2. «Kimyəvi hadisələr» məzmun xətti
K.VII. 2.1. QS.
Məzmun standartı
|
Qiymətləndirmə standartı
|
Şagird:
2.1. Kimyəvi hadisələrin başvermə səbəblərini, qanunauyğunluqlarını mənimsədiyini nümayiş etdirir.
|
K.VII.2.1. QS.4.
Kimyəvi hadisələrin başvermə səbəblərinin, qanunauyğunluqlarının mənimsənilməsinə aid qiymətləndirmə sxemi.
|
2.1.1. Kimyəvi reaksiyaların əlamətlərini, əsas tiplərini, başvermə səbəblərini izah edir.
|
2.1.1. Q.4. Kimyəvi reaksiyaların başvermə səbəblərini izah edir və əlamətlərini sayır, müxtəlif əlamətlərə görə reaksiyaların əsas tiplərini göstərir.
|
2.1.1. Q.4. Kimyəvi reaksiyaların başvermə səbəblərini izah edir və əlamətləirini sayır.
|
2.1.1. Q.2. Kimyəvi reaksiyaları müxtəlif əlamətlərinə görə tiplərə ayırır.
|
2.1.1. Q.1. Kimyəvi reaksiyaların başvermə əlamətlərini sayır.
|
K.VII.2.2. QS.
Məzmun standartı
|
Qiymətləndirmə standartı
|
Şagird:
2.2. Kimyəvi reaksiyaların tənliklərini tərtib edir və hesablamalar aparır.
|
K.VII.2.2. QS.5.
Kimyəvi reaksiya tənliklərinin tərtibi və tənliklər üzrə hesablamalar aparılmasına aid qiymətləndirmə sxemi.
|
2.2.1. Sadə reaksiyaların tənliklərini tərtib edir.
2.2.2. Sadə reaksiyaların tənliklərinə əsasən hesəblamalar aparır.
|
2.2.2. Q.4. Sadə reaksiya tənliklərinə əsasən reaksiyaya girən və ya alınan maddələrdən birinin kütləsi, miqdarı və ya həcmi məlum olduqda o birilərinin kütləsini, miqdarını və həcmini hesablayır.
|
2.2.2. Q.3. Sadə reaksiya tənliklərinə əsasən maddələrdən birinin kütləsi və ya miqdarı məlum olduqda başqa maddənin kütləsi və miqdarını hesablayır.
|
2.2.2. Q.2. Sadə reaksiya tənlikləri üzrə bir maddənin kütləsi məlum olduqda başqa madənin kütləsini hesablayır.
|
2.2.1. Q.1. Sadə reaksiya tənliklərini tərtib edir və əmsallaşdırır.
|
3. «Eksperiment və modelləşdirmə» məzmun xətti
K. VII.3.1. QS.
Məzmun standartı
|
Qiymətləndirmə standartı
|
Şagird:
3.1. Kimyəvi hadisələrə və onların qanunauyğunluqlarına aid eksperimentlər aparır.
|
K.VII.3.1. QS.6.
Kimyəvi hadisələrə və onların qanunauyğunluqlarına aid eksperimentlər aparılmasına dair qiymətlərinə sxemi.
|
3.1.1. Sadə kimyəvi təcrübələr, müşahidələr aparır.
|
3.1.1. Q.4. Qazların alınması və xassələrinə aid sadə təcrübələr aparır, onlara dair hesabat hazırlayır.
|
3.1.1. Q.3. Qarışıqların ayrılmasına aid sadə təcrübələr aparır və onlara dair hesabat hazırlayır.
|
3.1.1. Q.2. Qarışıqların ayrılmasına aid bəzi sadə təcrübələri aparır və onlara dair qeydlər edir.
|
3.1.1. Q.1. Sadə kimyəvi təcrübələri müşahidə edir və onlara aid qeydlər aparır.
|
K. VII. 3.2. QS.
Məzmun standartı
|
Qiymətləndirmə standartı
|
Şagird:
3.2. Maddələrin quruluşunu, kimyəvi prosesləri modelləşdirir.
|
K.VII.3.2. QS.7.
Maddələrin quruluşu və kimyəvi proseslərin modelləşdirilməsinə dair qiymətləndirmə sxemi.
|
3.2.1. Sadə molekulların modellərini hazırlayır.
|
3.2.1. Q.4. Sadə bəsit mürəkkəb maddə molekullarının mil-kürəcik və həcmli modellərini müstəqil şəkildə hazırlayır və izah edir.
|
3.2.1. Q.3. Sadə bəsit və mürəkkəb maddə molekullarının mil-kürəcik və həcmli modellərini müstəqil şəkildə hazırlayır.
|
3.2.1. Q.2. Sadə bəsit maddə molekullarını mil-kürəcik modellərini hazırlayır.
|
3.2.1. Q.1. Sadə bəsit maddə molekullarını mil-kürəcik modellərini yoldaşlarının köməyi ilə hazırlayır.
|
4. «Kimya və həyat» məzmun xətti.
