Antik dövrdə maşınqayırma
63
“Pnevmatika” (yun. "Pneumatica") və apardığı elmi işlər haqqında
ümumi mənzərə yaradan “Yaddaş qeydləri” (yun. "Memorabilia")
tamamilə itmişdir. Ktesibiosun ixtiralarından bir neçəsi ondan sonra
yaşamış isgəndəriyyəli Heronun və romalı Vitruvinin işlərində yenidən
baxılmış və ətraflı təhlil edilmişdir.
Antik dövrdə maşınqayırma
64
Şəkil 1.29. İsgəndəriyyəli Heron.
Isgəndəriyyəli Heron ( b.e.
Ι
−
ΙΙΙ
əsrlər)
B
izim
eranın
əvvəllərində
isgəndəriyyəli Heron (şəkil 1.29) öz
dövrünün ən məşhur mühəndisi
sayılırdı. Heronun tərcümeyi halı
üzün müddət müəmmalı olaraq
qalmışdır. Əsərlərində özünü “Heron
Ktesibiu”
adlandırması
tarixçilər
arasında çaşqınlığa səbəb olmuşdur.
Tərcümədə bunun “Heron Ktesibios
oğlu” alınması onun məşhur alim,
b.e.ə.
ΙΙΙ
əsrdə yaşamış Ktesibiosun
oğlu olmasına şübhə yaratmışdır.
Heron öz başqa əsərlərində ayın
üzünün tutulmasından yazır ki, bu da
onun
bizim
eranın
əvvəlində
yaşamasına dəlalət edir. Çünki ayın üzünün tutulması hesablamalara
görə bizim eranın əvvəlində, 62-ci il martın 12-də baş vermişdir. Onun
Ktesibiosun oğlu olması qaranlıq qalmaqdadır. Tarixçilər güman edirlər
ki, onun atasının adı sadəcə olaraq “Ktesibios” olmuşdur.
Heron
gördüyü
işlərinin
nəticələrini
“Mexanika”
(yun.“Mechanica”), “Pnevmatika” (yun.“Pneumatica”), “Mudafiə
maşınları” (yun. “Belopoeica”), “Avtomatika” (yun.“Automatics”) və
“Ölçmə alətləri” (yun.“Dioptra”) əsərlərində təsvir etmişdir [1.45,
1.46]. Bundan başqa o “Ölçmə” (yun.“Metrica”) adlı həndəsə və
“Güzgü” adlı optika haqqında iki kitab yazmışdır. “Mexanika” kitabında
Heron əsasən qaldırıcı mexanizmlər haqqında məlumat verir. O bu
əsərdə müxtəlif mexanizmlərin köməyi ilə qol effektinin praktikada
tətbiqini araşdıraraq ling, paz, sonsuz vint və dişli çarxların
kombinasiyasını təsvir edir. Bir riyaziyyatçı kimi Heron, təsir edən
qüvvənin və qolun qiymətindən asılı olaraq lingdə qol qaydasının işlə-
Antik dövrdə maşınqayırma
65
məsini göstərmişdir. Heron həmçinin kranların və böyük həçmli tikinti
daşlarının kəlbətin və pazların köməyi ilə qaldırılmasını da izah edir.
“Müdafiə maşınları” əsərində Heron o dövrə qədər məlum olan
katapultların işləmə prinsipini göstərərək, böyük katapultlarda ağır
daşları atdıqdan sonra katapultun əvvəlki vəziyyətə gətirilməsini
sürətləndirmək üçün əlavə mexanizm təklif etmişdir.
Heronun “Ölçmə alətləri” əsəri antik dövr üçün çox təkmil olan ölçü
alətini təsvir edir (şəkil 1.30).
Şəkil 1.30. Dioptra.
Bir tutgacda bərkidilmiş ağac silindrik lövhə sonsuz vintlərin köməyi
ilə şaquli və üfiqi istiqamətlərdə hərəkət etdirilə bilir. Silindrin vəziyyəti
Heronun düzəltdiyi su tərəzisinin köməyi ilə tarazlaşdırılırdı.
