Həzrət
Məhəmməd
Peyğəmbərin (s) təvəllüdü ilə
bağlı tarixi mənbələrdə iki
fərqli versiyanın göstərilməsi
səbəbindən
müsəlmanlar
onun doğum gününü iki fərqli
gündə (hicri təqvimlə rəbiül-
əvvəl ayının 12-si və 17-si)
qeyd
edirlər.
Günlər
arasındakı
fasiləni
qovuşdurmaq
məqsədilə
1981-ci
ildən
etibarən
uzaqgörən İslam alimlərindən
olmuş
mərhum
İmam
Xomeyninin (r.ə) təşəbbüsü
ilə bu iki günün ikisi də
bayram, günlər arasındakı
fasilə isə “vəhdət həftəsi”
elan edilmişdir. Hazırda
həzrət Peyğəmbərin (s) bu
günlərə təsadüf edən təvəllüd
günləri
bəzi
müsəlman
ölkələrində “vəhdət həftəsi”
kimi qeyd edilməkdədir.
“Vəhdət həftəsi” günlərini
yaşayaraq və bu günləri
əhəmiyyətli sayıb vəhdət
üçün çalışmağımız zəruridir.
Müsəlmanlar arasında vəhdət
İslamın
mühüm
mövzularındandır.
Vəhdət
həftəsi müsəlman dünyasının
bayramıdır, həzrət Peyğəmbər
(s), İmam Cəfər Sadiq (ə)
məktəbinin şad günüdür. Bir
sözlə
desək
qardaşlıq
günüdür.
Allah
Qurani-Kərimdə
buyurur:
َنْيَـب اوُحِلْصَأَف ٌةَوْخِإ َنوُنِمْؤُمْلا اَمَّنِإ
َنوُمَحْرُـت ْمُكَّلَعَل َهَّللا اوُقَّـتاَو ْمُكْيَوَخَأ
Həqiqətən
bütün
möminlər bir-birləri ilə
qardaşdırlar. Buna görə
də (bütün ixtilaflarda)
qardaşınız olan iki şəxs və
ya iki dəstənin arasını
düzəldin. Allahdan qorxun,
bəlkə rəhm olundunuz.
1
1- Hucurat surəsi, ayə 10
Başqa bir ayədə isə
müsəlmanlar arasında qərəzli
şəkildə ixtilaf və düşmənçilik
yaradan şəxslər ilahi əzabla
qorxudulurlar:
نِم ْاوُفَلَـتْخاَو ْاوُقَّرَفَـت َنيِذَّلاَك ْاوُنوُكَت َلاَو
ْمُهَل َكِئـَلْوُأَو ُتاَنِّـيَـبْلا ُمُهءاَج اَم ِدْعَـب
ٌميِظَع ٌباَذَع
Açıq-aşkar dəlillər gəldik-
dən sonra bir-birindən
ayrılan və ixtilaf törədən
şəxslər kimi olmayın! Onlar
böyük bir əzaba düçar
olacaqlar!
2
Göründüyü kimi Qurani
-Kərim möminləri bir-birinə
qardaş adlandırır və buyurur
ki, biz gəlmişik ki, sizi bir-
birinizə qardaş edək. Nəinki
ata və anadan olan qardaşlar,
bəlkə din qardaşlığı ki, hər bir
qohumluq
əlaqəsi
olan
qardaşlıqdan daha üstündür.
“Vəhdət həftəsi” mövzusu
qardaşlığın
daha
da
möhkəmlənməsinə
zəmin
yaradan amillərdən biridir.
“Vəhdət həftəsi” bir qardaşlıq
bayramıdır. “Vəhdət həftəsi”
müsəlman
dünyasının
bayramıdır,
Peyğəmbər
2- “Ali-İmran” surəsi, ayə 105
məktəbinin şad günüdür.
Vəhdət
peyğəmbərlərin
mirasıdır.
Allahın salamı olsun rəhmət
peyğəmbəri
həzrət
Məhəmməd Mustafaya (s).
Hansı ki, nifaqı vəhdətə və
birliyə çatdıraraq, illər boyu
uzanan düşmənçiliyi İslam
qardaşlığına
döndərdi.
Yaşasın vəhdət və vəhdət
həftəsi, çünki bu həftədə
əhdi-peymanlar
yenidən
möhkəmlənir, biləklər bir-
birinə sarılır, üzlər bir-birinə
təbəssüm edir. Salam olsun
Peyğəmbərə (s), salam olsun
İslama!
Həzrət Peyğəmbər (s)
buyurub: Vəhdət rəhmət,
təfriqə isə əzaba səbəb olur.
3
Uca Allah hər birimizi iman
həssaslığı ilə din qardaşlığını
yaşayıb-yaşadan
saleh
bəndələrdən qərar versin.
Bütün ömrümüzü Allahın
rizası üçün yaşayaraq əbədi
hüzur
və
səadətə
qovuşmağımızı lütfü-kərəmi
ilə ehsan etsin!
