STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017
107
Açar sözlər: beynəlxalq münaqişələr, Azərbaycan multikulturalizmi,
sivilizasiyalararası münasibətlər, dinlərarası dialoq, ksenofobiya, islamofobiya,
imperializm, terrorizm
Key words: international conflicts, Azerbaijani multiculturalism, intercultural
relations, interreligious dialogue, xenophobia, islamophobia, imperialism,
terrorism
Ключевые слова: международные конфликты, мультикультурализм
Азербайджана, межкультурные отношения, межрелигиозный диалог,
ксенофобия, исламофобия, империализм, терроризм
Beynəlxalq münaqişələrin
qarşısının alınmasında
"Azərbaycan multikulturalizmi"
modelinin əhəmiyyəti
və imkanları
Samir
QULİYEV
Bakı Mühəndislik Universiteti
Beynəlxalq münasibətlər kafedrasının müdiri,
tarix üzrə fəlsəfə doktoru
squliyev@beu.edu.az
STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017
108
giriş
Qloballaşma prosesinin təsiri ilə dövlətlər arasında başda iqtisadi
sahədə olmaqla qarşılıqlı münasibətlərin inkişaf etməsi ilə birlikdə in-
sanların bir-birindən asılılıqlarının artması, telekommunikasiya və insan
hüquqları sahəsindəki yeniliklər müxtəlif aspektli münaqişələrə də öz
təsirini göstərmişdir. Beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən ən mü-
hüm amil beynəlxalq və regional müstəvidə xalqlar-dövlətlər arasında-
kı münaqişələrdir. Tərəflərin hadisələrə fərqli istiqamətdən yanaşması ilə
ziddiyyətli məqamlar formalaşır və insanlar arasındakı düşmənçilik duyğu-
larının artması faktiki olaraq qarşıdurma mühitinin yaranmasına səbəb olur.
Münaqişə ən geniş mənası ilə tərəflər arasında haqq və mənfəətlərlə
əlaqədar olaraq əks istiqamətli fikirlərin və tələblərin mövcudluğunu
ifadə edir [15, s.1]. Beynəlxalq münaqişələr müxtəlif səbəblərdən meyda-
na gəlir. Bu səbəbləri "hüquqi" və "siyasi" olaraq sinifləndirə bilərik. Hü-
quqi münaqişələr mübahisə tərəflərinin qarşılıqlı tələblərinin və bunla-
rın məzmunlarının beynəlxalq hüquq tərəfindən tanınmış, qəbul edilmiş
əsas prinsiplərə söykənən münaqişələrdir. Münaqişəyə səbəb olan digər
amillər "siyasi" və ya "mənfəət qarşıdurması" adlandırılır. Münaqişələr ya
dostluq münasibətləri zəminində, ya da bəzi məcburi metodlarla həllini
tapır. Münaqişələrin sülh yolu ilə həlli fikri hələ beynəlxalq hüquqda güc
tətbiqetmə haqqında ümumi bir qadağanın olmadığı "klassik" dövrdə for-
malaşmışdır. Bununla birlikdə, zaman keçdikcə "BMT nizamı" adlandırılan
yeni bir nizam qurulmuş və BMT nizamnaməsində mübahisələrin tamamilə
beynəlxalq hüquq və ədalət prinsiplərinə uyğun şəkildə həll edilməsinin
vacibliyi məsələsi bütün dünyaya elan edilmişdir.
Bir sıra istisnalar olmaqla, beynəlxalq münasibətlər sistemində
özünümüdafiə məqsədi daşısa da, gücdən faktiki və ya təhdid ola-
raq istifadə edilməsi qadağan olunmuş, üzv dövlətlərin aralarındakı
problemləri beynəlxalq sülh, təhlükəsizlik və ədalətin zərər görməyəcəyi
bir formada sülh və dinc yolla həll etmələrinin zəruriliyi şərt olaraq bildi-
rilmişdir. Beynəlxalq hüquqda "diplomatik metodlar", "hüquqi metodlar"
və "beynəlxalq təşkilatların üzvü olan dövlətlər arasındakı həll metodla-
rı" beynəlxalq münaqişələrin dinc yollarla həlli vasitələri kimi qəbul edilir.
Bu metodlara alternativ və ya paralel yeni metodların təklif edilməsi, eləcə
də müqayisəli təhlillərin aparılaraq innovativ təkliflərin verilməsi həm elmi,
həm də siyasi baxımdan aktualdır.
