Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 14
Ətraf mühit və sosial sahənin idarə olunması
Noyabr 2013-cü il
14/1
Yekun variant
14 Ətraf mühit və sosial sahənin idarə olunması
Mündəricat
14.1 Giriş
........................................................................................................................... 2
14.2 Tikinti
mərhələsi üzrə vəzifələr və cavabdehliklər .......................................................... 3
14.2.1 BP
........................................................................................................................... 3
14.2.2
Əsas tikinti və quraşdırma podratçıları .................................................................... 3
14.3 Tikinti
mərhələsi üzrə ƏMSSİS-lər ................................................................................. 4
14.3.1 Giriş ......................................................................................................................... 4
14.3.2 BP-nin
ƏMSSİS Çərçivəsi ....................................................................................... 4
14.3.3 Planlaşdır ................................................................................................................ 4
14.3.4
İcra et ...................................................................................................................... 5
14.3.5 Yoxla
....................................................................................................................... 7
14.3.6 Hərəkət et ................................................................................................................ 7
14.4 Əməliyyat mərhələsi üzrə ƏMSSİS ................................................................................ 8
14.5 SDQQ-nin
idarəetmə sistemi.......................................................................................... 9
14.5.1 Yanaşma metodu .................................................................................................... 9
14.5.2 Monitorinq
və hesabat ........................................................................................... 10
14.5.3 Audit
və baxış keçirilməsi ...................................................................................... 10
14.6 Ekoloji Monitorinq Proqramı ......................................................................................... 10
14.7 Tullantıların idarə olunması .......................................................................................... 12
14.7.1 Tullantıların idarə olunması prosesi və prosedurları ............................................. 12
14.7.2 Tullantıların çeşidlənməsi və təhvil-təslimi ............................................................ 12
Şəkillərin siyahısı
Şəkil 14.1 AGT regionunda Yerli Əməliyyatları İdarəetmə Sisteminin Strukturu .................. 2
Şəkil 14.2 BP-nin Tikinti Mərhələsi üzrə ƏMSSİS-nin Elementləri ....................................... 4
Şəkil 14.3 Qazma qurğusu ilə bağlı Ətraf mühitin idarə olunması üzrə vəzifə və
cavabdehliklər ...................................................................................................... 9
Cədvəllərin siyahısı
Cədvəl 14.1 Ətraf mühit və sosial sahənin idarəetmə planları............................................. ... 5
Cədvəl 14.2 ISO 14001 ƏMİS Komponentləri ......................................................................... 8
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 14
Ətraf mühit və sosial sahənin idarə olunması
Noyabr 2013-cü il
14/2
Yekun variant
14.1 Giriş
Şahdəniz Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) çərçivəsində, BP şirkəti layihənin operatoru
olaraq Şahdəniz (ŞD) layihəsi üzrə ətraf mühit və sosial sahə məsələlərinin idarə olunmasına,
layihəyə aid öhdəliklərin icra olunmasını və layihənin icra göstəricilərinin qüvvədə olan ətraf
mühit və sosial sahə ilə bağlı müvafiq hüquqi, normativ və korporativ tələblərə cavab
verməsini təmin etməyə görə cavabdehlik daşıyır. Bu fəsildə ŞD 2 layihəsi ilə bağlı ekoloji və
sosial məsələlərin idarə olunması üçün istifadə olunacaq sistemə dair ümumi məlumat təqdim
olunur.
Azərbaycan, Gürcüstan, Türkiyə (AGT) Regionu BP-nin Azərbaycandakı əməliyyatlarını idarə
edir və şirkət Yerli Əməliyyatları İdarəetmə Sistemi (YƏİS) işləyib hazırlamışdır. Bu sistem
təşkilatın SƏTTƏM üzrə icra göstəricilərini idarə etmək üçün aşağıda Şəkil 14.1-də göstərilən
altı başlıca mərhələnin həyata keçirilməsi üçün struktur çərçivə təmin edir:
Məqsəd;
Risklərin qiymətləndirilməsi və prioritetləşdirilməsi;
Planlaşdırma və nəzarət işləri;
İcra və əməliyyatlar;
Ölçmə, qiymətləndirmə və təshihedici işlər; və
Rəhbərlik tərəfindən baxış keçirilməsi və təkmilləşdirmə.
Şəkil 14.1 AGT Regionu üzrə Yerli Əməliyyatları İdarəetmə Sisteminin Strukturu
Əməliyyatlar üçün AÇG Regionu üzrə Yerli Əməliyyatları İdarəetmə Sisteminin ətraf mühitlə
bağlı qismi ətraf mühitin idarə olunması üzrə aparıcı beynəlxalq standart hesab olunan ISO
14001-in tələblərinə cavab verir.
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 14
Ətraf mühit və sosial sahənin idarə olunması
Noyabr 2013-cü il
14/3
Yekun variant
YƏİS çərçivəsində altı mərhələyə müvafiq olaraq, BP aşağıdakı ətraf mühit və sosial
mühafizə prinsiplərini tətbiq edir:
Planlaşdır - ətraf mühitə və sosial sahəyə potensial təsirin öncədən qiymətləndirilməsi;
İcra et – potensial təsirlərin qarşısını almağı, azaltmağı və ya minimuma endirməyi
nəzərdə tutan tədbirlərin həyata keçirilməsi;
Yoxla – yerinə yetirilən təsir azaltma tədbirlərinin icrasının və səmərəliliyinin
monitorinqi; və
Hərəkət et – düzəliş tədbirlərinin yerinə yetirilməsinin yoxlanması və izlənməsi.
ƏMSSTQ-nin bu bölməsində həmin prinsiplərin SD2 Layihəsinə necə tətbiq ediləcəyi
vurğulanır.
14.2 Tikinti mərhələsi üzrə vəzifələr və cavabdehliklər
14.2.1 BP
BP SD2 Layihəsinin müfəssəl layihələndirilməsi, təchizatı, tikintisi və istismarı ilə bağlı
məsələlərə görə cavabdehdir. BP layihənin müfəssəl hazırlanmasını həyata keçirmək üçün
layihə podratçıları və quyuları qazacaq səyyar dəniz qazma qurğularını istismar etmək üçün
qazma podratçısı təyin edib. Lazım gəldikdə, BP tikinti işlərinin həcminin müxtəlif elementləri
üzrə texniki tender sənədləri təqdim edəcək. Uyğun gəldikdə, tender sənədlərinə BP-nin
minimum ətraf mühit və sosial tələblərinin (SƏTTƏM Müqavilə bəndlərinə əsaslanaraq)
nüsxəsi daxil ediləcək.
