MÖVZU 5.
AİLƏ MÜNASİBƏTLƏRİNİN QENDER PROBLEMLƏRİ
1. Ailə cəmiyyətin sosial təsisatının bir qurumu kimi
2. Qender və ailə münasibətləri
3. Zorakılığın qender üzrə olan nöqteyi-nəzəri
1. Ailə cəmiyyətin sosial təsisatının bir qurumu kimi
Məlum olduğu kimi, cəmiyyətin əsas tələbatı biososial istehsaldan təşkil
olunmuşdur və məhz buna görə də bütün bəşəriyyətin tarixi boyu ailə bu prosesi təmin
edən əsas təsisat kimi çıxış etmişdir. Ailənin sivilizasiya mərhələsində və insanların
ictimai və şəxsi həyatında əldə etdiyi əhəmiyyət, onun dərindən tədqiq olunmasına
maraq oyatmışdır. Uzun müddət ərzində (təqribən XIX-cu əsrin ortalarına qədər) ailə, öz
təbiətinə görə cəmiyyətin monoqamik əsası, onun inkişafının son mərhələsi və
cəmiyyətin «minyatür nümunəsi» kimi nəzərdən keçirilmişdir. Məhz bu səbəbdən də
qədim, orta əsrlər və yeni dövrün filosofları ailə ilə cəmiyyətin spesifik təsisatı kimi deyil,
onun sosial qaydalara, ilk növbədə dövlətə olan münasibəti ilə maraqlanırdılar.
Cəmiyyəti inkişaf edən və artan ailə kimi nəzərdən keçirən filosof və tarixçilər məsələn,
J.J. Russonun, Kant, Hegel sosial münasibətlərin ailə münasibətlərindən törədilməsini
qeyd edirlər.
Ailə – nigah münasibətlərinə olan tarixi nöqteyi nəzərlərin təsdiq olunması, ailənin
keçmiş həyat tərzinin tədqiq edilməsi və eləcə də ailənin müxtəlif sosial şəraitə uyğun
öyrənilməsi vasitəsilə həyata keçirilirdi. Bu tədqiqatların mənbəyi, İ.Baxofen,
S.F.MakLennan, L.Morqan və digər məşhur tarixçilərin elmi işlərinə əsaslanmışdır. Bu
tədqiqatların əsas nəticəsi, ailə nigah münasibətlərinin tarixi tiplərinin müxtəlif növlərinin
və eləcə də bu münasibətlərin konkret tarixi şəraitdən asılı olmasının müəyyən edilməsi
ilə xarakterizə olunmuşdur. Buna nümunə olaraq, F.Engelsin 1884-cü ildə dərc olunmuş
«Ailə, şəxsi mülkiyyət və dövlətin əmələ gəlmə mənbələri» adlı elmi əsərini qeyd etmək
mümkündür.
XX-ci əsrdə ailə nigah münasibətlərinin tədqiq edilməsi qaydalarının sosioloji
aspektləri öz ifadəsini müxtəlif konsepsiya və nəzəriyyələrdə tapdı. Məsələn,
E.Durkqeym ailənin geniş əhatə dairəsinə malik olan qohumluqdan «ailə izdivacı»
adlanan kiçik qrupa «kontraksiya» olunması («sıxlaşdırılması») qanunu qısa və dürüst
şəkildə ifadə etmişdir. Bu qanun, ailə-nigah münasibətlərində mövcud olan inkişaf
tendensiyası kimi təzahür edir.
Amerikan sosioloqu olan Ç.Kulinin «sosial qruplar» haqqında olan nəzəriyyəsi
ailə sosiologiyasına əhəmiyyətli şəkildə təsir göstərmişdir. Bu nəzəriyyəyə uyğun olaraq,
ailə «ilkin qrup» kimi nəzərdən keçirilirdi. Ailənin əsas əlamətləri insana həm vaxt, həm
də məzmun etibari ilə təsir göstərən ailə, şəxsiyyətin tam şəkildə formalaşmasına
yardım edir, ailə «intim birlik və qurum» kimi özünü yenidən hasil edir. Digər amerikan
sosioloqu olan D.R.Mardokun «Sosial struktur» adlı elmi işində qeyd olunduğu kimi, kişi,
qadın və onların sosial cəhətdən qəbul edilmiş uşaqlarından ibarət olan ailə insan
cəmiyyəinin əsas elementini təşkil edir. Nuklear ailə və ya ailənin əsası, digər ailə
birliklərindən ayrılan vahid bir qrupdan təşkil olunmuşdur.
Ailənin nəzəriyyələr sistemi üzrə təfsir olunması xüsusi maraq kəsb edir. Ailə bir
sistem kimi növbəti əlamətlərə malikdir:
1. Ailə üzvləri daimi və qarşılıqlı şəkildə biri birindən asılıdırlar. Məhz buna görə də bir
nəfərin davranışında baş verən hər hansı bir dəyişiklik, ailənin digər üzvlərinin
davranışında dəyişikliyin yaranasına səbəb ola bilər.
2. Ailə, müəyyən hədd vasitəsilə məhdudlaşan və sıx olan vəhdəti təşkil edir.
3. Ailə özünün sosial mühiti ilə tarazlıqda olmağa çalışan təşkilatdır.
4. Ailə, xarici amillər ilə əlaqədar olan bu və ya digər vəzifələri yerinə yetirən və eləcə
də öz üzvlərinin tələbatını təmin edən qurumdur.
Ümumiyyətlə, ailənin müasir sosiologiyaya elmində tədqiq edilməsinin bir sıra
nəzəri üsulları vardır.
