M i r C ə l a l
32
Mir Cəlal görkəmli ALİM idi. Alim sözünü böyük hərflərlə
nəzərə çarpdırmağımın və ondan əvvəl görkəmli təyinini işlət-
məyimin səbəbi var. Mir Cəlal yazıçı olmasaydı belə, biz ondan
elmdə müəyyən iz buraxan görkəmli bir alim kimi söz açardıq.
Vaqif Yusifli,
filologiya elmləri doktoru
Professor Mir Cəlal Paşayev geniş yaradıcılıq fəaliyyətinə
malik olan bir şəxsiyyət idi: O, görkəmli yazıçı, tanınmış nəzəriy-
yəçi, filoloq alim, nümunəvi müəllim kimi xatirələrdə əbədi
yaşayır. Mir Cəlal müəllim nəzəri filoloq olmaqla yanaşı, çox
gözəl müəllim kimi tanınırdı. O, təkcə bilik vermir, eyni zamanda
hərəkətləri, adamlara münasibəti ilə tərbiyə edirdi.
***
Professor Mir Cəlal müəllimin mülayimliyi, humanizmi onun
ciddiyyətinə, obyektivliyinə qətiyyən mane olmurdu. O, bu müla-
yimliyi ilə yanaşı, olduqca prinsipial və obyektiv bir şəxsiyyət idi.
Şəmistan Mikayılov,
professor
Məktəblərdə, mütləq “insanlıq” bir predmet kimi təlim olun-
malıdır. İnsanlıq və insanlıq fəlsəfəsi Mir Cəlaldan ötrü həyat
idealına çevrilmişdir. İnsanlıq və insanlıq fəlsəfəsi onun əsərlərin-
də həmişə qırmızı bir xətlə keçirdi.
Qılman İlkin,
Xalq yazıçısı
Oxucunun etimadını, xalqın hörmətini qazanmaq o qədər də
asan iş deyil. Xalq işində yüksək məsuliyyət hissi, düzlük, doğru-
luq, çörəyi halal, əməyə bağlılıq, sənətin mücahidi ola bilmək,
böyüyə hörmət, kiçiyə mərhəmət, ailəyə sədaqətli olmaq kimi
yüksək insani keyfiyyətlərlə zəngin olan gənc qələm sahibi Mir
B i b l i o q r a f i y a
33
Cəlal, illər keçdikcə sözünə, nəsihətinə ehtiyac duyulan ağsaqqala
çevrildi.
Mirvarid Dilbazi,
Xalq şairi
Alim Mir Cəlal Paşayevin elmi əsərlərinin dili, üslubu öz
qələm yoldaşlarının heç birinin dilinə, üslubuna oxşamır. Onun
əsərlərində nə publisistika var, nə də qəliblənmiş elmi terminli
tədqiqat dili. O, elmi əsərlərini yazıçı Mir Cəlalın qələmindəki
yığcamlıq və şirinliklə, amma dərin axıcı elmi mühakimə tutumu
olan dillə yazardı. Bu yazı indi də təkraredilməz örnəkdir.
Pənah Xəlilov,
filologiya elmləri doktoru,
professor
Mir Cəlal müəllim hər şeydən əvvəl çox orijinal və qüdrətli
bir pedaqoq idi. O, təbiəti, davranışı və əməlləri ilə tələbələrinə
ibrətli, təsirli örnək idi. Aspirant olanda da, müəllim kimi bir yer-
də işləyəndə də hər bir fikrimizi, hərəkətimizi yerindəcə “redak-
tə” etməyi unutmazdı. Həyata, yaradıcılığa böyük amallarla,
müqəddəs ideyalarla baxardı və tələbələrinə də bunu təlqin
edərdi.
Təhsin Mütəllimov,
AMEA-nın müxbir üzvü,
Əməkdar elm xadimi
Mir Cəlal müəllim dünyasını çox tez dəyişdi. Ancaq o, bir
ömürdə neçə ömür yaşadı: gözəl bir alim, qüdrətli sənətkar və ən
başlıcası, ləyaqətli və heç zaman unudulmayan bir insan ömrü.
Balaş Azəroğlu,
Xalq şairi
Bəli, mən onun çoxsaylı əsərlərini, bədii və elmi araşdırmala-
rını oxuduqca, onun manifestini görürəm. Hörmətli müəllimlərim
və dostlarım, professorlar Teymur Əhmədovun, Qara Namazo-
vun, Vaqif Vəliyevin, mərhum Firidun Hüseynovun xatirələri
M i r C ə l a l
34
mənim ürəyimdəki müəllim heykəlini, sadə insan obrazını daha
da nurlandırıb. Bu nurlu obraz – Mir Cəlal müəllimdir. Dodağın-
dan təbəssüm düşməyən, hörmətli Mir Cəlal müəllim. Onun
yazdıqları və bizə dedikləri isə mənalı bir ömrün manifestidir.
İsmayıl Vəliyev,
filologiya elmləri doktoru, professor
Elmi ədəbiyyata bələd olduqca Mir Cəlal müəllimin bir alim
kimi dərin zəkasına, analatik təfəkkürünə, erudisiyasına, zəhmət-
keşliyinə heyran olurdum. O, təkcə istedadlı müəllim, yazıçı de-
yilmiş, həm də mütəfəkkir ədəbiyyatşünas-alim imiş. Bunu mən
onun ədəbi məktəblər haqqında yazdığı monumental tədqiqat
əsərini, Məhəmməd Füzuli irsi, Cəlil Məmmədquluzadə realizmi,
Nəriman Nərimanovun bədii yaradıcılığı və s. elmi araşdırmaları-
nı oxuduqca, sanki kəşf etdim.
Teymur Əhmədov,
filologiya elmləri doktoru, professor
Biz, o uzaq illərin tələbələri hərdən görüşüb, bir yerə yığışan-
da istər-istəməz müəllimlərimizdən söz salır, hörmət və ehtiramla
onları xatırlayırıq. Bu sırada Mir Cəlal müəllimin ayrıca yeri,
istək mərtəbəsi var. O, öz adını bizim hər birimizin qəlbinə nurlu
hərflərlə nəqş edib. Unudulmaz müəllimimizin, gözəl sənətkarla-
rımızın işıqlı obrazı xəyallarımızdan gələcək illərə boylanır. Fik-
rimizdə isə hamımızın eyni vurğu ilə dilə gətirdiyimiz sözlər qa-
nadlanır: “Ürəyinə ürək çatmazdı, bir işıq idi Mir Cəlal müəllim!”
Nahid Hacızadə,
Əməkdar mədəniyyət işçisi
Mir Cəlal müəllim böyük yazıçı, böyük alim, gözəl insan
kimi Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün çox böyük işlər
görmüş, XX əsr ədəbiyyatşünaslığı məktəbini yaratmışdır.
Abdulla Abbasov,
filologiya elmləri doktoru, professor
Dostları ilə paylaş: |