“Biz eyni dalğadayıq”
TİRAJLI STİMULLAŞDIRICI LOTEREYADA İŞTİRAK
ŞƏRTLƏRİ
1. Tirajlı stimullaşdırıcı lotereyanın təşkilatçısı:
“OMG Azerbaijan” Məhdud Məsuliyyətli Cəmiyyət, bundan sonra “Təşkilatçı”. Ünvan: 10-cu ofis,
English Yard, Məmməd Araz 25A, Bakı, Azərbaycan. VÖEN 1301418021 Tel: +994 12 497 21 05
2. Tirajlı stimullaşdırıcı lotereyanın adı:
Təşkilatçının keçirdiyi Tirajlı stimullaşdırıcı lotereya “Biz eyni dalğadayıq” (“Visa kartı ilə ödə və
Avroviziya 2017-nin yarımfinal mərhələsinə VIP biletlər qazanmaq şansı əldə et”) adlanır.
3. Tirajlı stimullaşdırıcı lotereyanın keçirildiyi ərazi:
“Biz eyni dalğadayıq” (“Visa kartı ilə ödə və Avroviziya 2017-nin yarımfinal mərhələsinə VIP biletlər
qazanmaq şansı əldə et”) Tirajlı stimullaşdırıcı lotereyası Azərbaycan Respublikası ərazisində keçirilir.
4. Tirajlı stimullaşdırıcı lotereyanın başlama və bitmə vaxtı:
Tirajlı stimullaşdırıcı lotereya 2017-ci ilin 6 mart-20 aprel tarixləri ərzində keçirilir.
5. Tirajlı stimullaşdırıcı lotereya bu adda məhsulların stimullaşdırılması məqsədilə keçirilir:
Tirajlı stimullaşdırıcı lotereya ticari-xidmət şəbəkələrində Visa bank ödəniş kartları ilə hesablaşmaların
stimullaşdırılması məqsədilə keçilir.
6. Tirajlı stimullaşdırıcı lotereyanın İştirakçıları:
6.1. Tirajlı stimullaşdırıcı lotereyada 18 yaşına çatmış fiziki şəxslər, Azərbaycan Respublikasının
vətəndaşları və Azərbaycan Respublikası ərazisində daimi yaşayan şəxslər iştirak edə bilərlər.
6.2. Tirajlı stimullaşdırıcı lotereyada Təşkilatçı ilə əməkdaşlıq edənlər, bu şəxslərin həyat yoldaşları,
yaxın qohumları, həmçinin, Tirajlı stimullaşdırıcı lotereyanın keçirilməsi üzrə komissiyanın üzvləri
iştirak edə bilməzlər.
7. Tirajlı stimullaşdırıcı lotereyada iştirak üçün 6 mart-20 aprel 2017-ci il (daxil olmaqla) tarixləri
ərzində aşağıdakılara əməl etmək lazımdır:
7.1. Azərbaycan Respublikasının bankları tərəfindən buraxılmış Visa bank ödəniş kartları ilə
Azərbaycan Respublikası ərazisində və ya ondan kənarda yerləşən istənilən ticari-xidmət
müəssisəsində, həmçinin, İnternet şəbəkəsində məhsullar və ya xidmətlər üzrə istənilən məbləğdə
nağdsız əməliyyat aparmaq.
