kömək edə bilərdi. Lakin Nora can verən atasına deyə bilməzdi ki, onun əri də ölüm ayağındadır. Nora
vekselə atasının yerinə imza atır və unutqanlıqla tarixi atasının artıq öldüyü gündən sonraya yazır. Nora
əri ilə xaricə gedir, əri tamamilə sağalır, Nora isə heç kəsə demədən ən xırda şeylərdə qənaət edir. Bir
dəfə bəxti gətirən Nora iş tapır. Özü pul qazanan «dələcik» Nora özünü insan, özü dediyi kimi «demək
olar ki, kişi» hiss edirdi. Bütün bunlar hekayənin əvvəlidir. «Kukla evində» məhz bu sirr tədricən açılaraq
dramatik gərginlik yaradır, hadisələrin çərçivələrini genişləndirir və bu sirrə olan münasibətə görə
qəhrəmanların xarakterlərini işıqlandırmağa imkan verir.
Bu pyesdə İbsen həyatın tərs üzünü göstərir. Şəxsiyyətlərin daxili konfliktləri üzərində qurulmuş
dramın qəhrəmanları hadisə və ideyalara sonuna qədər öz münasibətlərini bildirməlidirlər. Doğru-
düzgün Helmerin fikir və hissləri daha yaxşı gələcəyə hərəkət etməyə mane olan qanuniləşdirilmiş
əxlaqın özüdür. İbsenin müasirləri deyirdilər ki, yeni dram Noranın Helmerə dediyi bu sözlərdən sonra
başlayır. «Mənim səninlə danışmağa sözüm var».
İbsenin dramında «dələcik» və «torağay»ın zərif pərdəsi altında gizlənən və insanların görmək
istəmədikləri mükəmməl bir insan var. Atasının evində o gəlincik-qız idi, ərinin evində də gəlincik-arvad
olaraq gəlinciklərlə – uşaqlarla oynayırdı. Atası ilə yaşayarkən, onun baxışlarına tabe olur, ərə gedəndən
sonra ərinin zövqünə uyğulaşmağa başladı.
Onun öz şəxsi fikir və maraqlarının olduğundan heç kim heç vaxt şübhələnməmişdi. Nora deyirdi:
«Məni yedirib-içirir, geyindirirdilər, mənim işim isə əyləndirmək və güldürmək idi. Sən və atam mənim
qarşımda günahkarsınız ki, məndən heç nə çıxmadı». Əgər cəmiyyət qadının müqəddəs vəzifəsini ancaq
arvad və ana olmaqda görürdüsə, Nora artıq buna inanmır: «Mən düşünürəm ki, hər şeydən əvvəl mən
insanam və ya heç olmazsa insan olmağa çalışmalıyam». O, özünün və ətrafındakı dünyanın necəliyini
öyrənmək üçün evdən gedir.
Balaca qadın onu insanlıq ləyaqətindən məhrum etmiş cəmiyyətə qarşı üsyan qaldırır. O kukla
evində kukla olmaq istəmir. Pyesin adı simvolikdir – o qeyri-ciddi münasibətlərin mahiyyətini açır, ən
vacib olan, insan şəxsiyyətinin, onun daxili ləyaqətiniin unudulduğundan xəbər verir. İbsen ideyasını
sübut etmək üçün çox xoşbəxt ailəni, bir-birini sevən ər-arvadı seçir. İbsen hətta burada da ictimai
sisteminə yaratdığı uçurumu görür.
Həmin illərdə qadın ailədən getməsi biyabırçı sayılırdı. Pyes elə cür mübahisəyə səbəb oldu ki,
bəzən qonaq otaqlarında belə bir lövhə asırdılar: «Xahiş olunur ki, «Gəlincik evi» haqqında danışmayın».
