Giriş
Həzrəti Muhəmməd Peyğəmbərin ölümündən (632) sonra, İslam
dünyasını Hulefanı Raşidin deyilən dörd xəlifə və ardından da Əməvilər
(661-750) idarə etdi. Əməvilər, Əlinin öldürülməsiylə rəhbərliyi ələ
keçirmişdilər. Əməvilərin iqtidardan enişləri də eyni şəkildə qanlı oldu.
Həzrəti
Muhəmməd
Peyğəmbərin
əmisi
Abbas
ibni
Əbdülmütəllibin soyundan gələn Abbasilər, Əməvi rəhbərliyinə qarşı
qiyam qaldıraraq 750-ci ildə xəlifəliyi və iqtidarı ələ keçirdilər. Bu
tarixdən başlayaraq Abbasilər 1258-ci ilə qədər İslam dünyasının böyük
hissəsinə suveren oldular. İlk Abbasi xəlifəsi Əbul-Abbas Səffah (750-
754) idi. 754-ci ildə qardaşı Mənsur (754-775) onun yerinə keçdi. Bu iki
xəlifə dövründə orduda Türk və İran mənşəlilər əhəmiyyətli vəzifələr
üstələndilər. Mənsur, 762-ci ildə paytaxtı Şamdan Bağdada daşıdı.
Mənsurdan sonra sıra ilə Mehdi (775-785) və Hadi (785-786) xəlifə
oldular. Abbasi Dövləti Mənsurun nəvəsi Harun Rəşid (786-809)
dövründə ən geniş sərhədlərinə çatdı.
Harun Rəşidin oğulları Əmin (809-813), Məmun (813-833) və
Mötəsim (833-842) atalarının siyasətlərini davam etdirdilər. Anası
Harun Rəşidin Türk əslli bir nökəri olan Mötəsim Türklərdən xüsusi bir
əsgəri güc qurmuşdur, Türk ünsürləri rəhbərlikdə əhəmiyyətli vəzifələrə
gətirmişdir. Daha sonra bu əsgəri gücün Bağdaddakı varlığı bəzi
narahatlıqlara səbəb olduğundan Samirrə adıyla yeni bir şəhər
qurduraraq dövlət mərkəzini oraya daşıdı. 838-ci ildə Mötəsim
Anadoluya Bizans üzərinə bir səfər təşkil etmiş, ordusunun bir qolu
Bizans imperatoru Theofilos və ordusunu "Anzin Döyüşü" adı verilən
1
bir vuruşmada böyük məğlubiyyətə uğratmış, Bizansın ikinci böyük
şəhəri Amoriomu əhatə edib əlinə keçirmiş və Abbasi orduları İznik
şəhərinin yaxınlarına qədər irəliləmişdir. Yerinə keçən oğulu Vasiqin
(842-847) dövründə Türk əmrləri əsgəri işlərin yanında yönetsel
mövzularda daha təsirli oldular. Vasiqin ölümündən sonra Abbasi
Dövləti parçalanma müddətinə girdi. Abbasi torpaqları üzərində
Tahirilər, Samanilər, Qaraxanlılar, Fatimilər, Tolunoğulları və
Həmdənilər kimi müstəqil dövlətlər quruldu. İranda hökm sürən
Büveyhiler, 945-ci ildə Bağdada suveren oldular. Bundan sonra Abbasi
xəlifələri Büveyhilerin icazəsiylə başda qala bildilər. Xəlifə Qaimin
(1031-1075) çağırışı üzərinə Böyük Səlcuqlu Dövləti Hökmdarı Toğrul,
1055-ci ildə Büveyhileri Bağdaddan çıxardı və Abbasilərə yenidən
möhtərəmlik qazandırdı.
Abbasi sülaləsinin hakimiyyətinin ilk illərində (VIII-IX əsrlər) İran
və Orta Asiya feodalları xüsusi mövqeyə malik idilər. Ərəb zədəganları
isə getdikcə öz mövqe və imtiyazlarını itirirdilər. Xilafətin əsas
məhsuldar qüvvələri asılı kəndlilər, əsas istehsal sahəsi süni suvarmaya
əsaslanan əkinçilik idi. Maldarlıq da mühüm əhəmiyyət kəsb edirdi.
Xilafətdə əsas torpaq mülkiyyət forması mülk idi. Ərəb dilində
"mülkiyyət" malikanə deməkdir. Mülk sahibi mərkəzi hökümət
qarşısında icbari xidmət və ya mükəlləfiyyət daşımırdı. Mülk şərti
torpaq da sayılmırdı. Buna görə də sərbəst olaraq satıla, girov qoyula,
bağışlana və ya irsən keçə bilərdi. İqta torpaq sahibliyi də geniş
yayılmışdı. Bu, xidmət müqabilində feodallara verilmiş şərti olaraq
mülkiyyət idi. İqta torpaqları dövlət torpaqları hesab edilsə də, IX
2
yüzillikdə faktiki olaraq feodal şəxsi torpaq mülkiyyətinə çevrilmişdi.
İqta torpaqlarında vergilərin toplanması və onların idarə olunması
iqtadarların əlində toplanmışdı. İqta dövründə meydana gələn vəqf,
ərəbcə dini və ya xeyriyyə məqsədi ilə dövlətin və yaxud ayrı-ayrı
vətəndaşların könüllü bağışladığı daşınan və daşınmaz əmlaka deyilirdi.
Vəqf olunmuş torpaq satıla və ya bağışlana bilməzdi.
Torpaq vergisi olan xərac da geniş yayılmışdı. Xərac pul və ya
natura şəklində toplanırdı. Xərac bəzən bütün torpaq vergilərinin cəmi
olurdu. Cizyə vergisi də Xilafət dövründə yayılmışdı. Bu vergi qeyri-
müsəlman əhalidən orduda xidmət etmədiklərinin müqabilindən
onlardan alınan vergi növü idi. Cizyə ancaq kişilərdən alınırdı və əsasən
pul ilə ödənilirdi. Bundan başqa Xilafətdə dini vergilər olan zəkat, xüms
və titrə də alınırdı. Zəkat şəriət qanunu ilə əmlak və gəlir üzərinə
qoyulan vergidir. Bu vergi icmanın ehtiyaclarına sərf olunur və yoxsul
müsəlmanlar arasında bölüşdürülürdü. Zəkatın adi məbləği illik gəlirin
2,5%-ni təşkil edir. Bunu ailə başçısı ödəyirdi. Xüms (və ya xums)
müxtəlif mülkiyyət və qənimət növlərindən (qazancadan, dəfinələrdən,
hərbi qənimətlərdən) xəzinəyə ödənilirdi. Fitrə isə ailənin hər bir yaşlı
üzvündən ramazan ayında orucluq olan gün alınır və paylanırdı. Bu
vergi növü ancaq varlı şəhərlilərdən alınırdı. Xilafətdə şəhər əhalisi
xırda ticarətlə əlaqədar olan müxtəlif peşələrlə məşğul idi. Toxuculuq,
bəzək və zərgərlik malları istehsalı, metal emalı yüksək dərəcədə inkişaf
etmişdi. Sənətkarlıq və ticarətin genişlənməsi şəhərlərin inkişaf etməsinə
kömək edirdi. Bağdad və Qahirə mühüm sənətkarlıq və mədəniyyət
mərkəzləri idi. Xarici ticaarəti varlı tacirlər aparırdılar. VIII əsrin
Dostları ilə paylaş: |