7.1.1. Uduşda bu tranzaksiyalar iştirak etmir:
− kommunal xidmətlərin internet və ya avtomatlar vasitəsilə ödənilməsi
− mobil/stasionar telefon balansının internet və ya avtomatlar vasitəsilə artırılması
− internetin və kabel TV-nin internet və ya avtomatlar vasitəsilə ödənilməsi
− sığorta xidmətlərinin internet və ya avtomatlar vasitəsilə ödənilməsi
− bank xidmətlərinin internet və ya avtomatlar vasitəsilə ödənilməsi
− bankomatlarda və NPM (nağd pul verilmə məntəqələri) və (və ya) digər kredit-maliyyə
müəssisələrində nağd pul vəsaitlərinin çəkilməsi və ya daxil edilməsi əməliyyatları;
− pul vəsaitlərinin bank hesabından fiziki və/və ya hüquqi şəxslərin hesablarına köçürülməsi
− vergi ödənişləri və digər dövlət xidmətlərinin ödənilməsi üzrə əməliyyatlar
− ləğv edilmiş/qaytarılmış alış-veriş üzrə əməliyyatlar
− Tirajlı stimullaşdırıcı lotereya biletlərinin alınması, kazino və totalizator üzrə hesablar, yol
qəbzlərinin, obliqasiyaların və qiymətli metalların, həmçinin, İnternet üzərindən alınması
− pul vəsaitinin bank hesabından karta köçürülməsi
− pul vəsaitinin kartdan karta köçürülməsi
7.2. Tirajlı stimullaşdırıcı lotereyanın keçirildiyi müddət ərzində uduş keçirilənədək və qalibiyyət
halında uduş təqdim edilənədək iştirak edən tranzaksiyanın qəbzini və ya internet-ödənişin
təsdiqnaməsini saxlamaq.
7.3.
www.visa.com.az
saytında (bundan sonra Sayt) qeydiyyat formasını doldurmaq və qəbzi 2017-ci il
00:00 06 mart tarixindən 23:59 20 aprel tarixinədək (daxil olmaqla) qeydiyyatdan keçirmək.
Qeydiyyat formasına mütləq doldurulmalı olan sütunlar daxildir: Kart sahibinin SAA (tam), əlaqə
telefonu, nağdsız əməliyyatın həyata keçirildiyi tarix (iştirak edən kart-qəbzə uyğun olaraq), qəbzin
məbləği, nağdsız əməliyyatın həyata keçirildiyi yer (ölkə daxili və ya xarici), kart-qəbzin avtorizasiya
kodu(tranzaksiya nömrəsi), POS-terminal vasitəsilə ödənişə, yoxsa onlayn ödənişə aid olması və Visa
kartını buraxan bankın adı.
7.4. Tirajlı stimullaşdırıcı lotereyanın qaydaları ilə tanış olmaq, qeydiyyat formasında müvafiq xanaları
işarətləyərək şəxsi məlumatların yığılmasına və işlənməsinə razılıq vermək.
7.5. Tirajlı stimullaşdırıcı lotereyanın şərtlərinə uyğun olan hər iştirakçı tranzaksiya uduşda iştirak edir.
Hər yeni tranzaksiyanın qeydiyyatı Saytda yeni qeydiyyat formasının doldurulması ilə həyata keçirilir.
7.6. Unikal iştirakçı tranzaksiya Saytdakı qeydiyyat formasına bir dəfədən artıq daxil edildikdə o yalnız
unikal nağdsız əməliyyat (tranzaksiya) məlumatlarının ilk daxil edilməsi faktına əsasən bir dəfə
qeydiyyata alınacaq və uduşda bu qeydiyyat əsasında iştirak edəcək.
7.7. Tirajlı stimullaşdırıcı lotereya iştirakçılarının müəyyənləşdirilməsi kart sahibinin hər
gerçəkləşdirdiyi və qeydiyyatdan keçirdiyi İştirakçı tranzaksiyaya əsasən həyata keçirilir.
Tranzaksiyaların sıra nömrələri Təşkilatçı tərəfindən Saytdakı qeydiyyat formasında məlumatların
qeydiyyatdan keçirilməsi tarixinə və vaxtına uyğun verilir.
7.8. Azərbaycan Respublikası ərazisində POS-terminal vasitəsilə və ya onlayn (internet şəbəkəsində)
həyata keçirilmiş hər daxili tranzaksiyaya uduşda iştirak üçün avtomatik 1 unikal qeydiyyat nömrəsi
verilir.
7.9. Azərbaycan Respublikasından kənarda POS-terminal vasitəsilə və ya onlayn (internet
şəbəkəsində)həyata keçirilmiş hər xarici tranzaksiyaya uduşda iştirak üçün 2 unikal qeydiyyat nömrəsi
verilir.
8. Uduş fondunun tərkibi və həcmi:
Tirajlı stimullaşdırıcı lotereyanın uduş fondu Təşkilatçının mülkiyyəti və pul vəsaitləri hesabına
formalaşdırılıb. Uduş fondu ibarətdir:
Hər biri aşağıdakılardan ibarəd 5 əsas uduş
Ad
Uduş fondunda ümumi miqdar, ədəd
2 Ekonom-klas aviabilet (Bakı-Kiyev-Bakı)
10
2 nəfər üçün Kiyevdə 5*
Intercontinental otelində
1 nömrə (2 gecəlik)
5
2 nəfər üçün Avroviziya 2017-nin
xüsusi qonaq zonasına 1 keçid
5
2 nəfər üçün Avroviziya 2017-nin
9 May 2017-də keçirilən yarımfinalına 1 VIP bilet.
5
9. Uduş fondunun uduşunun keçirilmə yeri, tarixi, vaxtı və qaydası, qalib gəlmiş Tirajlı stimullaşdırıcı
lotereya iştirakçısının təyin edilməsi qaydası:
9.1. Uduşun keçirilmə vaxtında Tirajlı stimullaşdırıcı lotereya iştirakçıları (yəni, iştirakçı
tranzaksiyalarını Saytda uğurla qeydiyyatdan keçirən şəxslər) barədə məlumatlar əsasında İştirakçı
Siyahısı tərtib olunur. Hər iştirakçı tranzaksiya Saytdakı qeydiyyat formasında məlumatların
qeydiyyatdan keçirilmə tarixinə və vaxtına uyğun ardıcıllıqla individual şəkildə siyahıya daxil edilir.
9.2. Uduşun keçirilməsi üçün xüsusi barabandan və tranzaksiyaların qeydiyyat nömrələri əks olunmuş
kağız zolaqlardan istifadə olunur. Komissiyanın tərkibindən kodun barabandan çıxarılması üçün katib
seçilir.
9.3. Katib barabandan bir kağız çıxarır. Çıxarılmış kağızın nömrəsi protokola daxil edilir. Uduş zamanı
çıxan ilk 5 qeydiyyat nömrəsi qalib hesab olunur. Barabandan çıxarılan sonrakı 10 nömrə isə ehtiyat
qaliblər siyahısına əlavə edilir.
9.4. Tirajlı stimullaşdırıcı lotereya ərzində bir uduş keçirilir:
- uduşda 5 əsas uduşun 5 əsas qalibi və 10 ehtiyat qalib seçilir.
- hər qalib özü ilə əlavə 1 nəfər apara bilər.
9.6. Uduşların keçirilmə tarixi:
Uduşların keçirilmə
Tarixi
İştirak şərtləri
Uduşun adı
Uduşların ümumi
miqdarı
24/4/2017
Azərbaycan
Respublikası
ərazisində və ya
ondan
kənarda yerləşən
istənilən
ticari-xidmət
müəssisəsində,
həmçinin, İnternet
Hər biri aşağıdakılardan ibarəd
5 əsas uduş
2 Ekonom-klas aviabilet (Bakı-
Kiyev-Bakı)
2 nəfər üçün Kiyevdə 5*
İntercontinental otelində
1 nömrə (2 gecəlik)
10 ədəd Ekonom-
klas aviabilet
(Bakı-Kiyev-Bakı)
5 ədəd 2 nəfər
üçün Kiyevdə 5*
Intercontinental
otelində nömrə (2
gecəlik)
şəbəkəsində
məhsulların və ya
xidmətlərin
ödənilməsi üzrə
istənilən
məbləğdə
nağdsız əməliyyat
aparmış və qəbzi
06 mart
(00:00) tarixindən
20 aprel
(23:59) tarixinədək
(daxil olmaqla)
visa.com.az
saytında
qeydiyyatdan
keçirmiş iştirakçılar
arasında keçirilir.
2 nəfər üçün Avroviziya 2017-nin
xüsusi qonaq zonasına 1 keçid
2 nəfər üçün Avroviziya-nın
9 may 2017-də keçiriən
yarımfinalına 1 VIP bilet.
5 ədəd 2 nəfər
üçün Avroviziya
2017-nin
xüsusi qonaq
zonasına keçid
5 ədəd 2 nəfər
üçün Avroviziya-nın
9 may 2017 tarixli
yarımfinalına VIP
bilet.
Uduş fondunun uduşları Komissiyanın iştirakı ilə açıq şəkildə bu ünvanda keçirilir: 10-cu ofis, English
Yard, Məmməd Araz 25A, Bakı, Azərbaycan.
10. Qalib gəlmiş iştirakçının məlumatlandırılması müddəti və üsulu, uduşun verilmə qaydası:
10.1. Uduş keçirildikdən sonra Təşkilatçı qaliblərə uduş barədə 26 aprel 2017-ci il tarixinədək (daxil
olmaqla) Visa-nın
www.visa.com/az
rəsmi saytında qaliblər siyahısını yerləşdirərək və zəng vasitəsi ilə
məlumat verir.
10.1.1. Avroviziya 2017-nin yarımfinal mərhələsi 09 may 2017 tarixində keçirildiyi üçün uduşun
qalibləri uduşları almaq üçün 10-cu ofis, English Yard, Məmməd Araz 25A, Bakı, Azərbaycan ünvanına
saat 12:00-dan 19:00-dək qaliblər siyahısı yayımlandıqdan sonra 7 gün ərzində müraciət etməlidirlər.
Qaliblər uduşlarını 07.05.2017 tarixinədək götürə bilərlər. Uduşu almaq üçün müraciət edərkən qalib
bu məlumatları təqdim etməlidir: soyad, ad, ata adı, şəxsiyyəti təsdiq edən sənədin seriyası, nömrəsi,
keçərlilik müddəti, sənədin verilmə tarixi və yeri, xarici pasport (qalib və yol yoldaşı); qalib gəlmiş
nağdsız əməliyyatın (tranzaksiyanın) həyata keçirildiyi kart-qəbzin avtorizasiya kodu və əməliyyatın
tarixi qeyd olunmuş müvafiq qəbz. Onlayn ödəniş halında qalib sms/elektron poçt vasitəsilə aldığı
tranzaksiyanın yerinə yetirilməsi barədə təsdiq məktubunu, yaxud bankdan kart-qəbzin avtorizasiya
kodu (tranzaksiyanın nömrəsi) qeyd edilmiş çıxarışı təqdim etməlidir. Saytda qeydiyyatdan keçirilmiş
tranzaksiya/ödəniş nömrəsi qəbzdə/təsdiq məktubunda/sms-də/bank çıxarışında qeyd olunmuş
nömrə ilə üst-üstə düşməlidir.
10.1.2. Təşkilatçı tələb olunan məlumatlardan hər hansı birinin olmamasına görə məsuliyyət daşımır.
10.1.3. Təşkilatçı qalibə ölkədən kənara çıxmaq imkanı verən sənədin olmamasına görə məsuliyyət
daşımır.
11. Uduşun qalibi uduşu göstərilən müddətdə almaq üçün müraciət etməyibsə qalib uduşu almaq
hüququndan məhrum olur və həmin uduş ehtiyat qalibinə keçir. Ehtiyat qalib uduşu 08.05.2017
tarixinədək (daxil olmaqla) götürə bilər.
11.1. Uduşun dəyəri məbləğində pul kompensasiyası həyata keçirilmir.
11.2. Qalib uduşu almaq hüququnu üçüncü şəxsə vermək haqqına malik deyil.
11.3. Uduşu almağa iddialı Tirajlı stimullaşdırıcı lotereya Qalibləri onu almaq üçün Təşkilatçının
təqdim etdiyi bütün lazımlı sənədləri imzalamağı və doldurmağı, Qaydalarda nəzərdə tutulmuş bütün
şərtləri, həmçinin, uduşu almaq üçün lazım olan formallıqları yerinə yetirməyi öhdəsinə götürür.
11.4. Tirajlı stimullaşdırıcı lotereyanın Təşkilatçısı Uduşlar Qaliblərə verildikdən sonra yaranmış
Uduşların zədələnməsi və onların istismarı halları ilə bağlı hər hansı bir riskə görə məsuliyət daşımır.
12. Digər şərtlər:
12.1 İştirakçı əsas uduşu yalnız 1 dəfə qazana bilər.
13. Tirajlı stimullaşdırıcı lotereyanın şərtləri və nəticələri barədə məlumat vermə qaydaları:
Tirajlı stimullaşdırıcı lotereyanın keçirilmə qaydaları Tirajlı stimullaşdırıcı lotereya başlamazdan əvvəl
www.visa.com.az
saytında yerləşdirilir. Uduşun nəticələri haqqında məlumat 26 aprel 2017
tarixinədək (daxil olmaqla) visa.com.az saytında yerləşdirilir.
14. Tirajlı stimullaşdırıcı lotereyanın ümumi şərtləri:
14.1. Tirajlı stimullaşdırıcı lotereyada iştirak edən iştirakçı Qaydalarla və Tirajlı stimullaşdırıcı
lotereyada iştirakın bütün şərtləri ilə tanış olduğunu və razılaşdığını təsdiqləyir.
14.2. Təşkilatçının Tirajlı stimullaşdırıcı lotereyanın keçirilməsi məsələləri ilə bağlı bütün qərarları,
həmçinin, Tirajlı stimullaşdırıcı lotereyanın nəticələri qəti hesab olunacaq və bütün iştirakçılara aid
ediləcək.
14.3. Tirajlı stimullaşdırıcı lotereyanın nəticələri qəti hesab olunacaq və heç bir mübahisənin
obyektinə çevrilməyəcək.
14.4. İştirakçılar Tirajlı stimullaşdırıcı lotereyada iştirak edərək adlarının, ata adlarının, soyadlarının,
şəkillərinin iştirakçıya heç bir uduş verilmədən Təşkilatçı tərəfindən reklam məqsədlərində istifadə
ediləcəyinə razılıq verirlər. Həmçinin, İştirakçılar Tirajlı stimullaşdırıcı lotereya barədə reklam
xarakterli müsahibələr verməyə də razılaşırlar.
14.5. İştirakçıların təşkilatçılıq və uduşun verilməsi ilə əlaqəli mümkün bütün iddiaları 10-cu ofis,
English Yard, Məmməd Araz 25A, Bakı, Azərbaycan ünvanında yerləşən Tirajlı stimullaşdırıcı lotereya
Təşkilatçısına ünvanlanmalıdır.
Təşkilatçı iştirakçılar və uduş almağa namizədlər arasında udulmuş uduşun sahibinin aydınlaşdırılması
ilə bağlı mübahisələrə daxil olmur.
14.6. Visa şirkəti Tirajlı stimullaşdırıcı lotereyanın Təşkilatçısı deyil və Tirajlı stimullaşdırıcı lotereya
Təşkilatçısının və iştirakçılarının bu qaydalara və tətbiq edilən qanunvericiliyə riayət etməməsinə görə
məsuliyyət daşımır, Tirajlı stimullaşdırıcı lotereyanın iştirakçılarının iddialarına cavab vermir.
Dostları ilə paylaş: |