1-
Adı: Məhəmməd
(əleyhis-salam) (Həzrət
Peyğəmbəri-Əkrəm (s) onun adını hələ
doğulmamışdan qabaq Məhəmməd, ləqəbini
isə Baqir qoymuşdur.)
2- Məşhur ləqəbi: Baqir (ə), Baqirül-ülum
3- Məşhur künyəsi: Əbu Cəfər (ə)
4- Anadan olduğu yer: Mədineyi-
Münəvvərə (indiki Səudiyyə Ərəbistanındakı
Mədinə şəhəri)
5- Anadan olduğu il: 57-ci hicri qəməri ili
(miladi 677-ci il), Rəcəb ayının 1-i
6- Əziz anası: Həzrət Ümmü Abdullah
(Fatimə) (Allahın rəhmət və bərəkəti üzərinə
olsun).
7- Kəramətli atası: 4-cü İmam həzrət
Zeynül-abidin (Allahın salamı, rəhmət və
bərəkəti üzərinə olsun)
8- Əzəmətli babası: 3-cü İmam həzrət
Hüseyn (Allahın salamı, rəhmət və bərəkəti
üzərinə olsun)
İmam Baqir (ə) ömrünün 4 ilini babasının
imaməti dövründə, 34 ilini də atasının
imaməti dövründə yaşadı (38 yaşına kimi).
9- Ömür gün yoldaşı və 6-cı İmam həzrət
Cəfər Sadiq (əleyhis-salam)-ın anası: Həzrət
Ümmü Fərvə (Allahın rəhmət və bərəkəti
üzərinə olsun)
10- Övladları: dörd oğlan, iki qız
11- İmamət dövrü: 19 il (95-114-cü illər)
38 yaşından 57 yaşına kimi
12- Həyatı iki hissəyə bölünür:
1- İmamətdən əvvəlki dövr (57-95-ci hicri
qəməri illəri, miladi 677-714-cü illər)
2- İmamət dövrü (95-114-cü hicri qəməri
illəri, miladi 714-732-ci illər)
57-61-ci illər (4 il) babası 3-cü İmam həzrət
Hüseyn (əleyhis-salam)-ın mübarək imamət
dövrü
61-95-ci illər (34) il atası 4-cü İmam həzrət
Zeynül-abidin (əleyhis-salam)-ın mübarək
imamət dövrü
95-114-cü illər (19 il) lənətlik Əməvi
xilafəti dövründə
13- Şəhadət tarixi: 7 zil-hiccə, 114-cü hicri
qəməri ili (miladi 733-cü il), 57 yaşında
14- Şəhadət səbəbi: Əməvi xəlifəsi məlun
Hişam ibn Əbdülməlikin əmri ilə
zəhərləndirilmişdir.
15- Şəhid olduğu yer: Mədinə şəhəri
16- Müqəddəs məzarı: Mədinədə Bəqi
qəbiristanlığında, həzrət Peyğəmbərin (s)
müqəddəs ziyarətgahının yanında
1
17- Ən böyük möcüzəsi: Qurani-Kərimin
təfsiri, Rəsulullahın
(səlləllahu əleyhi və alihi
və səlləm) sünnəsini dirçəltməsi, İslam
elmlərini yayması
18- İmam Baqir (əleyhis-salam)-ın mirası
olan ilahi elmlər xəzinəsini özündə cəm
edən hədislər: O həzrətin yüzlərlə tələbələri
tərəfindən müxtəlif mövzularda yüz minlərlə
hədis nəql olunmuşdur ki, onlardan minlərlə
hədis bugünkü zamanımıza kimi müxtəlif
qədimi hədis kitablarında mövcuddur.
19- İmam Baqir (əleyhis-salam)-ın və
Əhli-Beytin (ə) mübarək hədislərinin
toplandığı bəzi məşhur hədis kitabları:
1. “Kafi”;
hədislərin sayı: 16199 (on altı min yüz
doxsan doqquz); müəllif: Məhəmməd ibni
Yəqub Kuleyni (r); vəfatı: hicrətin 329-cu ili.
2. “Mən la yəhzuruhul fəqih”;
hədislərin sayı: 5963 (beş min doqquz yüz
altmış üç); müəllif: Şeyx Səduq (r); vəfatı:
hicrətin 381-ci ili.
3. “Təhzib”;
hədislərin sayı: 13590 (on üç min beş yüz
doxsan); müəllif: Şeyx Tusi (r); təvəllüd və
vəfatı: hicrətin 385-460-cı ili.
1- Bəqi qəbiristanlığında İmam Həsən (ə), İmam Zeynül-
abidin (ə), İmam Məhəmməd Baqir (ə), İmam Cəfər Sadiqin
(ə) mübarək qəbirləri yan-yanadır. Əvvəllər müsəlmanlar bu
qəbirlərin üzərində eynilə Rəsulullahın (s) müqəddəs qəbrinin
üzərində ucaltdığı kimi ziyarətgah ucaltmışdırlar. Milyonlarla
həzrət Rəsulullahı (s) ziyarət edərkən, çox qısa məsafədə olan
Bəqi qəbiristanlığındakı Əhli-Beyt İmamlarını (ə) da ziyarət
edərdilər. Əhli-Beyt (ə) düşməni olan vəhhabilər təqribən yüz
il bundan əvvəl hakimiyyəti ələ keçirdikdən sonra, bu
müqəddəs ziyarətgahları dağıtdılar.
4. “İstibsar”;
hədislərin sayı: 5511 (beş min beş yüz on
bir); müəllif: Şeyx Tusi (r); təvəllüd və vəfatı:
hicrətin 385-460-cı ili.
5. “Vəsailüş-Şiə”;
hədislərin sayı: 35868 (otuz beş min səkkiz
yüz altmış səkkiz); müəllif: Şeyx Hürr Amuli
(r); təvəllüd və vəfatı: hicrətin 1033-1104-cü
ili.
6.
“Biharül-Ənvar”;
Bu əzəmətli kitab 110 (yüz on) cilddən
ibarətdir və İslam dünyasının ən böyük hədis
kitabı sayılır. Müəllif kitabı 40 (qırx) il
ərzində yazmışdır. Hədislərin sayını nə qədər
araşdırsaq da əldə edə bilmədik. Müəllif:
Əllamə Məclisi (r.ə); təvəllüd və vəfatı:
hicrətin 1037-1111-ci ili.
7. “Vafi”;
hədislərin sayı: 50 000 (əlli min); müəllif:
Şeyx Feyz Kaşani (r.ə); təvəllüd və vəfatı:
hicrətin 1007-1091-ci ili.
8. “Mizanul Hikmət” ;
2
hədislərin sayı: 23 000 (iyirmi üç min);
müəllif: Ayətullah Məhəmmədi Reyşəhri
(Allah ömrünü uzun etsin).
Həmçinin yüzlərlə digər mötəbər və
möhtəşəm
hədis
kitablarında
həzrət
Rəsulullah (s) və onun məsum Əhli-Beytindən
(ə) bizə yadigar qalan hikmətli kəlamlar
qorunub saxlanmaqdadır.
2- Bu əzəmətli kitabın xülasəsi Azərbaycan dilinə tərcümə
olunub. Həmçinin kitab tam olaraq Azərbaycan dilinə tərcümə
olunmaqdadır.
Əhli-Beytin 5-ci İmamı
Həzrət Məhəmməd Baqir (əleyhis-salam)-ın
həyatı haqqında qısa məlumat
4
5
Əhli-Beyt (ə) (14 Məsum)