təzyiqdən yaxşı çıxmağı bacarmalıdırlar. Əgər onlar bunu bacarmırlarsa onda tabeçiliyində
olanlardan sui-istifadə etməyə meyilli olurlar. Belə olduğu təqdirdə də cəmiyyət belə alçaq
liderləri əgər işləmək qabiliyyəti varsa, onda rişxəndlə də olsa qəbul edirlər. (Bu, məqsəd və
vasitələrə başqa bir nümunədir).
Liderlikdə ən azdırıcı məsələ maliyyə korrupsiyasıdır. Fərdlər öz ailələrini zənginləşdirmək
məqsədilə onlara verilmiş səlahiyyətləri öz xeyirlərinə istifadə edirlər və bu var-dövlət də öz
növbəsində nəsilləri tərəfindən ailənin siyasi gücünü əbədiləşdirmək üçün istifadə edilir. Öz
şəxsi maraq dairələrində olanlar da belə fərdlərin seçim kampaniyalarını maliyələşdirir və
daha sonra ümümi cəmiyyətin maraqlarından daha çox onu maliyyələşdirənlərin maraqları
təmin olunur.
Maliyyə korrupsiyasının hazırda dünyadakı miqyası inanılmaz dərəcədədir. Adi halda
mağazalardan oğurluq edənlər həbs olunurlar, amma yüz milyonlarla dollar oğurluq edən
məmurlar azadlıqda gəzirlər. Korrupsiyanın əsas tiplərinə “siyasi korrupsiya” aid edilir ki,
burada məmurlar öz şəxsi maraqları üçün qərar qəbul edirlər (özləri investoru olduqları biznes
sahəsinin vergilərini azaltmaqla) və dövlət müqavilələrində olan korrupsiyalardır ki, bunlarda
da təkliflər yerinə yetirilibsə, rüşvətlər də ödənilib.
Nepotizmlə rüşvətxorluq birləşərək liderliyin imtiyazlı bir sinfini yaradır. Bu demokratik
dövlətlərin dünyada ümumi uğursuzluğu hesab olunur: ancaq pullu fərdlər və ya valideyinləri
siyasətçi olanların bu postu/vəzifəni tutmaq şansları olur.
Liderlikdə ən ciddi problemlərin yaranmasına bir səbəb də fərdlərin demokratiyanı pozmağa
cəhd etməsidir. Kütlənin arzularını və onlara seçki qabağı verilmiş vədləri rədd etməklə
cəmiyyətin demokratik institutların işini pozmağa çalışmaqla diktatorluğa keçidə cəhd edirlər
ki, onların siyası partiyaları hakimiyyətdən üzaqlaşdırılmasınlar.
Lederlərlə bağlı dərin problemlərdən biri də onların seçillmək üçün mütləq hakimiyyətə can
atmalarıdır. Bəzi insanlar lider kimi doğulurlar, bunun mənası o deməkdir ki, onlar buna daha
çox qadirdirlər. Lakin digər fərdlər zirvəyə çatmaq üçün nəsə etməli olurlar. Müasir
cəmiyyətdə liderlik təbii qanuna tabedir və burada qəddarlığın olması bacarığın olması qədər
vacibdir.
Ən vacib məsələlərdən biri də budur ki, biz müəllimlə lider arasında fərq qoya bilmirik. Mövcud
liderlər gerçəklikdə insanların nə etmək lazım olduğunu deməməlidir. Bunun əvəzində onlar
cəmiyyətin mariflənməsinə kömək etməlidirlər ki, şəxsən özləri qərara gəlsinlər. Bütün bunlar
yerinə yetirildikdən sonra onlar hamının xeyrinə olacaq konsensus əldə edirlər.
Liderliyin yeganə forması - real demokratiyada iştrak edənlərin qərara gəlmək və bunun
vasitəsilə təbii qanunlardan və rəqabətdən qaçmalardır.