BP bu Layihənin tikinti mərhələsini idarə edəcək, tikinti mərhələsi boyunca podratçıların
texniki, ətraf mühit və sosial fəaliyyətlərini monitorinq edəcək və onları yoxlayacaq.
Podratçılar öz personalının idarə olunmasına cavabdehlik daşıyacaq (sahədə personalla
komplektləşdirmə həddində).
SD2 Tikinti Mərhələsinin Ətraf mühit və sosial sahə üzrə idarəetmə sistemi (ƏMSSİS) BP
tərəfindən hazırlanaraq yerinə yetiriləcək və bu sistemə aşağıdakılar daxil olacaqlar:
BP-nin
hazırladığı Ətraf mühit və sosial-iqtisadi sahəyə təsirinin qiymətləndirilməsi
(ƏMSSTQ) çərçivəsində qeyd olunan bütün məsələləri nəzərdə tutan öhdəliklər tikinti
mərhələsində yerinə yetirilməsi;
SD2
Layihəsinə tətbiq olunan uyğun qanunvericiliyin hüquqi qeydiyyatı;
Ətraf mühit və sosial sahənin idarə olunması və monitorinqi planı (ƏMSSİMP) davamlı
təkmilləşdirmə prosesinin bir hissəsi kimi, ehtiyac duyulduqda nəzərdən keçiriləcək və
yenilənəcək;
Tikinti
və quraşdırma podratçılarının fəaliyyətinin müvafiq tələblərə cavab verib-
vermədiyinin yoxlanmanın və bu fəaliyyətlərlə bağlı Ətraf mühitin monitorinqi, təftişi və
yoxlanması qrafiki ƏMSSİMP-yə daxil edilməsi; və
Təftiş və yoxlamalar nəticəsində ƏMSSİMP-yə uyğun gəlməyən nəticələrin fəaliyyətin
izlənməsi sisteminin tətbiqi və düzəliş tədbirlərinin həyata keçirilməsi.
14.2.2 Əsas tikinti və quraşdırma podratçıları
Özüllərin, üst tikililərin, sualtı qurğuların və terminalın tikintisi üçün əsas tikinti və quraşdırma
podratçılarından məsul olduqları BP ŞD2 Tikinti Mərhələsinin ƏMSSİS-nin müvafiq
aspektlərinə cavab verməsi gözlənilir.
Əsas tikinti və quraşdırma podratçılarından ŞD2 Layihəsi ilə əlaqədar öz Tikinti Mərhələsi
ƏMSSİS-ni hazırlayıb icra etmək tələb olunur ki, bu, BP ŞD2 Tikinti Mərhələsinin ƏMSSİS-nin
ayrılmaz hissəsi olacaq.
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 14
Ətraf mühit və sosial sahənin idarə olunması
Noyabr 2013-cü il
14/4
Yekun variant
14.3 Tikinti mərhələsi üzrə ƏMSSİS-lər
14.3.1 Giriş
BP ŞD2 Tikinti Mərhələsi üzrə ƏMSSİS tikinti boyunca ŞD2 qurğularının istismara
verilməsindən öncə sosial və ətraf mühit məsələlərini idarə etmək üçün çərçivə yaradacaq və
ISO 14001 standartının tələblərinə cavab verəcək (lakin bununla sertifikatlaşdırılmış olması
zəruri deyil).
BP ŞD2 Tikinti Mərhələsi üzrə ƏMSSİS ŞD2 ƏMSSTQ öhdəliklərini yerinə yetirmək, tikinti
mərhələsində Layihənin ətraf mühit və sosial fəaliyyətini əlaqələndirmək və nəzərdən
keçirmək üçün istifadə ediləcək. Xüsusi olaraq aşağıdakı məsələlərə diqqət veriləcək:
Praktiki
təlimlər və işçi heyətinin ətraf mühit və sosial məsələlər üzrə məlumatlılığının
artırılması;
Sahədə ətraf mühit və sosial məsələlərə nəzarət və onların monitorinqi; və
Layihə boyunca ətraf mühit və sosial fəaliyyətin davamlı yaxşılaşdırılması.
14.3.2 BP-nin ƏMSSİS Çərçivəsi
Şəkil 14.2-də BP-nin Tikinti Mərhələsi üzrə ƏMSSİS-nin “planlaşdır, icra et, yoxla, hərəkət et”
silsiləsinin ümumi elementləri əks olunub. Bu sənəd Layihənin ətraf mühit və sosial idarəetmə
məsələsinin səmərəli şəkildə təmin edilməsinə cəlb olunmuş əsas işçi heyəti arasında ümumi
anlaşma yaradır.
Şəkil 14.2 BP-nin Tikinti Mərhələsi üzrə ƏMSSİS-nin Elementləri
Plan
•Risklərin azaldılması tədbirlərinin müəyyən
edilməsi və planlaşdırılması
•Hüquqi və digər tələblər
•Məqsədlər, Planlar və Proqramlar
Yerinə yetir
•Resurslar, Rollar, Cavabdehlik və Səlahiyyət
•Səriştəlilik, Təlim və Bələdlik
•Əlaqə vasitələri
•Sənədləşmə
•Sənədlərə nəzarət
•Əməliyyatları operativ idarəetmə
•Fövqəladə hallara hazırlıq və cavab
tədbirləri
Yoxlama
•Məhsula nəzarət və məhsulun
•Tələblərə uyğunluğun
qiymətləndirilməsi
•Uyğunsuzluqlarla əlaqədar düzəliş
və
•Aşağıdakı sənədləşmənin
aparılması:
•Daxili audit
Qanun
•İdarəetmənin təhlili
PLANLAŞDIR
ICRƏ
ET
YOXLA
HƏRƏKƏT
ET
14.3.3 Planlaşdır
Bu silsilənin “planlaşdır” mərhələsi Layihə ilə bağlı təhlükə və riskləri müəyyən etməyi
nəzərdə tutur (yəni ŞD2 ƏMSSTQ prosesi boyunca tikinti mərhələsinin icra planlarında
təsirazaltma tədbirlərinin hazırlanması və Layihənin öhdəliklər qeydi ilə nəticələnən).
Planlaşdırmaya həmçinin Əsas İcra Göstəricilərindən (ƏİG) istifadə etməklə, məqsəd və
hədəflərin işlənməsi kimi hüquqi və digər tələblərin müəyyən edilməsi daxildir.
