Şəmil
Sadiq
140
ki, hələ Seyid Əzim Şirvani 150 il bundan öncə hazırladığı
“Uşaqların baharı” dərsliyi ilə millətinə və bəşəriyyətə ya-
rarlı övladlar yetişdirməyi qarşısına məqsəd qoymuşdur.
Yeni dərsliklər və dərslər də sadəcə bilik öyrətməklə yox,
bilikdən bir vasitə kimi istifadə edib insan yetişdirməklə də
seçilməlidir. Qəbul edilən kurikulum yox, istənilən inkişaf
etmiş ölkələrdən birinin təhsil sistemindən yararlansa idik,
yenə təhsilə münasibət Sovet təhsilindən fərqli olacaqdı.
Əslində, bu layihənin adını nə qoyuruq-qoyaq, birmə-
nalı olaraq vurğulamaq istəyirəm ki, təhsilə yeni yanaşma-
ğımız çox vacib idi. Çünki gündən-günə inkişaf edib, ye-
niləşən dünyadan geri qalmamağımız üçün inkişaf etmiş
ölkələrin təcrübələrindən istifadə etməli idik. Elə bu səbəb-
dən də bugünkü Azərbaycan dili dərslərinin tədrisində bir
çox problemlər ortaya çıxır. Onların bir qismini sadalamaq
istərdim:
Azərbaycan dili və ədəbiyyat fənləri üçün yazılmış
fənn kurikulumunun məzmun standartlarındakı oxşar-
lıqlar və eyniliklərin olması həmin problemlərdən biri və
birincisidir.
2.1.1. Lüğətlərdən istifadə etməklə tanış olmadığı sözlərin mənasını müəyyənləşdirir.
Ədəbiyyat məzmun
standartları
Azərbaycan dili məzmun
1.1.1. Müxtəlif vəznli şeirlərdə və
sadə süjetli ədəbi nümunələrdə (nağıl,
təmsil, hekayə) tanış olmayan sözlərin
mənalarını lüğətdən istifadə etməklə
izah edir.
2.1.1. Lüğətlərdən istifadə etməklə
tanış olmadığı sözlərin mənasını müəy-
yənləşdirir.
1.1.3. Sadə süjetli ədəbi nümunələri
(nağıl, təmsil, hekayə) hissələrə ayırır,
plan tərtib edir.
2.2.2. Mətnin tərkib hissələrini fərqlən-
dirir.
1.2.4. Ədəbi nümunələrin (nağıl, təm-
sil, hekayə) mövzu və ideyasını izah
edir.
2.2.3. Mətndəki əsas fikri müəyyən-
ləşdirir.
2.1.3. Ədəbi nümunələrlə bağlı fikir-
lərini bildirir. 2.2. Ədəbi əsərlərin mü-
zakirəsində ünsiyyət mədəniyyəti nü-
mayiş etdirir.
2.2.1. Müzakirələrdə söylənilən fikirlə-
rə öz münasibətini bildirir.
1.2. Şifahi nitq bacarıqları nümayiş et-
dirir.
1.2.2. Fikirlərini konkret fakt və nü-
munələrlə əsaslandırır. 1.2.4. Hər hansı
fakt və hadisə ilə bağlı fikir bildirir.