Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi
Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 6
Ətraf
mühitin təsviri
Noyabr 2013-cü il
Yekun variant
6/16
Həssaslıq
Terminal ətrafında daşqınlara məruz qalan əsas həssas reseptorlar aşağıdakılardır:
Səngəçal qəsəbəsi;
Səngəçal elektrik stansiyası;
Karvansara
7
Dəmir yolu; və
Bakı-Salyan magistral yolu
Terminalın ŞD2 layihəsi ilə əlaqədar genişləndirilməsi üçün tamamlanmış hidroloji model
göstərdi ki, Səngəçal qəsəbəsi və Səngəçal elektrik stansiyası daşqın riskinə az məruz qalır
və terminalın ŞD2 layihəsi ilə əlaqədar genişləndirilməsi bu reseptorların heç birinin daşqın
riskinə təsir etməyəcək. Karvansara daşqın riski olan ərazidə yerləşir. Modelləşdirmə göstərdi
ki, terminalın ŞD2 layihəsi ilə əlaqədar genişləndirilməsi nəticəsində normal axın şəraitlərində
daşqın riskində heç bir dəyişiklik baş verəcəyi proqnozlaşdırılmasa da, terminaldakı
genişləndirmə işləri ilə bağlı iri daşqın hadisəsində daşqın səviyyəsinin 2 mm artacağı
gözlənilir. Mövcud şəraitlər altında
modelləşdirmə göstərdi ki, dəmir yolunun və şosenin ayrı-
ayrı hissələri hazırda iri daşqın hallarında subasma riskinə məruz qalacaq. Bununla belə,
modelləşdirmə göstərdi ki, terminalın ŞD2 layihəsi ilə əlaqədar genişləndirilməsi bu ərazilərdə
mövcud daşqın riskinin mümkünlüyünü, yaxud kəskinliyini artırmayacaq. Ümumiyyətlə, əsas
reseptorlarda daşqın riskinin terminalın ŞD2 layihəsi ilə əlaqədar genişləndirilməsi işlərindən
sonra ya cüzi şəkildə azalacağı, ya da əsasən dəyişməz qalacağı göstərilmişdir.
6.4.3 Geologiya
və torpaq
6.4.3.1 Geoloji
parametrlər
Bu bölmə əsas diqqəti ŞD2 layihəsinə aid üç quru ərazisində, daha doğrusu, terminalın ŞD2
genişləndirmə sahəsi; ŞD2 boru kəməri dəhlizi və boruların dənizdən quruya çıxma sahəsi; və
ŞD2 kondensat çənləri sahəsində mövcud olan geoloji və torpaq şəraitlərinə yönəldir (Şəkil
6.6-a istinad edin).
Geoloji tədqiqatlar göstərdi ki, səthi geologiya bu ərazilərdə və ümumiyyətlə, Abşeron
Qrupunun müxtəlif dərədəcə havanın təsirinə məruz qalmış səthi çöküntülərdən ibarət daha
geniş qonşu ərazilərində nisbətən stabildir (2, 3 və 4 Blokları adlandırılmışdır).
7
Dövlət tərəfindən qorunan abidə.
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 6
Ətraf mühitin təsviri
Noyabr 2013-cü il
Yekun variant
6/17
Şəkil 6.6 Torpaq və qrunt sularının monitorinqi sahələri
Aşağıdakı geoloji ardıcıllıqlara Şəkil 6.6-da göstərilən geoloji kəşfiyyat quyuları daxilində rast
gəlinmişdi (geoloji şəraitlər üçün Şəkil 6.7-yə istinad edin)
Şimalda aşağı keçiriciliyə malik allüvial və palçıq vulkanı çöküntüləri (Blok 1) torpaq
səthində mövcuddur, onlar 2 Blokunun gilli çöküntülərinin üstündə, onlar isə öz
növbəsində alçaq keçiriciliyə malik 3 Bloku çöküntülərinin üstündə yerləşir. Bu
ardıcıllığa ŞD2 genişlənmə ərazisi, ŞD2 kondensat çəni ərazisi və ŞD2
boru kəmərinin
təklif olunan dəhlizi daxilində rast gəlinir.
Daha
cənubda, Xəzər dənizinə doğru, adətən, sahilyanı çöküntülərin (Blok C2) nazik
qatı mövcuddur Bunlar əsasən qumlu gildən və balıqqulağı və çınqılın daxil olduğu gilli
qumdan ibarətdir, lakin ona narın çöküntülər də daxil ola bilər. Blok C2, adətən, Blok 2
çöküntülərinin üstündə yerləşir, lakin Blok 2 səthdə üstü açıq şəkildədir və sahilyanı
çöküntülər eroziyaya uğramışdır. Cənub şərqi küncdə vulkan mənşəli Blok 1
çöküntüləri Blok C2 altında qalır. Bu şəraitlər ŞD2 boru kəmərinin təklif olunan
dəhlizinin mərkəzi
hissəsində rast gəlinir; və
Xəzər dənizinin lap yaxınlığında səthi çöküntülər mövcud deyildir və ana süxurların
geologiyasında Blok 4 qatı (əhəng daşı və alevritlər) üstünlük təşkil edir. Bu şəraitlər
ŞD2 boru kəmərinin təklif olunan quruya çıxma hissəsində rast gəlinir.