Ailə üzvlərinin qarşılıqlı əlaqəsini tədqiq edən interaksionist üsul ailənin daxlində
olan əlaqəli mövqeləri müəyyən edir. Tədqiqatların əksəriyyətində ailə, ətrafda olan
təsisat və strukturlar ilə zəif əlaqəyə malik olan qapalı sistem kimi nəzərdən keçirilir. Bu
üsulun əsasını status və ünsiyyət prosesində yaranan münasibətlər, qərarların qəbul
olunması və s. kimi anlayışlar təşkil edir.
Ailənin sosial sistem kimi təhlil olunmasını nəzərdən keçirən funksional strukturlu
üsül. Bu üsüla əsasən, ailə öz status və roluna malik olan fərdlərdən təşkil olunmuşdur.
Ailə və cəmiyyət arasında mövcud olan əlaqə, funksiya anlayışı vasitəsilə müəyyən
edilir. Ailənin həm xarici strukturalr, həm də daxili qruplar ilə əlaqələndirilməsi sistemi
məhz bu üsul vasitəsi ilə nəzərdən keçirilir. Bu üsula əsasən, fərd status və rolların
«məcmusu» hesab edilir. «Struktur», «funksiya», «referent qrupu» və s. kimi anlayışlar
bu üsül üçün əsas anlayışlardır.
Ailə və nigahın daha erkən tədqiqatları ilə əlaqədar olan təsisat üsulu, ailə –
nigah münasibətlərinin tarixi və mədəni təhlilinə daha yaxındır. Tədqiqatçıların fikincə,
ailə əsasları formalaşdıran və öz üzvlərinin davranışına nəzarət edən xüsusi təsisatdır.
Bu üsula əsasən, fərdlər həyat üçün zəruri olan sabit mühiti yaratmaq və ailə kapitalının
müxtəlif növlərinin toplanması ilə əlaqədar olan riskləri azaltmaq məqsədi ilə uzun
müddətli olan ailə münasibətlərini qoruyub saxlamağa çalışırlar. Təsisatçıların fikrincə,
nigah əsas funksiyanı yerinə yetirir: birincisi, nigah ailə qərar qəbul edərkən lazimi
uyuşqanlıqla təmin edir; ikincisi isə nigah münasibətlərində olan hansı bir şəxsin digər
tərəfin istismarından müdafiə edən sərt tədbirlərin təminatçısı kimi çıxış edir.
Münaqişə nəzəriyyəsi, müxtəlif səviyyədə olan ailə strukturunun izah olunmasına
uyğun gəlir. Tədqqatçıların bəziləri hakimiyyətin ailə daxilində bölüşdürülməsinin təhlil
olunmasına xüsusi diqqət ayırır və qərarların qəbul edilməsi mexanizmini xüsusi şəkildə
nəzərdən keçirirlər. Bir qayda olaraq, daha çox maddi vəsaitə malik olan ailə üzvləri
ailədə hökmranlıq edirlər. Əksər hallarda ailə, iri cəmiyyətdə baş verən münaqişələrin
mikrokosmu kimi təhlil edilir. Keçmiş zamanda bu ideyanı marksizm nəzəriyyəsinin
baniləri dəstəkləyirdilər. Onların fikrincə, sənaye sahəsində baş verən inqilab, ailənin
maliyyə münasibətlərinin məcmusuna çevrilməsinə şərait yaratmışdır. Münaqişə
nəzəriyyəsinin müasir variantı «marksist-feminist» nəzəriyyəsi adlandırılmışdır. Ailənin
həqiqi şəkildə dərk edilməsi, onun üzvləri arasında mövcud olan emosional və ya
qohumluq münasibətlərinin təhlil olunması ilə əlaqədar deyildir, ailə – «mübarizə
məkanıdır». Maddi rifahın bölüşdürülməsi məhz ailədə həyata keçirilir. Bu zaman ailənin
hər bir üzvünün maraq dairəsi digər üzvlərin maraq dairəsinə zidd olur. Pulun hansı
şəxs tərəfindən qazanılmasını və yaxud ailə gəlirinin hansı hissəsinin dövlətə
ödənilməsini bu növ münaqişələrə nümunə göstərmək olar.
Müasir qərb sosiologiyası elmində qeyd edildiyi kimi, ailə radikal dəyişikliklərə
məruz qalır. Tədqiqatçıların əksəriyyəti ailənin müasir şəraitdə böhran keçirdiyini qeyd
edirlər. Məlum olduğu kimi, Azərbaycan qərb və şərq mədəniyyətini özündə əks etdirir
və marginal cəmiyyət sayılır. Son onilliklər ərzində ailənin inkişaf etməsində yeni
tendensiyalar yaranmışdır. Bununla əlaqədar olaraq, davranış normaları haqqında olan
ailə-nigah münasibətləri sahəsi üzrə fikirlər dəyişdirilir. Ailə böhranlarının ilkin əlamətləri
XX-ci əsrin əvvəllərində müşahidə olunmuşdur. Amerikan sosioloqu olan P.Sorokin
1916-cı ildə dərc etdirdiyi «Müasir ailədə mövcud olan böhran» adlı elmi işində bu
prosesin baş verməsinə yardım edən bir sıra ailələri, o cümlədən ailənin dini əsaslarının
məhv edilməsi, ailə funksiyalarının itirilməsi və bu kimi amilləri nəzərdən keçirmişdir.
Ənənəvi ailədə hansı proses böhran kimi nəzərdən keçirilir? İlk növbədə
valideynlik və izdivac sahəsində bölüşdürülmə prosesi baş verir. Nəticədə nigahdan
kənar olan uşaqların anadan olması faktı və izdivac ittifaqlarının sayı artır. Digər
problemlərə isə doğuşun səviyyəsinin azaldılması, boşanma hallarının artması və s.
kimi hallar aid edilir. Məsələn, ABŞ-da boşanma hallarının sayı artmaqda davam edir:
1965-ci ildə 1000 amerikanlıdan 35-i, 1980-ci ildə – 100-ü, 1990-cı ildə isə 138-i
boşanmışdır. Bununla əlaqədar olaraq, qadınlar tərəfindən idarə olunan natamam
ailələrin sayı da artır. Əgər 1970-cı ildə bu ailələrin sayı 7,2 mln. təşkil edirdisə, artıq 80-
cı illərin sonralarından etibarən belə ailələrin sayı 10,2 mln. olmuşdur.
