366
üçün də “tvitter” sözünün məhz bu konkret mənası
önəmlidir.
Qarın təbiətdəki və cəmiyyətdəki zəncirvari
proseslərin (kosmik, sosial-iqtisadi, siyasi,
ideoloji) tvitteridir: “torpaq – torpaq” sistemində
çalışan mühüm mexanizmdir, sistemin həyatını
nizamlayan, tənzimləyən mexanizmdir. “Qa” və “qu”
qarından keçib yaşadıcı enerjiyə dönür və sonradan bir
daha gübrə şəklində (qarın çürüntü zavodu kimi)
təbiətə qayıdıb yeni həyat zəncirinin tvitteri,
dövriyyəyə rəvac verən mexanizmi olur, növbəti “Qa” və
“qu” silsiləsi üçün xammal hazırlayır.
Mədəniyyət
şəbəkəsində qarın düşüncə
təhrikçisidir, vizual bədii obrazların təhrikçisidir,
emosional rəngarəngliyin təhrikçisidir. Bu da asanca
izahediləsi bir məqamdır. İnsanın fikirlərinin bir ucu
həmişə qarnına bağlıdır. Doymaq gündəmə düşməyən,
rəsmiləşdirilməmiş daimi aktuallıqdır. Hamı, yəni
canlı məxluqların hamısı, hər gün doymaq həşirindədir,
doymaq əziyyətindədir. Elə ki doyur insanlar, həşir
unudulur və təqribən bu mətndə xorla (mərasim
rudimenti) oxu başlanır: “hamı yeyir, biz də
yeyirik”.
10
“Hə, nə olsun: bu ki adi insan tələbatıdır”,
deyib problemi yavaşca qapatmaq mümkün.
Amma və lakin... sübuta ehtiyacı olmayan bir
həqiqətdir ki,
... yemək gün ərzində dəfələrlə təkrarlanan
mini bayramdır. Yemək göz qabağında olanda insanlar
daha rahat olurlar, bolluğu görüb onun minimal
yaxınlığından arxayınlaşırlar. Arxayınlaşırlar ki, ac
qalmaq təhlükəsi yoxdur. Çünki insan bir yeyir, bir də
sabahın fikrini çəkir.
Hər bir bayram mütləq şəkildə çoxlu yeyib-
içməklə müşayət olunur.
Bazarlar... Marketlər... Qəlyanaltılar...
Restoranlar... Toylar... Yaslar... Orda yemək, burda
yemək...
“Gördün yemək, daha nə demək”. Yemək önündə
danışıq bitir, dialoqlar, monoloqlar qurtarır,
fikirlər ovxalanıb sınır, süfrəyə düşüb uzaqlaşır.
Yeyib-içmək kultu bütün mədəniyyətlər üçün
xarakterik bir təzahürdür, təqribən eynitipli bir
367
təzahürdür. Qədim yunan mədəniyyətində ölüb-dirilən
məhsuldarlıq tanrısı Dionisin (Zevs və Semelanın oğlu)
şərəfinə düzənlənən bayramlarda insanlar trans
vəziyyətinə, dəliliyə düşəcək qədər yeyib-içib
əylənirdilər, şərabçılıq tanrısının özünə oxşamağa
çalışırdılar. Ona görə ki, miflərdə Dionis (divanə
Vakx) və onun əshabələrinin (satirlər, panlar) özləri
də huşlarını itirənədək kef məclislərində
bulunurdular.
Miflərdə və gerçəklikdə kiməsə qonaqlıq, yəni
bolluca yeyib-içmək vermək son dərəcə pozitiv,
təqdirediləsi əməl sayılır. İslamda Hatəm peyğəmbər
variantı. Mif məntiqi yeyib-içməyi və ya qonaqlıq
düzəltməyi bir sınaq, bir imtahan kimi də ortaya atır.
11
İndinin özündə də azərbaycanlılar (xüsusilə,
kişilər xoşlayır bu sayaq epitetləri) el içində birini
tərifləmək istəyəndə qürurla bəyan eləyirlər ki, bəs
filankəs yaxşı yeyib-içən oğlandır. Dostluğun,
tanışlığın, qohumluğun təməli qoyulanda yeyib-içmək
hər zaman mərasim statusu qazanır.
