Şəfəq dolu bir nəğmə
43
QƏZƏLLƏR
Dedilər : sevgili-canan gələcəkdir bu gecə,
Könlümü eyləyən heyran gələcəkdir bu gecə.
Neçə ildir çəkirəm mən o gülün həsrətini,
Axır ki zülfi-pərişan gələcəkdir bu gecə.
Dönəcək can otağım baği-gülüstana mənim,
Canıma yenidən bir can gələcəkdir bu gecə.
O təbib, xəstəsi mən, dərman onun busəsidir,
Dərdimə, ey Əyyub, dərman gələcəkdir bu gecə.
1979
Əyyub Sabiroğlu
44
Bu sınıq könlümü gəl, bir də pərişan eyləmə,
Çox bəlalar çəkmişəm, bəsdir nahaq qan eyləmə.
Bu eşq yolunda məni çox imtahana çəkmisən,
Hər cəfaya dözmüşəm, bir də imtahan eyləmə.
Bir canım vardı, onu yolunda qurban etmişəm,
Quruca cismim qalıb, onu da şan-şan eyləmə.
Uyma əğyarə, onun saxtaca gülüşləri var,
Bu geniş dünyanı gəl, könlümə zindan eyləmə.
Əyyubam, eşq əhliyəm-düz ilqarım, düz əhdim var,
Bu sevda yolçusuna başqa yol güman eyləmə.
25.10. 1985
Şəfəq dolu bir nəğmə
45
Vurdun ürəyim başına yüz yarə, sevgilim,
Eylər bu dəli könlümə kim çarə, sevgilim?
Baxma elə naz ilə, məni etmə pərişan,
Etməz bu qədər zülmü ki, yar yarə, sevgilim.
Əydi məni eşq atəşi, qəddim kaman oldu,
Oldum sənin eşqinlə bir avarə, sevgilim.
17.01.1981
Əyyub Sabiroğlu
46
Çıxar yarıyla görüşə neçə ceyran gecələr,
Eyləyər bunca məni hüsnünə heyran gecələr.
Gəzişir qəmli-qəmli dərdli bir aşiq küçədə,
Onun da ruhunu eyləmiş pərişan gecələr.
Sevdiyi dilbəri rahatcə yatağında yatar,
O isə sübhə kimi gəzər bağrı qan gecələr.
Ay çıxıb, nur ələyir, şairanə bir gecədir,
Nə gözəl olur aləm, ay çıxan zaman gecələr.
Şırhaşır laylay çalır ətrafa «Karvan bulağı»,
Şah palıd kölgəsi həsrət sənə, ey can, gecələr.
Seyrə çıx, ey Əyyub, sən hər axşam bulaq başına,
Görəcəksən neçə ulduz olur pünhan gecələr.
15.08.1978
Şəfəq dolu bir nəğmə
47
Əyyubun öz yarı var, özgə bir canan istəməz,
Canını vermiş ona, özgələrdən can istəməz.
Əzəldən yar bağının vurğunu olmuş ürəyi,
Varsa da, ondan da barlı bir gülüstan istəməz.
Yatmayıb çox gecələr, o çəkdi yar həsrətini,
Gördü hicran dadını, bir daha hicran istəməz.
Yanına yüz cürə dərman ilə gəlmə, ey təbib,
Dərmanı bir busədir, o ayrı dərman istəməz.
1979
Əyyub Sabiroğlu
48
Gəzmə məndən aralı, nazlı nigarım sənsən.
Mən bir şeyda bülbüləm, güllü baharım sənsən.
İçirtdin sən öz əlinlə mənə eşqin camını,
Tək səni istər könül, dövlətim –varım sənsən.
Vermə əğyarə könül, aşiqi rüsvay etmə,
Bütün aləmdə bilirlər, mənim yarım sənsən.
Üzünü yana çevirmə görəndə, Əyyubam,
Qoca dünyada mənim səbri -qərarım sənsən.
1979
Şəfəq dolu bir nəğmə
49
Mən tək çəkə bilməz, gözəlim, nazını heç kəs,
Heç kəs poza bilməz yazılan yazını, heç kəs.
Bil, Tanrı yazıb alnımıza qisməti, ömrü,
Heç vaxt bilə bilməz çoxunu, azını heç kəs.
Sənsən qoca dünyada mənim qisməti-yarım,
Təkrar edəməz səsini, avazını heç kəs.
Yetməzmi, gülüm, bunca məni imtahan etdin?
Sən tək xəzan etməz baharın, yazını heç kəs.
07.10.2005
Dostları ilə paylaş: |