Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 10
Tikinti, quraşdırma və NİS işlərinin ətraf
mühitə təsirinin qiymətləndirilməsi,
azaldılması və monitorinqi
Noyabr 2013-cü il
10/3
Yekun variant
Cədvəl 10.40 Reseptorların həssaslığı (bütün reseptorlar) .................................................... 58
Cədvəl 10.41 Təsirin dərəcəsi ................................................................................................ 59
Cədvəl 10.42 Hadisənin miqyası ............................................................................................ 62
Cədvəl 10.43 Reseptorların həssaslığı .................................................................................. 63
Cədvəl 10.44 Təsirin dərəcəsi ................................................................................................ 63
Cədvəl 10.45 Hadisənin miqyası (ensiz pirs) ......................................................................... 65
Cədvəl 10.46 Hadisənin miqyası (sahilyanı xəndək qazılması) ............................................. 66
Cədvəl 10.47 Reseptorların həssaslığı .................................................................................. 66
Cədvəl 10.48 Təsirin dərəcəsi ................................................................................................ 66
Cədvəl 10.49 Hadisənin miqyası ............................................................................................ 68
Cədvəl 10.50 Reseptorların həssaslığı .................................................................................. 68
Cədvəl 10.51 Təsirin dərəcəsi ................................................................................................ 68
Cədvəl 10.52 ŞD2 layihəsinin tikinti, quraşdırma və NİS fəaliyyətlərinin ətraf mühitə qalıq
təsirlərinin xülasəsi ............................................................................................. 69
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 10
Tikinti, quraşdırma və NİS işlərinin ətraf
mühitə təsirinin qiymətləndirilməsi,
azaldılması və monitorinqi
Noyabr 2013-cü il
10/4
Yekun variant
10.1 Giriş
Şahdəniz 2 (ŞD2) layihəsinin ətraf mühitə və sosial-iqtisadi sahəyə təsirinin qiymətləndirilməsi
(ƏMSİSTQ) sənədinin bu fəslində ŞD2 layihəsinin aşağıdakı mərhələləri ilə bağlı ekoloji
təsirlərin qiymətləndirilməsi təqdim edilir:
Terminal
qurğularının sahildəki tikinti
və istismaravermə işləri;
Dəniz və sualtı qurğularla bağlı sahildə tikinti və istismaravermə işləri;
Platformanın dənizdə quraşdırılması, nizamlanması və istismar sınağı (NİS);
Sualtı ixrac və MEG boru kəmərinin quraşdırılması və NİS; və
Sualtı infrastrukturun quraşdırılması və NİS.
Əməl edilmiş təsirin qiymətləndirilməsi metodologiyası və ŞD2 Layihəsi üzrə təsirin
qiymətləndirilməsinin strukturu bu ƏMSSTQ sənədinin müvafiq olaraq 3-cü və 9-cu
fəsillərində tam təsvir edilmişdir.
10.2 Qiymətləndirmənin əhatə dairəsinin müəyyənləşdirilməsi
ŞD2 Layihəsinin tikinti, quraşdırma və NİS fəaliyyətləri və hadisələr “Layihənin təsviri” adlı 5-ci
Fəsildə təsvir edildiyi kimi ŞD2 layihəsi üçün əsas kimi qəbul edilmiş variant əsasında
müəyyənləşdirilmişdir: (Əlavə 10A-ya isinad edin)
Cədvəl 10.1-də nəzərəçarpan ekoloji təsirlərlə nəticələnmək potensialı məhdud olması
səbəbindən tam qiymətləndirmə prosesinə daxil edilməmiş fəaliyyətlər və əlaqədar hadisələr
(ssenarilər) təqdim olunur. Qərar isə bənzər fəaliyyətlər və hadisələrlə (ssenarilərlə) bağlı
əvvəlki təcrübəyə (xüsusən də əvvəlki AÇG işlənmələri ilə bağlı) əsaslanır. Bəzi hallarda
qərarı əsaslandırmaq üçün əhatə dairəsinin müəyyənləşdirilməsi səviyyəsi üzrə
kəmiyyət/ədədi təhlildən istifadə edilmişdir. Bu hallarda müvafiq kəmiyyət göstəriciləri, təhlil,
tədqiqat və/və ya monitorinq hesabatlarına istinad edilir.
Cədvəl 10.1. "Əhatə dairəsinə daxil edilməmiş” ŞD2 layihə işləri
S/S
Fəaliyyət / Tədbir
Fəsil 5
Layihənin
Təsvirinə
İstinad
"Əhatə dairəsinə daxil edilməmə” qərarının əsaslandırılması
Terminal qurğularının sahildəki tikinti və istismaravermə işləri və sualtı magistral boru kəmərinin və MEG boru kəmərlərinin
quraşdırılması və NİS (quruda)
CTer-R1
Tikinti maşın və
mexanizmlərinin, o cümlədən
dizel generatorlarının istismarı
(sahədə) - canlılar aləminə
göstərilən narahatlıq/dolayı
təsir
5.5.4.1
Səngəçal terminalının yaxınlığında tikinti və istismar sınağı
fəaliyyətləri zamanı avtomobillərin hərəkəti,
fövqəladə hallar
istisna olmaqla, müəyyən edilmiş giriş yolları və işarələnmiş iş
sahələri daxilində məhdudlaşdırılacaq.
ŞD2 Layihəsi ilə əlaqədar tikinti nəqliyyatının tikinti müddətində
Bakı-Salyan Şosesindən istifadə edəcəyi gözlənilir.
Başqa şərtlərə səlahiyyət verildiyi hallar istisna olmaqla, tikinti və
istismar sınağı fəaliyyətləri zamanı Səngəçal Terminalının
yaxınlığında, təyin edilmiş sahələrdən kənarda avtomobillərin
sürülməsi qadağan ediləcək.
Sahədəki yerli canlılar aləminin səs-küylü sahələrdən yayınacağı
gözlənilir.
Səngəçal terminalının yaxınlığında aparılan tikinti və istismar
sınağı fəaliyyətləri müddətində Canlılar aləminin İdarə edilməsi
Planı hazırlanacaq.
Nəticə: Nəqliyyat vasitələri mövcud yollardan və cığırlardan
istifadə
edəcək. Canlılar aləminin İdarə edilməsi Planı hazırlandıqdan sonra
vəhşi aləmə nəzərəçarpacaq təsirlər cüzi miqdarda olacaq.
CTer-R2
Tikintiyə aid nəqliyyat
vasitələrinin hərəkəti (sahədən
kənarda) - canlılar
aləminincanlılar aləminə
göstərilən narahatlıq/dolayı
təsir
5.5.4.1