Q A N U N 01 (267), 2017
Nəsırov Elşad H aqverdi oğlu,
Bakı Dövlət Universitetinin
“Konstitusiya hüququ ”
kafedrasınm baş müəllimi
M əm m ədova N igar Tahir qızı,
Bakı Dövlət Universitetinin
“Konstitusiya hüququ ”
kafedrasının doktorantı
— ---------------------------------------------------------------------------------------------------
UOT 34: 342.41
KONSTİTUSİYANIN ƏHƏMİYYƏTİ
VƏ ƏSAS FUNKSİYALARI
Açar sözlər:
Konstitusiya, konstitusion
normalar, hüquqi funksiya, sosial funksiya,
siyasi funksiya, qanunvericilik.
Ключевые слова:
Конституция, кон
ституционные нормы, правовая функция,
социальная функция, политическая функ
ция, законодательство.
Keywords:
Constitution, constitutional
norms, legal function, social function, politi
cal function, legislation.
K
onstitusiya həm şəxsiyyət, həm
cəmiyyət, həm də dövlət üçün
müstəsna əhəmiyyətə malik olan
bir sənəddir.
Demokratik hüquqi dövlətdə Konstitusiya
nəinki dövlətin, habelə xalqın dövlətçilik ira-
dəsini, suverenliyi ifadə etdırən cəmiyyətin də
Əsas Qanunudur. Konstitusiya insanm və
vətəndaşm əsas hüquq və azadlıqlarım, haki-
miyyətin ictimai-siyasi institutlarını və xalqın
özünüidarə sistemini təsbit edir, vətəndaş
cəmiyyətinin formalaşmasmm və inkişafının
hüquqi əsası kimi çıxış edir.
Konstitusiyanı cəmiyyətin mikromodeli,
hüquqi nişanı kimi təsəw ü r etmək olar. Məhz
onun hüdudlannda və əsasında dövlət haki-
miyyəti mexanizmi fəaliyyət göstərir, vətən-
daşlann hüquq və azadlıqlan müdafıə olunur,
ictimai inkişafın sahələri qabaqcadan müəy-
yənləşdırilir [1, s. 51].
Bu mühüm sənədin ən üstün və fərqli
cəhətlərindən biri onun müddəalarında insan-
lara dövlət və cəmiyyət tərəfindən verilmiş və
verilməli olan, habelə cəmiyyət üzvləri tərə-
findən etibar edilən və etibar edilməsi müm-
kün sayılan bütün hüquqlann, azadlıqlarm və
vəzifələrin bütöv və vəhdət halında öz əksini
taparaq bir-birini tamamlamasıdır. Konstitusi-
yanın эп üstün və fərqli cəhətlərindən digəri
budur ki, orada ictimai quruluş haqqında
konkret miiddəa yoxdur, iqtisadi münasibətb-
rin forma və inkişafını məhdudlaşdıran heç
bir sədd müəyyən edilməmişdir. Bu da iqtisa
di sahədə insan azadlığı və onun fəaliyyətinin
sərbəstliyinə tam təminat verir [3].
Azərbaycan Respublikasınm Konstitusiya-
sı ölkə ərazisində birbaşa ali hüquqi qüvvəyə
malik olan, həyatımızın bütün sahəbrinə
nüfuz edən canlı bir sənəddir. Konstitusiyamı-
zın fəaliyyətdə olduğu dövrdə həyata keçiri-
b n irimiqyaslı islahatlann uğurlu nəticələri
buna əyani sübutdur. K onstitusiya qəbul
ediləndən sonra ölkəmizdə birbaşa xalq tərə-
fındən seçibn qanunverici orqan formalaş-
mış; dövlət hakimiyyəti orqanlarının fəaliyyə-
tinin təkmilbşdirilməsi istiqamətində mühüm
addımlar atılmış; beynəlxalq təcrübə və
tövsiyəbr nəzərə almmaqla məhkəmə-hüquq
islahatlan həyata keçirilmiş; bir sıra yeni
institutlar - Konstitusiya Məhkəməsi, İnsan
hüquqları üzrə müvəkkil (Ombudsman), yerli
Q A N U N 01 ( 267) , 2017
özünüidarəetmə orqanları olan bələdiyyələr
yaradılmış və fəaliyyətə başlamış; xüsusi
mülkiyyət institutunun inkişafı və ümumiy-
yətlə, mülkiyyət hüquqlarının müdafıəsi ilə
bağlı mükəmməl təminat sistemi formalaş-
mışdır [2, s. 6].
