanlı, mübarizə, qurmaq, xalq, müstəqil,
düşmən, müstəqil, qalib gəlmək, dövlət
2)
hər, uğrunda, öz, müstəqillik, olmaq, bir, daima, xalq, hazır,
mübarizə
3)
millət, azadlıq, qazanmaq, etmək, bir, hər, öz, və, müdafiə, öz
Çalışma 3. Sözlərin aşağıdakı tələffüz formalarından hansının
orfoepik normaya uyğun olduğunu müəyyənləşdirin:
ev/əv/öy, qədeş/kardeş/qardaş, gejə/gecə, murtda/yumurtda/-
yumurta, biznən/biziynən/bizimlə, daşdı/daşh, qarannıq/qara- nıx/
qarannix/qaranhq, qızlar/qızdar/qızzar, xəbərlər/xəbərrər
Çalışma 4. Akademiyada bir fədbirin keçiriləcəyi haqqında elan
(bildiriş) yazın. Elanın yazılma formasını qısaca qeyd edin.
Nitq madaniyyatinin tarixindan
Nitq mədəniyyəti eramızdan əvvəl qədim Yunanıstan və Romada
həm sənət, həm də elm kimi formalaşmışdır. Təsadüfi deyildir ki, bu
yerlərdə natiqlik sənəti çox geniş yayılmış, istedadlı natiqlər xalqın
böyük hörmət və məhəbbətini qazanmışdılar. Məhz onların hesabına,
onların fəsahətli və bəlağətli (incə, aydın, gözəl) danışığı sayəsində
Yunanıstan və Roma nitq mədəniyyəti elminin, natiqliyin vətəni
hesab olunur.
Qədim Yunanıstanda məhkəmə iclasları, bayramlar, yas
mərasimləri, idman yarışlan - olimpiadalar, dostluq görüşləri açıq
havada, çoxsaylı insanlann əhatəsində keçirildiyindən xalqın
hörmətini qazanmış natiqlər çıxış edərdilər. Çiçəklənmə dövrü
keçirən yunan ədəbiyyatı (Ezopun təmsilləri, Esxilin safoklan,
Evripidin faciələri, lirik şeirləri, Aristofanın komediyalan, eyni
zamanda, teatr tamaşaları, Herodotun tarixşünaslığa aid əsərləri və s.)
bəlağətli nitqin meydana gəlməsinə böyük kömək göstərirdi. Burada
14 illik natiqlik məktəbləri (7 yaşdan 21 yaşadək) təşkil olunurdu.
Belə məktəblərdə fəlsəfə, məntiq, dilçilik, ədəbiyyat, natiqlik sənəti
öyrədilirdi. Sokrat (e.ə.469-399), Platon (Əflatun, e.ə.430-347),
Aristotel (Ərəstun, e.ə. 384-322), De- mosfen (e.ə.384-322) fəlsəfi və
hümanitar elmlərin bu gün də öz qiymətini saxlayan sənət incilərini
insanlığa bəxş etmişlər. Onlar natiqlik sənətini, onun nəzəriyyəsini,
təlimini qurmuş və sistemini yaratmışlar.
Aristotel 20 il Platonun şagirdi olmuş, 343-335-ci illərdə
Yunanıstanın hökmdarı olacaq İsgəndərin tərbiyəçisi işləmiş, məntiq,
psixologiya, təbiətşünaslıq, etika, siyasət, tarix, poeziya və ritorikaya
aid bir sıra qiymətli əsərlər yazmışdır. O, "Siyasət", "Poetika",
"Məntiq", 3 kitabdan ibarət "Ritorika" əsərləri ilə
10
nitq mədəniyyətini elm səviyyəsinə yüksəltmiş, insan nitqi və onun
fəlsəfi problemlərini üslub məsələləri ilə əlaqələndirmiş, natiqlik
sənətinin əsaslarını vermiş, ritorikanın bütöv fundamental elmi
sistemini yaratmışdır.
Nitq mədəniyyətinin mədəni nitq, tələffüz mədəniyyəti, söz
mədəniyyəti, düzgün danışmaq və yazmaq sənəti, nitq vasitələrindən
məqsədəuyğun şəkildə, yerli-yerində, səmərəli istifadə mədəniyyəti
olmasını Demosfen öz şəxsi həyatında, öz üzərində yerinə yetirdiyi
gərgin əmək sayəsində sübut etmişdi. O dövrün tarixçi-filosoflarının
yazdığına görə Demosfen öz üzərində gərgin çalışmaqla ən məşhur
nafiq səviyyəsinə yüksəlmişdi. Yunan natiqlik məktəbinin parlaq
ulduzu Demosfenin 61 nitqi, 56 çıxışı, 6 məktubu dünya natiqlik
mədəniyyətinin inkişafında mühüm mərhələ olmuşdur.
Natiqlik sənəti Yunanıstan mərhələsindən sonra Roma dövrünə
qədəm qoyur. Eramızdan əvvəlki son yüzillikdə Roma Yunanıstanı
işğal etməklə Ellin mədəniyyətinə də yiyələndi. Hümanitar elmlər
estafetini qəbul edən Romanın alim və ictimai xadimləri poetikanın,
qrammatika və ritorikanın nəzəri problemlərini sistemləşdirdilər,
natiqlik sənətinin sirlərini və onlara yiyələnmək yollarını bütün
incəliklərinə qədər izah və şərh etdilər. Mark Tulli Siseron (e.ə.
106-43), Yuli Sezar (e.ə. 102-44), Mark Yuni Brut (e.ə. 85-43) kimi
alim və ictimai xadimlər Roma natiqlik sənətini bütün dünyada
şöhrətləndir- mişlər.
Y. Sezar Romanın öz başçılığı altında elm qanunlanna uyğun
dövlət olmasına çalışmış, müharibələrdə qanlar axıtmış və qalib
gəlmişdi. Amansız diktator, "Hall müharibəsi haqqında qeydlər",
"Vətəndaş müharibələri haqqında qeydlər" adlı elmi əsərlər müəllifi,
Yuli fəqvimi islahafmı həyata keçirmiş dövlət xadimi, natiqlik üzrə
məşhur mütəxəssis olmuşdur. Onun məhkəmədə vəkil kimi çıxışı
stenoqramlaşdırılmış və indi də saxlanılmaqdadır.
Mark Yuni Brut demokratik fikirli ziyalı, siyasi xadim, natiqlik
sənətinin sirlərini mükəmməl öyrənmiş görkəmli natiq ol
11
Dostları ilə paylaş: |