Parlayan Günəş aylıq jurnal Təsisçi: İmam Rza (əleyhis-salam)-ın müqəddəs hərəmi Məsul müdir



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix30.10.2018
ölçüsü3,63 Mb.
#76125
1   2   3   4   5   6   7   8

1- Adı: Məhəmməd (əleyhis-salam) (Həzrət 

Peyğəmbəri-Əkrəm  (s)  onun  adını  hələ 

doğulmamışdan  qabaq  Məhəmməd,  ləqəbini 

isə Baqir qoymuşdur.)

2- Məşhur ləqəbi: Baqir (ə), Baqirül-ülum

3- Məşhur künyəsi: Əbu Cəfər (ə)

4-  Anadan  olduğu  yer:  Mədineyi-

Münəvvərə (indiki Səudiyyə Ərəbistanındakı 

Mədinə şəhəri)

5- Anadan olduğu il: 57-ci hicri qəməri ili 



(miladi 677-ci il), Rəcəb ayının 1-i

6-  Əziz  anası:  Həzrət  Ümmü  Abdullah 

(Fatimə) (Allahın rəhmət və bərəkəti üzərinə 

olsun)

7-  Kəramətli  atası:  4-cü  İmam  həzrət 

Zeynül-abidin  (Allahın  salamı,  rəhmət  və 



bərəkəti üzərinə olsun)

8-  Əzəmətli  babası:  3-cü  İmam  həzrət 

Hüseyn  (Allahın  salamı,  rəhmət  və  bərəkəti 

üzərinə olsun)

İmam  Baqir  (ə)  ömrünün  4  ilini  babasının 

imaməti  dövründə,  34  ilini  də  atasının 

imaməti dövründə yaşadı (38 yaşına kimi).

9- Ömür gün yoldaşı və 6-cı İmam həzrət 

Cəfər Sadiq (əleyhis-salam)-ın anası: Həzrət 

Ümmü  Fərvə  (Allahın  rəhmət  və  bərəkəti 



üzərinə olsun)

10- Övladları: dörd oğlan, iki qız

11- İmamət dövrü: 19 il (95-114-cü illər) 

38 yaşından 57 yaşına kimi

12- Həyatı iki hissəyə bölünür:

1- İmamətdən əvvəlki dövr (57-95-ci hicri 

qəməri illəri, miladi 677-714-cü illər)

2-  İmamət  dövrü  (95-114-cü  hicri  qəməri 

illəri, miladi 714-732-ci illər)

57-61-ci illər (4 il) babası 3-cü İmam həzrət 

Hüseyn  (əleyhis-salam)-ın  mübarək  imamət 

dövrü


61-95-ci illər (34) il atası 4-cü İmam həzrət 

Zeynül-abidin  (əleyhis-salam)-ın  mübarək 

imamət dövrü

95-114-cü  illər    (19  il)  lənətlik  Əməvi 

xilafəti dövründə

13- Şəhadət tarixi: 7 zil-hiccə, 114-cü hicri 

qəməri ili (miladi 733-cü il), 57 yaşında

14- Şəhadət səbəbi: Əməvi xəlifəsi məlun 

Hişam  ibn  Əbdülməlikin  əmri  ilə 

zəhərləndirilmişdir.

15- Şəhid olduğu yer: Mədinə şəhəri

16-  Müqəddəs  məzarı:  Mədinədə  Bəqi 

qəbiristanlığında,  həzrət  Peyğəmbərin  (s) 

müqəddəs ziyarətgahının yanında

1

  

17-  Ən  böyük  möcüzəsi:  Qurani-Kərimin 



təfsiri, Rəsulullahın (səlləllahu əleyhi və alihi 

və  səlləm)  sünnəsini  dirçəltməsi,  İslam 

elmlərini yayması

18- İmam Baqir (əleyhis-salam)-ın mirası 

olan  ilahi  elmlər  xəzinəsini  özündə  cəm 

edən hədislər: O həzrətin yüzlərlə tələbələri 

tərəfindən müxtəlif mövzularda yüz minlərlə 

hədis nəql olunmuşdur ki, onlardan minlərlə 

hədis  bugünkü  zamanımıza  kimi  müxtəlif 

qədimi hədis kitablarında mövcuddur.