Dastan qəhrəmanı da hər şeydən öncə öz yeyib-
içmək vərdişi, yeyib-içmək mədəniyyətilə və qarnının
çoxlu qida tutmaq imkanları ilə hamını heyrətləndirir
və
təəccübləndirir. Onun yediklərinin miqdarı
qəhrəmanlığı ilə daim düz mütənasibdir.
Epos parametrlərində qəhrəman və onun dostları
üçün aşırı yeyib-içmək pozitivdə qavranılır: çünki
qəhrəman xeyirxah işdən ötrü yediyi qədərincə də güc,
enerji sərf edib qalibiyyət qazanır. Koroğlu buna bir
görk: bir oturma Təpəgöz qədər yueyib durur. Və ya
Oğuz bəyləri: hamısı yeməkdə usta.
Dünya xalqlarının əksər qəhrəmanlıq dastanları
bu belədir: hesab edirəm ki, aşırı sadalanmasına bir
gərək yox.
Elə ki mif, dastan, nağıl, hədis, hekayət
sistemində personaj yeyib-içdiyinə layiq fəaliyyət
göstərə bilmir, enerji itirməkdən qorxur, qarınqulu,
tənbəl kimi tanıtdırılır. Bu halda personajın qidaya
aşırı həvəsi neqativdə götürülür, onun yeyib-içmək
həşirində bulunması, acgözlüyü lağa qoyulur.
Amma epos qəhrəmanı nə qədər basıb yesə də, yenə
acgöz sayılmır. Çünki nəfsi, tamahı yoxdur, sərvət
368
torplamağa iddiası yoxdur; əgər olsa, ondan
qəhrəman olmaz.
Odur ki, adam, yəni hər hansı bir kimsə və ya
hər hansı bir qəhrəman, igid, mərd, kişi öncə yeyib-
içməyindən tanınır.
Yeyib-içmək, ilk baxışda, ən rahat, ən asan
sınaqdır, yarışdır, sadə əzələ nümayişinə bərabər bir
şeydir. Hərçənd bu “imtahan” həm də mənəvi-əxlaqi
keyfiyyətlərin yoxlanılmasıdır.
Ortaçağ müsəlman mədəniyyətində təsəvvüf adi
qavrayışda həməncə zahidliklə bağlanır. Lakin
sufilikdə zöhdün alternativi də olub. Məsələn, mövləvi
qardaşlığının dərvişləri hər dəfə cümə axşamından
cüməyə keçən gecə düzənlədikləri səma törənindən sonra
yaxşıca yeyib-içmək məclisi də qurarlarmış.
12
Bektaşiliyin mürşidi Hacı
Vələd islam
kontekstində orucu qadın və kişi orucu kimi bir-
birindən ayırır. Bunun ondan, onun da bundan nə ilə
fərqləndiyini bektaşi dərvişindən soruşanda deyir ki,
qadın orucu 40 gün yeyib-içməyi yasaqlayır; kişi
orucunda isə gərək sən hər gün bir öküzü yeyib
durasan.
13
Hacı Vələdin yanına məsləhətə gəlmiş
adamların hamısı səhər qadın orucu tutur. Professor
Niyazi Mehdi bunu qeyri-rəsmi mədəniyyətdə davranış
tipologiyası ilə əlaqələndirir, mənə isə bu sufi
hədisi Ortaçağ müsəlman aləmində bir yeyib-içmək görkü
kimi lazımdır.
Müsəlmanlar da qədim yunanların, romalıların
ardınca yeyib-içməyi estetik zövq hadisəsinə
çevirmişdilər. Kef məclisləri islam mədəniyyəti
şəbəkəsində permanent aktual idi. Burada kef əhli
olmaq sanki əlavə bir peşədir, əlavə bir statusdur.
Qafqazda yeyib-içmək həmişə igidin hünərlərindən
biri sayılıb: burada yeyib-içmək hünər variantıdır.
Uyqarlıqlar yeyib-içməyi zövq hadisəsi kimi
təqdim edir, etnik mədəniyyətlər çərçivəsində isə bu,
adətən, qəhrəmanlıq, xeyirxahlıq nişanəsi kimi diqqətə
çatdırılır.
Avropa mədəniyyətinin müxtəlif dönəmlərində biz
yeyib-içmək kultunun təzahürləri və ya rudimentlərilə
təkrar-təkrar rastlaşırıq.
Harada və necə, və hətta kiminlə yeyib-içmək
məsələsi ətraf mühitin, ekologiyanın, sonucda isə
Dostları ilə paylaş: |