1
B.M.ABDULLAYEV
A.K.EYYUBOV
D PLOMAT K YAZIŞMA
Dərs vəsaiti
Bakı-
2
Müqəddimə
«Diplomatik yazışma» kitabı IV kursda tədris edilən
«Diplomatik yazışma» fənni üzrə dərs vəsaitidir. Son kursda
tədris olunan «Diplomatik yazışma» fənni tələbələrin dörd il
ə
rzində diplomatiyanın müxtəlif sahələrində nəzəri və praktiki
bilikləri
mənimsəmələrini,
ilkin
tətbiqi
vərdişlərə
yiyələnmələrini ehtiva edir və əldə etdikləri biliklərdən
diplomatik fəaliyyətin mühüm bir hissəsini təşkil edən
diplomatik yazışma sahəsində istifadə etmə bacarıqlarını
formalaşdırmaq məqsədi daşıyır.
Təbii ki, sənədlər üzərində praktiki tapşırıqlar
yazışmanın nəzəri aspektləri, ayrı-ayrı komponentləri və
özünəməxsusluqları öyrənilmədən mümkün deyil. Sabahın
məzunları diplomatik protokol və etiket qaydalarının, düşüncə
tərzinin hansı şəkildə, hansı standartlar üzrə kağızda əks
olunduğunu, diplomatik dilin necə inkişaf etdiyini bilməlidirlər.
Eyni zamanda diplomatik üslubun digərlərindən fərqlərini və
oxşar cəhətlərini daha yaxşı dərk etmək üçün onların
müqayisəli təhlilini aparmağı, ilk baxışda sinonim olan sözlər
3
yaxud kəlmələrin diplomatik yazışmada istifadə edilməsinin
mümkün olub-olmadığını, yaxud tamam başqa cür məna verib-
verməyəcəyini ayırmaq bacarığına sahib olmalı, sözün yazılı
ünsiyyətdə əhəmiyyətini, onun tətbiq edənin məsuliyyətinin nə
qədər yüksək olduğunu başa düşməlidirlər.
Azərbaycan dili diplomatik yazışma dili kimi gəncdir, bu
mənada tələbələr həm bu dilə güclü təsir edən beynəlxalq
standartları, həmçinin dilimizin spesifik xüsusiyyətlərini
mənimsəməli, gənc diplomatın karyerasının ilk pilləsinin çox
vaxt məhz sənədlərin tərtibatı və yazılışı ilə bağlı olduğunu
nəzərə alaraq, fənnə maksimal dərəcədə məsuliyyət və
çalışqanlılıqla yanaşmalıdırlar.
Yuxarıda qeyd olunanları, həmçinin azərbaycan dilində
diplomatik yazışma ilə bağlı ədəbiyyatların kəskin azlığını
nəzərə alaraq yazılan «Diplomatik yazışmanın nəzəri
aspektləri» dərs vəsaiti beynəlxalq təcrübə və nəzəriyyəni əks
etdirməklə yanaşı, yerli təcrübənin, sənəd nümunələrinin
təhlilini özündə ehtiva edir və tələbələrin dərs prosesində
fəaliyyətlərinə yardımçı olmaq məqsədi güdür.
4
1. Yazışmanın diplomatın fəaliyyətində rolu və
ə
həmiyyəti
Diplomatiyanın müxtəlif sahələri mövcuddur:
danışıqların aparılması, kontaktların qurulması, diplomatik
qəbullar və mərasimlərin təşkili və keçirilməsi, nümayəndə
heyətlərinin qəbulu və s. Hər birinin özünəməxsus
xüsusiyyətləri işin öhdəsindən layiqincə gəlmək üçün
diplomatdan müvafiq hazırlıq, keyfiyyətlər, biliklər və
tədricən formalaşan peşəkar vərdişlər tələb edir. Lakin
onların arasında, bəlkə də, ən önəmlilərindən biri
diplomatik yazışma, diplomatik sənədlərin hazırlanmasıdır.
Adətən diplomatlar dedikdə, yada düşən və hətta
bəzən lətifələrin yaranması mənbəyinə çevrilən çoxsaylı
qəbullar və görüşlər diplomatların yüksək ranqlı
nümayəndələrinə, siyasi hakimiyyətin ali təmsilçilərinə
(prezident, baş nazir, xarici işlər naziri, səfir) daha çox
səciyyəvidir. Yüksək və orta dərəcəli diplomatların isə
gündəlik fəaliyyətinin böyük bir hissəsini (tanınmış
5
diplomat, alim, professor V. .Popov yazışmanın diplomatın
iş vaxtının 80-90 faizini tutduğunu bildirir
1
) sənədlərin
tərtibatı və yazılışı təşkil edir. Başqa sözlə, diplomatik
fəaliyyətin gündəlik məkanı dəbdəbəli məkanların parketi
deyil, yazı masasıdır. Bəs görəsən, diplomatik yazışmaya
bu qədər vaxtın və enerjinin sərf edilməsinin, önəm
verilməsinin səbəbi nədir?
Tənəffüs
ki diplomat taksinin arxa oturacağına əyləşib
qəbulda baş verənləri baş verənləri müzakirə edirlər.
- Təsəvvür edirsən, qraf Lipmenin manjetləri
(paltar qolunun qatlanmış hissəsi) qəbul olunduğundan
yarımsantimetr dahauzun idi. Biabırçılıq!
- Hələ bu nədir! Öz gözümlə gördüm: ispan
səfirinin xanımı balıq üçün cəngəli meyvələr üçün
çəngəllə səhv saldı. Dəhşət!
Bu an söhbətə taksi sürücüsü müdaxilə edir:
- Arxamı sizə dönüb oturmağım mane olmur ki?!
1
В.И.Попов. Современная дипломатия: теория и практика. М. – 2004, с. 412.
Dostları ilə paylaş: |