19-  İmam  Baqir  (əleyhis-salam)-ın  və 



Əhli-Beytin  (ə)  mübarək  hədislərinin 

toplandığı bəzi məşhur hədis kitabları: 

1. “Kafi”; 

hədislərin  sayı:  16199  (on  altı  min  yüz 

doxsan  doqquz);  müəllif:  Məhəmməd  ibni 

Yəqub Kuleyni (r); vəfatı: hicrətin 329-cu ili. 

2. “Mən la yəhzuruhul fəqih”;

hədislərin sayı: 5963 (beş min doqquz yüz 

altmış  üç);  müəllif:  Şeyx  Səduq  (r);  vəfatı: 

hicrətin 381-ci ili.

3. “Təhzib”;

hədislərin  sayı:  13590  (on  üç  min  beş  yüz 

doxsan);  müəllif:  Şeyx Tusi  (r);  təvəllüd  və 

vəfatı: hicrətin 385-460-cı ili.

1-  Bəqi qəbiristanlığında İmam Həsən (ə), İmam Zeynül-

abidin (ə), İmam Məhəmməd Baqir (ə), İmam Cəfər Sadiqin 

(ə) mübarək qəbirləri yan-yanadır. Əvvəllər müsəlmanlar bu 

qəbirlərin üzərində eynilə Rəsulullahın (s) müqəddəs qəbrinin 

üzərində ucaltdığı kimi ziyarətgah ucaltmışdırlar. Milyonlarla 

həzrət Rəsulullahı (s) ziyarət edərkən, çox qısa məsafədə olan 

Bəqi qəbiristanlığındakı Əhli-Beyt İmamlarını (ə) da ziyarət 

edərdilər. Əhli-Beyt (ə) düşməni olan vəhhabilər təqribən yüz 

il bundan əvvəl hakimiyyəti ələ keçirdikdən sonra, bu 

müqəddəs ziyarətgahları dağıtdılar.

4. “İstibsar”;

hədislərin  sayı:  5511  (beş  min  beş  yüz  on 

bir); müəllif: Şeyx Tusi (r); təvəllüd və vəfatı: 

hicrətin 385-460-cı ili.

5. “Vəsailüş-Şiə”;

 hədislərin sayı: 35868 (otuz beş min səkkiz 

yüz altmış səkkiz); müəllif: Şeyx Hürr Amuli 

(r); təvəllüd və vəfatı: hicrətin 1033-1104-cü 

ili.


6. “Biharül-Ənvar”; 

Bu  əzəmətli  kitab  110  (yüz  on)  cilddən 

ibarətdir və İslam dünyasının ən böyük hədis 

kitabı  sayılır.  Müəllif  kitabı  40  (qırx)  il 

ərzində yazmışdır. Hədislərin sayını nə qədər 

araşdırsaq  da  əldə  edə  bilmədik.  Müəllif: 

Əllamə  Məclisi  (r.ə);  təvəllüd  və  vəfatı: 

hicrətin 1037-1111-ci ili.

7. “Vafi”; 

hədislərin  sayı:  50  000  (əlli  min);  müəllif: 

Şeyx  Feyz  Kaşani  (r.ə);  təvəllüd  və  vəfatı: 

hicrətin 1007-1091-ci ili.

8. “Mizanul Hikmət” ;

2

 



hədislərin  sayı:  23  000  (iyirmi  üç  min); 

müəllif:  Ayətullah  Məhəmmədi  Reyşəhri 

(Allah ömrünü uzun etsin). 

Həmçinin  yüzlərlə  digər  mötəbər  və 

möhtəşəm 

hədis 


kitablarında 

həzrət 


Rəsulullah (s) və onun məsum Əhli-Beytindən 

(ə)  bizə  yadigar  qalan  hikmətli  kəlamlar 

qorunub saxlanmaqdadır.

2-  Bu əzəmətli kitabın xülasəsi Azərbaycan dilinə tərcümə 

olunub. Həmçinin kitab tam olaraq Azərbaycan dilinə tərcümə 

olunmaqdadır.

Əhli-Beytin 5-ci İmamı

Həzrət Məhəmməd Baqir (əleyhis-salam)-ın

həyatı haqqında qısa məlumat

4

5

Əhli-Beyt (ə) (14 Məsum)



Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə