A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
22 noyabr 2017-ci il № 81-84 (9175)
www.seanews.az
2
Bakıda “Beynəlxalq Transxəzər
Nəqliyyat Marşrutu” Beynəlxalq As-
sosiasiyası Hüquqi Şəxslər Birliyinin
(BTNM BA HŞB) ümumi yığıncağı
keçirilib.
Tədbirdə 2017-ci il üzrə BTNM BA
HŞB-nin işinə dair yekun hesabat, 2018-
ci il üçün daşınma həcminə dair planın
təsdiqlənməsi, 2018-ci il üçün BTNM
BA HŞB-nin büdcəsinin təsdiqlənməsi,
2018-ci il üçün tədbirlər planının, ümu-
mi yığıncaq iclasları üzrə planın, 2018-
ci il üçün illik üzvlük haqqının miqda-
rının və həmçinin BTNM BA HŞB-nin
ştat cədvəlinin təsdiqlənməsi məsələləri
müzakirə olunub.
Həmçinin 2018-ci il üçün BTNM
üzrə tariflərin razılaşdırılması və təs-
diqlənməsi, 2018-ci il üçün Bakı-Tbi-
lisi-Qars dəmir yolu üzrə tariflərin ra-
zılaşdırlması və təsdiqlənməsi, 2017-ci
il üçün BTNM BA HŞB-nin maliy-
yə-təsərrüfat fəaliyyətinə dair auditin
keçirilməsi, BTNM BA HŞB ümumi yı-
ğıncağının və idarə heyətinin tapşırıqları
çərçivəsində həlli tapılmayan məsələlər
və BTNM BA HŞB-nə yeni üzvlərin qə-
bulu məsələləri də müzakirələrə daxil
edilib.
Müzakirələrdə ölkələrarası yük axı-
nının artırılması, həmçinin Beynəlxalq
Transxəzər Nəqliyyat Marşrutunun
səmərəli istifadəsi, Avrasiyada perspek-
tiv nəqliyyat dəhlizlərindən biri kimi
TBNM-in vacibliyi qeyd olunub. Eyni
zamanda bu dəhlizin potensialından is-
tifadə edilməsinin, bu istiqamətə yük
axınının cəlb edilməsinin zəruriliyi vur-
ğulanıb. Qeyd olunub ki, oktyabrın 30-
da Bakı-Tbilisi-Qars dəmir yolu istifa-
dəyə verilib. Bundan sonra Beynəlxalq
Transxəzər Nəqliyyat Marşrutuna tranzit
axını güclənəcək.
“Beynəlxalq Transxəzər Nəqliyyat
Marşrutu” Beynəlxalq Assosiasiyası
Hüquqi Şəxslər Birliyinin ümumi yı-
ğıncağının sonunda “Azərbaycan Dəmir
Yolları” QSC-nin sədri Cavid Qurba-
nov, “Qazaxıstan Dəmir Yolları” Milli
Şirkətinin prezidenti Kanat Alpısbayev,
“Gürcüstan Dəmir Yolu” SC-nin sədr
müavini Aleksi Nikolaşvili, Türkiyə-
nin Dəmir Yolunun yük daşımaları üzrə
baş direktoru Veysi Kurt, “Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri
Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz
Ticarət Limanı” QSC-nin baş direktoru
Taleh Ziyadov və Batumi Dəniz Lima-
nının baş direktorunun müavini İlyas
Mukatovun iştirakı ilə müvafiq sənədlər
imzalanıb.
Bakı Ekspo Mərkəzində 8-ci Azər-
baycan Beynəlxalq Ətraf Mühit “Caspi-
an Ecology 2017” sərgisi keçirilib.
Azərbaycan Ekologiya və Təbii Sər-
vətlər Nazirliyi və IDEA (International
Dialogue for Environmental Action –
Ətraf Mühitin Mühafizəsi naminə Bey-
nəlxalq Dialoq) İctimai Birliyinin dəstək-
lədiyi sərginin təşkilatçısı “Caspian Event
Organisers” şirkətidir.