Beynəlxalq münaqişələrin dinc yolla həlli istiqamətində bu metod-
larla birlikdə sivil bazaya əsaslanan yeni vasitələrə ehtiyac vardır. Qlo-
ballaşan dünyamızda beynəlxalq siyasətdə mənfəət qarşıdurmaları-
nın artması, münaqişələrin çoxistiqamətli inkişafı və sülh içərisində
STRATEJİ TƏHLİL | Say 3-4 (21-22) • 2017
109
birgəyaşayış prinsipinin zədələnməsi və bu amillərin aradan qaldırılması-
nın zəruriliyi tədqiqatımızın aktuallığını əsaslandırır. Bu səbəbdən mövzu-
muzun "Azərbaycan multikulturalizmi" modeli kontekstində birgəyaşayış
prinsiplərinə müvafiq olaraq tədqiq edilməsi həm region üçün, həm də
beynəlxalq siyasətdə yeni bir vasitə olması baxımından mühüm əhəmiyyət
kəsb edir.
1. Beynəlxalq münaqişələrə səbəb olan əsas amillər
Tarixi proseslər inkişaf etdikcə fərqli insanlardan ibarət olan dünyamızda
müxtəlif dövlətlər meydana gəlmişdir. Əvvəllər cəmiyyət daxilində insan-
lar arasında gücə söykənən rəqabət daha sonralar vətəndaş cəmiyyətinin
dövlətə çevrilməsindən etibarən dövlətlər arasındakı rəqabətə çevrilmiş-
dir. Fərqliliklərə dözümsüzlük nümayiş etdirildiyinə görə dünyada müxtəlif
qarşıdurmalar, müharibələr və böyük miqyaslı münaqişələr meydana
gəlmişdir. Əslində bu proseslərdən ən çox insanlıq zərər görmüşdür. Bu
fərqliliklər insanlar, cəmiyyətlər və dövlətlər üçün həqiqi mənada zənginlik
olaraq qəbul edilməlidir. Halbuki dünyanın bir çox yerində bu fərqliliklərə
"digərləri" aspektindən yanaşaraq müxtəlif tədbirlər görülmüş [25, s.27],
"müvafiq" siyasətlər həyata keçirilmiş və çox təəssüf ki, insanlıq əsrlər bo-
yunca bu prizmadan idarə edilmişdir.
Beynəlxalq siyasət baxımından mövzunu təhlil etdiyimiz zaman bu
məsələnin kökü dövlətlərin yaranma tarixinə qədər gedib çıxır. Fərqli
millətlərdən və xalqlardan formalaşan hər bir dövlət üçün fərqli istiqamətdə
"milli mənafelərin" müəyyənləşdirilməsi dövlətlərə daxildə və beynəlxalq
aləmdə "milli kimlik" şüuru qazandırmışdır. Tarixin gedişatına nəzər yetir-
diyimiz zaman dövlətlərin bir-biri ilə həmişə qarşıdurma şəraitində yaşaya-
raq daha çox əhaliyə və daha geniş ərazilərə hökm etmə yarışı içərisində
olduqlarını müşahidə edirik. Bu proses dövlətlərdən daha çox insanlığa
zərər vermişdir. Təəssüf ki, "suverenlik ehtirası" [19, s.76] dövlətlərin mil-
li təhlükəsizlik strategiyalarına və xarici siyasətlərinə uzun müddət təsir
göstərmiş və dövlətlər arasındakı problemlərin də meydana gəlməsinə
səbəb olmuşdur.
Hər bir dövlətin "milli mənafe anlayışı", "milli təhlükəsizlik strategi-
yası" və buna müvafiq olaraq tətbiq etdiyi xarici siyasət hədəfləri fərqli
olur. Buna görə də beynəlxalq siyasətdə əhatə etdiyi məna baxımından
"təhlükəsizlik", "terrorizm" və "sülh" anlayışları da toqquşur. Bu anlayış-
lardakı ziddiyyətli məqamlar dövlətlərin xarici siyasət konsepsiyalarında
öz əksini tapdığına görə mənfəət toqquşmaları və müharibələr meydana
gəlmişdir. "Birlikdə sülh içərisində yaşamaq" ideyası isə, təəssüf ki, yalnız
filosofların tezislərində özünə yer tapa bilmişdir.