Teatrlar pyesi İbsenin verdiyi sonluqla qoymaq istəmircdilər və belə bir sonluq verirdilər – Nora
uşaqlarını görür, iradəsini itirərək, evdə qalır. İbsen belə təhrifdən hiddətlənir, belə ki, onun dediyinə
görə, pyes məhz son səhnənin xətrinə yazılmışdır. İbsenin pyesində səhnədə başlanan diskussiya
tamaşaçı zalında keçirdi. İbsen ona nail oldu ki, tamaşaçı onun əsərinin şərik müəllifi oldu, onu
qəhrəmanları isə adi şəraitdə tamaşaçıları həyəcanlandıran eyni şeyləri həll edirdilər.
Özünün başqa əsəri olan «Kabus» (1881) pyesində İbsen bu mövzunu davam edir. Əsərin
qəhrəmanı Alvinq, Noradan fərqli olaraq, hamının doğru-düzgün adam saydığı düzgün bir kişiyə,
mənfəətini nəzərə alaraq, ərə gedir. Bir illik birgə həyatdan sonra fru Alvinq evdən qaçmaq qərarına
gəlir, lakin onu geri qaytararaq, inandırırlar ki, qadın kişini mühakimə edə bilməz və ona dəstək
olmalıdır. Dramaturqun dediyinə görə, cəmiyyətin qanunları kilsə tərəfindən müqəddəsləşdirilmiş Jorca
itaət, qadının sədaqət və həyatını məhv edir, eyni şey onun oğlu rəssam Osvaldın talant və sağlamlığını
məhv edir.
Bu gün ədəbiyyatda, qender təqiqatlarından danışarkən, feminist ədəbi tənqiddən danışmamaq
olmaz. Bu ilk dəfə ABŞ-da XX əsrin ikinci yarısında yaranmışdır. Feminist tənqidinin əsas məqsədi –
müəlliflik, qadın mütaliəsi, qadın yazıçısı kimi anlayışların nəzərindən klassik ədəbi mətnləri yenidən
qiymətləndirməkdir.
Feminist ədəbi tənqidin inkişafı onunla nəticələndi ki, klassik ədəbiyyatın kişi və qadın
müəlliflərinin böyuk miqdarda əsəri feminist analizinə məruz qaldı və klassik ədəbiyyatın ənənələrinin
çoxlu yeni yozumları təklif olundu.
Elizabet Qross feminist ədəbi tənqidi aşağıdakı hissələrə bölür: müəllifin cinsini vurğulayan qadın
ədəbiyyatı; ədəbi mətnlərin qavranılmasını vurğulayan qadın mütaliəsi, mətnin stilini vurğulayan qadın
yazıçı E.Qross mətn növlərini üç yerə bölür: qadın, femin və feminist. Birincisi, qadının müəllifliyini,
ikincisi qadın stilinə, üçüncüçü isə dominat patriarxal ədəbi kanonları metod, məqsəd və məsələlərə
şüurlu surətdə meydan oxumaqdır.
1985-ci ildə Eleyn Şoyolterin redaksiyası altında «Yeni feminist tənqid» kitabı işıq üzü gördü.
Kitabda Annet Kolad, Sandra Gibbnot, Süzan Qubar və başqa məşhur müəlliflərin feminist ədəbiyyat
üzrə klassik işləri toplanmışdı.
Belə hesab edirik ki, İ.Jerebkinanın «Feminist ədəbi tənqid» əsərindən parçaların təhlili anlayışla
tanış olmağa, qender ədəbiyyatşünaslığının inkişafında femninist tənqidinin rolunu dərk etmək üçün
bizə kömək edəcək. (mətn verilir)
İndi artıq qender tədqiqatları sahəsində ənənələrdən danışmaq olar. Son zamanlarda postsovet
məkanında, o cümlədən Azərbaycanda bu istiqamətdə iş başlanmışdır. Bu hələ sosial-iqtisadi, siyasi və
mədəni həyat sahəsində milli reallıqları özündə əks etdirən milli ədəbiyyatın adekvat qavranması üçün
qender mövqelərinin axtarışı və işlənilməsidir.