Bir çox yerli və beynəlxalq təşkilatın
iştirak etdiyi sərgidə “Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi” QSC də xüsusi stendlə
təmsil olunub.
Stenddə ziyarətçilərə maketlər, şəkil-
lər, videoçarxların köməkliyi ilə Gəmi-
çiliyin göstərdiyi xidmətlər və fəaliyyəti
haqqında məlumat verilib. Bundan başqa,
ətraf mühitin mühafizəsi istiqamətində
aparılan bir çox digər mühüm işlərin, o
cümlədən üzən vasitələrdə, sahil obyekt-
lərində formalaşan bərk və maye istehsa-
lat, məişət-təsərrüfat tullantılarının top-
lanması, saxlanması, daşınması, təhvili,
utilizasiyası və təkrar emalı kimi ekoloji
proseslərin Gəmiçilikdə necə həyata ke-
çirildiyi əyani nümayiş olunub.
Sərginin əsas məqsədlərindən biri
insanların diqqətini ətraf mühit problem-
lərinə cəlb etməkdir. Təşkilatçılar bildirib
ki, bu sərgi Xəzər və Qafqaz regionların-
da ekologiya və ətraf mühitin mühafizəsi
sahəsində təşkil edilən ən iri tədbirdir.
Burada ətraf mühitin mühafizəsi və tə-
biətdən səmərəli istifadə sahəsində inno-
vativ layihələr kompleks şəklində təqdim
edilib.
İşgüzar əlaqələrin genişlənməsinə,
təcrübə mübadiləsinə, yeni avadanlıq və
sahəvi meyillərlə tanışlığa kömək edən,
ətraf mühitin yaxşılaşdırılması istiqamə-
tində aparılan işə əlavə təkan verən “Cas-
pian Ecology 2017” beynəlxalq sərgisi üç
gün davam edib.
Yeni Azərbaycan Partiyasının
(YAP) yaranmasının 25 illik yubileyi
münasibətilə partiyanın Səbail rayon
təşkilatının və Səbail Rayon İcra
Hakimiyyətinin təşəbbüsü ilə Cəbrayıl
rayonunun Cocuq Mərcanlı kəndinə
səfər təşkil olunub.
Böyük Qayıdışın başlanmasının
rəmzi olan Cocuq Mərcanlıya səfərdə
Milli Məclisin deputatı, YAP Səbail
rayon təşkilatının sədri professor Şəm-
səddin Hacıyevin rəhbərliyi ilə partiya
fəallarından, o cümlədən rayonun idarə,
müəssisə və təşkilatlarının nümayən-
dələrindən ibarət 90 nəfər iştirak edib.
Onların arasında “Xəzər dənizçiləri”
ərazi ilk təşkilatının nümayəndələri
Natalya Fatyanova və Laçın Babayev
də olub.
Səfərin iştirakçıları əvvəlcə Füzuli
rayonunda yerləşən “N” saylı hərbi his-
səsində xidmət edən əsgər və zabitlərlə
görüşüblər.
Görüş zamanı aprel döyüşlərində
Vətən uğrunda qəhrəmancasına həlak
olmuş hərbçilərimizin, həyatını itirmiş
mülki şəxslərin və həmin hərbi hissə-
nin 19 şəhid hərbi qulluqçusunun əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyasının ya-
ranmasının 25 illik yubileyini əsgər-
lərlə birlikdə qeyd etmək üçün Cocuq
Mərcanlıya gələn YAP Səbail rayon
təşkilatı nümayəndə heyətinə təşəkkü-
rünü bildirən birlik komandirinin müa-
vini, polkovnik Elşad Əbilov əlamət-
dar hadisə münasibətilə hər kəsi təbrik
edib, şəxsi heyətin xidməti-döyüş ha-
zırlığı barədə məlumat verib. Bildirib
ki, Azərbaycan bütün sahələrdə olduğu
kimi, hərbi qüdrətini də gündən-günə
artırır. Silahlı Qüvvələrimizin döyüş
qabiliyyətinin yüksəldilməsi, peşəkar-
lığının artırılması istiqamətində mütə-
madi tədbirlər həyata keçirilir. Döyüş
hazırlığına ciddi önəm verilməsinin
nəticəsidir ki, Azərbaycan Silahlı Qüv-
vələri hazırda istər quruda, istər hava-
da, istərsə də dənizdə istənilən döyüş
tapşırığını yerinə yetirməyə qadirdir.