Lövhənin üzərində şaquli ox ətrafında fırlana bilən, iki ucunda nişan-
Antik dövrdə maşınqayırma
66
lama elementləri bərkidilmiş ağac lövhə bərkidilir. Silindrin aşağı
tərəfinə yarımkürə formasında dişli çarx bərkidilir. Dişli çarxın köməyi
ilə işçi lövhə tənzimlənir. Dişli çarx eyni zamanda şaquli ox ətrafında
fırlana bilən və irəli-geri hərkətə malik dördkünc lövhə üzərində
yerləşdirilir. Bu mexanizmin köməyi ilə iki kəsişən ox istiqamətlərində
nivelirin işçi lövhəsinin hərəkətini təmin etmək mümkündür. Heronun
düzəltdiyi ölçmə alətləri o dövr üçün mürəkkəb olduğundan onların
hazırlanması və tətbiqi mümkün olmamışdır.
“Ölçmə alətləri” əsərində Heron nivelir ilə bərabər, qət edilən
məsafəni ölçmək üçün ixtira etdiyi Odometri təsvir edir (şəkil 1.31). Bu
cihaz arabaya quraşdırılmış, bir-biri ilə dişli çarxların köməyi ilə
əlaqədə olan, sonsuz vintlərin köməyi ilə təkərin dönməsini sayğaca
ötürən mexanizmdən ibarətdir. Araba irəliyə hərəkət etdiyi zaman
təkərin aldığı fırlanma hərəkəti bir neçə dəfə ötürülərək sayğacın ölçmə
əqrəbinə verilir. Cihazda qeyd edilmiş vahidin (addım, metr və s.)
sayından asılı olaraq qət edilən məsafəni hesablamaq olurdu. Böyük
məsafələri ölçmək üçün ötürmə ədədinin qiyməti artırılırdı. Bu qurğu
indiyə qədər öz aktuallığını itirməmişdir.
Şəkil 1.31. Məsafə ölçən maşın (Odometer).
Antik dövrdə maşınqayırma
67
Şəkil 1.32. Su avtomatı.
Heronun işləri arasında ən məşhuru onun müasir maşınqayırmanın
yaranmasına və inkişafına təkamül vermiş “Pnevmatika” əsəridir.
Kitabın əvvəlində Heron da Ktesibios kimi təbiətdə boş məkan olmadığı
haqqında fərziyyə söyləyir. Heron, görünür ondan qabaq pnevmatik
problemlərlə məşğul olmuş Ktesibios və Filonun işlərinin təsirindən bu
sahəyə müraciət etmişdir. Onun fikrincə təbiətdə olan məkan muxtəlif
əşyalarla doludur. Boş qalan yerlər isə hava ilə tutulub. Bunu sübut
etmək üçün Heron boş stəkanı suya batırmaqla apardığı sınağı numayiş
etdirir. Bununla o, sübut etməyə çalışır ki, su ilə doldurulmuş qabdan
hava sıxışdırılaraq çıxardılır. Əgər stəkan ağzı üstə suya batırılırsa onun
içindəki hava çıxmağa macal tapmadığından oraya suyun girməsinə
mane olur.
Ümumiyyətlə, təbiətdə olan boşluqların hava ilə dolu olmasını
mülahizə edən Heron, işığın havada, suda və istiliyin cisimlərdən
keçməsini də bu cisimlərin tərkibindəki kiçik boşluqların hava ilə dolu
olması kimi izah edir. Heron “Pnevmatika”
kitabında pnevmatika və hidravlikaya aid
apardığı çoxlu sayda sınaqların nəticələrini
təsvir etmişdir.
Əsərin əsas hissəsində o, öz xüsusi
metoduna uyğun olaraq təzyiq altında
işləyən qurğular haqqında yazmışdır. Onun
pnevmatik
qurğulardan
olan
məşhur
ovsunlanmış su avtomatı, fit çalan quş, öz-
özünə açılan qapılar və s. böyük maraq
kəsb edən, mexaniki qanunları özündə əks
etdirən mexanizmlər idilər. Bu qurğuların
böyük
əksəriyyəti o dövrdə böyük
hakimiyyətə malik olan keşişlər uçun
düzəldilmişdir.
Məsələn,
keşişlərin
camaatdan ovsunlanmış su üçün pul
yığmasını asanlaşdırmaq üçün Heron bizə
Dostları ilə paylaş: |