9
a) Qaçqınların müdafiə olunması haqda beynəlxalq
konvensiyaların bağlanmasına və onların təsdiq edilməsinə
yardım göstərmək, bu konvensiyaların yerinə yetirilməsini
müşahidə etmək və onlara əlavələr təklif etmək;
b) qaçqınların vəziyyətinin yüngülləşdirilməsinə
və
müdafiəyə ehtiyacı olan qaçqınların sayca azaldılmasına dair
tədbirlərin yerinə yetirilməsinə köməklik göstərmək;
c) qaçqınların könüllü surətdə öz vətənlərinə qayıtmalarının
və yaxud onların yeni ölkələrdə assimlyasiyasının təşviqinə
yönəldilən səylərə yardım etmək;
d) qaçqınların müxtəlif dövlətlərin ərazilərinə buraxılmasını
yüngülləşdirmək;
e) qaçqınların əmlakının köçürülməsinə yardım göstərmək,
ərazilərində olan qaçqınların sayı və vəziyyəti, həmçinin müvafiq
qanun və qərarlar barədə hökumətlərdən informasiya almaq;
f) hökumət və hökumətlərarası təşkilatlarla sıx əlaqə
saxlamaq;
g) qaçqınların məsələləri ilə məşğul olan özəl təşkilatlarla
əlaqə qurmaq;
i) özəl təşkilatların səylərinin əlaqələndirilməsinə yardım
göstərmək.
Nizamnamənin hazırlandığı vaxtan sonra keçən müddət ərzində
bu idarənin qaçqınların müdafiə ilə təmin olunmasıyla bağlı
funksiyaları daha da çoxşaxəli olmuşdur.
QAÇQINLARA DAİR BEYNƏLXALQ HÜQUQ
NORMALARI
Qaçqınlarla rəftarın əsas normaları bir sıra beynəlxalq
sənədlərdə göstərilmiş və müəyyənləşdirilmişdir. Onlar-
10
dan ən mühümləri Birləşmiş Millətlər Təşkilatının 1951-ci il
tarixli Qaçqınların statusu haqda Beynəlxalq Konvensiyası və
1967-ci ildə qaçqınların statusuna dair ona əlavə edilən
Protokoldur.
Qaçqınların statusu haqqında 1951-ci il
konvensiyası
Birləşmiş Millətlər Təşkilatının yenidən təsis etdiyi İnsan
Hüquqları Komissiyasının tövsiyyəsi ilə hazırlanan 1951-ci il
Konvensiyası qaçqınlarla rəftar normalarının işlənib hazırlanması
işində ən mühüm mərhələ oldu.
Konvensiyanın 1-ci maddəsində “qaçqın” terminin ümumi
məzmunu müəyyənləşdirilir. Həmin məzmuna görə bu termin
“1951-ci il yanvarın 1-dək baş verən hadisələr nəticəsində və irqi,
dini, vətəndaşlıq
əlamətlərinə, müəyyən sosial qrupa
mənsubluğuna və ya siyasi əqidəsinə görə təqib olunmasına
tamamilə əsaslandırılmış təhlükə yarandığı üçün vətəndaşı olduğu
ölkədən kənara çıxan və bu ölkənin müdafiəsindən istifadə edə
bilməyən və ya bu təhlükələr səbəbindən belə müdafiədən istifadə
etmək istəməyən; və yaxud müəyyən bir ölkənin vətəndaşlığına
malik olmayan və belə hadisələr nəticsində özünün ilkin adi
yaşayış yerinin mənsub olduğu ölkədən kənara çıxan, bu cür
təhlükələrin qorxusundan ora qayıda bilməyən və ya qayıtmaq
istəməyən” hər bir şəxsə şamil edilir.
Konvensiyada qaçqınlarla rəftarın minimum zəruri normaları, o
cümlədən onların əsas hüquqları müəyyən edilir. Onda, habelə
qaçqınların hüquqi statusu müəyyənləşdirilir və onların gəlir
gətirən məşğulluq və sosial himayə hüquqları haqqında, şəxsiyyət
vəsiqələri və yol sənədləri haqqında, vergilərin tətbiqi və
məskunlaşmalarına icazə verilən ölkələrə öz əmlaklarını aparmaq
hüququ
11
haqqında qaydalar təsbit edilir.
