4
BBK 32
Ə 56
Buraxılışına məsul
akademik
RAMİZ MEHDİYEV
ƏLİYEV İLHAM
Ə 56 İnkişaf – məqsədimizdir. B., Azərnəşr, 2017, 400 səh.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oxu-
culara təqdim olunan «İnkişaf–məqsədimizdir» çoxcildliyinin bu
cildində Azərbaycanın uğurla aparılan daxili və xarici siyasətinə,
iqtisadi potensialının möhkəmlənməsinə, ordu quruculuğuna,
regionların sosial inkişafının həyata keçirilməsinə, cəmiyyətimizin
demokratikləşdirilməsi istiqamətində önəmli nailiyyətlərinə və
ictimai-siyasi həyatın digər sahələrinə dair nitqləri, çıxışları, tövsi-
yələri öz əksini tapmışdır.
Kitabda prezident İlham Əliyevin İtaliya, Serbiya, Sloveniya və
Tatarıstana,Belçika Krallığına səfərlərindən, həmçinin ölkəmizə səfərə
gəlmiş Çexiya və Fələstin dövlətlərinin rəhbərləri ilə ölkələrimiz
arasında çoxşaxəli əlaqələrin inkişafından, enerji və qeyri-neft
sektoruna aid bağlanan müqavilələrdən, beynəlxalq əməkdaşlığın daha
da möhkəmləndirilməsindən və genişləndirilməsindən bəhs olunur.
Azərbaycan prezidentinin bütün görüş və danışıqlarının qayəsini
Ermənistanın işğalçılıq siyasəti, Dağlıq Qarabağ problemi və bu
problemin həlli yolları təşkil edir.
Bu cilddə, həmçinin Azərbaycan prezidentinin ölkəmizə gəl-miş
bir sıra beynəlxalq təşkilatların nümayəndələri, mədəniyyət və din
xadimləri ilə görüşləri, kütləvi informasiya vasitələrinə verdiyi
müsahibələri yer almışdır.
İSBN 978-9952-8100-7-3
32
-
ББК
2017
651(07)
М
0801000000
Я
© Azərnəşr, 2017
5
9 MAY – QƏLƏBƏ BAYRAMI MÜNASİBƏTİLƏ
BAKIDA TƏNTƏNƏLİ MƏRASİMDƏ İŞTİRAK
9 may 2011-ci il
İkinci dünya müharibəsində faşizm üzərində qələbənin
66-cı ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli
mərasim keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məra-
simdə iştirak etmişdir.
Azərbaycan xalqı faşizm üzərində tarixi qələbəyə böyük töhfə
vermişdir. Bu qələbənin əldə olunmasında çox böyük payı olan
Azərbaycan xalqı özünün 640 mindən çox oğul və qızını cəbhəyə
yola salmışdı. Onların təxminən yarısı döyüşlərdə həlak olmuşdur.
Dəhşətli müharibədə göstərdikləri igidliyə görə Azərbaycanın 130-
dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş,
170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla
təltif edilmişdir. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək
şanlı döyüş yolu keçmiş, yüzlərlə həmyerlimiz isə partizan
dəstələrinin tərkibində vuruşmuşdur. Azərbaycanlı çağırışçı və
könüllülərdən formalaşdırılmış 77-ci, 223-cü, 336-cı, 402-ci və
416-cı milli atıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət
göstərərək, adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazmışlar.
Şanlı qələbəyə neft Bakısının töhfəsi də əvəzsiz olmuşdur.
Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə
üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli motor
yağlarının 85–90 faizi Azərbaycanın payına düşürdü. İkinci
dünya müharibəsində faşizm üzərində qələbənin təmin
edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təy-
yarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi
yanacaqla hərəkətə gətirilirdi.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ha-
kimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının