Maşınqayırmanın yaranması
12
olunan texniki vasitələrin (məs. alətlərin) hazırlanmasında geniş tətbiq
olunur. İlk dəfə olaraq texnologiya anlayışı alman alimi Yohan Bekman
(alm. Johann Bekmann) tərəfindən tətbiq olunaraq, 1777- ci ildə çap
olunmuş “Texnologiyaya giriş” əsərində ona tərif verilmişdir. O “ işləri,
onların ardıcıllığını və əsasını tam, nizamla və aydın izah edən” yeni bir
elmi istiqamətin başlanğıcını qoymuşdur. “Maşınqayırma texnologiyası”
XX əsrdə daha da inkişaf etdirilərək elmi və nəzəri əsasları olan mühüm
bir mühəndislik elminə çevrilmişdir.
Bu gün maşınqayırma istehsal sənayesinin bütün sahələrində praktiki
olaraq iştirak edir. Əsasən maşınlar, onların işçi vəzifələrinə uyğun
olaraq texniki məmullar, avtomobillər, elektrik cihazlar, alətlər və s.
istehsalında geniş tətbiq olunur. Həmçinin ərzaq mallarının istehsalı,
əzcazlıq sənayesi və tibbi texnikada da maşınlarsız keçinmək mümkün
deyil. Maşınqayırma çox vaxt müxtəlif texnoloji sahələri inteqrasiya
etdirərək, fundamental tədqiqatlar əsasında bazar üçün yetgin məhsullar
meydana çıxarır.
Maşınların tətbiqi insanlara təbii qüvvələri üstələyən, mədəni aləmin
inkişafına şərait yaradan daha effektiv əmək vasitələrini yaratmağa
imkan vermışdır. Digər tərəfdən maşınların daim inkişaf etməsi və
onların hesablama texnikası ilə inteqrasiyası nəticəsində yaranan
kompleks texnoloji sistemlər bu sahədə çalışan işçilərin ixtisaslaşma
dərəcəsi və səviyyəsinin artmasını tələb edir.
Bu gün maşınqayırma mühəndislərinin məşğul olduğu sahələr qurğu,
maşın, və cihazların layihələndirilməsi və hesablanmasından, material
seçimi və yenilərinin işlənməsi, mexaniki qurğuların rasional
hazırlanma texnologiyasını nəzərə almaqla konstruksiya edilməsi və
istehsal avadanlıqlarının layihələndirilməsi kimi vacib sənaye sahələrini
əhatə edir. Mikrosistematika, mexatronika və mikroelektronika kimi
yeni sahələrin meydana gəlməsi yuxarıda qeyd olunan sahələri daha da
genişləndirmişdir. Son vaxtlar bu mütərəqqi fəaliyyət sahələrinə
maşınların hazırlanmasında sırf texniki məsələlərdən kənara çıxan
ekologiya və ictimai təsirlərin nəzərə alınması da əlavə olunmuşdur.
Maşınqayırmanın yaranması
13
Maşınqayırma sənayesinin inkişafı ilə əlaqədar olaraq burada çalışan
insanların sayı getdikcə artır. Bu da texniki təhsilə olan ehtiyacı artırır.
Maşınlarla sənaye cəmiyyəti arasında olan mədəni asılılığın təhlili
göstərir ki, insanlar onların işlərinin maşınlar tərəfindən getdikcə artan
dərəcədə təyin olunması kimi psixoloji təsiri adi hal kimi qəbul
etməkdədirlər.
Maşınqayırmanın tarixinin təhlili maşınların sənayedə tətbiqindən bu
günə kimi hökm sürməkdə olan, ancaq getdikcə zəifləyən tənqidlərə
aydınlıq gətirməklə bərabər, bizim texniki mədəniyyətimizin inkişaf
şərtləri və imkanları ilə yaxından tanış olmaq üçün şərait yaradir.
İlk texniki alətlər
14
II. İnsan sivilizasiyasının əvvəlində texniki vasitələr
O
n dörd milyon il bundan əvvəl ilk dəfə olaraq ayaq üstə durmaqla
yeni bir sivilizasiyanın təməlini qoyan canlılar Afrikada yayılmağa
başlayır. İnsanların əcdadları sayılan bu canlı vücudların hansı səbəbdən
oz həyat tərzini dəyişmələri haqqında müxtəlif fərziyyələr olsa da,
onların qida əldə etmək baxımından birləşdirən bir ümumi xüsusiyyət
nəzərə çarpır. İki milyon il bundan əvvəl insanların əmələ gəlməsi və
formalaşması prosesi başlayır. Bu uzun çəkən proses insanların
heyvanlardan ayrılmasını təsvir edir. İlk insanlar qida əldə etmək üçün
öz orqanlarını: əllərini, ayaqlarını və qollarını hərəkətə gətirərək təbii
məhsullardan öz həyatı üçün lazım olan formada istifadə edirdi.
Bununla təməli qoyulan istehsal prosesi insanların heyvanlardan
ayrılması üçün tarixi addım idi.
Mədəni inkişafın əvvəlində insanlar
qida əldə etmək üçün müəyyən
sənətçiliyə malik olmuşlar. Gündəlik həyatın təşkil edilməsi və
müəyyən səviyyədə saxlanılması üçün onların, təbiətin tələblərinə
uyğunlaşaraq müraciət etdikləri ilk texniki vasitə alət idi. İnsanlar
tərəfindən bu vasitələrin qida məhsullarını çiy haldan hazır hala
gətirmək üçün tətbiqi, müxtəlif emal üsullarının meydana gəlməsinə
şərait yaratmışdır. Texniki vasitələrin yaradılması və tətbiqi ilə insanlar
başqa canlılara nisbətən daha yüksək yaradıcılıq qabiliyyətinə malik
idilər. Bu qabiliyyət onlara ətraf mühiti öz tələblərinə uyğun olan
formaya salmalarına imkan yaradırdı. İnsanların təkamülündə texniki
vasitələrin inkişafını, təbiətə təsir göstərmək imkanı verən bir reform
kimi anlamaq lazımdır. Bu hal insan sivilizasiyasının yaranmasının
əvvəlinə təsadüf edən, insanların alətlərlə davranmasında özünü aydın
büruzə verir.
Təbii əşyaların təsadüfi və ya məqsədyönlü alət kimi istifadə
olunması hətta bəzi heyvanlarda da rast gəlinir. Ancaq alətlərin
məqsədyönlü hazırlanması və təkmilləşdirilməsi üçün uyğun emal
üsullarının inkişaf etdirilməsi yalnız insanlara məxsusdur. Bu alətlər ya-
Dostları ilə paylaş: |