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 14
Ətraf mühit və sosial sahənin idarə olunması
Noyabr 2013-cü il
14/5
Yekun variant
ŞD2 ƏMSSTQ öhdəlikləri Layihənin hərtərəfli ƏMSSTQ prosesi boyunca yaranan öhdəliklərin
siyahısını qeydə alır. ƏMSSTQ öhdəlikləri qeydiyyat sənədi BP ŞD2 Tikinti Mərhələsi üzrə
ƏMSSİS çərçivəsində idarəetmə silsiləsinin “icra et” mərhələsində yerinə yetiriləcək olan
öhdəlikləri müəyyən edir. Əməliyyat mərhələsinin öhdəlikləri BP-nin əməliyyatları üzrə
ƏMSSİS-də əks olunacaq.
14.3.4 İcra et
Silsilənin “icra et” mərhələsi BP ŞD2 tikinti mərhələsi üzrə ƏMSSİS-nin və onun əsas
elementlərinin yerinə yetirilməsini əks etdirir.
Strategiya
və çərçivə sənədləri;
ƏMSSİMP;
İdarəetmə planları; və
Podratçının prosedurları.
ŞD2 layihəsi üzrə Əsas layihə variantının dəyişməsi tələbi yaranarsa, ƏMSSTQ üzrə
Dəyişikliklərin İdarə edilməsi Prosesinə (Fəsil 5, Bölmə 5.16-ya istinad edin) əməl ediləcək.
14.3.4.1 ƏMSSİMP
BP-nin Tikinti Mərhələsi üzrə ƏMSSİS-nə aşağıdakıları təsvir edən ƏMSSİMP daxil olacaq:
Uyğunluq tələbləri;
BP-nin
və əsas tikinti və quraşdırma podratçılarının vəzifə və cavabdehlikləri;
Ətraf mühit və sosial təsirlərdən yayınmaq və onların təsirini azaltmaq, eləcə də
ƏMSSTQ öhdəlikləri yerinə yetirmək üçün tələb olunan tədbirlər; və
Ətraf mühit və sosial sahə üzrə fəaliyyətin monitorinqi və bu barədə hesabat verilməsi
üçün tətbiq edilən zəmanət prosesinə çirkab sularının emal qurğusunun fəaliyyətinin
monitorinqi kimi təftiş, audit və monitorinq proqramları daxildir.
ƏMSSİMP-i dəstəkləmək məqsədilə BP tərəfindən ŞD2 Layihəsinin ətraf mühit və sosial
tələblərini təqdim etmək üçün ətraf mühit və sosial idarəetmə planları hazırlanacaq. Şəkil
14.1-də ŞD2 Layihəsinə tətbiq olunmaq üçün uyğun müəyyən edilmiş həmin idarəetmə
planları verilib. ŞD2 Layihəsinin ətraf mühit və sosial idarəetmə planları əsas tikinti və
quraşdırma podratçılarının səfərbərliyi zamanı yekunlaşdırılacaq və müntəzəm olaraq tikinti iş
prosedurları kimi nəzərdən keçiriləcək.
Cədvəl 14.1 Ətraf mühit və sosial sahəni idarəetmə planları
Planın adı
Əhatə olunan problem
Bərpa və landşaftın idarə
edilməsi planı
Landşaftın idarə edilməsi üzrə təlimlər
Üst və alt torpaq qatının idarə olunması (quruda boru kəmərinin quraşdırılması
işləri zamanı və sonrakı bərpası)
Sahənin bərpası
Tullantıların idarə olunması
Monitorinq
və hesabat
Tullantıların idarə
olunması və azaldılması
planı
Tullantıların idarə olunması üzrə təlimlər
Tullantıların iyerarxiyası (məs.: mənbədə azalma, yenidən istifadə, emalı,
enerjinin bərpası, məsuliyyətli utilizasiya) və ekoloji baxımdan sağlam təchizat
Tullantıların müəyyən edilməsi və təsnifi
Tullantıların qeydiyyatı
Tullantıların yerbəyer olunması (məs.: toplanma, çeşidlənmə və konteynerə
yerləşdirmə, saxlama, emal, daşınma və sənədləşdirilmə, utilizasiya)
Monitorinq
və hesabat
Ekoloji və canlı təbiətin
idarə olunması planı
Ekologiya
və canlı təbiət təlimləri
Tikintidən öncə ekoloji tədqiqatlar və canlı təbiətin təftişi
Tikinti
zamanı təbii ətraf mühit və növlərin qorunması (məs.: translokasiya,
nəqliyyat məhdudiyyətləri, davranış məcəlləsi)
Monitorinq
və hesabat
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 14
Ətraf mühit və sosial sahənin idarə olunması
Noyabr 2013-cü il
14/6
Yekun variant
Planın adı
Əhatə olunan problem
Çirklənmənin qarşısının
alınmasının idarə
edilməsi planı
Çirklənmənin qarşısının alınması üzrə təlimlər
Enerji
səmərəliliyi (nəqliyyat və avadanlığın seçilməsi, texniki-xidmət)
Emissiyaların və tozun idarə olunması (məs:, avtomobil, avadanlıq və generator
emissiyaları, tozun idarə olunması)
Tullantı sularının idarə olunması (məs:, drenaj, xəndəkdən suyun çəkilməsi,
hidrosınaq suyunun kənarlaşdırılması və hidrosınaq suyunda, avtomobil və
avadanlığın yuyulmasında kimyəvi maddələrin istifadəsi)
Şlamların təmizlənməsi və utilizasiyası
Kimyəvi maddələrin seçilməsi və idarə olunması, təhlükəli materialların idarə
olunması;
Səs-küy və vibrasiyanın idarə olunması
Çirklənmiş torpağın emalı
Monitorinq
və hesabat
İctimaiyyətin cəlb
olunması, narahatlıq
yaradan halların idarə
olunması və monitorinqi
İctimaiyyətin cəlb olunması üzrə təlimlər
Şikayətlərin baxılması mexanizmləri
Narahatlıq yaradan hadisələrin idarə olunması və monitorinqi (məs.: tikinti səs-
küyü, iş sahəsindən süni işıqlar, qoxu, parazit və ziyanvericilər)
İctimaiyyətlə qarşılıqlı əlaqə (məs.: səs-küylü işlər barədə əvvəlcədən
xəbərdarlıq, böyük və ağır yüklərin daşınması ilə əlaqədar yollarda tıxacların
yaranması)
Monitorinq
və hesabat
Arxeoloji və mədəni irsin
idarə olunması