Konvensiyada qaçqın statusuna malik olan şəxslərin sürgün
edilməsi və məcburi surətdə geri qaytarılması qadağan olunur. 33-
cü maddədə nəzərdə tutulur ki, “razılığa gələn ölkələr qaçqınları
heç bir halda irqi, dini, vətəndaşlıq əlamətlərinə, müəyyən sosial
qrupa mənsubluqlarına və siyasi əqidələrinə görə həyatları və
azadlıqları üçün təhlükəli olan ölkələrin sərhəddinə sürgün
etməyəcək və ya geri qaytarmayacaqlar”. 34-cü maddə
qaçqınların başqa bir dövlətin təəbəliyinə keçməsi və assimliyasi
ilə bağlıdır. Konvensiyanın digər maddələrində qaçqınları
məhkəməyə müraciət, təhsil, sosial təminat, mənzil və hərəkət
sərbəstliyi kimi hüquqları nəzərdən keçirilir.
Qaçqınların statusuna dair 1967-ci il
Protokolu
1951-ci il Konvensiyasının qaydalarından 1951-ci il yanvarın
1-dək baş verən hadisələr nəticəsində qaçqın düşən şəxslər
faydalana bilərdilər. Lakin sonradan məlum oldu ki, qaçqın
axınları yalnız İkinci Dünya müharibəsinin müvəqqəti nəticəsi
deyildir.
50-ci və 60-cı illərin sonlarında, xüsusilə də Afrikada yeni
qaçqın qrupları meydana çıxdı. Bu qaçqınların beynəlxalq
müdafiəyə ehtiyacı vardı, amma 1951-ci il Konvensiyası konkret
zaman çərçivəsində məhdudlaşdığı üçün onları belə bir müdafiə
ilə təmin etmək mümkün deyildi.
1967-ci il Protokolu Konvensiyanın müddəalarını “yeni
qaçqınlara” da şamil etdi, yəni Konvensiyada müəyyən edilən
statusa düşən şəxslər 1951-ci il yanvarın 1-dən sonra baş verən
hadisələr nəticəsində də qaçqın elan edildilər.
12
1992-ci il aprelin 1-dən 111 dövlət ya 1951-ci il
Konvensiysının, yada 1967-ci il Protokolunun iştirakçısı idi.
DİGƏR BEYNƏLXALQ VASİTƏLƏR
Qaçqınlarla bağlı müddəalar digər beynəlxalq konvensiyalarda
və bəyannamələrdə də mövcuddur. Onlardan bəziləri bunlardır:
- Müharibə dövründə mülki əhalinin qorunması haqqında
1949-cu il Dördüncü Cenevrə Konvensiyası; məqsədi mülki əhali
arasında təhlükə qurbanlarını qorumaq olan bu Konvensiyanın 44-
cü maddəsi qaçqınlara və köçkünlərə aiddir.
1977-ci ilin əlavə Protokolunun 73-cü maddəsində nəzərdə
tutulur ki, qaçqınlar və apatridiər Dördüncü Cenevrə
Konvensiyasının I və III hissələrinə uyğun olaraq təqdim edilən
müdafiədən istifadə edirlər.
- Apatridlərin statusu haqqında 1954-cü il Konvensiyası;
“apatrid”termini hər hansı bir dövlətin, öz qanunlarına görə,
vətəndaşı kim nəzərdən keçirilməyən şəxslər üçün nəzərdə tutulur.
Daha sonra bu Konvensiyada apatridlərin statusu ilə bağlı
normativ müddəalar şərh edilir.
- Vətəndaşsızlığın azaldılması haqqında 1961-ci il
Konvensiyası: bu konvensiyanın iştirakçısı olan dövlət öz
ərazisində doğulan və başqa cür heç bir vətəndaşlığı ola
bilməyəcək şəxslərə öz vətəndaşlığını verməyə razı olur. İştirakçı
dövlət, həmçinin bəzi şərtlərə riayət olunduğu təqdirdə və
vətəndaşlıqdan məhrumluq həmin şəxsin apartridə çevrilməsi ilə
nəticələnəcəyi hallarda onu vətəndaşlıqdan məhrum etməməyə
razı olur. Konvensiyada nəzərdə tutulur ki, hər hansı bir şəxs və
ya şəxslər qrupu irqi, etnik, dini və siyasi əsaslara görə
vətəndaşlıqdan
Dostları ilə paylaş: |