-27-
DEMOKRATIYA İNSTITUTLARI
11. SOSIAL MƏHDUDLAŞDIRMA VƏ BALANSLAR
Cəmiyyətdə hakimiyyətdən sui-istifadə etmək o dərəcədə ciddi və zərərli ola bilər ki, köləlik və
genosid kimi ağır və arzu olunmaz hadisələrə gətirib çıxara bilər və nəticədə bu da əks təsir
yarada bilər. Buna nail olmaq üçün biz məhdudlaşdırma və balanslar sisteminindən istifadə
edəcəyik. Biz güc mənbəyinin istənilən ölçüsünü və ya konsentrasiyasını məhdudlaşdırmaq
həmçinin, belə mənbələr arasında balanslaşdırma yaratma imkanlarına malikik. Ona görə ki,
onsuz da istənilən halda sui-istifadə üçün çoxlu imkanlar var və hal-hazırda inkişaf etdirilərək
bu daha da mürəkkəbləşdirilib. Lakin hətta bu mürəkkəbliyi öyrənməklə (bəlkə də elə bu
səbəbdən) də bunun özünün təkmilləşdirilməsinə böyük ehtiyac vardır. Dünyada hazırda
yaşanaraq sınaqdan çıxarılan problemlərdən biri də odur ki, hakimiyyətdə məhdudlaşdırma və
balansın əksər üsulları uğursuzluğa düçar olub.
Bunu görmək üçün müxtəlif çoxlu vasitələr mövcuddur. Misal üçün əgər siz cəmiyyətə də
fərdlər və institutlar kimi onların bir kombinasiyası olaraq baxırsınızsa onda bizə hər ikisini də
birlikdə məhdudlaşdırmaq lazım gələcək. Adi insanlar üçün bu nisbi olaraq sadədir. Hüquqi
sistem xüsusi cinayət qanunlarında şəxsi gücdən sui-istifadə əleyhinə qəti önləyici funkisyaya
malikdir. O sosial normalara uyğun gəlməyən davranışlara və həmçinin məzəmmətlərə açıq
mənfi rəyin ifadə edilməsini, eləcə də nümayişlərə görə olan tələbləri balanslaşdırmağa
kömək edir.
İnstitutlarda situasiyalar daha cazibəli görsənir. İnstitutların müxtəlif tipləri var və onların
hamısı problemləri və liderlərə sualını özünəməxsus tərzdə qoyurlar. Bur da əsas vəzifəmiz
institutların ehtiyaclarımızı hədəf götürməsinə əmin olmaqdır, yəni biz inanmalıyıq ki, onlar
bizim üçün işləyirlər öz liderlərinin daha çox varlanmaq və gücə sahib olmaq arzusunu həyata
keçirmirlər.
Məhudlaşdırma və balansın yoxlanması üçün digər bir vasitə - onlarda etikanın olmasından
başlayır. Biz digərlərinə zərər verməkdən çəkinməli və əgər ediriksə məsuliyyətini də özümüz
çəkməliyik. Bu təbii qanunlara qarşı bizim əsas müdafiəmizdir. Etikanın olması da öz
növbəsində təhsildən keçərək xüsusilə ailədə aldığımız yaxşı tərbiyədən irəli gəlir. Onlar isə
sonralar rəsmi olaraq hüquqi sistemdə təcəssüm olunur.
Bizim etikamız cəmiyyətin dəyərlərinin əsasını təşkil edir. Bura – bərabərlik və azadlıqda daxil
olmaqla həmçinin demokratiya ideallarının əsasını təşkil edən birgə əməkdaşlıq və
eqoizmimizin məhdudlaşdırılması da aid edilir. Belə nöqteyi nəzərdən baxsaq onda birgə
məhdudlaşdırma və balanslaşdırmanın məqsədi o dəyərlərlə qarşı-qarşıya duraraq təhlükə
altında qalmış olacaq. Misal üçün bərabərliyi təmin etmək üçün cəmiyyət elə bir mexanizmlərə
malik olmalıdır ki, bunun vasitəsilə bütün qrup üzvülərini, onları diskriminasiyanın bütün
fomralarından müdafiə etsin.
Məhdudlaşdırma və balanslar hakimiyyətin müxtəlif institusional konsentrasiyası və həmçinin
onlara aid olan sui- istifadəyə görə yaranacaq müəyyən risqlərin qarşısını almaq məqsədi
-28-