31
münüz və mənim yaradıcılığıma verdiyiniz qiymət hissi sizi bu yoldan
sapındırmadı, siz axıra qədər bu publisistik əsərin kitab şəklində işıq üzü
görməsinə nail olduz. Bu sizin ədəbiyyat aləmində çəkdiyiniz cəfalardan
xəbər verir. Sizi maraqlandırmır yazarın titulları var, ya yox? Sizi həqiqi
sənət və onun keşməkeşli taleyi maraqlandırır. Bu keşməkeşli taleyə işıq
tutur sizin qələminiz. Allah sizin təbinizdən doğan sözünüzü və özünüzü
nəzər diqqətində saxlasın. Amin!
Bayaq qeyd etdim ki, mənim “Adı Şadiman olanın…” əsərinizlə bağ-
lı razı qalmadığım məqamlar olub. Bir narazılığım şerə hərdənbir əl gəz-
dirməyinizdir. Mənə elə gəlir ki, hansı şerə əl gəzdirilirsə, o şeir cərrahiyyə
əməliyyatına tuş gəlmiş xəstəyə bənzəyir. Axı gəlin etiraf edək, bəzən
həkimlərin səhvi ucbatından səhvən də əməliyyat aparılır. Məhz mən şerə
edilən düzəlişi xəstəyə edilən səhv cərrahiyyə əməliyyatına bənzədirəm.
Fikrimcə, heç bir bədii yazıya düzəliş etmək düzgün deyil. O həm yazarın
ruhunu qırır, həm də həmin yazını şikəst edir.
Şeir ayrı-ayrı təblərdən süzülüb gəlir, hər müəllifin ruhuna, ağlına,
ürəyinə köklənir. Məsələn,
Mənim “Tağayım” poemasında bəndlərin birində belədir:
Onda bildim dünya fani, Tağayım,
Hər can üstə ömür ani, Tağayım.
Siz isə axırıncı misrada dəyişiklik edib:
Hər an üstə ömür ani, Tağayım.
kimi yazmısız.
Fikrimcə, can dediyimiz yoxdursa, onda nə bədən, nə ömür, nə də an
var. Siz isə burada canı anla əvəz edib ömrü anla bağlayırsız. Bir misrada
iki dəfə an sözü işlədirsiz, bu həm də eyni sözün bir misrada iki dəfə təkrarı
deməkdir. Və yaxud
Gün çıxanda adamların hay-hoyu, misrasını
Gün çıxanda adamların öz hoyu misrasıyla əvəz etmisiz.
Mənə elə gəlir ki, adamların öz hoyu yox, elə hay-hoyu ola bilər. Və
yaxud “Əski Azərbaycanın iyirmi səkkiz mayısan” şerində əski sözünü
32
qədim sözü ilə əvəz edirsiz. Bütün bu xırda iradlarımı çıxmaq şərtiylə
haqqımda yazdığınız “Adı Şadiman olanın…” kitabına görə sizə dərin
minnətdarlığımı bildirirəm, çünki siz yazdığınız bu kitabı səbirlə, xey-
irxah ədəbi baxışlara və ulu sözə sığınıb ilk əvvəl qəzetin səhifələrində
çapına qərar verdiniz və araya-ərsəyə gətirdiniz. On ay ərzində bəlkə də
bədxah nəzərlər və sözlər sizi məngənə təki sıxdı, bəlkə də siz kimlərinsə
“Şadiman kimdir?” eyhamlarına dözdüz, bu dözümü ürəyinizdə ağrı etdiz,
amma üzə vurmadız. Sizin bu dözümünüzü alqışlayıram. Mən bu publi-
sist əsəriniz getdiyi müddətdə sizə ünvanladığı yazıda mənim də adımı
çəkmiş, qələminə, sözünə hörmət bəslədiyim filologiya elmlər doktoru,
professor Qəzənfər Paşayevə, açıq məktubla yaradıcılığım barədə öz rəyini
bildirmiş tədqiqatçı alim-şair Nizami Tağısoya, yazıçı xanımımız Salatın
Əhmədliyə, şair xanımımız Nəcibə İlkinə, tədqiqatçı alimimiz Şakir
Albalıyevə, “Respublika” qəzetinin baş redaktorunun
müavini alim-publi-
sist xanımımız Nərgiz Rüstəmliyə öz təşəkkürlərimi və minnətdarlıqlarımı
yetirirəm.
Bu yazının əleyhinə hansısa bir sözü, bir hissi ağlından keçirib dilinə
gətirənlərə demək istəyirəm ki, əziz söz adamları, uca Tanrı bizim hər bir-
imizin əqlini və sözünü xeyrə calasın! Əli Rza müəllim, ədəbiyyatı can-
dildən sevənlərə diləyim budur ki, bir-birinə can deyib can eşitsinlər, nəyi
bacarırlarsa onu bir-birindən əsirgəməsinlər. Hörmətli şairimiz Ramiz
Rövşənin təbirincə desək, “ədəbiyyatda hər kəs öz binasını yapır”. Necə
yapmağı isə fərdin ağlından, Allahın ona bağışladığı təbdən, özünün
sözə verdiyi ruhdan aslıdır. Ruh sözlə birgə qalırsa, o söz özünə yaşam
tapır, yox əgər söz ruhu tapmırsa, o bir anın içində doğulur və ölür. Ruh
da ayrı sözün sorağına çıxır, çünki yazımın əvvəlində qeyd etdiyim kimi
sözün də canı var. Kimlərinsə sözləri, kimlərinsə özləri bu dünyaya yük-
dür. Bəşər övladı bərqərar olandan kimlərsə bu dünyanı söz tutumu ilə
öz çiyinlərində gəzdirirlər. Kimlərsə öz çiyinlərini sözə sütun ediblər,
söz binasının çökməməsi üçün… Söz – əqli-zəkanın, hissin dillə ifasıdır.
Söz – haqqın bəndəyə vəfasıdır. Söz – Allahın varlıq qitəsidir. Söz ruh
dəryasının qəvvasıdır. Onu xeyrə aşiq edənlər Tanrıya, şərə aşiq edənlər
İblisə bağlıdırlar. Ona görə alimin mürəkkəbini şəhid qanıyla bərabər tu-
tan müqəddəs Quranımız sözün, sözə tapınan alimin, şairin, yazıçının,
ümumiyyətlə, mənəviyyat adamının mərtəbəsindən xəbər verir, ancaq bu
mərtəbə şeytanın vəsvəsəsindən uzaq olarsa…