42
haqq dünyasına qovuşmuş qəzəl ustadı, rəhmətlik Hacı Mailin 1994-cü
ildə yaratdığı “Füzuli şeir məclisi”ndən əyani şəkildə tanıdım. Sonralar
onun bu məclisdə müsbət mənada oynadığı rolun canlı şahidlərindən biri
oldum. Bu məclisə müxtəlif cür ağıl tutumlu insanlar gəlirdi, çoxlarının
da üzündən-gözündən razılıq töküldüyü halda, Ənvər Nəzərli heç vaxt öz
təmkinini pozmazdı, başa düşmək istəməyəni də yumşaq bir tərzdə başa
salmağa cəhd edərdi.
Dəyərli ziyalımız, şair-publisist Əli Rza Xələflinin baş redaktor ol-
du ğu “Kredo” qəzetində 2008-ci ilin may ayından Ənvər müəllimin
“Eşit diklərimdən, bildiklərimdən” sənədli həyat hekayəti ardıcıl surətdə
çap olunarkən mən bu yazını heyranlıqla oxuyurdum, çünki həyatı
dərk edən gündən dədə-babalarımızın keçdiyi ağrılı həyat yolu, köləlik
buxovlarıyla bəndlənmiş başıbəlalı vətənimizin müsibətləri məni həmişə
düşündürürdü. Düşünürdüm ki, nədən dədə-babalarımız birləşib vahid bir
dövlət yarada bilməyib və yaratmaq istəyəndə də cəhdləri boşa çıxıb?!
Tayfa hegemonluğundanmı, ya hamının xan olmaq istəyindənmi və yaxud
qonşuluqda olan amansız imperiyaların azğınlığındanmı ölkəmiz uzun
illər zəlalət girdabında çapaladı?! Hissə-hissə, parça-parça doğma yurdlar
əldən çıxdı, ellər, elatlar köç etdi. Qəbirlərimiz tapdalandı, namusumuz
xırdalandı, düşünən beyinlərə süngü yeridildi, say-seçmə igidlərimizin,
vətən eşqli ziyalılarımızın ürəyinə dağlar-düyünlər çəkildi. Xan-bəy-tacir
əsilli insanlarımızın nəinki özləri, balaları, qohum-əqrəbaları bu müsibətin
acısını öz sümüklərində hiss etdilər, üstəlik, mənlikləri tapdalandı, soy
adları gizlədildi, özləri və yaxınları təkcə Sibirə yox, Orta Asiya səhralarına,
hətta okean adalarına qədər sürgün edildilər. Əyilib diz çökməyənlərin
izləri-tozları yox edildi, bu azğınlıqların xofu millətimizin ürəyinə ox edil-
di. Vaxt olub ki, yazını oxuyarkən Ənvər müəllimə demişdim: “Allahdan
arzu edirəm, ömür sizə vəfa qılsın bu yazını kitab şəkilində buraxa biləsiz”.
Şükür ki, bu günü Tanrı həm müəllifin özünə, həm də bu sənədli-povestin
müştağında olan oxucularına,
o cümlədən mənə, qismət etdi.
Ustadım Ənvər Nəzərlinin “Bu dünyanı belə gördüm” kitabında yer
alan “Yaddaşın izi qalır…” sənədli povesti obrazlar bolluğu ilə zəngindir,
məhz povestin özəlliyi və gözəlliyi ondadır ki, bu obrazlar real həyatın
ağrı-acıları ilə yaşamış vətən övladlarıdır. Əsərin əvvəlində cərəyan edən
hadisələr çar Rusiyasının son illərinə təsadüf edir. İnqilabi özbaşınalıqların
və imperiyaların toqquşduğu zamanlar milliyyətindən asılı olmayaraq in-