bAyTArlıq
Elmi-praktik jurnal
8
Azərbaycan baytarlıq elminin görkəmli
nümayəndələrindən biri, uzun illər Azər-
baycan Elmi Tədqiqat Baytarlıq İnstitu-
tunun və Azərbaycan Dövlət Baytarlıq
Preparatlarına Elmi Nəzarət İnstitutunun
labo ra tor iya müdiri işləmiş, baytarlıq elm-
ləri doktoru, Azərbaycan Respublikasının
əməkdar baytar həkimi Fəxrəddin Behbud
oğlu Şirinovun bu il 80 illiyi qeyd edilir.
F.B.Şirinov 1930-cu ilin avqust ayının 15-
də Ağdam şəhərində anadan olmuşdur.
O, 1953-cü ildə Azərbaycan Kənd
Təsərrüfatı İnstitutunun baytarlıq fakül tə-
si ni fərqlənmə diplomu ilə bitirdikdən sonra
Qazax rayonlararası baytarlıq-bakterioloji
laboratoriyasının müdiri vəzifəsində ə baş-
lamışdır.
İşlədiyi müddətdə xəstəliklərə qarşı
mübarizə işində özünü bacarıqlı mü təxəssis
kimi göstərdiyinə görə 1958-ci ildə Kənd
Təsərrüfatı Nazirliyinin Baş Baytarlıq
İdarəsində baş epizootoloq vəzifəsinə təyin
edilmiş, lakin elmə olan həvəs onu təhsilini
davam etdirməyə sövq etmişdir. 1960-cı
ildə AETBİ-nin aspiranturasına daxil olmuş,
o zaman dünyada az öyrənilmiş quşların
respirator mikoplazmoz xəstəliyinə dair ge-
niş tədqiqat işləri aparmışdır. 1963-cü ildə
Moskva şəhərində keçmiş SSRİ-də ilk dəfə
olaraq bu sahədə namizədlik dissertasiyası
müdafiə etmişdir. O, 1964-1966-cı illərdə
Respublika Baytarlıq laboratoriyasında di-
rektor vəzifəsində işləmişdir. Bundan sonra
ömrünün sonunadək öz həyatını elmi işlərə
həsr edən F.B.Şirinov 1966-cı ildə quşla-
rın yoluxucu xəstəliklərini öyrənən labo-
ratoriyada baş elmi işçi, 1971-ci ildən isə
həmin laboratoriyanın müdiri kimi fəaliyyət
göstərmişdir.
2004-cü ilədək F.Şirinov həmin illərdə
ölkəyə çox böyük iqtisadi ziyan vuran
quşların çiçək xəstəliyi ilə bağlı hərtərəfli
tədqiqat işləri aparmış, bu xəstəlikdə aqar
gelində diffuz presipitasiya reaksiyasını
(DPR) işləyib hazırlamışdır.
XX əsrin 70-ci illərində quşlarin çiçək
xəstəliyinə qarşı ABŞ-dan gətirilmiş Nyu-
Cersi ştammından hazırlanan vaksinin im-
munitet müd dəti az olduğuna görə F.Şiri-
nov, yeni yerli vaksin ştammı axtarışında
olmuşdurş Bunun üçün qırqovuldan ayırdığı
virus ştammını dünyada ilk dəfə bioloji
üsulla məqsədyönlü dəyişdirərək zərərsiz və
yüksək immunogenlik qabiliy yə tinə malik
Elmimizin və peşəmizin korifeyləri
GÖrkəMli AliM, xeyirxAH inSAn
Azərbaycan Dövlət Baytarlıq Preparatlarına
Elmi Nəzarət İnstitutunun direktoru,
baytarlıq elmləri doktoru,
professor İ.M.Əzimov
9
Elmi-praktik jurnal
bAyTArlıq
yeni attenuasiya olunmuş vaksin ştammı –
27-AŞ əldə etmişdir. Bu ştammdan hazır-
lanmış vaksinin immunitet müddəti Nyu-
Cersi ştammından 2 dəfə çox olmaqla bir
çox göstəricilərə görə üstünlüyə malik ol-
muşdur. Bu vaksinlə keçmiş SSRİ-nin
8 respublikasinda 10-12 il ərzində 550 mln-
dan çox quş çiçək xəstəliyinə qarşı peyvənd
edilmişdir. Alim sonralar bu vaksini daha da
təkmilləşdirmiş və asan işlənən və bir dəfə
vurmaqla quşlarda uzun müddətli immuni-
tet yaradan daha effektli və iqtisadi cəhətcə
səmərəli “Bakı” ştammı vaksinini hazırla-
mış və əməkdaşları ilə birlikdə “Bakı” ştam-
mına və ondan hazırlanan vaksinə görə
müəlliflik şəhadətna məsi almışdır.