Qərb dövlətlərinin ictimai təfəkküründə qadın və kişilərin nigahdan kənar
yaşaması halları haqqında olan təsəvvürlər dərindən kök salmışdır. ABŞ-nın əhalisinin
4% konsensual ittifaqda yaşayırlar. İzdiracda olmayan insanların əksəriyyətinin övladı
yoxdur. Lakin onlar yaşlı insanlar arasında mövcud olan intim münasibətlərinin
tənzimlənməsi üzrə olan ailə inhisarına meydan oxuyurlar.
ABŞ-nın əhalisinin həyat tərzinin digər xüsusiyyəti tənhalıqdır. Bu hal daha geniş
şəkildə yayılmışdır. 1970-cı ildən 1989-cu ilə qədər tənha insanların sayı 2 dəfə
artmışdır və 23 milyon təşkil etmişdir.
Bu proses Azərbaycan üçün də səciyyəvi haldır. Məsələn, bizim respublika 25-29
yaş həddində olan subay gənclərin sayına görə MDB dövlətləri arasında birinci yeri
tutur: nigahdan kənar döğulmuş uşaqların sayı isə 1990-97-ci il ərzində 2,8 dəfə artmış
və 2,6%-dən 7,3% qədər yüksəlmişdir.
Nigahın davamlı olması səviyyəsinin azalmasının əsas səbəblərindən biri də
qadınların iqtisadi cəhətdən olan qeyri-asılılığın artması ilə əlaqədardır. Bu isə onların
əmək fəaliyyətinə daxil olmasının nəticəsidir. Amerikan statistikasının təhlil olunması,
ərdə olan qadınların məşğulluğu və boşanma halları arasında mövcud olan asılılığa
əsaslanmışdır. Ailənin davamlı olması xüsusiyyətini həmçinin iri şəhərlərdə olan həyat
tərzinin şərtləri, və vaxtın ixtisar olunası sarsıdır. Geniş insan kütləsinin cəmləşdiyi
meqopolislərin sayının atması, cəmiyyətin fərdin davranışına olan nəzarətinin
zəifləməsinə gəirib çıxarmış və onun seksual davranışının məxfi saxlanılmasına
zəmanət vermişdir. Həmçinin nigahdan əvvəl mövcud olan cinsi əlaqələr ər arvad
sədaqətsizliyi cəmiyyət tərəfindən ciddi şəkildə ittiham olunması nigah prosesinin
zəiflənməsinə şərait yaratmışdır. Məsələn, afro-amerikan cəmiyyətində anadan olan
uşaqların 3/5 hissəsi nigahdan kənar şəkildə döğulan uşaqlardırlar.
Nigah-boşanma qanunvericiliyinin ailə və nigahın davamiyyətinə olan təsirinin
ziddiyyətli olması haqqında da təsəvvürlər mövcuddur. Bəzi insanların fikrincə,
izdivacda olan şəxslərin asanlıqla boşanması, boşanma hallarının artmasına təkan
vermişdir. Boşanma, ər və arvad arasında mövcud olan ciddi münaqişələrin həll
edilməsi zəruri olan ən sadə üsula çevrilmişdir.
Beləliklə, müasir tendensiyalardan göründüyü kimi ailənin yaşlı insanların intim
münasibətlərinin tənzimlənməsinə yönələn inhisarı, uşaqların anadan olması halları və
uşaqlara xidmətin göstərilməsi tədricən öz əhəmiyyətini itirir. Ailə həyatı obrazına və
uşaqların anadan olmasına yönəldilən tələbatın qiyməti azalır. Ailə həyatından kənar
olan xüsusiyyətlər daha çox sosioloji əhəmiyyətə malik olaraq, ailədən kənarda fəaliyyət
göstərir. Qəlirin, təhsilin səviyyəsinin sosial şəraitin yaxşılaşdırılması, ailə xaricində olan
fəaliyyətin nəticəsidir.
Bizim cəmiyyətin sosial cəhətdən öz şəklini dəyişməsi, ailə təsisatına ziddiyyətli
şəkildə təsir göstərir. Bir tərəfdən, həyat səviyyəsinin aşağı düşməsi adətkarı
olduğumuz mühitdə dəyişikliklərin baş verməsi, ailə mənsubiyyətinə dair tələbatın
artmasına şərait yaradır. Bununla əlaqədar olaraq ailə təcəvüzkarlıq və qarşılıqlı
etibarsızlıq halları ilə zəngin olan cəmiyyətin sabitliyinin dayağı kimi çıxış edir. Xəstə və
qoca insanlara qayğı göstərmək ailənin üzərinə düşən vəzifəni təşkil edir. Digər tərəfdən
isə fərdi dəyərlərin, qedonizmin və qərb mədəniyyətinin davranış qaydalarının geniş
şəkildə vüsət alması ailənin sabitliyinə xələl gətirir. İşsizlik və yaşayış yerləri ilə olan
problemlər reproduktiv davranışa mənfi təsir göstərir.
Əgər bəzi insanların fikrincə, sosial intibah ailə üçün təhlükə yaradırsa, digər
insanların rəyinə görə isə ailə yalnız təkmilləşmə prosesini yaşayır və bunu heç də dram
şəklinə salmaq lazım deyildir.
2. Qender və ailə münasibətləri
Qender sosiologiyasının əsas sahələrindən biri də ailə-nigah münasibətləridir.