Mədəni irs üzrə təlimlər
Tanınmış arxeoloji mənbələrin mühafizəsi (məs.: onların yerləşdiyi yer, hüquqi
statusları, qoruyucu buferlər)
Tikintidən öncə torpağın çıxarılması işləri üzrə qısa prosedurların izlənməsi
Təsadüfi arxeoloji tapıntılar üzrə prosedurlar
Monitorinq
və hesabat
Dağılmanın qarşısının
alınması, ona qarşı
cavab tədbirləri,
xəbərdarlıq və
tamamlama işləri
Dağılmanın qarşısının alınması
Dağılmalara qarşı cavab tədbirləri təlimi
Dağılmaların idarə olunması
Monitorinq
və hesabat
Nəqliyyat və daşınmanın
idarə olunması planı
Sürücülərin idarə olunması üzrə təlim
Sahədə avtomobillərin hərəkəti
Sahədən kənar avtomobillərin hərəkəti və yolsuzluq şəraitində idarəetmənin
qadağa olunması
Böyük
və ağır yüklərin daşınması üzrə risklərin qiymətləndirilməsi
Monitorinq
və hesabat
İşçilərlə Münasibətlərin
İdarə olunması Planı
Təlim və səriştələrin artırılması fəaliyyətləri
Şikayətlərə baxılması mexanizmi
İşçilərin sayının azaldılması
Monitorinq
və hesabat
14.3.4.2 Təlim
BP ŞD2 Tikinti Mərhələsi üzrə ƏMSSİS-nin “icra et” mərhələsində layihənin uğurla başa
çatdırılması üçün təlimlər olduqca vacibdir. ŞD2 Layihəsinin tikinti işləri nisbətən qısa
müddətdə davam edəcək, ona görə də başlanğıc mərhələdə səmərəli təlimlər üçün əsas ətraf
mühit və sosial tələblərin tərtib edilməsi vacibdir. Tələb olunan əsas təlim elementləri:
İdarəetmə brifinqləri;
BP,
əsas tikinti və quraşdırma podratçıları və onların subpodratçı heyəti üçün tanışlıq
təlim kursları; və
Tikinti
zamanı işlə bağlı qısa söhbətlər və məlumatlılıq proqramları.
14.3.4.3 İdarəetmə brifinqləri
Ətraf mühit və sosial məsələlərlə bağlı təlim sessiyaları BP Layihə İdarəetmə Qrupunu BP
ŞD2 Tikinti Mərhələsi üzrə ƏMSSİS və rol, öhdəliklər və qüvvədə olan standartlar barədə
ümumi anlayışlarla təmin edəcək.
Podrat müqaviləsi bağlandıqdan sonra BP İdarəetmə Qrupu və əsas tikinti və quraşdırma
podratçılarının ali heyətinin ikinci ətraf mühit və sosial məsələlərlə bağlı təlim sessiyası
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 14
Ətraf mühit və sosial sahənin idarə olunması
Noyabr 2013-cü il
14/7
Yekun variant
keçiriləcək. Bu, BP-nin tələblərinin yerinə yetirilməsi, ətraf mühit üzrə müsbət icra fəaliyyətinə
və ictimaiyyətlə yaxşı münasibətlərin qurulmasına töhfə vermək üçün koordinasiyalı
yanaşmanın tətbiq olunmasını təmin etməyi nəzərdə tutur.
14.3.4.4 Tanışlıq təlimi kursları
Bütün Layihə tikinti heyəti ətraf mühit və sosial məsələlər üzrə tanışlıq təlimi keçəcək və hər
bir əməkdaş sahədəki əsas tələblər barədə məlumat alacaq.
14.3.4.5 İşöncəsi təlimatlar
Bilik və səriştə təlimlərinin bir hissəsi olaraq, əsas tikinti və quraşdırma podratçıları tərəfindən
təşkil ediləcək işöncəsi təlimatlardan əlavə, ətraf mühit və sosial məsələlər ilə bağlı
məlumatlılığın artırılması üzrə sessiyalar da keçiriləcək:
Tullantıların idarə olunması və yerbəyer edilməsi;
Yanacaq
ehtiyatının təmin edilməsi; və
Təhlükəli materialların idarə edilməsi/yerbəyer olunması.
14.3.5 Yoxla
14.3.5.1 Monitorinq, təftiş, hesabat vermə və yoxlama
BP-nin ŞD2 Tikinti mərhələsi üzrə ƏMSSİS ətraf mühit və sosial fəaliyyəti qiymətləndirmək
üçün əsas göstəriciləri müəyyən edəcək.
BP və əsas tikinti və quraşdırma podratçılarının prosedur və planlarından monitorinq
məlumatlarının, o cümlədən aşağıdakıların toplanması və müntəzəm şəkildə BP-yə təqdim
edilməsi üçün istifadə ediləcək:
Məlumat (məs.: tullantıların həcmi, növü və utilizasiyası, qəbul edilmiş və həll edilmiş
şikayətlər);
Yerinə yetirilmiş işlər (məs.: tədqiqat, ictimaiyyətlə görüşlər, sahənin təftişi və onun
nəticələri);
Təftişlər zamanı aşkar edilmiş uyğunsuzluqların statusu;
İşlərin gedişi zamanı yaranmış ətraf mühit, sosial və mədəni irs məsələləri (məs.: aşkar
edilmiş çirklənmiş torpaqlar, arxeoloji tapıntılar və ekoloji məsələlər); və
Dağılma hadisələri kimi hallar baş verdiyi zaman sahənin təftişi və müşahidə edilməsi
ilə bağlı hesabat verilməsi.
BP və onun əsas tikinti və quraşdırma podratçıları Tikinti Mərhələsi üzrə ƏMSSİS-nin yerinə
yetirilməsində inkişafı və icranı, həmçinin ətraf mühit və sosial təsirlərin qarşısının
alınmasında yüngülləşdirici tədbirlərin səmərəliliyini qeydə almaq üçün audit aparacaq. Belə
auditlərin qrafikləri podratçı ilə müqavilə bağlanan kimi müəyyən ediləcək, amma məqsəd
Tikinti Mərhələsi üzrə ƏMSSİS-nin bütün elementlərinin yoxlanması olacaq. Fərdi öhdəliklərin
audit olunması tezliyi müntəzəm nəzərdən keçiriləcək və yoxlama zamanı aşkar edilmiş
faktlar nəzərə alınacaq. BP ətraf mühit və sosial baxımdan narahatlıq doğuran məsələlərin
yerində araşdırılmasını da təmin edəcək.