3- Nəhcül-fəsahə, 1323-cü hədis.
Vəhdət Həftəsi
Aktual
İmamzadə ziyarətgahı
(İmam Məhəmməd
Baqirin (ə) oğlu
İbrahimin dəfn
olunduğu məkan)
Gəncə şəhərinin ən maraqlı
memarlıq abidələrindən biri
xalq arasında “Göy günbəz” və
“Göy məscid” (“Göy İmam”)
kimi
tanınan
İmamzadə
kompleksidir.
Kərpicdən
tikilmiş türbənin ətrafında kiçik
məscidlər, təkyələr, karvansara
tipli evlər, alaqapı və köməkçi
binalardan təşkil olunmuşdur.
“İmamzadə”, yaxud “Göy
imam” türbəsi VIII əsrə aid
tarixi
abidədir.
Burada
müsəlmanların 5-ci imamı
Məhəmməd Baqirin (ə) oğlu
İbrahim dəfn olunub. Bu faktı
məqbərənin günbəzinin daxili
səthindəki yazılar da təsdiq
edir: “Bu şərəfli və müqəddəs
məkan babasının hicrətindən
120 il sonra vəfat etmiş İmam
Məhəmməd Baqirin (ə) oğlu
Mövlanə İbrahimin türbəsidir.”
Hicri tarixi ilə 120-ci il milad
təqviminin 740-741-ci illərinə
uyğundur.
Azərbaycan ərazisindəki digər
imamzadələrdə olduğu kimi,
Gəncə İmamzadəsində də imam
övladı İbrahimin dəfnolunma
tarixi barədə ilkin kitabə yoxdur.
Ancaq ziyarətgah haqqında,
yəqin ki, ən böyük həqiqətlərdən
biri
araşdırmaçı-alimə
Məşədixanım Nemət tərəfindən
oxunmuş
daş
kitabədir.
Kitabədə yazılıb:
“O, Allah əbədidir. Bu, İmam
Məhəmməd Baqirin (ə) oğlu
mövlana İbrahimin müqəddəs
məkanı (yerləşmiş) şərəfli
(cənnət) bağıdır. Öz babasının
köçməsindən 120 il sonra vəfat
etmişdir. Allahın ona salavatı
olsun. Və ona görə də bu yüksək
məqamlı
yerin
bərpa
olunmasına tiflisli general-
mayor İsrafil bəy Yadigarzadə
hicri 1296-cı (1878-79) ildə
əmr etmişdir.”
İbrahimin dəfn olunduğu
qəbiristanlıq bir zamanlar
Gəncə şəhərinin yaxınlığında
olub. Bunu həmin ərazilərdə
aparılan qazıntı işləri zamanı
tapılan qədim əşyaların, şəhər
xarabalıqlarının qalıqları da
təsdiq edir. Tarixin müxtəlif
dönəmlərində,
müəyyən
səbəblər
üzündən
Gəncə
şəhərinin yeri üç-dörd dəfə
dəyişdirilib. Hazırda ziyarətgah
şəhərin 6-7 kilometrliyindədir.
“İmamzadə”
Azərbaycan
ərazisindəki
müqəddəs
ziyarətgahlardan
biridir.
Xüsusən “Aşura” mərasimləri
zamanı bura on minlərlə
müsəlman toplaşır.
Son iki əsrdə “İmamzadə”də
bərpa işləri 1878-1879-cu
illərdə polkovnik İsrafil bəy
Yadigarzadənin və 1993-cü ildə
Hacı
Vaqif
Vəliyevin
xeyriyyəçilik təşəbbüsləri ilə
aparılmışdır.
Gəncə xüsusən yerli əhali
tərəfindən “İmam Hüseyn”
şəhəri də adlandırılır. Bu
ifadənin “İmamzadə” türbəsi ilə
əlaqədar olduğu bildirilir.
Tarixçi-alim
F.
Əhmədov
“Gəncənin tarixi yaddaşı”
kitabında sözügedən ifadə
haqqında maraqlı mülahizələr
irəli sürüb. Müəllif 1803-cü ilin
dekabrından
1904-cü
ilin
yanvarınadək
Gəncəni
mühasirəyə almış rus qoşunları
komandanlığının
şəhərin
müdafiəçilərinin əzmini qırmaq
üçün qalaya gedən yeraltı su
borularının qarşısını kəsməsi
haqqında göstəriş verməsindən
yazır. İşğalçı tərəf bu “tədbiri”
həyata
keçirdikdən
sonra
şəhərdə susuzluq başlayır və bu
səbəblə vəfat edənlərin sayı
günü-gündən artır.
Əhali “Gəncədə Kərbəla
faciəsi təkrar olunur” deyə öz
şəhərini
haqq
yolundan
dönməyən İmam Hüseynin adı
ilə bağlayır.
1
1- az.wikipedia.org
Azərbaycanın tarixi məkanları
18
19