İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ - DƏRS VƏSAİTİ
28
(ii) insanı onun hər hansı bir hərəkəti etməməsinin hər hansı bir şəxsə ciddi zərər vurmaqla
nəticələnəcəyinə və ona fiziki məhdudiyyətin qoyulmasına gətirib çıxaracağına inandırmaq üçün
nəzərdə tutulan hər hansı bir hiylə, plan və ya model;
(iii) Şəxsin hüquqi statusu ilə bağlı sui-istifadə və ya hər hansı bir hədələmə halı;
(iv) Psixoloji təsir;
https://www.unodc.org/.../UNODC_Model_Law_on_Trafficking_in_Persons.pdf
Məcburetmə qeyri-zorakı və ya psixoloji gücün bəzi formaları da daxil olmaqla güc tətbiqetmə və ya
tətbiq etməklə hədələmə kimi başa düşülür.
61
Lakin məhkəmələr məcburetmənin dolayı formaları
ilə mübarizə aparırlar, “Onlar məcburetmənin psixoloji bir məsələ olub-olmadığını, ölçülməli çox
subyektiv bir məsələ olub-olmadığını və işçinin “fiziki divarlar və zəncirlər” əvəzinə “əqli əsirliklə”
nəyəsə məcbur edilib-edilə bilinmədiyini soruşurlar”.
62
Bir sıra dövlətlərdə məhkəmələr
məcburetmənin anlayışını nəzərdən keçirmiş və belə nəticəyə gəlmişlər ki, o, tək fiziki zorakılıq
demək deyildir. Onlar Amerika Birləşmiş Ştatlarının Bradleyə qarşı çıxış etdiyi (aşağıda qeyd olunur)
işdə qeyd olunduğu kimi “ciddi zərər” anlayışına oxşar ifadəni öz milli qanunvericiliklərinə daxil
etmişlər.
Amerika Birləşmiş Ştatları Bradleyə qarşı, 390 F.3d 145 (1st Cir. 2004).
Müttəhimlər Yamaykada cəlb etdikləri və sonra hədə-qorxu və digər vasitələrlə Amerika Birləşmiş
Ştatlarında saxladıqları Yamaykadan olan bir sıra mövsümi işçilərlə alçaldıcı şəkildə davranışla
müşayiət edilən məcburi əmək və bununla bağlı cinayətlərə görə məhkum olunmuşlar. Hər bir
müttəhim Məhkumetmə Normativlərinin tənzimləyici müddəalarına əsasən nəzərdə tutulan
minimum həddə - 70 ay müddətinə həbs cəzasına məhkum olunmuşdur.
“Ciddi zərər” anlayışına zərərin həm fiziki, həm də qeyri-fiziki növləri aiddir. Buna görə də, ciddi
zərərvurma hədəsinə, istənilən hədələr; hər hansı bir uyğun şəxsi eyni vəziyyətdə işi görməyə və ya
xidmətlər göstərməyə yaxud onları davam etdirməyə vadar etmək və ya məcbur etmək üçün bütün
kənar şərtlər altında
kifayət edən, fiziki və ya qeyri-fiziki, hər hansı fəsadlarla bağlı hədələr aiddir.
Yeni qanunu təfsir edərkən, konfransın hesabatında qeyd edilmişdir ki, “ciddi zərər” ifadəsinin
işlədilməsində məqsəd tək fiziki zorakılığı deyil, həm də məcburetmənin daha çox nəzərə çarpmayan
psixoloji metodlarını da əhatə etməkdir; “insan alverçiləri tərəfindən üçüncü şəxslərə zərər vurmaqla
hədələmə, zorakılıq və ya xəsarət yetirmə olmadan qurbanları saxlama və ya açıq zorakılıqdan fərqli
digər vasitələrlə ağır fəsadların törədiləcəyi ilə hədələmə halları”.
Müttəhimlər apelyasiya şikayət vermişlər və apelyasiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir:
“Beləliklə, müvafiq işdə, biz belə düşünürük ki, andlıları təlimatlandırarkən, məhkəmədən, qanunsuz
hədələri yaxud məcburetməni mənfi, lakin qanuni fəsadlar barədə icazə verilə bilən
xəbərdarlıqlardan fərqləndirmək tələb olunur”.
https://caselaw.findlaw.com/us-1st-circuit/1423766.html#sthash.i7JLjhQ1.dpuf
61
ATƏT 2013
Resurs polis təlim bələdçisi: İnsan alveri səh.41.
62
BƏT 2009
Məcburi əmək və insan alveri: məhkəmə qərarlarının qeydiyyat kitabı, səh.5.
İNSAN ALVERİNƏ QARŞI MÜBARİZƏ- DƏRS VƏSAİTİ
29
BƏT-in insan alveri ilə bağlı müəyyənləşdirdiyi əməli indikatorlar
63
əmək və ya cinsi istismar
məqsədilə insan alverinin yaşlı və uşaq qurbanları üçün dörd əməli indikatordan ibarətdir.
İndikatorlar, aldatma və məcburetmə daxil olmaqla, insan alverinin bəzi ölçülərinə uyğundur və
onların necə təfsir olunmasına istiqamət verir. Onlar insan alverinin potensial qurbanlarını
müəyyənləşdirmək və istiqamət vermək üçün cinayət mühakimə sistemində prokurorlar və hakimlər
tərəfindən istifadə edilməli əməli indiktorlarıdır.
BƏT-in yaşlı insanların cinsi istismarı ilə bağlı müəyyənləşdirdiyi əməli indikatorlar
Aldatma yolu ilə cəlbetmə indikatorları
Güclü indikator
• İşin və ya yerin mahiyyəti barədə aldanılma.
Orta indikatorlar
• Fahişəliyin şərtləri barədə aldanılma;
• Əmək müqaviləsinin məzmunu və ya qanuniliyi barədə aldanılma;
• Ailənin yenidən birləşəcəyi barədə aldanılma;
• Mənzil və yaşayış şəraiti barədə aldanılma;
• Hüquqi sənədləşmə və ya qanuni miqrant statusunun alınması barədə aldanılma;
• Səyahət və seçim şərtləri barədə aldanılma;
• Əmək haqları / qazanc barədə aldanılma;
• Nikah və ya övladlığa götürmə vədləri ilə aldanılma.
Zəif indikator
• Təhsil imkanlarından yararlanma barədə aldanılma.
Məcburi cəlbetmə indikatorları
Güclü indikatorlar
• Oğurlanma,
məcburi nikah, məcburi övladlığa götürülmə və ya qurbanı satma;
• Borc asılılığı;
• Qurbana qarşı zorakılıqla hədələmələr;
• Qurbanlara qarşı zorakılıq.
Orta indikatorlar
• Sənədlərin alınması;
• Təcridetmə, azadlığı məhdudlaşdırma və ya nəzarət altına alma;
• Orqanlara
xəbər verməklə hədələmə;
63
https://www.ilo.org/forcedlabour.