Beləliklə, ədəbiyyatşünaslıqda qender problematikası bu gün böyük maraq doğurur. Mütəmadi
olaraq əsərlər nəşr olunur, müxtəlif konfranslar və başqa elmi forumlar keçirilir, dövrü nəşrlər çap
olunur. Bu problematika Dövlət təhsil standartına daxil edilmişdir. Ədəbiyyatda qadın mövzusu
ədəbiyyatşünaslıq və tənqidin obyektinə çevrilir, onun üzərində aparılan işlər göstərdi ki, o təkcə ədəbi
inkişafın tədqiqi üçün deyil, bütövlükdə cəmiyyət üçün də aktualdır. Qərbdə bu problematikanın
ənənəvi aramsız inkişafı mövcud olduğu halda, bizim postsovet məknanıda bu yeni bir hadisədir. Buna
baxmayaraq, yuxarıda keçirilən ekskurs belə bir fikri təsdiqləyir ki, rus və Azərbaycan ədəbiyyatının
«qadın məsələsi»nin qoyuluşu və həllində qərbdən fərqli ənənələri vardır. Lakin bizim ədəbiyyatşünaslıq
və tənqid üçün bu hələ marginal qeydlər səviyyəsindədir. Bunun aradan götürülməsi yaxın gələcəyin
işidir. Buna, son illərdə həm Rusiya, həm də Azərbaycanda bir sıra işlədə öz əksini tapmış ədəbiyyatın
qender akspektində öyrənilməsi prosesinin güclənməsi bir sübutdur.
MÜZAKİRƏ ÜÇÜN SUALLAR VƏ TAPŞIRIQLAR
•
Ədəbiyyatda qender.
•
Bədii əsərdə qender aspektinin yazıçının ideya-estetik baxışları ilə qarşılıqlı əlaqəsi.
•
Bədii ədəbiyyatda qadın obrazları: xronoloji baxımdan ənənə və yenilik.
•
Azərbaycan ədəbiyyatında qadın obrazları.
İş üsulları - slaydlardan, bədii vasitələrdən və videomateriallardan istifadə etməklə söhbət. «Qadın və
onun Azərbaycan ədəbiyyatında əksi» tələbə tərəfindən mövzunun təqdim edilməsi
SLAYD MƏTNLƏRİ
Slayd № 1. «Liza təəcübləndi, ürəklənib cavan oğlana baxdı və daha da qızararaq, gözlərini yerə
dikərək, ona dedi ki, manatı götürməyəcək» («Bədbəxt Liza», səh.25).
Slayd № 2. 1870-ci ildə Tolstoy Sofya Andreyevnaya söyləmişdi ki, onun xəyalına «ərli, amma özünü
itirmiş qadın tipi» gəlib. O öz vəzifəsini qadının həyatının böyük faciəsinin izah etməkdə görürdü. Sofya
Andreyevna xatırlayırdı: «O deyirdi ki, onun məqsədi bu qadını günahkar yox, yazıq etməkdir və bu tip
mənim fikrimə gələn kimi, əvvəlcə fikrimə gəlmiş bütün surətlər və kişi tipləri öz yerlərini tapdılar».
(S.A.Tolstoya. Gündəliklər. 2 cilddə. M. «Xudojestvennaə literatura. M., 1978, s.497).
L.N.Tolstoyun «Anna Karenina» romanından parça
Kolyaska tərpənərək xırda daş döşənmiş yolla gurultu sala-sala yola düşən kimi Anna öz-özünə
dedi: «Budur bax, yenə də o. Yenə mən hər şeyi başa düşürəm» və təəssüratlar yenə də bir-birini əvəz
etməyə başladı.
«Hə, mən sonuncu dəfə nə haqqında belə yaxşı fikirləşmişəm? – deyə o yada salmağa çalışdı, -
Tyutkin, joiffeur? Deyəsən yox. Hə, Yaşvinin dediyi haqqında, yaşamaq uğrunda mübarizə və nifrət
insanları birləşdirən eyni şeydir. Yox, siz nahaq gedirsiniz – deyə o yəqin ki, şəhər kənarına əylənmək
üçün dörd at qoşulmuq kolyaskada gedən kompaniyaya fikirdə müraciət etdi. – Heç özünüzlə
apardığınız it də sizə kömək etməyəcək. Adam özündən qaça bilmir. Pyotrun boylandığı tərəfə baxarkən
o, ölümcül sərxoş, başını bədənində saxlaya bilməyən fabrik işçisini hara isə aparan qorodovoyu gördü.
«Bax bu yəqin özündən qaçmağı bacarıb, - deyə o fikirləşdi. – Biz qraf Vronski ilə bu məmnuniyyəti tapa
bilmədik, hərçənd ondan çox şey gözləyirdik». Və Anna ilk dəfə olaraq ziyasında hər şeyi gördüyü
parlaq işığa gördüyü əvvəllər haqqında fikirləşməkdən qaçdığı Vronski ilə münasibətlərinə yönəltdi. «O
məndə nə axtarırdı? Məhəbbətdən daha çox öz şöhrətpərəstliyinin məmnunluğunu». Anna onların
əlaqəsinin ilk vaxtlarında onun dediyi sözləri, üzünün itaətkar ov tulasını xatırladan ifadəsini yada
salırdı. Və hər şey indi bunu təsdiqləyirdi: «Bəli, onda şöhrətpərəst qələbəsinin təntənəsi var idi. Ola
bilsin ki, məhəbbət də var idi, amma qələbənin fəxri daha çox idi. O mənimlə lovğalanırdı. İndi bu keçib.
Fəxr etməyə bir şey yoxdur. O fəxr etmir, utanır. O məndən ala biləcəyi hər şeyi aldı və indi mən ona
lazım deyiləm. Mən ona ağırlıq edirəm və mənə qarşı münasibətdə şərəfsiz olmaq istəmir. O dünən söz
açdı, - o öz gəmilərini yandırmaq üçün boşanmaq və evlənmək istəyir. O məni sevir – amma necə? The
zest is done!…- Anna manej atında gedən qırmızı yanaq prikazçikə baxaraq fikirləşdi: «Bu hamını
təəccübləndirmək istəyir və özündən çox razıdır. – Bəli, artıq ona lazım zövq məndə yoxdur. Mən ondan
ayrılsam, qəlbinin dərinliyində şad olacaq».
Bu güman deyildi, - o həyatın mənası və insanların münasibətləri onun üçün indi açan həmin parlaq
işıqda bunu aydın görürdü.
«Mənim məhəbbətim get-gedə ehtiraslanır və xudbinləşir, onunki isə get-gedə sönür və buna görə də
biz ayrılıqır, - o fikirləşməkdə davam edirdi – və buna kömək etmək olmaz. Mənim hər şeyim ondadır və
mən tələb edirəm ki, o get-gedə daha çox mənə məxsus olsun. O isə məndən daha çox-çox uzaqlaşmaq
istəyir. Biz əlaqəmizə qədər məhz bir-birimizə doğru gedirdik, sonra isə dayanmadan ayrı-ayrı tərəflərə
gedirik. Və bunu dəyişdirmək olmaz. O mənə deyir ki, mənasız qısqancam mən də özümə deyirdim ki,
mənasız dərəcədə qısqancam; amma bu doğru deyil. Mən qısqanc deyiləm, mən narazıyam. Ancaq. – O
ağlına gələn fikirdən həyəcanlanaraq ağzını açdı və kolyaskada yerini dəyişdi. – Əgər mən onun
nəvazişlərini ehtirasla sevən məşuqədən başqa bir şey olsaydım; amma mən başqa heç nə olmaq
istəmirəm. Və mən bu həvəsimlə onda ikrah doğururam, o isə məndə qəzəb və bu başqa cür də ola
bilməz. Məgər mən bilmirəm ki, o heç vaxt məni aldatmaz, onun Sorokinada gözü yoxdur, o Kitiyə
vurulmayıb və o heç vaxt mənə xəyanət etməz? Bütün bunları mən bilirəm, lakin bundan halım heç
yüngülləşmir. Əgər o, məni sevmədən, mənə qarşı mehriban, şəfqətli olmağı özünə borc bilirsə, belə şey
ola bilməz, çünki bu qəzəbdən min dəfə pisdir! Bu cəhənnəmdir! Elə budur ki, var. O artıq çoxdan məni
sevmir. Məhəbbət qurtaran yerdə, nifrət başlayır. Bu küçələri mən heç tanımıram. Dağlar görünür, evlər,
hey evlər… və bu evlərdə hey insanlar, insanlar… Onlar nə qədərdir, sayı-hesabı yoxdur və hamı bir-
birinə nifrət edir. Qoy mən xoşbəxt olmaq üçün istədiyim şeyi fikirləşim. Hə? Mən boşanıram, Aleksey
Aleksandroviç mənə Seryojanı verir və mən Vronskiyə ərə gedirəm». Aleksey Aleksandroviçi yada salan
kimi qeyri-adi canlanaraq onun sakit, cansız, sönük gözlərini, mavi damarları çıxmış ağ əllərini,
intonasiyalarını və barmaqlarının şaqqıltısını canlı olaraq qarşısnıda təsvir etdi və onların arasında olan
hissləri və onların məhəbbət adlandırdığını yada salaraq ikrahdan diksindi. «Yoxsa mən boşanıram və
Vronskinin arvadı oluram. Kiti bəyəm mənə bu gün baxdığı kimi baxmayacaq? Yox. Seryoja mənim iki
ərim haqqında soruşmağı və düşünməyi bitirəcək? Bəs mənimlə Vronski arasında hansı yeni hissi
fikirləşib tapmalıyam. Ola bilər ki, xoşbəxtlik olmasın, amma işgəncə də yox. Yox və yox! – o tərəddüd
etmədən öz-özünə bu cavabı verdi – Ola bilməz! Biz həyatla ayaqlaşırıq və mən onu bədbəxt edirəm, nə
onu, nə də məni düşünmək olmaz. Bütün cəhdlər olunub, vint boşalıb. Bəli, uşaqlı dilənçi. O, düşünür ki,
yazıqdır. Məgər biz hamımız ona görə dünyaya gəlmişik ki, bir-birimizə nifrət edək və buna görə
özümüzü və başqalarını incidək? Gimnazistlər gedirlər, gülürlər. Seryoja? – o xatırladı. – Mən də elə
bilirdim onu sevirəm və öz sevgimdən riqqətə gəlirdim. Amma onsuz yaşayırdım, onu başqa sevgiyə
dəyişdim və həmin məhəbbət məni qane edənə qədər bu dəyişmədən şikayətçi olmadım. O həmin
məhəbbət adlandırdığı şeyi ikrahla yada salırdı. Və indi onun özünün və bütün insanların həyatını
görməyə kömək edən işıq onu sevindirirdi.
«Elə mən də, Pyotr da, arabaçı Fyodr da, o tacir də, bu elanların çağırdığı Volqa boyunda da yaşayan
bütün insanlar və hər yerdə, və həmişə» - deyə düşündü. Niceqorod stansiyasının alçaq binasına
yaxınlaşdılar və onların qabağına artelçilər qaçaraq gəldilər. Pyotr – Obiralovkaya qədər əmr edərsiniz? –
deyə görüşdü. Amma hara və nə üçün getdiyini tamam unutmuşdu və çox böyük çətinliklə başa düşdü.
– Bəli, - Anna deyə cavab verərək ona içində pul olan kisəni uzatdı və əlinə kiçik qırmızı torbanı
götürərək kolyaskadan çıxdı.