Azərbaycan Respublikasmın Konstitusiya-
sı yalnız dövlətin təşkilini deyil, həm də
qeyri-dövbt sahələrini - sosial-iqtisadi quru-
luşun əsaslannı, cəmiyyətin mədəni həyatını,
insan və vətəndaşın hüquq, azadlıq və
vəzifələrini əhatə edir. Onun tənzimləyici rolu
bütün dövlət orqanizminə aiddir. Odur ki,
Azərbaycan Respublikasmın Konstitusiyası
onun Konstitusiya quruluşunun əsaslarını,
insan və vətəndaşın hüquqi statusunu, vətən-
daş cəm iyyətinin əsas cəhətlərini, unitar
dövlət quruluşunu, Azərbaycan Respublika-
sında qanunverici, icra və məhkəmə hakimiy-
yəti orqanlannın təşkili və fəaliyyəti prinsip-
lərini, yerli özünüidarəetm ənin əsaslarını
təsbit edir [1, s. 54].
Konstitusiya hüquq sisteminin təməlini
təşkil edir. Hüquq sisteminin nüvəsini, bünöv-
rəsini təşkil etməklə, konstitusiya bu sistem-
dən təcrid olunmuş şəkildə deyil, həmin
sistem daxilində fəaliyyət göstərir. Konstitu
siya hüquq sisteminin üzvi tərkib hissəsi və
mərkəzi həlqəsi, başlıca tərkib yaradıcı ele-
menti, onun əsas hüquqi mənbəyidir. Konsti-
tusiyanın əhəmiyyəti həm də onda ifadə
olunur ki, o, bütün hüquq sisteminin fəaliyyə-
tinin ilkin başlanğıclarını müəyyən edir və
eyni zamanda, baza mənbə kimi hər bır hüquq
və qanunvericilik sahəsinin sisteminə daxıl
olur [7, s. 24].
Bütün hüquq sahələrinin Konstitusiya
əsasında kompleks inkişafı demokratik hüqu-
qi dövlətin formalaşması, insan və vətəndaş
hüquq və azadlıqlarının təminatlılıq səviyyə-
sinin artması, qanunçuluq və hüquq qaydası-
nın möhkəmlənməsi üçün əlverişli zəmin
yaradır.
Konstitusion tənzimetmə təsiri heç bir
digər normativ hüquqi aktın malik olmadığı
hərtərəflilik xarakterinə malikdır. Konstitusi
ya cəmiyyətın həyatının bütün sahələrınə -
siyasi, iqtisadi, sosial, ınənəvi və digər sahələ-
rinə toxunur və bu sahələrdə ictimai münasi-
bətlərin fundamental əsaslarını tənzim edir [8,
s. 26].
Konstitusiyanın cəmiyyətdəki əhəmiyyəti
onun daşıdığı funksiyalar vasitəsilə reallaşır.
Funksiyalar konstitusiyanın mahiyyətini,
sosial təyinatını, konstitusion normaların və
institutlann spesifık cəhətbrini özündə əks
etdirir.
K onstitusiyanın funksiyalarm ın həcmi
tarixi inkişaf gedişində dəyişməz qalmır.
Onlar başlıca olaraq iki səbəbdən dəyişir.
Birincisi, demokratik hüquq və azadlıqlann
təsbitinə gətirib çıxaran siyasi mübarizə
nəticəsində. Məlum olduğu kimi, cəmiyyət
hüquq və azadlıqlann müəyyən minimumu
olmadan inkişaf edə bilməz. İnqilabdan
sonrakı dövrün aktlarında bu minimum kafı
səviyyədə idi. Sonrakı onillikbrdə vətəndaş-
larm öz hüquqları uğrunda inqilabi mübarizə-
si nəticəsində bu minimum genişbndi. Bu
faktorun təsiri ilə parlament və hökumət
arasında m ünasibətbrdə transformasiya baş
verir. Konstitusion funksiyalann mürəkkəb-
b şm əsin ə səbəb olan ikinci am il yeni
beynəlxalq reallıqların tə b b b ri, milli və
beynəlxalq əhəmiyyət kəsb edən məsələlərin
həllidir [4].
