İlk texniki alətlər
17
min il vaxt müddətində ağac qurğu, sümük bıçaq kimi əşyalar insanların
gündəlik həyatında böyük rol oynasa da sivri daş arxeoloji olaraq daş
dövrünə aid edilir. Sivri daşın tapılması insanların bir ərazidən başqa
ərazilərə köçmələrinə şərait yaradır. Buzlaşma dövründə baş verən
güclü iqlim dəyişikləri insanlar yaşayan ərazilərdə kəskin iqlim fərqinə
səbəb olmuşdur. Şimalda hökm sürən soyuq iqlim istiliyə öyrəşmiş
heyvanların ya
cənub istiqamətlərə köçməsinə, ya da soyuqdan ölməsinə
gətirib çıxarmışdır. Dəyişən yaşayış tərzi insanların həyatını
çətinləşdirirdi. Buna baxmayaraq, qədim insanlar cənuba köçməkdən
imtina etmişlər. Onlar bunun əksinə olaraq şimal istiqamətində
yayılmağa başlamışlar. Bu, insanların alovun süni yolla əldə edilməsinə
yiyələnmələri sayəsində mümkün olmuşdur. İnsanların oda sahib
olmaları sonrakı inkişafı ərəfəsində onların texniki və mədəni
tərəqqisində böyük rol oynamışdır. Oddan istifadə etmək soyuqdan
qorunmaq, işıq əldə etmək və yeməyin hazırlanmasını asanlaşdırmaq
kimi üstün cəhətlərə malik idi. Bundan əlavə oddan ağac alətlərin
möhkəmləndirilməsində, daşların parçalanmasında və ovçuluqda
istifadə edilirdi [1.8, 1.9].
Tapılan daş alətlər təkcə onların eyni formaya malik olması ilə deyil,
həm də onların hazırlanması üçün tətbiq olunan emal üsullarının oxşar
olması ilə xarakterizə olunurdu. Bu onu göstərir ki, insanlar daş alətləri
hazırlamaq üçün əlverişli materialın – daşın tapılması, ona lazım olan
formanın verilməsi və emal ardıcıllığına riayət olunması kimi bütün
hazırlama zəncirini özündə əks etdirən düşünmə qabiliyyətinə malik
olmuşlar. İnsanların təkamülü dövründə (200000 il bundan əvvəl) daş
alətlər üstünlük təşkil edirdilər. Daşları parçalamaqla əldə edilən
alətlərin hazırlanması texnologiyası o dərəcədə inkişaf etmişdir ki, bu
emal üsulu ilə dəqiq alətlər hazırlamaq mümkün idi.
Hazırlama texnologiyasının inkişafı kiçik ölçülü alətlərin və bununla
da yığma alətlərin hazırlanmasına şərait yaratmışdır. Yığma alətlərin
tapılması ilə texniki inqilab baş verir. Bundan sonra texnikanı yalnız
metalların tətbiqi ilə inkişaf etdirmək mümkün idi. Yığma
alətlərin qlup-