Buna görə də ŞD2 layihəsinə aid boru kəmərinin quruya çıxması istisna olmaqla, ŞD2
layihəsinin quruda olan əraziləri daxilində dayaz geologiyada nadir ensiz linzaşəkilli
çöküntülər və ya daha yüksək keçiriciliyə malik materialların yerləşdiyi aşağı keçiriciliyə malik
çöküntülər üstünlük təşkil edir. Regional dəlillər göstərir ki, bu aşağı keçiriciliyə malik laylar ən
azı 50 m dərinliyə qədər davam edir, lakin ŞD2 Layihəsinə aid ərazilərdə və onun
yaxınlığında aparılmış qazma işləri bu layların ancaq 20 m dərinliyə qədər
davam etdiyini
göstərir. Torpağın bu xüsusiyyətləri ona gətirib çıxarır ki, torpaq və yer altındakı hər hansı
mövcud qrunt suları səthə yaxın çirklənmələrə qarşı az həssaslıq göstərir.
Şahdəniz 2 Layihəsi
Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin
Qiymətləndirilməsi
Fəsil 6
Ətraf mühitin təsviri
Noyabr 2013-cü il
Yekun variant
6/18
Şəkil 6.7 Terminalın yaxınlığında yerüstü geoloji şərtlər
6.4.3.2 Torpağın keyfiyyəti
ŞD2 Layihəsinin qurudakı əraziləri daxilində və lap qonşuluqda yerləşən sahələrdə torpağın
tədqiqatı ilə bağlı monitorinq yerləri Şəkil 6.6.-da göstərilmişdir.
Tədqiqatlardan əldə edilmiş
qeyri-üzvi və üzvi tərkibə dair məlumat müvafiq olaraq 6.3 və 6.4 Cədvəllərində toplanmışdır.
Cədvəl 6.3 ŞD2 Layihəsinin qurudakı əraziləri daxilində və qonşuluqda torpağın tərkibi
- qeyri-üzvi tərkib və ümumi təhlili
Analit
Vahid
Boru kəmərinin quruya
çıxma hissəsi və dəhliz
ŞD2 Kondensat çəni
ŞD2 Genişləndirmə
sahəsi
Min
Orta
Maks.
Min
Orta
Maks.
Min
Orta
Maks.
Alüminium mq/kq 3900 19312 34700 18100 23984 31500 14500 22305 28800
Arsen mq/kq
0.21 10 19.3 5.7 10 18.7 6.1 12 20.2
Barium mq/kq
54.8 218 1200 130 162 192 80.9 186 578
Kadmium mq/kq
0.14 0.46 1.40 0.06 0.18 0.71 0.16 0.44 0.68
Xrom mq/kq
7.6 31 61.6 22.2 48 65.9 19.2 33 107
Mis mq/kq
4.5 24 40.7 18.6 31 42.3 21 29 54.9
Dəmir mq/kq
28900 28900 28900 ME
ME
ME 30100 36867 50800
Civə mq/kq
0.010 0.038 0.090 0.03 0.05 0.08 0.02 0.05 0.12
Manqan mq/kq
385 685 1850 559 697 862 454 756 7895
Nikel mq/kq
6.4 27 44.8 19.8 31 38.5 22.1 28 44.8
Qurğuşun mq/kq 4.2 13 113 9.7 13 17.3 9.7 12 23.4
Litium mq/kq
9.1 37 55.7 39.2 46 54.4 28.3 47 470
Tallium mq/kq
10.4 12
15.6
7.8 10 14 10.1 12 13
Vanadium mq/kq 13.2 53 102 40.5 60 78.7 42.8 56 79.4
Sink mq/kq
12.6 55 89.5 53.4 67 83.5 45.5 61 113
CÜK mq/kq
<1000 3259 30400 1850 2739 4530 1150 2289 6580
ME = Müəyyən edilməyib
Orta kəmiyyətlər aşkar edilmənin analitik limitindən (AeL) yuxarıda olan bütün məlumat
nöqtələrinin orta riyazi
qiymətidir
Qalın yazılmış dəyərlər tətbiq olan limit dəyərlərindən yüksəkdirlər - Əlavə 6E istinad edin