14.3.6 Hərəkət et
14.3.6.1 Düzəliş tədbirləri
14.3.5 Bölməsində təsvir edilmiş təftiş və yoxlama prosesləri Uyğunsuzluq hesabatı (UH) və
Düzəliş tədbirləri tələbləri (DTT) ilə birlikdə sənədləşdiriləcək. Həm BP, həm də onun əsas
tikinti və quraşdırma podratçıları UH və DTT-yə cavab olaraq atılmış addımların səmərəliliyini
yoxlamaq üçün fəaliyyətin izlənmə sistemini yaratmalı və idarə etməlidirlər.
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 14
Ətraf mühit və sosial sahənin idarə olunması
Noyabr 2013-cü il
14/8
Yekun variant
BP düzəliş tədbirlərinin yerinə yetirilməsini izləməli və gündəlik olaraq Layihə Meneceri və
Ətraf mühit və sosial məsələlər üzrə Meneceri sonrakı tədbirləri tələb edən uyğunsuzluq
barədə məlumatlandırmalıdırlar. Podratçılar öz personalının idarə olunmasına cavabdehlik
daşımalıdır (sahədə personalla komplektləşdirmə həddində).
14.4 Əməliyyat mərhələsi üzrə ƏMSSİS
BP ISO 14001 Ətraf mühiti idarəetmə sisteminə (ƏMİS) uyğun sertifikatlaşdırılmış Əməliyyat
mərhələsi üzrə ƏMSSİS-dən istifadə edərək ŞD2-ni idarə edəcək və bu zaman “planlaşdır,
icra et, yoxla, hərəkət et” silsiləsinə əsaslanacaq. BP-nin ŞD2 əməliyyat planının
başlanmasından öncə Əməliyyat mərhələsi üzrə ƏMSSİS-i və tikintidən BP-nin əməliyyatlar
mərhələsi üzrə ƏMSSİS-yə keçidə yardım etmək üçün keçid planları hazırlanacaq.
BP-nin Tikinti mərhələsi üzrə ƏMSSİS-yə oxşar BP Əməliyyatlar mərhələsi ilə bağlı ƏMSSİS-
nin əsas funksiyaları ŞD2 Layihəsi qurğularını ƏMSSTQ öhdəlikləri və qüvvədə olan hüquqi
və tənzimləyici standartlara, eləcə də BP siyasətinə uyğun olaraq istismar etməkdir.
ISO 14001 ƏMİS-in tələblərini əks etdirən Ətraf mühitin idarəetmə sistemi vasitəsilə ŞD2
Əməliyyat Mərhələsi üzrə ƏMİS aşağıdaki tələbləri nəzərə alacaq:
Müntəzəm olaraq Ətraf mühit və sosial aspektləri, həmçinin görüləcək işlərin təsirlərini
qiymətləndirəcək;
Hər hansı əhəmiyyətli aspektləri nəzərdə tutan məqsəd və hədəfləri işləyəcək;
İşçi heyətini müvafiq qaydada resurs və təlimlərlə təmin edəcək; və
Əhəmiyyətli təsirləri nəzərdə tutan tədbirlərin uğuruna nəzarət edəcək və onları
yoxlayacaq.
Bu sistem icra fəaliyyətində davamlı yaxşılaşmanı təmin etmək məqsədilə yerinə yetiriləcək.
ISO 14001 tələblərinə uyğun olan BP Əməliyyat mərhələsi üzrə ƏMSSİS-nin əsas
komponentləri Cədvəl 14.2-ə göstərilib.
Cədvəl 14.2 ISO 14001 ƏMİS Komponentləri
ISO 14001 ƏMİS Komponentləri:
1. ƏMİS üzrə ümumi tələblər 10.
ƏMİS-in sənədləşməsi
2. Ətraf mühit siyasəti 11.
Sənədə nəzarət
3. Ətraf mühit aspektləri 12.
Əməliyyatlara nəzarət
4. Hüquqi və digər tələblər 13.
Fövqəladə hallara hazırlıq və cavab tədbirləri
5. Məqsəd və hədəflər
14. Monitorinq və ölçmə
6. Ətraf mühitin idarə olunması proqramları 15.
Uyğunsuzluq və düzəliş tədbirləri
7. Struktur və cavabdehliklər 16.
Qeydlər
8. Təlim və məlumatlandırma 17.
Ətraf Mühitin İdarəetmə Sisteminin auditi
9. Əlaqələr 18.
İdarəetmənin nəzərdən keçirilməsi
ƏMSSTQ-də əks olunan əməliyyat öhdəlikləri ətraf mühitin idarə edilməsi sisteminin
əməliyyat mərhələsi boyunca icra ediləcək. Aşağıdakı mövcud planlar ŞD2 Layihəsi ilə
uyğunlaşdırılmaq üçün yenilənəcək və ya tələb edildiyi halda, yeni planlar hazırlanacaq:
Emissiyaların idarə olunması;
Tullantıların idarə olunması; və
Ətraf mühitin idarə olunması və monitorinqi.
Bundan başqa, mövcud AGT Regionunun Fövqəladə Hallara qarşı Cavab Tədbirləri Planı
(FHQCTP) nəzərdən keçiriləcək və yeni boru hissələrinin, o cümlədən yeni ŞD2 qurğularının
yerini əks etdirmək üçün sənədə düzəliş ediləcək.
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 14
Ətraf mühit və sosial sahənin idarə olunması
Noyabr 2013-cü il
14/9
Yekun variant
14.5 SDQQ-nin idarəetmə sistemi
14.5.1 Yanaşma metodu
ŞD2 Qabaqlayıcı Qazma Layihəsinin quyularının qazılması prosesində istifadə edilən SDQQ
qazma operatoru(operatorları) tərəfindən idarə edilir və həmin operatorun özünün müstəqil
Ətraf mühitin idarəetmə sistemi (ƏMİS) var. Qazma qurğusunun və AGT Regionunun ətraf
mühit məsələlərinin idarə edilməsi sistemi üzrə planların, prosedurların və hesabat verməyə
dair tələblərin razılaşdırılması Ətraf mühitin idarəetmə sisteminə (ƏMİS) dair Əlaqələndirmə
sənədinin işlənib hazırlanması yolu ilə həyata keçirilmişdir. Sənəddə təhlükəsiz və ətraf mühit
cəhətdən məqbul iş mühitinə təminat yaradılması üçün bütün əməliyyatların necə idarə
olunacağı aydın şəkildə müəyyən edilir (vəzifə və cavabdehliklər aşağıdakı Şəkil 14.3-də
göstərilir).
ƏMİS Əlaqələndirmə sənədinin məqsədi həm AGT Regionunun, həm də qazma qurğusu
operatorunun ətraf mühitin idarə olunması sistemlərinin AGT Regionunun Yerli əməliyyatları
idarəetmə sistemi siyasətində göstərildiyi kimi, aşağıdakı şərtləri yerinə yetirməsini təmin
etməkdir:
Heç bir qəzaya yol verməməli;
İnsanlara heç bir xəsarət yetirməməli; və
Ətraf mühitə heç bir ziyan vurmamalı.
Şəkil 14.3 Qazma qurğusu ilə bağlı Ətraf mühitin idarə olunması üzrə vəzifə və
cavabdehliklər
ƏMİS Əlaqələndirmə sənədi operativ sənəddir və ona ildə, ən azı, bir dəfə yenidən baxılır.
Həm BP-nin ƏMİS-i, həm də qazma qurğusu operatorunun ƏMİS-i eyni hədəf və məqsədləri
izləyir, onlar daxili yoxlama proseslərinin tərkib hissəsi olaraq ayrı-ayrılıqda audit olunur.
Nəticə və tədbirlər siyahısının səmərəli mübadiləsini təmin etmək üçün yerlərdə əlaqə (rabitə)
sistemi yaradılmışdır.
BP-nin ƏMİOS
Qazma qurğusu operatorunun
ƏMİOS
•
ƏMİOS-nın qazma qurğusunda
işləyən bütün heyətə çatdırılması
•
Əməliyyatlar təsdiqlənmiş
əməliyyat prosedurlarına uyğun
aparılmalıdır
•
Ekoloji tələblərin yerinə yetirilməsi
məqsədilə rəhbərlik və
monitorinqin həyata keçirilməsi
•
Ətraf mühitin qorunmasına dair
əməliyyat proseduruna müvafiq
hesabatvermə və Ekoloji
monitorinq üzrə hesabat
formalarının doldurulması
•
AGT Regionunun Ekoloji
məsələlər üzrə böyük
məsləhətçisinə
yardım
•
Aşağıdakı sənədlərdə nəzərdə
tutulmuş tələb və öhdəliklərin
yerinə yetirilməsini təmin edir:
•
Şahdəniz Hasilatın pay
bölgüsü sazişi;
•
Şahdəniz layihəsi üzrə Ətraf
mühitin mühafizəsi
standartları;
•
Müvafiq ƏMSSTQ;
•
Ətraf mühitin mühafizəsinə
dair Texniki şərh (ƏMMTŞ) və
ƏMMTŞ-ə Əlavələr
•
Tullantıların idarə olunması üzrə
prosedurlar
•
Səlahiyyətli strukturlara müntəzəm
hesabatları təqdim edir
•
Sənədlərin Ekoloji hədəf və
məqsədlərə uyğun saxlanmasını
təmin edir
•
ƏMMC üzrə İnterfeys sənədin
yenilənməsi və saxlanması
•
Ətraf mühitin qorunmasına dair
əməliyyat proseduru üzrə sənədin
yenilənməsi və
saxlanması
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 14
Ətraf mühit və sosial sahənin idarə olunması
Noyabr 2013-cü il
14/10
Yekun variant
14.5.2 Monitorinq və hesabat
Monitorinq və hesabatvermə AGT Regionunun siyasət və prosedurlarına uyğun olaraq aparılır
və qazma qurğusuna aid ətraf mühitlə bağlı əməliyyat proseduru çərçivəsində dəqiq ifadə
olunmuşdur. Bu prosedurda aşağıdakı kateqoriyalar üzrə hesabatvermə metodu və
müddətləri ətraflı təsvir edilir:
Qazma
qurğusunun göyərtəsindəki drenaj və yuyuntu suları, zibillərin utilizasiya
edilməsi qurğusunun axıntısı və “boz suların” (məişət-çirkab) təmizlənmə qurğusunun
axıntısı, neftlə çirklənmiş su, yanacaq sərfinin uçotu;
Qazma
məhlulları və şlam atqılarının həcmi və su əsaslı qazma məhlulunun(SƏQM)
xüsusiyyətləri;
Sahilə göndərilmiş tullantılar;
Qazma/
təmir işləri/ sementləmə/ sınaq/ kimyəvi maddələr;
Qazma
məhlulunun sınaq nümunəsi və nümunələrin üzərinə işarələrin qoyulması;
Qazma
qurğusundakı kimyəvi maddələrə dair hesabat;
Dəniz dibinin məsafədən idarə olunan sualtı aparat vasitəsilə müşahidəsi (ROV);
Ətraf mühitlə bağlı qəzalar, hadisələr, neft əsaslı mayenin və kimyəvi maddələrin
dənizə dağılması barədə hesabat; və
Quyunun
ətraf mühitlə bağlı hesabatının tamamlanması.
14.5.3 Audit və baxış keçirilməsi
Audit və yoxlama qazma qurğusu ƏMİS-nin əsas tərkib hissəsidir. Həm AGT Regionu, həm
də qazma qurğusunun operatoru özlərinin müvafiq ƏMİS-nin yoxlanması sisteminə
malikdirlər. Bu şirkətlərin hər birində auditin aşkar etdiyi nəticələrin mübadilə edilməsinə
cavabdehlik daşıyan səlahiyyətli şəxs var. Zəruri olduğu halda, narahatlıq yarana biləcək hər
hansı sahənin uyğunlaşdırılması üçün əlavə auditlərin və baxışların keçirilməsi tələb oluna
bilər. Prosedurların lazımi səviyyədə yerinə yetirilməsinin təminatı üçün birgə auditlər keçirilir.
Həm AGT Regionu, həm də qazma qurğusunun operatoru əlaqələrə nəzarət etmək, audit və
baxış keçirilməsi nəticəsində verilən tövsiyələri izləmək və onlara riayət etmək üçün
sistemlərə malikdirlər.
14.6 Ekoloji Monitorinq Proqramı
BP AGT Regionu öz layihə təsirlərinin mümkün qədər səmərəli şəkildə idarə oluna və azaldıla
bilməsi üçün fəaliyyətlərinin əhatə olunduğu ətraf mühitə potensial təsirlərin dəqiq təsvirini
vermək məqsədilə ardıcıl, uzunmüddətli məlumat toplusunu təmin etməyi nəzərdə tutan
Ekoloji Monitorinq Proqramı (EMP) həyata keçirir.