İzdiham arasından birinci sinif zalına doğru gedərkən, o yavaş-yavaş öz vəziyyətinin bütün
təfərrüfatı ilə, həmçinin aralarında seçim etmək üçün tərəddüd etdiyi qərarları yala saldı və yenidən
ümid, gah da ümidsizlik onun yorğun, titrək qəlbinin köhnə yaralarını didməyə başladı. O ulduzabənzər
divanda oturaraq qatarı gözləyir və ikrah hissi ilə girib-çıxanlara baxa-baxa (onların hamısı ona iyrənc
idi) stansiyaya necə gedəcəyi, ona necə məktub yazacağı və onun necə cavab verəcəyi haqqında, gah da
indi öz anasına (Ananın əzablarını başa duşmədən) düşdüyü vəziyyətdən şikayət etməsi və otağa necə
girəcəyi və ona nə deyəcəyi haqqında düşünürdü. O düşünürdü ki, həyat hələ necə də gözəl ola bilər və
o necə əzabla sevir və nifrət edir və onun qəlbi necə dəhşətlə döyünür.
«Anna Karenina» Lev Tolstoy
Sobr soç. v 12-ti t. T.8-M. 1987, s.359-362.
MƏTNİN TƏHLİLİ ÜÇÜN SUALLAR
-
Mətndə cümlə quruluşu necədir, onlar bir-biri ilə necə əlaqələndiriliblər?
-
Mətndə istifadə olunmuş fellər əsasən hadisələri təsvir edir və emosiya və həyəcanları göstərir.
Taktiki olaraq mətndə nə deyilir?
-
Siz bu mətndən və onda qender reprezentasiyasından nə gözləyirsiniz? Siz konmətn və canrdan nə
gözləyirsiniz? Bu mətn sizin fikrinizcə nə qədər stereotipikdir?
FEMİNİST ƏDƏBİ TƏNQİD
İrina Jerebkina
Giriş: feminist ədəbi tənqid anlayışı
Feminist ədəbi tənqid 30 il əvvəl yaranaraq, Qərbi Avropa və ABŞ-da geniş yayılmışdır. Bu gün elə
bir samballı Amerika universiteti yoxdur ki, orada qadın feminist ədəbiyyatı, eləcə də ədəbi yaradıcılığın
qender aspektləri üzrə kurslar olmasın.
Feminist ədəbi tənqidinin əsas məqsədi - klassik ölçülü ədəbi mətnləri
1) qadın müəllifliyi; 2) qadın qiraəti və eləcə də 3) qadın yazı stili nəzərindən yenidən
dəyərləndirməkdir. Bütövlükdə feminist ədəbi tənqid fəlsəfi-nəzəri cəhətdən müxtəlif cür istiqamətlənə
bilər, lakin bir şeyi onun bütün növləri üçün ümumi ola bilər – dünyada qadın varlığının xüsusi
üsulunun və ona uyğun qadın reprezentativ strategiyaların olduğunu qəbul etməkdir.
Feminist əbədi təqidin əsas tələbi olan ədəbiyyata və yazı praktikasına ənənəvi baxışların
feministcəsinə yenidən baxılması və qadın ədəbiyyatının sosial tarixinin yaradılmasının zərurəti
haqqında tezis bundan irəli gəlir.
Elizabet Qrossun ardınca feminist tənqidi aşağıdakı tərkib hissələrə bölmək olar:
1. qadın ədəbiyyatı – aksent müəllifin cinsi üzərinə qoyulur;
2. qadın qiraəti – aksent oxucunun qavrayışına qoyulur;
3. qadın dəst-xətti – aksent mətnin stilinə qoyulur;
4. qadın avtobioqrafiyası – aksent mətnin məzmunu üzərinə qoyulur.
5. Bunula
əlaqədar Qross mətnləri üç əsas növə bölür:
6. «qadın mətnləri» – qadın müəlliflər tərəfindən yazılmış.
7. «feminist
mətnlər» – mədəni şəkildə «qadın» stili kimi tanınmış stildə yazılmışlar.
8. «feminist
mətnlər» - dominant –patriarxal ədəbi qanunların məqsəd və məsələlərinə, metodlarına
bilərəkdən meydan oxuyan metodlar.
