3
Bu kitab “Cəfər Cabbarlı. Əsərləri. Üç cilddə. II cild”
(Bakı, Azərnəşr, 1968) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır
Tərtib edəni, ön sözün,
və şərhlərin müəllifi:
Asif Rüstəmli
894.3613 - dc 21
AZE
Cəfər Cabbarlı. Əsərləri. Dörd cilddə. III cild. Bakı, “Şərq-Qərb”, 2005,
368 səh.
Böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlının “Əsərləri”nin üçüncü cildinə daxil
edilən pyesləri onun yaradıcılığının son mərhələsində qələmə aldığı dram əsərləridir. Bu
pyeslər uzun onilliklər Azərbaycan teatrının pərdələrini enməyə qoymayan səhnə əsərləri
kimi tanınıb və bir sıra xarici dillərə tərcümə edilibdir. Dövrünün
bədii mənzərəsini təbii
lövhələrlə canlı əks etdirən bu pyeslər bu gün obyektiv təhlil və dəyərləndirmə meyarına
ehtiyac duymaqdadır.
ISBN 9952-418-89-X
© “ŞƏRQ-QƏRB”, 2005
7
SEVİL
4 pərdəli pyes
İŞTİRAK EDƏNLƏR
S e v i l
B a l a ş
G ü l ü ş
A t a k i ş i
B a b a k i ş i
M ə m m ə d ə l i b ə y
Ə b d ü l ə l i b ə y
D i l b ə r
T a f t a
G ü n d ü z
BİRİNCİ PƏRDƏ
B a l a ş ı n e v i. Köhnə qayda ilə döşənmiş bir ev. S e v i l tək oturub oxuyur.
S e v i l.
Ey
bivəfa yar səni,
Necə salım yada mən?
Çərxi fələk qoymadı,
Kam alım dünyada mən.
Aman, ay aman, zalım yar! (2)
Sənə nə olub, zalım yar?
Qadan, balan alım yar.
Sən ki, belə deyildin,
Səni bir öyrədən var.
Aman, ay aman, zalım yar! (2)
8
G ü l ü ş (
əlində lampa gəlir). Sevil, nə üçün belə solğunsan, yoxsa bir
yerin ağrıyır?
S e v i l. Yox. Gülüşcan, heç bir yerim ağrımır.
G ü l ü ş. Necə yox, gözlərin qıpqırmızı qızarmışdır, yenə də ağlayırsan?
S e v i l. Ürəyim sıxılır. Gülüşcan. Balaş bu gün də bu
vaxtacan gəlib
çıxmamışdır.
G ü l ü ş. Sən də öz qaydası ilə dünəndən bəri ac oturub, onun yolunu
gözləyirsən.
S e v i l. Nə edim, Gülüş, zəhrimara qalsın o çörək ki, biz yeyirik. Yazıq
Balaş gecə-gündüz ac-susuz işləyir. Bir saat evdə çörək yeməyə əli çatmır.
Budur, yenə də iki gündür evə gəlməmişdir.
G ü l ü ş. Nə olsun?
S e v i l. Nə olacaq, əvvəllər yoxsul idik, gündüzləri çalış-vuruş, əlimizə
düşən bir parça çörəyi axşam şad ürəklə yeyib, dinc yaşayırdıq.
İndi Allah bizim üçün
bir parça ruzu yetirmişdir, amma bir-birimizin
üzünü də doyunca görə bilmirik: o, ac işləyir, mənim də boğazımdan çörək
getmir.
G ü l ü ş. Ax, Sevil, sən yazıq adamsan. Axı sən nədən bilirsən ki,
doğrudan da Balaş gecə-gündüz işləyir, özü də ac-susuz qalır?
S e v i l. Necə bilmirəm?
G ü l ü ş. Sən ki, onun yanında deyilsən.