YAP Səbail rayon təşkilatının sədri,
Milli Məclisin deputatı Şəmsəddin Ha-
cıyev qeyd edib ki, Orduda xidmət hər
bir Azərbaycan gənci üçün şərəf və qü-
rur mənbəyidir. Bu gün Ordumuzun hər
bir əsgər və zabiti Azərbaycan Respub-
likasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı İlham Əliyevin
diqqət və qayğısı sayəsində respublika-
mızın ərazi bütövlüyünün bərpası, tor-
paqlarımızı işğalçılardan azad etməyə
tam qadirdir və buna hazırdır.
Şəmsəddin Hacıyev 2016-cı ilin
aprel döyüşlərindən danışaraq diqqətə
çatdırıb ki, Milli Ordumuz tərəfindən
həyata keçirilən sürətli əks-həmlə za-
manı Ermənistanın hərbi birləşmələri-
nin uzun illərdən bəri mühəndis-isteh-
kam baxımından möhkəmləndirdiyi
birinci müdafiə xətti cəbhənin bir neçə
istiqamətində yarılıb. Nəticədə Ordu-
muz strateji əhəmiyyətə malik yüksək-
likləri və yaşayış məntəqələrini düş-
məndən tam azad edib. Aprel döyüşləri
Azərbaycan hərb tarixinə ən şərəfli ha-
disələrdən biri kimi yazılıb və düşmən
üzərində parlaq qələbə bu hərbi hissə-
nin göstərdiyi qəhrəmanlıqlar nəticə-
sində qazanılıb.
“Bu gün Azərbaycan əsgəri və
gəncliyi, ümumən bütün xalqımız öz
əzəli torpaqlarını azad etmək üçün Ali
Baş Komandanımızın əmrinə tam ha-
zırdır. Amma biz istəyirik ki, məsələ-
ni beynəlxalq hüquq normalarına
uyğun olaraq, sülh yolu ilə həll edək.
Ali Baş Komandanımızın dediyi kimi,
status-kvo qəbul olunmazdır və biz öz
ərazilərimizdə ikinci erməni dövlətinin
yaranmasına heç vaxt imkan verməyə-
cəyik, bir qarış torpağımızı da güzəştə
getməyəcəyik”, - deyə Ş.Hacıyev vur-
ğulayıb.
Qeyd olunub ki, aprel döyüşləri
Azərbaycan ordusunun gücünü nəin-
ki düşmənə, eləcə də bütün dünyaya
göstərdi. Ölkəmiz gündən-günə güclə-
nir, iqtisadiyyatımız inkişaf edir. Azər-
baycanın təkcə hərbi büdcəsi Ermənis-
tanın bütövlükdə dövlət büdcəsindən
çoxdur. Respublikamızda elm və təh-
silə ayrılan vəsait Ermənistanın dövlət
büdcəsinin yarısı qədərdir.
Diqqətə çatdırılıb ki, son iki ayda
Azərbaycan mühüm müqavilələrə,
transmilli layihələrə imza atıb. “Əsrin
müqaviləsi”nin davamı olaraq, “Azə-
ri-Çıraq-Günəşli” neft yatağının işlənil-
məsinin 2050-ci ilə qədər uzadılması,
Bakı-Tbilisi-Qars dəmir yolunun istifa-
dəyə verilməsi, Şimal-Cənub nəqliyyat
dəhlizinin açılması ilə bağlı hazırlıq
işləri Azərbaycanın gücünün, iqtisadi
və hərbi qüdrətinin əsas göstəriciləridir.