K.VII. 4.1. QS.
Məzmun standartı
|
Qiymətləndirmə standartı
|
Şagird:
4.1. Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklər nümayiş etdirir.
|
K.VII.4.1. QS.8.
Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklərin qiymətləndirilməsi sxemi.
|
4.1.1. Məişətdə istifadə olunan kimyəvi maddələrlə davranma qaydalarını izah edir.
|
4.1.1. Q.4. Məişətdə tətbiq edilən kimyəvi maddələrdən istifadə edilməsi və onların saxlanması qaydalarını izah edir.
|
4.1.1. Q.3. Məişətdə tətbiq olunan kimyəvi maddələri tanıyır və onlardan istifadə qaydalarını izah edir.
|
4.1.1. Q.2. Məişətdə tətbiq olunan kimyəvi maddələri tanıyır və onlardan bəziləri ilə davranma qaydalarını izah edir.
|
4.1.1. Q.1. Məişətdə tətbiq olunan kimyəvi maddələrin bəzilərini tanıyır və onlardan istifadə edir.
|
K. VII. 4.2. QS.
Məzmun standartı
|
Qiymətləndirmə standartı
|
Şagird:
4.2. Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan qaldırılmasına dair məlumatlara malik olduğunu nümayiş etdirir.
|
K.VII.4.2. QS.9.
Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan qaldırılmasına dair qiymətləndirmə sxemi
|
4.2.1. Ekoloji təmiz mühitin saxlanmasının əhəmiyyətini şərh edir.
|
4.2.1. Q.4. Atmosfer havasını və suyu çirkləndirən əsas mənbələri və çirklənmə səbəblərinin aradan qaldırılmasının əsas üsullarını göstərir, təmiz ekoloji mühitin əhəmiyyətini izah edir
|
4.2.1 Q.3. Sənaye şəhərlərində havanın və suyun əsasən hansı maddələrlə çirkləndiyini, onların ətraf mühitə çıxmasıınn azaldılmasında təmizləyici qurğuların rolunu izah edir
|
4.2.1. Q.2. Havanı və suyu ən çox çirkləndirən mənbələri göstərir, bu maddələrin insan sağlamlığına nə kimi zərər yetirdiyini söyləyir
|
4.2.1. Q.1. Ətraf mühiti çirkləndirən əsas maddələri sayır, onların insan sağlamlığına zərərini qismən izah edir
|
K. VII. 4.3. QS.
Məzmun standartı
|
Qiymətləndirmə standartı
|
Şagird:
4.3. Kimya sahəsində görkəmli alimlərin nailiyyətləri barədə məlumatlara malik olduğunu nümayiş etdirir
|
K.VII.4.3. QS.10.
Kimya sahəsində görkəmli alimlərin nailiyyətləri barədə məlumatlara malik olduğuna dair qiymətləndirmə sxemi
|
4.3.1. Əsas kimyəvi anlayışların və qanunların kəşfi sahəsində görkəmli alimlər haqqında məlumatlar toplayır, təqdim edir
|
4.3.1. Q.4. Əsas kimyəvi anlayışlar və qanunları kəşf edən dünya alimlərinin həyatı və fəaliyyəti barədə referatlar yazıb, təqdimatlar edir
|
4.3.11 Q.3. Əsas kimyəvi anlayışlar və qanunları kəşf edən görkəmli dünya alimləri barədə məlumatlar toplayır, təqdimatlar edir
|
4.3.1. Q.2. Əsas kimyəvi anlayışlar və qanunları kəşf edən bir neçə görkəmli alim barədə qısa məlumatlar toplayır, təqdimatlar edir
|
4.3.1. Q.1. Əsas kimyəvi anlayışlar və qanunları kəşf edən bir neçə alim barədə bəzi məlumatlar toplayır
|
VIII sinif
1. «Maddə və maddi aləm» məzmun xətti
K.VIII.1.1. QS.
Məzmun standartı
|
Qiymətləndirmə standartı
|
Şagird:
1.1. Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqlarını nümayiş etdirir.
|
K.VIII.1.1. QS.1.