EMP 10 illik qrafiklə davam etdirilir, növbəti 3 il üçün müfəssəl monitorinq planları hazırlanır,
növbəti 7 il üçün isə planların ümumi təsviri əhatə olunur. Bu yanaşma proqramın bu günə
qədər olan nəticələrini və yekun rəylərini nəzərə almaq üçün proqramın proqressiv və
sistematik yenilənməsinə imkan verir.
Dənizdə dəniz mühitinin monitorinqi aşağıdakı kateqoriyalara bölünə bilər:
İlkin vəziyyətin müəyyənləşdirilməsinə dair tədqiqatlar – işlənmə başlanmazdan əvvəl
xüsusi bir yerdə fiziki, kimyəvi və ekoloji parametrlərə dair ümumi anlayış yaradır.
İşlənmənin layihələndirməsinə təsir göstərə biləcək hər hansı qeyri-adi, yaxud həssas
ekoloji xüsusiyyətlər də müəyyənləşdirilə bilər;
Qazmadan
sonra
tədqiqatlar – qazma işləri ilə bağlı atqıların yaxınlıqdakı ətraf mühitə
təsirini qiymətləndirmək məqsədilə qazma əməliyyatlarından sonra həyata keçirilir;
Müntəzəm ekoloji monitorinq üzrə tədqiqatlar – ətraf mühitin məsuliyyətli şəkildə idarə
olunmasına kömək etməklə AGT Regionu əməliyyatlarının təsirinin qiymətləndirməsini
təmin edir; və
Regional
tədqiqatlar – identifikasiya və ətraf mühit dəyişikliklərinin növünə və
tendensiyalarına icazə vermək üçün tamamlanıb. Təbii proseslər, yaxud üçüncü
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 14
Ətraf mühit və sosial sahənin idarə olunması
Noyabr 2013-cü il
14/11
Yekun variant
tərəflərin digər fəaliyyətləri nəticəsində dəniz mühitində baş vermiş dəyişikliklərə dair
məlumat təmin etməklə, AGT Regionunun fəaliyyətlərindən kənar yerlərdən nümunələr
götürülür. Bu isə AGT Regionunun fəaliyyətlərindən irəli gələn potensial təsirləri ətraf
mühitdəki təbii fon dəyişikliklərindən və digər antropogen mənbələrdən meydana çıxan
təsirlərdən ayırd etməyə kömək edir.
ŞD Müqavilə Sahəsinin işlənməsinin bir hissəsi olaraq dənizdə dəniz mühitinin monitorinqi
həyata keçirilmişdir. Keçirilən dəniz mühitinin monitorinqinin əsas diqqəti bentik mühitinə
yönəldilmişdir, çünki çöküntülərin və onların əlaqədar bioloji toplumların vəziyyəti ümumi
ekoloji vəziyyətin və ekoloji təsirin ən etibarlı göstəricisi olacağı hesab edilir. Dövri olaraq
suyun keyfiyyətini müəyyən etmək üçün nümunələr götürülür.
Quruda aparılan əməliyyatlar baxımından, səylər əsasən Səngəçal terminalının yaxınlığında
aparılan ekoloji monitorinqlə bağlı göstərilmişdir. Quruda aparılan ekoloji monitorinq qurudakı
ekosistemin monitorinqi, quşlar ilə bağlı tədqiqatlar, ətraf havanın keyfiyyətinin monitorinqi,
qrunt və səth sularının keyfiyyətinin monitorinqi kimi prosesslərdən ibarət olmuşdur. Bundan
əlavə, Səngəçal buxtası daxilində sahilyanı balıqların monitorinqi və biomonitorinq
aparılmışdır. Gələcək tədqiqatlar 10 illik qrafikə uyğun olaraq aparılacaq.
Ətraf mühitin monitorinqi proqramı AGT Regionu tərəfindən həyata keçirilən əsas atqıların
əməliyyat monitorinqini də əhatə etmək üçün ŞD2 layihəsi ilə bağlı genişləndiriləcək. Bu, AGT
Regionu əməliyyatlarının potensial təsirlərinə dair daha dolğun anlayış əldə etməyə imkan
verəcək. Müntəzəm monitorinqin məqsədi eyni vaxtda aparılan regional tədqiqatların
nəticələrini və ilkin vəziyyətə dair göstəriciləri nəzərə almaqla zaman keçdikcə baş verən
tendensiyalara dair anlayış yaratmaqdır. İstismar əməliyyatları ilə bağlı atqıların monitorinqi ilə
birləşdirilməklə bu yanaşma ŞD2 Layihə əməliyyatlarının təsirinin qiymətləndirilməsi, eləcə də
müşahidə edilmiş təsirin ƏMSSTQ-də proqnozlaşdırılan təsir ilə müqayisə edilməsi üçün
sağlam təməl yaradır.
Xüsusi olaraq, ŞD2 Layihəsinin dəniz əməliyyatlarına istinad etməklə, EMP:
Çoxşpindelli qazma proqramı tamamlanan zaman hər birləşmə yerində qazma sonrası
dəniz dibi tədqiqatlarını həyata keçirəcək;
ŞDB Platformasının yerləşdiyi yerdə quraşdırma sonrası dəniz dibi tədqiqatlarını
həyata keçirəcək; və
Ətraf mühit alt-komitəsi ilə məsləhətləşdikdən sonra dəniz əməliyyat monitorinq
proqramının hazırlayacaq.
Vaxt üzrə və yerlər arasında aparılan müqayisələrin səmərəliliyini artırmaq üçün tədqiqatlar
standartlaşdırılmış EMP layihəsinə uyğun olacaq. Platforma və birləşmə yerlərində fon
tədqiqatları artıq tamamlanıb. Səngəçal buxtasında borusalma və quraşdırma işləri başa
çatmazdan əvvəl və sonra balıq və dəniz dibi tədqiqatları da aparılacaq. Boru kəmərlərinin
yerləşdirilməsi üçün sahilboyu xəndəklərin qazılmaslı ilə əlaqədar tədqiqatlar da
tamamlanacaq. Balıqların populyasiyası ilə bağlı tədqiqatlar xəndəklərin qazılması işlərinə
bir il qalmış, xəndəklərin qazılması ərzində və xəndəklərin qazılması tamamlandıqdan sonra
yerinə yetiriləcək. Xəndək qazılmasından əvvəl və sonra dəniz dibi tədqiqatlar həyata
keçiriləcək. Xəndək qazılmasından sonrakı dəniz dibi tədqiqatlar xəndək qazılması işlərinin
tamamlanmasından bir və üç il sonra yerinə yetiriləcək. Tədqiqatlara dəniz dibinin
yerləşməsini təsdiqləmək üçün suya endirilən video ilə çəkiliş daxil ediləcək.