Konstitusiya bütövlükdə çoxsaylı funksi
yalar yerinə yetirsə də, onlardan эп m ühüm b-
ri aşağıdakılar hesab olunur:
- hüquqj funksiya;
- siyasi funksiya;
- sosial funksiya;
- tərbiyəvi-ideoloji funksiya.
Bəzən Konstitusiyanın təsisedici və təşki-
lati funksiyaları da fərqbndirilərək Əsas
Qanunun funksiyalarının dairəsi aşağıdakı
kimi müəyyən edilir:
1) təsisedici funksiya - hüquqi dövbtin
inkişafı üçün əsas;
2) təşkilati funksiya - dövbtin inkişafı
üçün zəruri olan yeni vəzifə və istiqamətlərın
müəyyən ləşdirilməsi;
3) xarici siyasi funksiya - beynəlxalq siya
si fəaliyyət üçün əsas;
4) ideoloji funksiya - müəyyən siyasi
təlim, m əsəb n, SSRİ konstitusiyalarının
kommunist xarakteri;
Q A N U N 01 (267), 2017
5) hüquqi funksiya [9].
Konstitusiya hüquq ədəbiyyatmın və kon-
stitusiya qanunvericilıyinin normalarmın təh-
lili əsasmda Konstitusiyanın aşağıdakı funk-
siyalarının fərqləndirilməsini məqsədəmü-
vafıq hesab edirik:
- hüquqi funks iya;
- siyasi funksiya;
- sosial funksiya;
- tərbiyəvi-ideoloji funksiya;
- təsisedici funksiya;
- inteqrasiya funksiyası;
- humanitar funksiya;
- kollizion funksiya.
Konstitusiyanın hüquqi
funksiyasının
mahiyyəti ondan ibarətdir ki, o:
- ölkədə yeni hüquq sistemi və hüquq
qaydasmın (və ya əgər onlar mövcuddursa və
prinsipcə saxlanılırsa, onların inkişafmda yeni
mərhələnin) əsasına çevrilir;
- özü ictimai münasibətləri tənzim edir və
birbaşa hüquqi qüw əyə malik sənəd kimi
onlann yaranmasının ilkin əsası ola bilər;
- qanunvericiliyin inkişafına və konstitusiya-
nın ümumi ideyalannı və ayn-ayn müddəalannı
əks etdirən yeni böyük normativ hüquqi aktlar
kütləsinin qəbuluna impuls verir [6, s. 124].
Konstitusiya milli hüquq sisteminin ən
yüksək hüquqi qüvvəyə malik başlıca mənbə-
yi olmaqla, bütün hüquqi tənzimetmə sistemi
nin əsasını təşkil edən normativ hüquqi aktdır
və bütün hüquq sistemi üçün ilkin başlanğıc-
lan və rəhbər müddəaları özündə əks etdirir..
Konstitusiya həm də siyasi sənəddir. O,
siyasi inkişafın nəticəsini, müxtəlif ıctimai-
siyasi qüvvələrin maraq və mövqelərinin
balansını özündə əks etdirir və cəmiyyətin
siyasi sisteminin əsas institutlarmı təsbit edir,
dövlət hakimiyyətinin təşkilinin, dövlət-
şəxsiyyət münasibətlərinin əsaslarını, bütöv-
lükdə siyasi sistemin fəaliyyət prinsiplərini
müəyyən edir.
Konstitusiyada bütün əsas siyasi hüquq və
azadlıqlar və onların təminatları öz əksini
tapır. Həmin hüquq və azadlıqların reallaşdı-
rılması vətəndaşların sosıal-siyasi fəallığınm
stimullaşdırılmasına xıdmət edir.
Konstitusiya dövlət siyasətinin əsas ideya,
prinsip və məqsədlərini özündə əks etdirmək-
1э, siyasi münasibətlərə tənzimedici təsir
göstərir.
Konstitusiya sosial sistemin başlıca ünsür-
lərini bir-biri ilə əlaqələndirir, bu sistemin
sabitliyini təmin edir və onun inkişafının
əsaslarım müəyyən edir. Əsas Qanun insan və
vətəndaşlann sosial təminatmın və bütövlük-
də dövbtin sosial siyasətinin эп mühüm və
prioritet istiqamətlərini özündə əks etdirir,
aib , din, səhiyyə, təhsil və s. kimi vacib sosial
sahələrin hüquqi tənzimi ib bağlı ilkin və
rəhbər müddəalan təsbit edir.
Konstitusiya ıdeoloji sənəd kimi demok-
ratik institutları və ümumbəşəri dəyərbri
özündə əks etdirir. Bu dəyərlər, demokratik
ideologiyanın əsası kimi, Konstitusiya ib
qorunur. Konstitusiya cəmiyyətin mənəvi
həyatına təsir göstərir, xalqın hüquqi şüuru-
nun və dünyagörüşünün formalaşmasında
mühüm rol oynayır.
Konstitusiya insan hüquqları, demokra-
tiya, a ib və s. kimi cəmiyyətdə hamılıqla
qəbul edilmiş dəyərləri əks etdırərək, insan-
lan bu dəyərbr naminə Konstitusion göstəriş-
b rə əməl etməyə inandırır.
Konstitusiyanın ideoloji funksiyası onu
ifadə edir ki, konstitusiya xüsusi dünyagörü-
şünü əks etdirməklə, d ö v b t hakimiyyətinin
fəlsəfəsini təşkil edir: mühüm dəyərləri -
insan və vətəndaş hüquq və azadlıqlarını,
siyasi plüralizm i, m ülkiyyət formalarmın
müxtəlifliyi və hüquqi bərabərliyini, hakimiy-
yətin hüquqla məhdudlaşmasını və digər
hamılıqla tanınmış demokratik dəyərbrı elan
edir və qoruyur, müəyyən ideologiyanı -
dövlət və ictimai quruluşa dair ideya və
baxışlar sistemini məcmu halında nəzərdə
tutur. Konstitusiyanm m ütbq ideologiyasız-
laşdırılması qeyri-mümkündür [5].
Tərbiyəvi-ideoloji fiınksiyanın əsas əhə-
miyyəti Konstitusiyamn müəyyən siyasi və
hüquqi ideyaların, təsəvvürbrin və dəyərbrin
e
Q A N U N 01 (267), 2017
yayılması və təsbiti yolu ilə cəm iyyətin
mənəvi həyatına təsir göstərmək imkamnda
təzahür edir.
Təsisedici funksiya cəmiyyətin mühüm
institutlannm müəyyən edilməsində və onlara
ictimai-hüquqi forma verilm əsində ifadə
olunur. Konstitusiyada dövlət hakimiyyəti
orqanlarınm və konstitusiya hüququnun digər
subyektlərinin hüquq və vəzifələrinin dairəsi
müəyyən edilir.
Konstitusiya cəmiyyətin həyatında köklü
dəyişikliklər nəticəsində meydana çıxır və
onun gələcək inkişafınm siyasi və hüquqi
əsasını təşkil edir. Konstitusiyanm təsisedici
rolu onda ifadə olunur ki, birincisi, o, qəbul
edildiyi zaman cəmiyyətdə formalaşmış olan
ictimai münasibətlər sistemini təsbit edir,
ikincisi, yüksək qanunvericilik dəstəyi olma-
dan hamılıqla tanınması mümkün olmayan
yeni ictimai münasibətlərin təzahür etməsinə
zəmin yaratmaqla, siyasi-hüquqi inkişafın
proqressiv tendensiyalarını qanuniləşdirir [5].
Yəni konstitusiya m övcud münasibətləri
təsbit etməklə yanaşı, cəmiyyətdə artıq yeti-
şən, lakin zəruri hüquqi baza olmadığı üçün
təzahür edə bilməyən yeni münasibətlərin
meydana çıxması üçün zəmin yaradır. Bu
baxımdan, konstitusiyanın təsisedici funksi-
yası həm bütövlükdə ictimai (siyasi) sistemə,
həm də konkret dövlət-hüquq institutlanna və
təsisatlarına münasibətdə özünü göstərə bilər.
Konstitusiya inteqrasiya funksiyasım yerinə
yetirərək, dövbtin və cəmiyyətin bütövlüyünü,
vəhdətini və bölünməzliyini təmin edir.
Humanitar funksiyanm mahiyyəti ondan
ibarətdir ki, Konstitusiya sivil cəmiyyət üçün
xarakterik olan ümumbəşəri dəyərbri, hüquq
və azadlıqları təsbit edir, beynəlxalq hüququn
hamılıqla tanınmış norma və prinsiplərini
dövbtin hüquq sisteminin tərkib hissəsi elan
edir.