Maddələrin xüsusiyyətlərinə dair bilik və bacarıqların qiymətləndirilməsi sxemi.
|
1.1.1. Maddələri (oksidlər, əsaslar, turşular, duzlar) tərkibinə görə fərqləndirir.
|
1.1.1. Q.4. Oksidləri, əsasları, turşuları və duzları tərkibinə görə fərqləndirir, adlandırır, tərifini verir və onları tam təsnif edir.
|
|
1.1.1. Q.3. Oksidləri, əsasları, turşuları və duzları tərkibinə görə fərqləndirir, tərifini verir, onları adlandırır və qismən təsnif edir.
|
1.1.1. Q.2. Oksidləri, əsasları, turşuları və duzları tərkibinə görə fərqləndirir, tərifini verir.
|
1.1.1. Q.1. Oksidlər, əsaslar, turşular və duzları tərkibinə görə fərqləndirir.
|
K. VIII. 1.2. QS.
Məzmun standartı
|
Qiymətləndirmə standartı
|
Şagird:
1.2. Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və bacarıqlar nümayiş etdirir.
|
K. VIII. 1.2. QS.2
Maddələr və onları təşkil edən hissəciklərin əlaqələrinə dair bilik və bacarıqların qiymətləndirilməsi sxemi
|
1.2.1. Atomun quruluşunu, kimyəvi rabitə növlərini, elektrolit məhlulunda baş verən prosesləri şərh edir.
|
1.2.1. Q.4. Atomun elektron örtüyünün quruluşunu, kimyəvi rabitənin bütün növlərini və elektrolit məhlulunda gedən əsas prosesləri ətraflı şərh edir.
|
|
1.2.1. Q.3. I-IV dövr elementləri atomlarının elektron formullarını tərtib edir, kimyəvi rabitənin əsas növlərini, elektrolit məhlullarında gedən iondəyişmə və hidroliz reaksiyalarını şərh edir.
|
1.2.1. Q.2. I-III dövr elementləri atomlarının elektron formullarını tərtib edir, kovalent və ion rabitələrinin mahiyyətini, iondəyişmə reaksiyalarını şərh edir.
|
1.2.1. Q.1. I-III dövr elementləri atomlarının elektron formullarını tərtib edir, kovalent və ion rabitələrini sadə misallarla şərh edir, sadə turşu və əsasların dissosiyasiya tənliklərini yazır.
|
K. VIII.1.3. QS.
Məzmun standartı
|
Qiymətləndirmə standartı
|
Şagird:
1.3. Maddələrin tərkibinə və quruluşuna aid hesablamalar aparır.
|
K.VIII. 1.3.QS.3.
Maddələrin tərkibinə və quruluşuna aid hesablamaların aparılmasına dair qiymətləndirilməsi sxemi.
|
1.3.1. Atomun quruluşuna, kimyəvi rabitəyə elektrolit məhlullarında baş verən proseslərə aid məsələ qurur və həll edir.
|
1.3.1. Q.4. Atomun quruluşuna, kimyəvi rabitə növlərinə və elektrolit məhlulunda gedən proseslərə aid müxtəlif tipli məsələlər qurur və həll edir.
|
|
1.3.1. Q.3. Atomun quruluşuna, kimyəvi rabitə növlərinə və elektrolit məhlullarında gedən proseslərə aid müxtəlif tipli məsələləri həll edir.
|
1.3.1. Q.2. Atomun quruluşuna, kimyəvi rabitə növlərinə və elektrolit məhlullarında gedən proseslərə aid sadə məzmunlu məsələləri həll edir.
|
1.3.1. Q.1. Atomun quruluşuna, kimyəvi rabitə növlərinə aid bəzi sadə məsələləri həll edir.
|
2. «Kimyəvi hadisələr» məzmun xətti
K.VIII. 2.1. QS.
Məzmun standartı
|
Qiymətləndirmə standartı
|
Şagird:
2.1. Kimyəvi hadisələrin başvermə səbəblərini, qanunauyğunluqlarını mənimsədiyini nümayiş etdirir.
|
K.VIII.2.1. QS.4.