Bütün bu layihələrdən təcrid olunan
Ermənistan özünü daha da acınacaqlı
vəziyyətə salıb.
Azərbaycan Ordusuna yüksək
diqqət və qayğı göstərildiyini vurğula-
yan Ş.Hacıyev deyib ki, bu, iqtisadiy-
yatımızın inkişafı ilə bilavasitə bağlıdır.
İqtisadiyyat güclü olanda, ordu da güc-
lü olur.
“Bu gün bütün Azərbaycan xalqı
sizinlədir. Biz bu gün sizin aranızda
olmaqdan böyük qürur hissi duyur və
sizə möhtəşəm qələbələr arzulayırıq.
İnanırıq ki, üçrəngli bayrağımızın Ağ-
dərədə, Xankəndidə, Şuşada dalğalana-
cağı gün uzaqda deyil. Əldə etdiyimiz
bu uğurlar, Prezident İlham Əliyevin
düşünülmüş, qətiyyətli siyasəti nəticə-
sində Qələbə Günü getdikcə yaxınlaşır.
Əgər məsələ sülh yolu ilə həll olunma-
sa, biz torpaqlarımızı döyüşərək geri
qaytaracağıq”, - deyə Ş.Hacıyev qeyd
edib.
Sonra YAP Səbail rayon təşkilatı-
nın və rayon icra hakimiyyətinin adın-
dan hərbi hissəyə xatirə hədiyyələri
təqdim olunub.
Bakı Bələdiyyə Teatrının və Füzuli
Dram Teatrının hazırladığı səhnəciklər
əsgər və zabitlərimizdə xoş ovqat yara-
dıb. Teatrın üzvləri əsgərlərlə birlikdə
rəqs ediblər.
Azərbaycan əsgərinin görüşünə
gələn Cocuq Mərcanlı məktəbliləri-
nin səsləndirdikləri şeirlər tədbirə rən-
garənglik qatıb.
Xidmətdə fərqlənən əsgər, çavuş
və zabitlərin bir qrupuna fəxri fərman-
lar verilib.
Prezident Administrasiyasının ic-
timai-siyasi məsələlər şöbəsinin məsul
əməkdaşı Rasim Mirzəyev hərbi qul-
luqçuların mükafatlandırılması mərasi-
mində çıxış edərək Ordumuzun şücaət-
lərindən danışıb.
Sonra nümayəndə heyətinin üzvlə-
ri Horadiz-Cəbrayıl avtomobil yolunun
kənarındakı “Aprel şəhidlərinə xatirə”
abidəsini ziyarət edib, şəhidlərimizin
ruhuna ehtiramlarını bildiriblər.
Cocuq Mərcanlıda şəhid Novruz
Aslanov adına tam orta məktəbə gələn
qonaqlar sinif otaqlarında, fənn kabi-
netlərində yaradılan şəraitlə maraqla-
nıb, müəllim və şagirdlərlə həmsöhbət
olublar.
Məktəbə müxtəlif hədiyyələr və
kompüter dəsti təqdim edilib.
Cocuq Mərcanlıda tikilən Şuşa
məscidinin bənzəri olan məscidlə tanış-
lıq da qonaqlarda unudulmaz təəssürat
yaradıb.
Daha sonra nümayəndə heyəti Co-
cuq Mərcanlıda düşmənlə təmas xət-
tindəki postlarda növbə çəkən əsgər-
lərlə görüşüb, onların xidmət şəraiti ilə
yaxından tanış olublar. Əsgərlərimizin
döyüş ruhunun yüksək olması qonaq-
larda qürur hissi yaradıb.
BakıDa Beynəlxalq transxəzər nəqliyyat marşrUtUnUn
inkişaf perspektivləri müzakirə olUnUB
Özbəkistanın paytaxtı
Daşkənddə “14-cü Beynəlxalq
Nəqliyyat və Logistika” sərgisi
keçirilib.
15-17 noyabrda baş tutan
sərgidə ölkəmizi “Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” QSC-
nin tərkibinə daxil olan “ACSC
Logistics” MMC təmsil edib.
Ziyarətçilər “ACSC Logis-
tics” MMC-nin göstərdiyi xid-
mətlər barədə məlumatlandırılıb.
Həmçinin, iştirakçılara xüsusi
bukletlər paylanıb. Sərgi zama-
nı “ACSC Logistics” MMC-nin
stendi xüsusi marağa səbəb olub.
“TransUzbekistan” təcrübə
mübadiləsi, rəqibləri müəyyən-
ləşdirmək, yeni işgüzar əlaqələr
qurmaq və bazarın son vəziyyə-
tini öyrənmək baxımından uni-
kal platformadır. Sərgiyə dün-
yanın 27 ölkəsindən təxminən
3568 qonağın qatılması tədbirin
əhəmiyyətindən xəbər verir.
Xatırladaq ki, “ACSC
Logistics” MMC həm ölkə daxi-
lində, həm də xaricdə nəqliyyat
və logistika xidmətləri göstərir.
Şirkətin əsas məqsədi Avropa ilə
Asiya arasındakı ən qısa marşrut
kimi qədim İpək Yolu, xüsusilə
Transxəzər Nəqliyyat Dəhlizinin
tam istifadəsini təşviq etmək,
bu istiqamətdə əlavə yükdaşıma
imkanlarını araşdırmaq və həya-
ta keçirməkdən ibarətdir.
Şirkət fəaliyyətini “Azər-
baycan Xəzər Dəniz Gəmiçili-
yi” QSC-nin qoyduğu ənənələr
əsasında həyata keçirir. Belə ki,
“ACSC Logistics” MMC şəffaf
və aydın tarif siyasəti, innovativ
iş üsullarından istifadə, əlavə
xərcləri aradan qaldırmaq üçün
qabaqlayıcı tədbirlərin görülmə-
si, yaranmış problemlərin həllin-
də sürətlilik, müqavilələrə uy-
ğun vəzifələrin peşəkarlıqla və
vaxtında yerinə yetirilməsi kimi
vacib prinsiplərlə işləyir.
“ACSC Logistics” MMC-
nin xidmət dairəsi genişdir.
Şirkət müştərilərinə yüklə-
rin daşınması üçün ən optimal
marşrut seçimi, təhlükəli və iri
həcmli yüklər və onların daşın-
ma şərtləri barədə tövsiyələr ve-
rir, yüklərin Xəzər dənizi, Qara
dəniz, Azərbaycan, Gürcüstan,
Qazaxıstan, Türkmənistan, Öz-
bəkistan, MDB və Baltik ölkələ-
rinin həm dəmir, həm də dəniz
yolları ilə daşınmasını həyata
keçirir. Bundan başqa, daşıma
zamanı tələb olunan sənədləş-
mə və müşayiət xidmətlərinin, o
cümlədən gömrük rəsmiləşdiril-
məsi, sığorta, gəmi agenti, nəq-
liyyat, ekspedisiya və digər xid-
mətlərin göstərilməsini də təşkil
və təmin edir.
DaşkənDDə keçirilən “14-cü Beynəlxalq
nəqliyyat və logistika” sərgisinDə
ölkəmizi “acsc logistics” mmc təmsil eDiB
yeni azərBaycan partiyasının üzvü olan Dənizçilərin Də
iştirakı ilə cocUq mərcanlıya səfər təşkil olUnUB
gəmiçilik “caspian ecology 2017” sərgisinDə iştirak eDiB