«Qadın ədəbiyyatı» nəzəriyyəsi üzrə metodoloji işlərdən ən məşhurları bunlardır: Meri Ellmank
(Qadınları düşünməli. 1968); Ellen Moers (Ədəbi qadın, 1976); Sandra Hilbert və Syuzan Qubar
(Çardaqda dəli: qadın yazısı və XIX əsrdə təsəvvür olunan ədəbi məzmun? 1979); Reyçel Dyu Plessi
(Məktub və yoxdur onun sonu); XX əsr qadın ədəbiyyatının narrativ strategiyaları, 1985; Elekn İqoyolter
(Onların şəxsi ədəbiyyatı: Brontedən Lessinqə qədər britan qadın yazıçıları. 1977); Eleyn Şoyolterin
redaktəsi altında məcmuələr: Yeni feminist tənqid. Qadınlar, ədəbiyyat və nəzəriyyə haqqında esse
(1985). Bu müasir qadınlar: 20-ci illərin avtobioqrafik esseləri (1978) Dekadansın qızları. Qadın yazıçılar
əsərlərin hüdudunda (1978). «Qadın qiraəti» və «qadın yazısı» üzrə metodoloji işlərə aiddir: Toril Moy
(Seksual mətn siyasəti: feminist ədəbi nəzəriyyə, 1985). Meri Yakobus (Oxuyan qadın. Feminist tənqid
haqqında esse 1986) və onun redaktəsi altında «Qadın yazıçı və qadınlar haqqında yazı», 1979. Şoşana
Felman (Qadın nə istəyir? Qiraət və seksual fərqlər 1993). Alis İarden (Gynesis: qadın konfiqurasiyası və
müasirlik, 1985). Nensi Millerin redaktəsi atında (Qenderin poetikası, 1986). Eləcə də fransız
nəzəriyyəçiləri Yuliya Kristeva, lyusi İriqare və Elen Siksunun işləri. Avtobioqrafizm ölçülərinə gəldikdə
isə, bu həm «qadın ədəbiyyatı», həm də «qadın və oxucu» və «qadın yazıçısı» konsepsiyaları üçün
bərabər dərəcədə səciyyəvidir.
ƏDƏBİYYAT
Антология азербайджанской поэзии. - М., 1939.
Ахмедова С. Отражение гендерных отношений в древнерусской литературе. Материалы научно-
практической конференции «Развитие гендерного образования в конмятне современных социально-
политических преобразований». – Б., 2004, с.219
Бадалов Р. Женские образы в «Китаби Деде Коркут»: вчера и завтра / Гендер: гадын проблеминин йени
мярщяляси. - Б., 1998
Баженова Н.С. Обозначение экспрессии эмоций женщин (на материале художественной прозы XVIII-XX
веков). /Гендер: язык, культура, коммуникация. Доклады 2-й международной конференции.- М., 2001.
Ганн Е. Идеал. Русская романтическая повесть.- М.,1992.
Гёте И.В. Статьи и мысли об искусстве. - М., Л., 1936.
Гречушникова Т.В. Немецкоязычная женская проза конца ХХ века – нивелирование гендерной идентичности
/ Гендер: язык, культура, коммуникация. Доклады 2-й международной конференции.- М., 2001
Жеребкина И. «Прочти моё желание…» Постмодернизм, психоанализ, феминизм – М., 2002
Иванченко Г.В. Гендерная атрибуция поэтических тексов: реконструкция или проекция / Гендер: язык,
культура, коммуникация. Доклады 2-й международной конференции.- М., 2001
Рюткенен М. Гендер и литература: проблема «женского письма и «женского чтения» // Филологические
науки. 2000, №3
Мовсумова Л.Д. Проблемы женщины в духовной культуре Азербайджана. – Б., 1996
Мовсумова Л.Д. Философский анализ женских образов в Коране. – Б., 1996
Шаберт И. Гендер как категория новой истории литературы.- Пол. Гендер. Культура.-М.,1999
Dostları ilə paylaş: |