F.Şirinov göstərilən nailiyyətlərlə kifa-
yət lənməyərək quşçuluğa zərər vuran bir
sıra infeksiyaları da öyrənmiş, onlara qarşı
mübarizə tədbirlərini təkmilləş dirmişdir.
Bu il 80 illiyini qeyd etdiyimiz zəh mət-
keş və məhsuldar alim F.Şirinov özünün də-
rin biliyi ilə respublikada baytar işçiləri nin
böyük hörmətini qazanmış, bütün rayon ları
qarış-qarış gəzərək sənaye quşçuluğunun
geniş vüsət almasında təsərrüfat işçilərinə
maksimum köməkliklər göstər mişdir.
F.Şirinovun bütün tədqiqatları baytarlıq
elminin ən vacib sahələrinə həsr edilmişdir.
O, əməkdaşları ilə birlikdə quşların kolibak-
terioz xəstəliyi əleyhinə vaksin hazır lamış,
ölkəmizin müstəqillik dövründə aka demik
M.Q.Qəniyevin keçən əsrin ortalarında bü-
tün dünyada istifadə olunan qa ramal və ca-
mışların pasterelloz əleyhinə formol vak si-
ninə tələbatı nəzərə alaraq yenidən istehsalını
bərpa etmişdir. Həmin vaksin hazırda
Azərbaycanda müvəffəqiyyətlə tətbiq edilir.
F.Şirinovun “Quş xəstəlikləri” kitabı və
“Epizootoloji terminlər” lüğəti hazırda hər
bir baytar işçisinin stolüstü kitablarıdır.
O, 80-dan çox məqalənin, 2 ixtiranın
müəllifidir. F.Şirinov uzun müddət MDB
ölkələri üzrə quş xəstəlikləri sahəsində
Əlaqələndirmə Şurasının, Kənd Təsərrüfatı
Nazirliyinin Elmi-Texniki Şurasının, habelə
Baytarlıq Şurasının üzvü olmuşdur.
Alim bir çox beynəlxalq konqreslərdə,
keçmiş SSRİ və respublika səviyyəli elmi
konfrans və simpoziumlarda iştirak etmiş-
dir. Həmçinin bir çox ölkələrdə, o cüm lədən,
ABŞ-da elmi ezamiyyətdə olmuş, 1979-cu
ildə Ümumdünya Baytarliq kon qresində işti-
rak edərək elmi məruzə ilə çıxış etmişdir.
F.Şirinovun ixtira etdiyi vaksinlər dəfələrlə
beynəlxalq sərgilərdə nümayiş etdirilmiş, gü-
müş və bürünc medallara layiq görülmüşdür.
Dövlətimiz Fəxrəddin Şirinovun əmə yini
yüksək qiymətləndirərək ona “Azər baycan
Respublikasının əməkdar baytar həkimi”
fəxri adı vermiş, “Şərəf Nişanı” ordeni ilə
təltif edilmişdir.
Vəfatından xeyli vaxt keçsə də Fəx-
rəddin Şirinov mənim xatirəmdə həmişə
nəcib və xeyirxah bir insan, yüksək mənəvi
keyfiyyətlərə malik böyük şəxsiyyət, gör-
kəmli alim, gözəl dost və yaxşı ailə başçısı
kimi canlanır.
Fəxrəddin müəllim belə insan idi. Onun
əziz xatirəsi bizim qəlbimizdə daim yaşaya-
caqdır.
Ruhu şad olsun!