Kimyəvi hadisələrin başvermə səbəblərinin, qanunauyğunluqlarının mənimsənilməsinə dair qiymətləndirmə sxemi.
|
2.1.1. Kimyəvi reaksiyaları təsnif edir, qanunauyğunluqlarını izah edir.
|
2.1.1. Q.4. Müxtəlif əlamətlərinə görə kimyəvi reaksiyaları təsnif edir, reagentlərin təbiəti və qatılığının, temperatur və təzyiqin təsirini araşdırmaqla reaksiyaların gedişi qanunauyğunluqlarını izah edir.
|
2.1.1. Q.3. Müxtəlif əlamətlərinə görə kimyəvi reaksiyaları təsnif edir, reagentlərin təbiətinə və qatılığına əsasən reaksiyaların gedişi qanunauyğunluqlarını izah edir.
|
2.1.1. Q.2. Reagentlərin və alınan maddələrin sayına görə kimyəvi reaksiyaları təsnif edir, reagentlərin qatılığına əsasən reaksiyaların gedişi qanunauyğunluqlarını izah edir.
|
2.1.1. Q.1. Reagentlərin və alınan maddələrin sayına görə kimyəvi reaksiyaları təsnif edir.
|
K.VIII.2.2. QS.
Məzmun standartı
|
Qiymətləndirmə standartı
|
Şagird:
2.2. Kimyəvi reaksiyaların tənliklərini tərtib edir və hesablamalar aparır.
|
K.VIII.2.2. QS.5.
Kimyəvi reaksiya tənliklərinin tərtib edilməsinə və tənliklər üzrə hesablamalar aparılmasına aid qiymətləndirmə sxemi.
|
2.2.1. Mühüm qeyri-üzvi birləşmələrə aid reaksiya tənliklərini tərtib edir.
2.2.2. Mühüm qeyri-üzvi birləşmələrə aid reaksiya tənliklərinə aid hesəblamalar aparır.
|
2.2.1. Q.4. Oksidlər, əsaslar, turşular və duzların alınma üsullarına, kimyəvi xassələrinə aid ən mühüm reaksiyaların tənliklərini tərtib edir və hesablamalar aparır.
|
2.2.1. Q.3. Oksidlər, əsaslar, turşular və duzların alınma üsullarına, kimyəvi xassələrinə aid 2-3 reaksiyanın tənliklərini tərtib edir və sadə hesablamalar aparır.
|
2.2.1. Q.2. Oksidlər, əsaslar, turşular və duzların alınma üsullarına, kimyəvi xassələrinə aid 2-3 reaksiyanın tənliklərini tərtib edir.
|
2.2.1. Q.1. Oksidlər, əsaslar, turşular və duzların kimyəvi xassələrinə aid sadə reaksiyaların tənliklərini tərtib edir.
|
3. «Eksperiment və modelləşdirmə» məzmun xətti
K. VIII. 3.1. QS.
Məzmun standartı
|
Qiymətləndirmə standartı
|
Şagird:
3.1. Kimyəvi hadisələrə və onların qanunauyğunluqlarına aid eksperimentlər aparır.
|
K.VIII.3.1. QS.6.
Kimyəvi hadisələrə və onların qanunauyğunluqlarına aid eksperimentlər aparılmasına dair bacarıqların qiymətləndirmə sxemi.
|
3.1.1. Mühüm qeyri-üzvi birləşmələrə aid müşahidə və təcrübələr aparır, nəticələrinə münasibət bildirir.
|
3.1.1. Q.4. Oksidlər, əsaslar, turşular və duzların alınmasına, kimyəvi xassələrinə aid təcrübələr aparır və nəticələrə dair ətraflı hesabat hazırlayır.
|
3.1.1. Q.3. Oksidlər, əsaslar, turşular və duzların alınmasına, aid təcrübələr aparır və nəticələrə dair qısa hesabat hazırlayır.
|
3.1.1. Q.2. Oksidlər, əsaslar, turşular və duzların kimyəvi xassələrinə aid sadə təcrübələr aparır və nəticələrə dair qeydlər edir.
|
3.1.1. Q.1. Oksidlər, əsaslar, turşular və duzların kimyəvi xassələrinə aid bir neçə sadə təcrübələr aparır.
|
K. VIII. 3.2. QS.
Məzmun standartı
|
Qiymətləndirmə standartı
|
Şagird:
3.2. Maddələrin quruluşunu, kimyəvi prosesləri modelləşdirir.
|
K.VIII.3.2. QS.7.
Maddələrin quruluşu və kimyəvi proseslərin modelləşdirilməsinə aid qiymətləndirmə sxemi.
|
3.2.1. Mühüm qeyri-üzvi birləşmələrin molekullarının modellərini hazırlayır.
|
3.2.1. Q.4. Ən mühüm oksidlər, əsaslar, turşular və duzların qrafik quruluşunu tərtib edir, molekulyar quruluşlu oksidlərin və turşuların mil-kürəcik modellərini hazırlayır.
|
3.2.1. Q.3. Sadə tərkibli oksid, əsas, turşu və duzların qrafik quruluşunu tərtib edir, kükürd tri-oksidin və karbon-dioksidin mil-kürəcik modellərini hazırlayır.
|
3.2.1. Q.2. Sadə tərkibli iki oksid, iki əsas, iki turşu və iki duzun qrafik quruluşunu tərtib edir.
|
3.2.1. Q.1. Sadə tərkibli bir oksid, bir əsas, bir turşu və bir duzun qrafik quruluşunu tərtib edir.
|
4. «Kimya və həyat» məzmun xətti.
