9
FİZİKA
MİRZƏLİ
RASİM
RÖVŞƏN ƏLİYEV, DİLBƏR ƏLİYEVA,
MURQUZOV,
ABDURAZAQOV
HABIL BAYRAMLI
Ümumtəhsil məktəblərinin 9-cu sinfi üçün
“Fizika”
fənni üzrə
Dərsliklə bağlı rəy, irad və təkliflərin
və
derslik@edu.gov.az elektron ünvanlara göndərilməsi xahiş olunur.
Əməkdaşlığınız üçün əvvəlcədən təşəkkür edirik!
MÜƏLLİM ÜÇÜN METODİK VƏSAİT
Azərbaycan Respublikası Təhsil Nazirliyinin
03.06.2016-cı il tarixli 369 №-li
əmri ilə təsdiq olunmuşdur.
© Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2016
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və
yaxud onun hər hansı
hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq,
elektron informasiya vasitələri ilə yaymaq qanuna ziddir.
“Bakı” nəşriyyatı
bn@bakineshr.az
HEYDƏR ƏLİYEV
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ
AZƏRBAYCAN RESPUBLİKASININ
DÖVLƏT HİMNİ
Üzeyir Hacıbəylinin,
Əhməd Cavadındır.
Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər
Hərə bir qəhrəman oldu!
Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!
Namusunu
hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Musiqisi
sözləri
4
DƏRSLİK KOMPLEKTİ HAQQINDA
IX sinif üçün “Fizika” dərslik komplekti Azərbaycan Respublikası Təhsil Nazirliyinin
təsdiq etdiyi Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri üçün fizika fənni üzrə
təhsil proqramı (kurikulumu) əsasında hazırlanmışdır.
Dərslik hazırlanarkən təlimin aşağıdakı funksiyaları və təlim materiallarının
təqdim
olunma prinsipləri nəzərə alınmışdır:
Öyrədici / inkişafetdirici funksiya – şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfəkkürünün
inkişafını, informasiya və kommunikasiya texnologiyaları ilə iş vərdişlərinin formalaşdı-
rılmasını nəzərdə tutur.
Dərslik fizika elminin əsaslarını şərh etməklə yanaşı, təlim materialının mənimsənilməsi
məqsədilə şagirdlərin müstəqil fəaliyyətini təşkil edir, öyrənməyi öyrədir. Dərsliklə iş
zamanı özünütəlim, özünənəzarət, informasiyanın axtarılması və sistemləşdirilməsi,
konspektləşdirilməsi,
ümumiləşdirilməsi, əsas anlayışların çıxarılması üçün zəruri olan bilik,
bacarıq və vərdişlər inkişaf etdirilir. Dərslik şagirdlərə formalaşan anlayışların, təsəvvürlərin,
obrazların, öyrəndikləri qayda, qanun və nəticələrin düzgünlüyünü müstəqil yoxlamağa
imkan verir. Təlim materialları ilə iş şagirdləri bilik əldə etməyə və yaradıcı fəaliyyətə sövq
edir, tədqiqetmə, proqnozvermə, ideyaların ümumiləşdirilməsi və təqdim olunması,
təbiətdə
və cəmiyyətdə baş verən hadisə və proseslərin təhlili və qiymətləndirilməsinə dair vərdişlərin
formalaşdırılmasına imkan yaradır.
Tərbiyəedici funksiya dərsliyin məzmununun şagirdlərdə mənəvi dəyərlərin
formalaş-
masına təsiri, dərsliklə iş prosesində onlarda tolerantlıq, vətənpərvərlik hissi, zəhmətsevərlik,
öz həyatında davamlı inkişaf konsepsiyası prinsiplərinə uyğun hərəkət etmək kimi şəxsi
keyfiyyətlərin inkişafını nəzərdə tutur. Bütün bunlara dərsliyin məzmununun humanistləşdi-
rilməsi, sosiallaşdırılması (ümumbəşəri
dəyərlərə, inkişafın sosial istiqamətdə aparılmasına
diqqət yetirilməsi) və ekolojiləşdirilməsi (insanı onun yaşadığı mühitlə, həyatın bərpa olun-
ması şəraiti ilə sıx əlaqədə nəzərdən keçirmək) yolu ilə nail olmaq olar. Bununla bərabər,
təklif olunan bir çox tapşırıqların yerinə yetirilməsi onların qrup və ya cütlər şəklində icrasını
nəzərdə tutur, deməli, ünsiyyət qurmaq, birlikdə qərar qəbul
etmək kimi vərdişlərin
inkişafına imkan yaradır.
İnformasiya prinsipi – şagirdləri vacib, müasir, dəqiq və lazımi həcmdə məlumatla
təmin edir, onların dünyagörüşünü formalaşdırır.
Transformasiyaedici (dəyişdirici) prinsip – dərslikdəki material şagirdlərin yaş xü-
susiyyətləri və didaktik tələblər nəzərə alınaraq işlənmişdir və problemlilik, yaradıcı qavrama
baxımından sadədir. Dərslikdəki mətn əsas anlayışların, nəticələrin izahı baxımından
mümkün qədər sadəliyi və dəqiqliyi ilə seçilir.
Sistemləşdirici prinsip – dərslikdəki material sistemli şəkildə,
məntiqi və xronoloji
ardıcıllıq nəzərə alınaraq verilmişdir.
İnteqrasiya prinsipi – fizikanın digər bölmələri arasında inteqrasiyanın olması
şagirdlərə dünyada baş verən hadisə və prosesləri, təbiət və cəmiyyət arasında qarşılıqlı
əlaqələri daha dərindən dərk etməyə, insanın hərtərəfli fəaliyyəti üçün fiziki
qanunauyğunluqları qiymətləndirməyə imkan verir.
Fizika kursunun strukturunun əsas prinsiplərindən biri fəndaxili və fənlərarası əlaqənin
nəzərə alınmasıdır. O digər fənlərə aid olan bir sıra anlayışların
məzmuna daxil edilmədən
onlara əsaslanmağa imkan verir. Dərslikdə həmçinin ölkəşünaslıq prinsipi də nəzərə
alınmışdır.