Qender və ailə ayrı-ayrılıqda nəzərdən keçirilə bilməz, çünki ailə dəyərləri qender
dəyərləri kimi çıxış edir. Məhz buna görə də qender təsəvvürlərinə müraciət etmədən,
ailə və nigah anlayışını dərindən dərk etmək geyri-mümkündür.
ABŞ və Rusiya sosioloqları tərəfindən həyata keçirilən tədqiqatların əksəriyyəti
bu sahədə mövcud olan tendensiyaları aşkar edir. Təhsil və gəlirin səviyyəsi kimi
göstəricilər qender haqqında olan təsəvvürlərə necə təsir göstərir? Moskvada həyata
keçirilən tədqiqatlardan göründüyü kimi, təhsilin səviyyəsi nə qədər aşağıdırsa, onların
qender haqqında olan təsəvvürləri bir o qədər liberaldır. Buradan belə qənaətə gəlmək
olar ki, daha aşağı sosial-iqtisadi statusa malik olan fərdlər öz vəzifələrinin yerinə
yetirilməsində daha çevik şəkildə hərəkət edirlər. Bu şəxslər kişi və qadınları qender
stereotiplərinn çərivəsindən kənar olaraq qəbul edirlər. Məlum olduğu kimi, iri təhsil
nailiyyətlərinə malik olan kişilər öz hakimiyətlərini möhkələndirməyə çalışırlar. Zehni və
idarəetmə əməyi ilə məşğul olan kişilər isə vəzifələrin ənənəvi şəkildə
bölüşdürülməsinin tərafdarı kimi çıxış edirlər.
Məlum olduğu kimi, patriarxal mədəniyyət, insan fəaliyyətinin qeyri-rəsmi və
kütləvi sahələrə bölünməsi ilə xarakterizə olunur. Birinci sahə üzrə olan məsuliyyət
qadınlara, ikinci sahə üzrə olan məsuliyyət isə kişilərə aid edilir. ABŞ və Rusiyada
keçirlən sosioloji tədqiqatlar, belə əmək növlərinin ailədə bölüşdürülməsinin vüsət alma
səviyyəsini ifadə edir. Amerikan tədqiqatlarına dair məlumatlara əsasən, kişilər ailədə ev
işlərinin 20-35%-ni yerinə yetirirlər. Empirik məlumatlara əsaslanan bir sıra
konsepsiyalar da mövcuddur. Tədqiqatçılar nisbəti ehtiyatının konsepsiyası
çərçivəsində qeyd etmişdirlər ki, ər-arvadın əmək haqqı arasında nə qədər az fərq
olarsa, əməyin bölüşdürülməsində bir o qədər eyni ölçülü olar. Tədqiqatın qender
idelogiyası çərçivəsində müəyyən edilmişdir ki, kişilərin qender haqqında olan ev
əməyinin bölüşdürülməsi vasitəsi ilə nigahda olan ər-arvad arasında qarşılıqlı yardım
hissi yaranır. Bu üsul hər iki partnyorun emosional münasibətlərinin keyfiyyətli olması
üçün xüsusi əhəmiyyətə malikdir. Beləliklə, ev işlərinin həyata keçirilməsində müştərək
şəkildə iştirak etmək, nigahın keyfiyyətinə və ər-arvadın biri birindən məmnun
qalmasına müsbət təsir göstərir.
Sovet dövründə qender vəzifələri heç bir zaman nəzərdən keçirilmirdi. Bəzi
məlumatlara əsasən, səhər qadınların 80%-dən çoxu ev işlərini özləri yerinə yetirirdilər.
Amerikan alimlərinin 1990-cı ildə həyata keçirdiyi tədqiqatların nəticəsində məlum
olmuşdur ki, nəzərdə tutulan 5 ev məşğulliyyətindən (yeməyin hazırlanması, qab-
qacağın yuyulması, paltarın yuyulması, evlərin yığışdırılması və lazimi məhsulların
alınması) 22,5%-ni ABŞ-da yaşayan kişilər, 21,6%-ni Kanadalılar, 27,1%-ni isə İsveçlilər
yerinə yetirmişdirlər. Rusiyanın kişi əhalisi isə vaxtlarının 14,2%-ni bu işlərin yerinə
yetirilməsinə sərf etmişdirlər.
Rusiya tədqiqatlarının nəticələrindən göründüyü kimi, konservativ deyil, liberal
nöqteyi-nəzərə malik olan qadınlar əməyin ailədə bölüşdürülməsi üsulunu dəstəkləyirlər.
Təhsil səviyyəsi aşağı olan kişilərin məmnunluğu isə daha çoxdur. Liberal qender
təsəvvürlərinə malik olan ər-arvadın hər ikisi qazanırsa, evdə əmək bölgüsü ilə tam
razıdırlar. Onların həyat yoldaşlarının qender haqqında olan təsəvvürləri mühəfəzəkarlıq
nöqteyi-nəzərinə yaxın olduqda bu kişilər daha məmnun qalırlar. Qender nöqteyi-
nəzərlərinə aid olan nəticələr təəcüb doğurmur, kişilərin təsəvvürləri liberal olduqda,
onlar ev işləri ilə məşğul olmaqdan narazı olurlar. Qadınlar daha çox mühafizəkar olan
qender təsəvvürlərinə malik olduqda, onlar ərlərinn ev işləri ilə məşğul olmasına mənfi
münasibət bəsləyirlər.
Qender tədqiqatlarının mühüm obyeki, nigah münasibətlərində olan fərdlər
tərəfindən münasiətlərinin keyfiyyətli olmasını qəbul etməkdən ibarətdir. 70-ci illərin
sonralarından etibarən ABŞ-da həyata keçirilən tədqiqatlarda qeyd olunmuşdu ki,
qadınların sosial-iqtisadi nailiyyətləri onların həyat yoldaşlarının nailiyyətləri ilə eyni və
yaxud üstün olduqda qala bilər. Qadınların yüksək gəlir əldə etməsi, ər-arvad arasında
yaranan müqayisələrin artmasna səbəb olur və ailə həyatının qənaətbəxşliyi ilə
əlaqədar olan səviyyəni aşağı salır. Ər və arvad ənənəvi vəzifələri yerinə yetirdikdə isə
ailə həyatının qənaətlə qənaətbəxşliyinin yüksək səviyyəsi müşahidə edilir.
Tədqiqatçıların fikrincə, qadının daha yüksək statuslu nailiyyətlərinin nigahın
keyfiyyətinə olan təsiri, ilk növbədə bu qadınların liberal və ya ənənəvi nöqteyi-nəzərləri
bölüşdürülməsindən asılı olur. Kişi və qadınların qender vəzifələrinə olan nöqteyi-
nəzərləri arasında mövcud olan fərqlər, nigahda olan gərginliyinin səviyyəsini artırır.
Qəlir və əməyin şərtləri nigahın keyfiyyətinə təsir edir. İqtisadi çətinliklər, bir
qayda olaraq, kişiləri özünü məhvedən davranışa sövq edir. Həyat yoldaşına nəzarət
edilməsi ilə əlaqədar olan peşələr, münasibətlərin problemə çevrilməsinə şərait yaradır.
Ailədə əsasən mövcud olan qarşılıqlı münasibətlərə dair problemlər və nigahdan
məmnun qalma ilə əlaqədar problemlər rus sosioloqları tərəfindən sovet dövründə
dərindən öyrənilmişdir. Partnyorların qarşılıqlı münasibəti, dəyişilən vəzifələr,
təsəvvürlər və davranışın əsasları kimi mövzular ətraflı şəkildə nəzərdən keçirildi.
Leninqrad şəhərində həyata keçirilən sosioloji tədqiqatlar (1978 lə 1981-ci illərdə),
qadınların nigahdan məmnun qalması səviyyəsinə təsir göstərən dəyişiklikləri aşkar
etmişdi; uşaqlara olan məhəbbət və onların tərbiyə edilməsi ilə əlaqədar olan vəzifələr;
nöqteyi-nəzərlər və maraqların ümumi olması; dostcasına qayğı göstərmək və meyylilik.
1996-cı ildə həyata keçirilən tədqiqatlardan göründüyü kimi isə, izdivacda olan ər
arvadların əksəriyyəti nigahların keyfiyyətinin yüksək olmasını qeyd edir və ev işləri ilə
əlaqədar olan əməyin bölüşdürülməsini dəstəkləyirlər.
Rusiyada həyata keçirilən tədqiqatlarda nigahların keyfiyyətinin izdivacda olan
şəxslərin sosial və iqtisadi nailiyyətlərindən olan asılılığı aşkar edilməmişdir. Bu dəyişən
cəmiyyət ABŞ-a nisbətən Rusiyada daha çox nəzərə çarpmışdır. Məlum olduğu kimi,
sovet dövründən sonrakı dövrdə yaşayan insanlar yaşamaq probleminin həlli ilə məşğul
olurlar. Onlar qender vəzifəli tələblərin spesifik xüsusiyyətləri və öz həyat yoldaşları ilə
yarışmaq haqqında heç fikirləşmirlər. Statuslu dəyişkənlər sırasında nigahın
keyfiyyətinin dərk edilməsi üçün təhsil böyük rol oynayır. Bu amil qadınlara xüsusi ilə
müsbət təsir göstərir.
Nigahın keyfiyyətinə təsir edən ən güclü amillərin sırasında izdivacda olan hər iki
şəxsin sensitiv olması da daxildir. Emosional cəhətdən daha həssas olan və biri birinin
hisslərinə qayğıkeşliklə yanaşan ər və arvadlar nigahın keyfiyyətinin qiymətini
yüksəldirlər.
Kiçik yaşlı uşaqlar və yeniyetmələrin çoxluq təşkil etdiyi ailələrdə ər arvad
arasında olan nigahın keyfiyyətinin qiymətləndirilməsi aşağı səviyyədə olur və digər
ölkələrin göstəriciləri ilə üst-üstə düşür. Bu fakt uşaqların ailəni daha sabit etməsi
haqqında olan faktı təkzib edir. Uşaqlı ailələrdə olan ər-arvad boşanma haqqında daha
tez-tez fikirləşirlər. Bununla əlagədar olaraq qeyd etmək lazımdır ki, uşaqların qayğısına
qalan ailədən, emosional münasibətləri daha qabarıq şəkildə nəzərə çarpan ailəyə
keçidi buna nümunə göstərmək olar. Ümumiyyətlə isə, nigahın keyfiyyəti, ənənəvi
şəkildə olan ər-arvad münasibətlərinə xas xüsusiyyətlər ilə üzləşir. Nigahın keyiyyətinin
dərk edilməsi, ailədə əməyin bölüşdürülməsi prosesindən məmnun qalmaq və boşanma
halına olan mühafizəkar münasibət boşanma haqqında olan düşüncələrə mənfi təsir
göstərir.
Qarşılıqlı münasibətlərdən məmnun qalmanın dərəcəsi boşanma haqqında olan
düşüncələr ilə ölçülür. Rusiyada boşanmanın göstəricisi 1960-cı ildən 1993-cü ilə qədər
20%-dən 50%-ə yüksəlmişdir. Bundan başqa, nigahın davamiyyətinin azalması və
boşanma hallarının artması da açıq şəkildə nəzərə çarpır. Azərbaycanda boşanma ciddi
şəkildə olan sosial problem deyildir. Belə ki, 1998-ci ildə əhalinin 1000 nəfərdən 5,7
nəfəri boşanmışdır.
Sosioloji tədqiqatlardan göründüyü kimi, nigahın keyfiyyətini aşağı səviyyə uyğun
olaraq dərk edən respondentlər boşanma haqqında daha çox fikirləşirlər. Təhsilin
səviyyəsi yüksək olan qadınlar isə əksər hallarda boşanma haqqında düşünürlər. Onlar
ailə qərarlarının qəbul edilməsində olan iştiraklarını yüksək qiymətləndirirlər. Daha cüzi
ehtiyata malik olan və özlərini qiymətləndirməyi bacara bilməyən qadınlar boşanma
perspektivi haqqında düşünürlər.
Boşanma haqqında düşünən ər və arvadın nigah münasibətində ailə vəzifəsinin
bölüşdürülməsi əsas problem hesab edilir. Bu şəxslər hər iki tərəf üçün əlverişli olan
razılaşmaya gələ bilməzlər. Bu onunla əlaqədardır ki, hər iki şəxsdə bir-birinə zidd olan
qender təsəvvürləri formalaşdırmışdır.
3. Zorakılığın qender üzrə olan nöqteyi-nəzəri
Zorakılıq problemi qender tədqiqatlarının daha yeni olan sahələrindən biridir.
Amerikanın sosioloji ədəbiyyatında bu təzahürləri aşkar edən bir sıra nəzəri üsullar
fəaliyyət göstərir.
Ailə zorakılığına aid olan əsas üsul, qender üzrə olan qeyri-bərabərliyi əsas
səbəb hesab edən patriarxat nəzəriyyəyə əsaslanır. Kross-mədəni olan tədqiqatların
əksəriyyəti bu nəzəriyyəni təsdiq edir. 90 ölkədə keçirilən tədqiqatlardan belə məlum
olmuşdur ki, kişilər ailənin maddi ehtiyatları və qərarların ailə səviyyəsində qəbul
edilməsinə nəzarət edirlər, qadınlar isə bu hüquqlardan məhrumdurlar.
İkinci üsul bəzi tədqiqatlar üzrə təsdiq edilən ehtiyatlar nəzəriyyəsidir. Bu
tədqiqatlardan göründüyü kimi, daha az gəlir əldə edən, nüfuzlu peşəsi olmayan və orta
təhsil səviyyəsində olan kişilər ailədə zorakılıq hallarına yol verirlər. Bu nəzəriyyə
kişilərin ehtiyatlarının mütləq səviyyəsinin əhəmiyyətini müəyyən edir: maddi rifaha
malik olmayan kişilər, təminatı olan kişilərə nisbətən ailə münasibətlərində zor tətbiq
edirlər.
Üçüncü üsul – nisbi ehtiyatların nəzəriyyəsindən təşkil olunmuşdur. Bu
nəzəriyyəyə əsasən isə kişinin maddi ehtiyatının qadının rifahı ilə olan müqayisədə az
olması, ərin zorakılıq davranışından istifadə etməsinə şərait yaradır. Nüfuzlu peşəyə və
ali təhsil səviyyəsinə malik olan qadınlar zorakılığın əsas qurbanları olurlar.
Dördüncü üsul nisbi ehtiyatlar haqqında olan anlayış ilə əlaqədardır. Bu zaman
maddi ehtiyatı qadının maddi ehtiyatından az olan kişi öz qüdrətinə dəyən zərəri
ödəmək məqsədi ilə qadına qarşı zor tətbiq edir.
Sadalanan bütün nəzəriyyələrdən göründüyü kimi, zorakılıq bir insanın digər
insanın üzərində təsdiq edilməsi üçün bir vasitədir. Qender bərabərliyinə olan
tendensiyaların müşahidə edildiyi postsənayə cəmiyyətində izdivac zorakılığı, kişilərin
öz hakimiyyətini itirməsi nəticəsində təzahür etdirdiyi reaksiya ilə əlaqədar olur.
Tədqiqatlarda, intim münasibətlərində baş verən zorakılıq halları ilə əlaqədar olan
bir sıra dəyişkən kəmiyyətlər aşkar olunmuşdur. Bura aşağıdakılar daxildir:
1) Yüksək səviyyədə olan ailə münaqişəsi;
2) Cəmiyyətdə mövcud olan sosial münaqişələrin yüksək səviyyədə olması;
3) Zorakılıq haları vasitəsi ilə sosiallaşma təcrübəsi;
4) Zorakılığı qanuniləşdirən mədəniyyət normaları;
5) Qender üzrə stereotipə malik olan sosiallaşma və cinsi qeyri bərabərlik.
Moskvada həyata keçirilmiş ev zorakılığı üzrə olan problemlərin tədqiqatından
(1996) göründüyü kimi, qadınların növbəti hallar zamanı ərlər tərəfindən verbal
zorakılığa məruz qalırlar:
Y
Nigahın keyfiyyəti aşağı olduqda;
Y
Qərarların qəbul edlməsndə cüzi şəkildə iştirak etdikdə;
Y
Boşanmaq arzusunda olduqda;
Y
Kişilər aşağı səviyyəli təhsilə malik olduqda.
Digər nəticələrə isə aşağıdakıları aid etmək olar; nüfuzlu işə və ali təhsilə malik
olmayan kişilər daha çox verbal zorakılığa meyillidirlər, digər tərəfdən isə işdə çalışan
kişilər qadınlara fiziki zorakılığı tətbiq edirlər. Partnyorluq münasibətlərində təşəbbüsü
öz əlinə alan kişilər də həmçinin zorakılığa meyillidirlər. Bundan başqa öz valideynlərinin
ailəsində zorakılıq ilə rastlaşan şəxsin öz ailəsində də zorakılıq hallarından istifadə
etməsi qeydə alınmışdır. Bu hallar sosiallaşma nəzəriyyəsini təsdiq edir. Nəzəriyyədə
qeyd olunduğu kimi, uşaq yaşlarında qəbul edilən davranış modelləri həddi-buluğa
çatan zamanı təkrarlanır.
Ümumiyyətlə isə patriarxat nəzəriyyəsi əldə olunmuş məlumatlarda öz əksini
tapmışdır. Kifayət qədər təmin olunmayan və müvafiq olaraq öz ərlərindən asılı olan
qadınlar əksər hallarda zorakılığın qurbanı olurlar. Zorakılıq davranışı güclü mədəni
ətalətə malik olan patriarxal irsin bir hissəsidir.
Zorakılıqa qenderli fenomen kimi sosial-iqtisadi, siyasi və hüquqi kontekst üzrə
mədəni və sosial münasibətdən asılı olmayaraq hər hansı bir ölkədə rast gəlmək
mükündür. Lakin qeyd etmək lazımdır ki, hər bir ölkə həm zorakılığın formaları, həm də
dövlət və ictimaiyyətin bu zorakılığa olan münasibətinə görə digər ölkələrdən fərqlənir.
Qadınlara qarşı tətbiq edilən zorakılığın ən geniş yayılmış növlərindən biri də
seksual zorakılıqdır. Ölkələrin əksəriyyətində, o cümlədən də MDB ölkələrində seksual
zorakılıq digər növlərdən yüksək səviyyədə olan məxfiliyi ilə fərqlənir. Zərər çəkənlərin
əksəriyyəti ictimaiyyət tərəfindən eyni tərzdə dərk edilmədikləri üçün hüquq-mühafizə
orqanlarına müraciət etmirlər. İqtisadi böhran şəraitində fərdi bölmədə olan sosial
müdafiənin səviyyəsi azaldılış, sahibkardan olan asılılıq isə artmışdır. Məhz buna görə
də işdə seksual zorakılıq halları artmaqda davam edir. Bəzi məlumatlara əsasən,
Moskvada fəaliyyət göstərən fərdi şirkətlərin üçündən birində seksual məcburilik norma
kimi qəbul edilir.
Fiziki zorakılıq qadınlara qarşı tətbiq edilən zorakılığın ən çox vüsət almış
növlərindən biridir. Məsələn, 1993-cü ildə Rusiyada yaşayan 14500 qadın öz ərləri
tərəfindən qətlə yetiriliş, 6500 nəfər isə ağır xəsarət almışdır. Qazaxıstanda yaşayan
qadınların 60%-i isə fiziki və ya seksual zorakılığa məruz qalır. Xarici mütəxəssislərin
məlumatlarına əsasən isə bütün dünyada yaşayan qadınların hər beşindən biri fiziki və
ya seksual zorakılığa məruz qalır.
Verbal zorakılıq (emosional, şifahi) təhqir, hədə-qorxu və həqarətlərin tətbiq
olunması ilə əlaqədardır. Bu növ cəmiyyət və şəxsi münasibətlərdən geniş yayılmış
zorakılıq növüdür. Böhran üzrə olan mərkəzin məlumatlarına əsasən, Sankt-
Peterburqda yaşayan qadınların 22-28%-i zorakılığın bu növünə məruz qalırlar.
Evdə baş verən zorakılıq və seksual zorakılıq Azərbaycan üçün də aktualdır.
«Simmetriya» təşkilatı tərəfindən Azərbaycanın bir sıra regonlarında həyata keçirilən
tədqiqatlardan göründüyü kimi, Azərbaycanda yaşayan qadınların 37%-i zorakılıq
faktını, 10%-i özlərinə qarşı ictimai həyatda baş verən zorakılıq faktını, 90%-i isə ailədə
baş verən zorakılıq faktiki təsdiqləmişdirlər. Evdə baş verən zorakılıq hallarına nəinki
uşaqlıq və yeniyetməlik vaxtında (32%), həm də ailə həyatı qurandan sonra da (58%)
rast gəlirik. 1998-ci ildə həyata keçirilmiş bu tədqiqatda 19-65 yaşında olan 1000-ə
yaxın qadın iştirak etmişdi.
2001-ci ildə əldə olunmuş məlumatlara əsasən isə Bakı şəhərində yaşayan
qadınların 59%-i öz ərləri tərəfindən ev zorakılığına məruz qalmışdırlar. Cinslərin hüquq
bərabərliyinə gəldikdə isə qadınların 70, kişilərin isə 48%-i ailədə hüquqların bərabər
olduğunu qəbul edirlər. Gənc oğlanların 32% gənc qızların 48%-i kişi və qadınların eyni
hüquqa malik olduğunu təsdiqləmişdirlər.
Qadınların ailədə təhqirə məruz qalmasına dözməsi nə ilə əlaqədardır? Sosioloji
sorğunun göstəricilərinə əsasən, bunun aşağıdakı səbəbləri mövcuddur: yaxın qohum
və qonşulardan utanmaq, daha çox təhqirə və döyülməyə məruz qalmaq qorxusu,
iqtisadi asılılıq, uşaqları atasız qoymamaq arzusu. Ev zorakılılığın əsas səbəblərinə
həmçinin zorakılığın döyüş meydanından evə gətirilməsi (zorakılığın bu növünü
münaqişəli ölkələrin hər birində müşahidə etmək mümkündür), «qadının öz yerini
bilməsi» ənənəsi, iqtisadi vəziyyət, əsəb gərginliyi, ailədə zorakılığın aradan
qaldırılmasına dair siyasətin olmaması.
Bununla əlaqədar olaraq, dövlət və ictimai təşkilatların əsas vəzifəsinə, qadınlara
qarşı olan zorakılığın qarşısının alınmasına dair tədbirlərin həyata keçirilməsi daxil olur.
Bu siyasətin əsas tərkib hissəsi – qadınlara qarşı olan zorakılığ ilə mübarizənin hüquqi
bazasının möhkəmləndirilməsindən təşkil olunmalıdır. Hüquq-mühafizə sistemi,
zorakılıq hallarının cəmiyyətdə azaldılmasına yardım edən əsas amillərdən biridir.
Zorakılıq hallarının azaldılması, həm də zərər çəkənlər üçün keyiyyətli müdafiə
sisteminin yaradılması hesabına tətbiq edilə bilər. Özünü hüquq vasitəsilə müdafiə
etmək arzusunda olan qadınlar da məhz elə bu sistemin mövcud olmaması ilə
rastlaşırlar.
Qadınlara qarşı olan zorakılıq hallarının aradan qaldırılması zamanı maraqlı olan
qrupların fəaliyyəti də əsas amil kimi iştirak edə bilər. Məsələn, ABŞ-da bu məsələlərin
parlament və hökumət səviyyəsində həll olunması ilə məşğul olan koalisiya
yaradılmışdır. ABŞ-da həmçinin hər ilin mart ayının 25-də lobbilləşdirmənin Milli günü
adlı tədbirlər də həyata keçirilir. Bu tədbirdə ölkə əhalisi qadınların müdafiəçiləri ilə
həmrəy olduğunu ifadə edir. Bununla əlaqədar olaraq, ABŞ-da ailədə zorakılığın baş
verməsi halları 20%-ə qədər azalmışdır.
Burada həmçinin qadınların saxlanılması üçün zəruri olan «selterlər» və böhran
mərkəzləri təşkil edilmişdir. Onlarn fəaliyəti Qərb ölkələrində geniş şəkildə yayılmışdır.
Bu mərkəzlər ailə problemlərinin həll olunmasında qadın və uşaqlara yardım edirlər.
Burada qadınlar hüququ, tibbi və emosional yardım alırlar. Bütün xidmətlər pulsuzdur,
çünki qadın problemlərinin həll olunmasında dövlətdən başqa digər fərdi qurumlar da
iştirak edirlər. Uşaqlı qadınlar bu mərkəzdə 90 gün qala bilərlər. Xüsusi şəraitdə isə
onlar burada bir il yaşayırlar. Xüsusi polis idarəsi bu qadınların təhlükəsizliyini təmin
edir. Bu mərkəzlərin Azərbaycanda da yaradılması üzrə tədbirlər həyata keçirilir.
Qadınlara qarşı olan zorakılığın aradan qaldırılmasına dair siyasətin əsas tərkib
hissəsi, təbliğat kompaniyalarının həyata keçirilməsindən ibarətdir. Məsələn, MDB
ölkələrinin əksəriyyətində, o cümlədən Azərbaycanda BMT-nin Qadınlar üzrə olan
inkişaf fondunun yardımı ilə «Zorakılıq olmadan yaşamaq bizim hüququmuzdur» adlı
maarifləndirici kompaniya təsis edilmişdir. Dünya bankı və BTN-nin əhalinin
yerləşdirilməsi üzrə olan fond vasitəsilə həyata keçirilən kompaniyanın davamlılıq
müddəti 2001-ci ilin oktyabr ayından 2003-cü ilin aprel ayına qədər qüvvədə olacaqdır.
Kompaniyanın əsas məqsədi – qadınlara qarşı olan zorakılıq problemlərinin
əhaliyə çatdırılması və bu mənfi təzahürün iqtisadi və sosial nəticələrinin dərk
olunmasından ibarətdir. Kompaniya ilk növbədə ev zorakılığın ləğv edilməsinə və iş
yerlərində seksual zorakılığın qarşısının alınmasına yönəldilmişdir. Bu tədbirlərə,
qadınlara qarşı olan zorakılığın tədqiq edilməsi, hüquq mühafizəsi orqanları üçün
nəzərdə tutulan xüsusi təlimlərin təşkil edilməsi, sənədli filimlərin çəkilməsi, audio və
radio məhsulların istehsal olunası və s. aiddir.
Ümumilikdə isə qadınlara qarşı edilən zorakılıq problemlərinin həll edilməsi
kompleks şəklində olan tədbirlərin həyata keçirilməsini tələb edir. Bura cinslər arasında
olan münasibətlərin qender simmetriyasının təsdiq olunmasına yardım edən ictimai
şüurda dəyişikliklərin həyata keçirilməsi zəruriyyəti aiddir.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATIN SİYAHISI
1. Антонов А.И., Мерков В.М. Социология семьи. – М., 1996
2. Гендерные аспекты социальной трансформации. – М., 1996
3. Гендер и общество / под редакцией Широбоковой А.А. и др./. – Иркутск, 2001
4. Гендерные исследования: феминистская методология в социальных науках /
под ред. Жеребкиной И./. – Харьков, 1998
5. Гидденс Э. Социология. – М., 1999
6. Интеграция гендерной теории в социальные и гуманитарные дисциплины
/материалы конференции/ -Б., 2001
7. Калабихина И. Гендерный анализ экономико-демографических проблем. – М.,
1994
8. Мурадов Ш. Демографическое развитие Азербайджана на пороге XXI в.
//Общество и экономика, 2000, № 5-6
9. Осколкова О. США: изменение в сфере семейно-брачных отношений //Мировая
экономика и международные отношения, 1993, №6
10. Пфау-Эффингер Б. Опыт кросс-национального анализа гендерного уклада
//Социологические исследования, 2000, № 11
11. Римашевская Н., Ванной Д. и др. Окно в русскую частную жизнь. М., 1999
12. Смелзер Н. Социология. - М., 1994
13. Тартаковская О. Социология пола и семьи. - Самара, 1997
Document Outline - ISTIFAD? OLUNMUS ?D?BIYYATIN SIYAHISI
Dostları ilə paylaş: |