KVIII. 4.1. QS.
Məzmun standartı
|
Qiymətləndirmə standartı
|
Şagird:
4.1. Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklər nümayiş etdirir.
|
K.VII.4.1. QS.8.
Kimyəvi maddələrin və proseslərin tətbiqinə dair biliklərin qiymətləndirilməsi sxemi.
|
4.1.1. Həllolmanın və elektrolit məhlulunda gedən proseslərin həyatda rolunu şərh edir.
|
4.1.1. Q.4. Kimya sənayesi və laboratoriyalarında, bitkilərin qidalanmasında, tibb preparatların hazırlanmasında, məişətdə həllolmanın və elektrolit məhlullarında gedən proseslərin rolunu şərh edir.
|
4.1.1. Q.3. Kimya sənayesində və laboratoriyalarında, məişətdə həllolmanın və elektrolit məhlullarında gedən proseslərin rolunu şərh edir.
|
4.1.1. Q.2. Kimya laboratoriyalarında və məişətdə həllolmanın və elektrolit məhlulunda gedən proseslərin rolunu şərh edir.
|
4.1.1. Q.1. Kimya laboratoriyalarında və məişətdə həllolmanın rolunu, əhəmiyyətini qısaca şərh edir.
|
K. VIII. 4.2. QS.
Məzmun standartı
|
Qiymətləndirmə standartı
|
Şagird:
4.2. Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan qaldırılmasına dair məlumatlara malik olduğunu nümayiş etdirir.
|
K.VIII.4.2. QS.9.
Ətraf mühitin kimyəvi maddələrlə çirklənməsinə və onun aradan qaldırılmasına dair məlumatların qiymətləndirmə sxemi.
|
4.2.1. Ətraf mühiti çirkləndirən mənbələr haqqında məlumatlar toplayır, təqdim edir.
|
4.2.1. Q.4. Ətraf mühiti çirkləndirən mənbələri və maddələri sadalayır, çirkləndirməni aradan qaldırmağın mexaniki, kimyəvi, fiziki-kimyəvi və bioloji üsulları barədə təqdimat edir.
|
4.2.1 Q.3. Atmosferi və təbii suyu çirkləndirən maddələri sadalayır, çirkləndirməni aradan qaldırmağın mexaniki, kimyəvi, fiziki-kimyəvi üsulları barədə təqdimat edir.
|
4.2.1. Q.2. Atmosferi ən çox çirkləndirən maddələri sadalayır, çirkləndirməni aradan qaldırmağın 1-2 kimyəvi üsulu barədə məlumat təqdim edir.
|
4.2.1. Q.1. Atmosferi ən çox çirkləndirən maddələrin bir neçəsini sadalayır, çirklənmənin insan sağlamlığına zərəri barədə qısa məlumat təqdim edir.
|
K. VIII. 4.3. QS.
Məzmun standartı
|
Qiymətləndirmə standartı
|
Şagird:
4.3. Kimya sahəsində görkəmli alimlərin nailiyyətləri barədə məlumatlara malik olduğunu nümayiş etdirir.
|
K.VIII.4.3. QS.10.
Kimya sahəsində görkəmli alimlərin nailiyyətləri barədə məlumatlara malik olduğunun qiymətləndirmə sxemi
|
4.3.1. Kimyanın əsas qanunları və atomun quruluşu sahəsində görkəmli alimlər haqqında məlumatlar toplayır, referatlar hazırlayır.
|
4.3.1. Q.4. Kimyanın əsas qanunları və atomun quruluşu səhəsində məşhur olan alimlərin fəaliyyəti və həyatı barədə referatlar hazırlayır.
|
4.3.1. Q.3. Kimyanın əsas qanunları və atomun quruluşu səhəsində görkəmli alimlər barədə məlumat toplayır və təqdim edir.
|
4.3.1. Q.2. Kimyanın əsas qanunları səhəsində görkəmli alimlər barədə məlumat toplayır və təqdim edir.
|
4.3.1. Q.1. Kimyanın əsas qanunları və atomun quruluşu sahəsində görkəmli alimləri tanıyır.
|
Dostları ilə paylaş: |