S e v i l. Özü deyir də... İşləmirsə, bəs hara gedir? Evə gələn kimi
alayarımçılıq bir stəkan çay içər-içməz tez durub işə gedir. Allah kəssin
belə işi ki, nə gündüz vaxtı var, nə gecə... Hə... daş düşsün qızın olan
gününə. Bu rus, erməni qızları yenə yaxşıdırlar. İvanın arvadı özündən çox
məvacib alır. Biz
hələ oturmuşuq, gözümüzü dikmişik kişinin əlinə: ağa
gətirsin navala, xanım doldursun çuvala. Allahın altında əlimdən bir iş gələ
idi, gör necə Balaşa kömək edərdim.
G ü l ü ş. Yazıq Sevil! Sən nə qədər yazıqsan, sən bilsəydin dünyada
nələr olur... (
Kitabı açıb kağızı görür) Bu kağız kimindir?
S e v i l. O, Balaşın kitablarının arasında idi, bu gün yerə düşmüşdü.
G ü l ü ş. Yenə də ondan?
S e v i l. Kimdən, Gülüş? (
Gülüş kağızı əzir) Gülüş, yavaş, əzdin ki,
içində amma yaxşı bir arvad şəkli vardır. Başında belə bir daraq, yaxasında
belə bir gül, bir aç bax.
9
G ü l ü ş. Sevil, sən nə qədər yazıqsan! Sənin başında qorxunc bir oyun
oynayır, sən isə günlərcə ac oturub, Balaşın yolunu gözləyirsən.
S e v i l. Nə edim, Gülüşcan,
o işləyir, ac qalır, mənim də boğazımdan çörək
getmir.
G ü l ü ş. Sən bu arvadı tanıyırsanmı?
S e v i l. Haradan? Hələ şəklini görmüşəm. Odur, bir şəkil də Balaş gətirib
divara vurubdur, deyir bir yerdə işləyirik. Dedim gedək biz də bir yerdə şəklimizi
çəkdirək, divara vuraq, razı olmadı. Görəsən, Gülüşcan, mənim də şəklim çıxar?
Ay Allah, bir şəklim olsun görüm necə çıxıram.
G ü l ü ş. Gedək, Sevil! Mən sənin şəklini çəkdirim.
S e v i l. Yox, a qız, heç Balaş razı olar? Ondan soruşmamış hara gedə bilərəm.
Kaş, Gülüş, mən də sənin kimi olaydım, oxuyardım, Balaşa kömək edərdim.
G ü l ü ş. Sən yazıqsan, Sevil, yazıq!
S e v i l. Gülüşcan, nə üçün axır vaxtlar sən tez-tez mənə yazıq deyirsən?
G ü l ü ş. Ax, Sevil, sən doğrudan da yazıqsan, hər şeyə Balaşın yoxsulluq gözü
ilə baxırsan, sənə bütün dünya
da onun səadəti üçün gərəkdir, özün üçün heç bir
şey istəmirsən.
S e v i l. Əlbəttə, Allah onun kölgəsini mənim başımdan əskik eləməsin.
G ü l ü ş. Onun kölgəsi bu qara çadradır, o sənin başında durduqca, sən yazıq
olacaqsan.
S e v i l. Bəs nə edim?
G ü l ü ş. Çıxart, cır tulla!
S e v i l. Bəs Balaş nə deyər? Heç razı olarmı? O heç sənin də başıaçıq
gəzməyinə razı deyil.
G ü l ü ş. Mən ki, gəzirəm.
S e v i l. Daha sən dəliliyinə salmısan, çarəsizlikdən söz deyə bilmir, özü də,
səni özünə bacı hesab etmir və həmişə deyir ki, Gülüş dəlidir, danışığını bilmir;
amma mən onun arvadıyam, sözündən çıxa bilmərəm; ər ki var, Allahın kölgəsidir.
G ü l ü ş. Boş sözdür, nə Allah var, nə də kölgəsi.
S e v i l. Əstəğfürullah!.. Əstəğfürullah!.. Gülüşcan,
sən allah, elə sözlər
danışma.
G ü l ü ş. Sən yazıqsan, Sevil! Sən adamlara o qədər inanmışsanki, sənin
gözlərini qara pərdə örtmüşdür; mən o pərdəni yırtmaq istə-