Kollizion funksiya normativ hüquqi aktlar
arasmda yaranan ziddiyyətləri həll etməyə və
aradan qaldırmağa xidmət edir.
Beblilkə, yuxarıda qeyd e d ib n b ri ümumi-
bşdirərək aşağıdakı nəticələrə gələ bibrik:
I. Konstitusiyanm cəmiyyətdəki əhəmiy-
yəti onun daşıdığı funksiyalar vasitəsib
reallaşır. Funksiyalar konstitusiyanm mahiy-
yətini, sosial təyinatmı, konstitusion normala-
rm və institutların spesifık cəhətlərini özündə
ks etdirir.
II. Konstitusiya hüquq ədəbiyyatınm və
konstitusiya qanunvericiliyinin normalannın
təhlili əsasında Konstitusiyanm aşağıdakı
funksiyalarınm fərqləndirilməsini məqsədə-
müvafıq hesab edirik:
- hüquqi funksiya;
- siyasi funksiya;
- sosial funksiya;
- tərbiyəvi-ideoloji funksiya
- təsisedici funksiya;
- inteqrasiya funksiyasi;
- humanitar funksiya;
- kollizion funksiya.
İstifadə edilmiş mənbələr:
1. Əsgərov Z.A. Konstitusiya hüququ. Dərslik. Bakı: Bakı Universiteti nəşriyyatı, 2006, 698 s.
2. Məmmədov M. Milli konstitusiyamız ölkəmizin inkişafmın əsas mənbəyidir / “Xalq” qəz., Bakı, 2008,12
noyabr, № 253
3. Novruzov S. Müasir Azərbaycan Konstitusiyası: insan hüquqlarının əsas təminatçısı və dövlətçiliyin hüquqi
təm əli / http://sia.az/ru/new s/econom y/375484-m uasir-azerbaycan-konstitusiyası-insan-huquqlarınm -esas-
teminatçısı-ve-dovletciliyin-huquqi-temeli
4. Каратеева M.H. Развитие научных взглядов на понятие, сущность и значение функций Конституции
/ http://superinf.ru/view_helpstud.php?id=5593
5. Понятие, сущность, функции Конституции / http://www.pravo.vuzlib.su/book_zl715_page_32.html
Q A N U N 01 (267), 2017
6. Постников A.E. Конституционное право России. Учебник. М.: Проспект, 2009, 504 с.
7. Чиркин В.Е. Основы государственной власти. М.: Ю ристь, 2003, 112 с.
8. Эбзеев Б.С. Конституция. Правовое государство. Конституционный суд. М.: Закон и Право, 1997, 349 с.
9. https://www.calc.ru/Konstitutsiya-Ponyatiye-J-Funktsii-Konstitutsii.html
Насиров Эльшад Хагверди оглу
Мамедова Нигяр Тахир гызы
ЗНАЧЕНИЕ И ОСНОВНЫЕ ФУНКЦИИ КОНСТИТУЦИИ
РЕЗЮ МЕ
В настоящей статье проанализированы значение и основные функции Конституции. Автор, обобщая
результаты анализа показывает, что значения Конституции в обществе реализуется функциями, которые
она носит. Функции отражают в себя сущность, социальные назначения Конституции, специфческие черты
конституционных норм и институтов.
Nasirov Elshad Hagverdi
Mammadova Nigar Tahir
IMPORTANCE OF THE BASIC FUNCTIONS OF CONSTITUTION
SUMMARY
The article gives analysis o f the importance and basic functions o f the Constitution, which points out that the
importance o f the Constitution in a society, are realized by the functions it carries. The functions reflect the essence
of the socially appointed constitution, specific features o f the constitutional norms and institutes.
Rəyçi: h.ü.f.d., dos. N.Şükürov
Təqdim edən: h.ü.e.d., prof. M.S. Qəfərov
Daxil olma tarixi: 24.11.2016
Təkrar işlənmə tarixi: 09.12.2016
Çapa imzalanma tarixi: 03.01.2017
Bakı Dövlət Universiteti hüquq fakültəsinin “Konstitusiya hüququ”
kafedrasımn 4 noyabr 2016-cı il tarixli iclasımn qərarı (protokol № 4)
ilə çapa məsləhət görülmüşdür.
Dostları ilə paylaş: |