Arif Şəkərəliyev, Qoşqar Şəkərəliyev
34
rəti, turizmi və dövlət lizinq şirkətlərini aid etmək olar.
Dünya iqtisa-
diyyatının sərfəli inkişafı bir sıra amillərdən asılıdır. Bu amillərin içə-
risində ən başlıcasından biri ölkələr arasında ticarət əlaqələrinin inki-
şafıdır. Dünya iqtisadiyyatınin bir vahid orqanı kimi inkişaf edib ge-
nişlənməsi üçün ölkələr arasında hərtərəfli əməkdaşlığın yaranması tə-
ləb olunur. Ticarət, ölkələr arasında yeni texnika və texnologiyaların,
elmi kəşflərin, qabaqcıl təcrübələrin öyrənilməsində böyük rol oyna-
yır. Bu gün Azərbaycan dünya dövlətləri ilə sərbəst əməkdaşlıq etmək
imkanı əldə etmişdir. Ölkədə aparılan iqtisadi islahatlar təsərrüfatın
başqa sahələrində olduğu kimi xarici ticarətdə də öz təsirini göstər-
mişdir. Belə ki, Azərbaycanın ticarət dövriyyəsinin həcmi əvvəlki
dövrlərdə başlanan meyillərə uyğun olaraq artmaqda davam edir. Neft
sahəsinin inkişaf etdirilməsi ilə əlaqədar olaraq son illər əsas ticarət
tərəfdaşlarının sırasına ABS, İngiltərə, Fransa, İsrail, Rusiya, Almani-
ya, Niderland və s. Avropa dövlətləri qatılmışdır. İxracın bu ölkələrə
artması, eyni zamanda da əks istidamətdə bu ölkələrdə isthesal olunan
malların ölkəmizə gətirilməsinə şərait yaratmışdır. Azərbaycanın şir-
kət və iş adamları dünyanın əksər dövlətləri ilə ticarət əməliyyatları
aparırlar. Azərbaycanın regionda tutduğu əlverişli geostrateji möv-
qeyi, təbii ehtiyatları, iqlimi və eləcə də inkişaf etdirilmiş infrastruktu-
ra malik olması xarici şirkətlərin ölkəmizə gəlməsinə imkan yaradır.
Bu məqsədlə müvafiq ərazilərdə, xüsusilə Xəzər dənizi sahillərin-
də, dünya standartlarına uyğun müasir otellərin, istirahət zonalarının
tikintisi, ekoparkların salınması mühüm əhəmiyyət kəsb edir. Bundan
başqa, Xəzər dənizi adalarında kurort zonalarının, xidmət sahələrinin
yaradılmasına şərait yaratmaq, onların sürətli inkişafına nail olmaqdır.
Bu layihələrin reallaşdığı vaxt çoxlu yeni iş yerlərinin açılmasına sə-
bəb olur ki, bu da respublikamızda işsizliyin aradan qaldırılmasında
mühüm rol oynayar. Bunların inkişafına vəsaitin Neft Fondundan ay-
rılması məqsədə uyğun olar. Bu sahəyə diqqəti artırmaqla və ixrac
xidmətlərini genişləndirməklə ölkəyə xeyli valyuta axınını artırmaq
olar. Ticarət əlaqələrinin inkişafı son nəticədə ölkənin inteqrasiya
sisteminə daxil olmasını sürətləndirir. Belə ki, dünya bazarına çıxmaq
üçün istehsal məhsulları və xammalın keyfiyyətinin yaxşılaşdırılması
elmi-texniki tərəqqiyə uyğun olaraq texnoloji proseslərin modernləşdi-
rilməsi və dünya ticarət birliyinə daxil olması cəhdləri yaradır. Bu
məqsədlə dövlət lizinq şirkətlərinin yaradılması əsas metod kimi qəbul
olunur.
AZƏRBAYCAN İQTİSADİYYATI: reallıqlar və perspektivlər
35
Qeyd etmək lazımdır ki, Neft Fondu nəzdində müxtəlif elmi-təd-
qiqat institutlarının bazasında səhmdar (vençur) müəssisələri yaratmaq
yaxşı olardı. İnkişaf etmiş ölkələrdə bu səhmdar (vençur) şirkətlər
elmi-tədqiqaitların nailiyyətlərinin dünya texnologiyaları bazarına
ixracında aparıcı rol oynayırlar. Bundan başqa, texnoparklar və texno-
loji müəssisələrin yaradılması məqsədəuyğun olardı. Bununla əlaqə-
dar, neft gəlirləri hesabına elm və texnika üzrə respublikada mövcud
təşkilati-iqtisadi idarəetmə orqanları və onların idarə edilməsi
mexanizmləri bazar tipli modellər və metodlarla tənzimlənməlidir.
Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və yeyinti sənaye-
sinin inkişafı Azərbaycan Respublikası üçün neft gəlirlərinin istifadə
sahəsi və onun bölgüsü mexanizmidir.
Hər hansı bir ölkə daxilində bas verən istər sosial, istər iqtisadi və
istərsə də siyasi proseslərin əsasını istehsal təşkil edir. İstehsalın əsasın-
da ərzaq məhsulların həlli əsas yerlərdən birini tutur. Ərzaq məhsulları-
nın əldə edilməsinin əsas mənbəyi kənd təsərrüfatıdır. Kənd təsərrüfatı -
ölkə əhalisini ərzaqla təmin etməklə yanaşı, ölkənin əhalisinin məşğul-
luq məsələlərini həll edir və xarici iqtisadi əlaqələri, xüsusən də xarici
ticarətin inkişaf etdirilməsində müstəsna rol oynayır. Dünya ölkələrində
olduğu kimi Azərbaycanda da kənd təsərrüfatının inkişaf etdirilməsinə
hər cür şərait vardır. Bunun üçün ölkənin təbiəti, münbit torpaqları,
meşələri, coğrafi ərazisinin quruluşu və iqlim şəraiti buna əsas verir.
Belə bir faktı göstərmək lazımdır ki, respublikada kimya və neft-
kimya sənayesinin inkişafı formalaşmış potensialın iqtisadi dövriyyə-
yə cəlb edilməsini sürətləndirməklə, regionun beynəlxalq ticarət əla-
qələrini və kimya sənayesi məhsullarının ixracını artırmaqla əhalinin
məşğulluğunu bərpa edə bilər.
Bu sənaye sahəsinin inkişafında əsas Sumqayıt- Propilen, Polieti-
len, Neftçala Yod- Brom və digər zavodların işə salınmasıdır ki, bu-
nun üçün əsas xammal növü neft fraksiyası və kondensatlardır. Neft-
kimya sənayesinin inkişaf konsepsiyası yerli xammaldan maksimum
istifadə etməklə, ölkəmizdə məhsul bolluğu yaratmaq və sənaye sahə-
lərinə lazım olan azot birləşmələri, sintetik liflər, konstruksion mate-
riallaı ilə təmin etməkdir. Bu baxımdan respublikamızda neft-kimya
sənayesinin inkişafı, benzin fraksiyasının pirolizi nəticəsində və neft
emalı zavodlarından alınan karbohidrogenlərin emalı və ölkəmizin
təbii sərvətləridir ki, bu da Azərbaycan iqtisadiyyatına neft dollarları-
nın artan axınına şərait yaradacaq.