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 14
Ətraf mühit və sosial sahənin idarə olunması
Noyabr 2013-cü il
14/12
Yekun variant
14.7 Tullantıların idarə olunması
ŞD2 Layihəsi ərzində formalaşan bütün tullantılar BP AGT Regionunun hazırda mövcud olan
idarəetmə planlarına və prosedurlarına uyğun idarə olunacaq. ŞD2 Layihəsinin bir hissəsi
olaraq əmələ gələn bütün tullantılar aşağıdakı tələblərə uyğun olaraq müəyyənləşdiriləcək və
idarə olunacaq:
BP
və özüllər, üst tikililər, sualtı qurğular, o cümlədən terminalın tikintisi üzrə tikinti və
quraşdırma podratçıları tərəfindən sahəyə aid səciyyəvi tullantıların idarə olunması
planları hazırlanacaq;
İşçi qüvvəsinin məlumatlandırılması və təlimi;
AGT Regionu tullantılar üzrə podratçılarının təsdiq edilmiş siyahısı;
AGT Regionu tullantı növlərinin reyestri; və
AGT Regionu tullantıların idarə olunması strategiyası və təlimatı.
Beynəlxalq miqyasda qəbul edilmiş ən yaxşı təcrübəyə uyğun olaraq tullantıların iyerarxiyası,
AGT Regionunun Praktiki Cəhətdən Ən Yaxşı Ekoloji Variant (PCƏYEV) üzrə
qiymətləndirilməsi aparılmış tullantıların mümkün utilizasiyası/təmizlənməsi texnologiyalarının,
AGT Regionunun Tullantıların İdarə olunması Strategiyası və köməkçi sənədləri ilə birlikdə
tullantıların idarə olunması məsələlərinə dair qərarların verilməsində əsas götürüləcək. Bunun
məqsədi tullantıların ən davamlı qaydada və AGT Regionunun standartlarına uyğun idarə
olunmasını təmin etmək, eləcə də onların insan sağlamlığına təhlükə yaratmadan səmərəli
şəkildə bərpa olunmasını, yaxud utilizasiya edilməsini təmin etmək və ətraf mühitə və sosial
sahəyə təsirləri minimuma endirməkdir.
14.7.1 Tullantıların idarə olunması prosesi və prosedurları
Tullantıların idarə olunması və minimuma endirilməsi üzrə planlar işlənib hazırlanacaq və
gözlənilən tullantı növlərini, güman edilən həcmləri və hər hansı xüsusi yerbəyer etmə üzrə
idarəetmə/davranma tələblərini nəzərə almaqla ŞD2 Layihəsinin fəaliyyətlərinin bütün
müddətində tətbiq ediləcək.
ŞD2 Layihəsinin fəaliyyətləri ərzində tullantıların idarə olunması sistemlərinin icra
göstəricilərinə obyektiv şəkildə nəzarət etmək və bütün düzəldici tədbirlərin və təkmilləşdirmə
tədbirlərinin müəyyənləşdirilməsini və həyata keçirilməsini təmin etmək üçün daxili auditlər
qrafiki işlənib hazırlanacaq.
Tullantıların idarə olunması və azaldılması planını dəstəkləmək üçün əsas tikinti və
quraşdırma podratçıları tullantıların idarə olunmasına dair təlim keçəcəklər:
Tullantı növlərinin və əlaqədar potensial təhlükələrin müəyyənləşdirilməsi;
Tullantıların çeşidlənməsi; və
Tullantıların təhvil-təslim edilməsinə dair sənədləşmə (əgər tullantıların təhvil-təslimi
daxil olarsa).
Tullantıların utilizasiyası üzrə bütün yeni marşrutlar istifadə olunmazdan əvvəl müntəzəm
əsasda qiymətləndirilir və onlar müvafiq yerli qanunlara və qaydalara uyğun olmalıdır.
Tullantılar yalnız AGT Regionun tərəfindən istifadə üçün təsdiqlənmiş tullantı utilizasiyası
obyektlərinə göndəriləcək.
14.7.2 Tullantıların çeşidlənməsi və təhvil-təslimi
Təkrar istifadəyə/təkrar emala imkan yaratmaq və bir-birinə uyuşmayan materiallar arasında
təmasa yol verməmək üçün tullantı növləri mənbədə çeşidlənəcək. Çeşidləmə ilə bağlı
tələblər konteynerlərin istifadəsinə dair qeydlər vasitəsilə aydın surətdə qeyd olunacaq və
orada konteyner üçün münasib olan tullantı növlərini əks etdirən nişanlar göstəriləcək.
Bütün tullantı daşımaları (təhvil-təslim prosesi), tullantının növünü, miqdarını, tullantının
əmələ gəldiyi sahəni, yükü qəbul edən tərəfi, yükü göndərən tərəfi (əgər bu, tullantının əmələ
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 14
Ətraf mühit və sosial sahənin idarə olunması
Noyabr 2013-cü il
14/13
Yekun variant
gəldiyi sahə deyilsə) özündə əks etdirən fərdi Təhvil-təslim aktları ilə, təhlükəli tullantılar
olduğu təqdirdə isə həm “Tullantı pasportları”, həm də tələb olunarsa, MTTP (materialın
texniki təhlükəsizlik pasportu) sənədi ilə müşayiət olunacaq. Təhvil-təslim aktları
imzalanmazdan və tullantılar yüklənməzdən əvvəl bütün tullantı yüklərinin son vizual
yoxlanılması aparılacaq. Tullantıların təhvil verilməsinə dair sənədləşmənin rəngli nüsxələri
digər müvafiq sənədlər (məsələn, MTTP, “Tullantı pasportları”) ilə birlikdə tullantının əmələ
gəldiyi sahədə qalacaq. Tullantıların daşınmasına cəlb olunmuş bütün tərəflər tullantıların
təhvil verilməsinə dair aktın bir nüsxəsini özündə saxlayacaq.
Tullantıların xarakterindən və təsdiqlənmiş təkrar emal/ utilizasiya metodundan asılı olaraq,
tullantılar Mərkəzi Tullantı Toplama Sahəsi (MTTS) vasitəsilə boşaltma məntəqəsinə, yaxud
buna bənzər obyektə və ya alternativ qaydada birbaşa son təsdiqlənmiş təyinat məntəqəsinə
göndərilə bilər.
Dostları ilə paylaş: |