Conceptual Framework
10
©
IFRS Foundation
MÖVZU 2: HE
SABAT VERƏN MÜƏSSİSƏ
[
əlavə ediləcək
]
Conceptual Framework
©
IFRS Foundation
11
M
ÜNDƏRİCAT
maddələr
MÖVZU 3:
FAYDALI MALİYYƏ MƏLUMATININ KEYFİYYƏT
XÜSUSİYYƏTLƏRİ
GİRİŞ
QC1
FAYDALI MALİYYƏ MƏLUMATININ KEYFİYYƏT XÜSUSİYYƏTLƏRİ
QC4
Fundamental
keyfiyyət xüsusiyyətləri
QC5
Uyğunluq
QC6
Düzgün təqdimat
QC12
Fundamental keyfiyyət xüsusiyyətlərinin tətbiq edilməsi
QC17
Keyfiyyət xüsusiyyətləri
nin
artırılması
QC19
Müqayisəlilik
QC20
Təsdiqlənmə imkanı
QC26
Vaxtında təqdimat
QC29
Anlaşıqlıq
QC30
Xüsusiyyətlərin artırılmasının tətbiqi
QC33
FAYDALI MALİYYƏ HESABATI VERİLMƏSİ ÜZRƏ XƏRC MƏHDUDİYYƏTİ
QC35
Conceptual Framework
12
©
IFRS Foundation
Mövzu 3:
Faydalı maliyyə məlumatının keyfiyyət xüsusiyyətləri
Giriş
QC1
Faydalı maliyyə məlumatının bu mövzuda bəhs edilən keyfiyyət xüsusiyyətləri, hesabat verən müəssisə
haqqında onun maliyyə hesabatındakı (maliyyə məlumatındakı) məlumat əsasında qərar qəbul etmək üçün
mövcud investorlara, borc verənlərə və digər kreditorlara ən çox faydalı olan məlumat növünü müəyyən edir.
QC2
Maliyyə hesabatları hesabat verən müəssisənin iqtisadi resursları və ona qarşı olan iddialar barədə və bu
resursları və iddiaları dəyişən əməliyyatların və digər hadisələr və halların təsiri barədə də məlumat verir. (Bu
məlumata Konseptual Əsaslarda iqtisadi hadisə haqqında məlumat kimi istinad edilir.) Bəzi maliyyə
hesabatlarına həmçinin hesabat verən müəssisə üçün rəhbərliyin gözləntiləri və strategiyası haqqında
izahedici material və digər uzaqgörən məlumat növləri daxildir.
QC3
Faydalı maliyyə məlumatlarının
3
keyfiyyət xüsusiyyətləri maliyyə hesabatlarında təqim edilən maliyyə
məlumatlarına həmçinin digər üsulla təqdim edilən məlumatlara tətbiq edilir. Hesabat verən müəssisənin
faydalı maliyyə məlumatlarını təqdim etmə qabiliyyəti üzrə geniş yayılmış məhdudiyyət olan xərc də eyni
qaydada tətbiq edilir. Halbuki, keyfiyyət xüsusiyyətlərinin tətbiqi ilə bağlı məsrəflər və xərc məhdudiyyəti
müxtəlif növ məlumatlar üçün müxtəlif ola bilər. Məsələn, onları uzaqgörən məlumat üzrə tətbiq etmək,
həmin keyfiyyət xüsusiyyətlərini mövcud resurslar və iddialar və bu resurslar və iddialarda dəyişikliklər
barədə məlumata tətbiq etməkdən fərqli ola bilər.
Faydalı maliyyə məlumatının keyfiyyət xüsusiyyətləri
QC4
Maliyyə məlumatının faydalı olması üçün o, müvafiq olmalıdır və təqdim etmək üçün nəzərdə tutduğunu
düzgün
şəkildə təqdim etməlidir. Maliyyə məlumatının faydalılığı o zaman artır ki, o, müqayisəli, təsdiqlənə
bilən, vaxtında təqdim edilən və anlaşıqlı olsun.
Fundamental keyfiyyət xüsusiyyətləri
QC5
Fundamental keyfiyyət xüsusiyyətləri uyğunluq və düzgün təqdimatdır.
Uyğunluq
QC6
Münasib maliyyə məlumatı istifadəçilər tərəfindən qəbul olunan qərarlarda dəyişiklik etməyə qadirdir.
Məlumat, hətta istifadəçinin bu üstünlükdən istifadə etmədiyi halda və ya bu barədə digər mənbələr vasitəsilə
məlumatlı olduqda belə, qərarda dəyişiklik etməyə qadir ola bilər.
QC7
Maliyyə məlumatı proqnozverici, təsdiqedici və ya hər iki dəyərə malik olarsa qərarlarda dəyişiklik etməyə
qadirdir.
QC8
Maliyyə məlumatı, gələcək nəticələri proqnozlaşdırmaq üçün istifadəçilər tərəfindən aparılan proseslərə giriş
kimi istifadə edilə bilərsə proqnozverici dəyərə malikdir. Proqnozverici dəyərinin olması üçün maliyyə
məlumatının proqnoz formasında olmasına gərək yoxdur. Proqnozverici dəyərə malik maliyyə məlumatı
istifadəçilər tərəfindən öz proqnozlarını vermək üçün istifadə olunur.
QC9
Əgər maliyyə məlumatı əvvəlki qiymətləndirmələr barədə əlaqə (təsdiq edirsə və dəyişirsə) yaradarsa, o,
təsdiqedici dəyərə malikdir.
QC10
Maliyyə məlumatının proqnozverici və təsdiqedici dəyəri qarşılıqlı əlaqəlidir. Proqnozverici dəyərə malik
məlumat adətən həm də təsdiqedici dəyərə malikdir. Məsələn, gələcək illərin gəlirini proqnozlaşdırmaq üçün
əsas kimi istifadə oluna bilən cari ilin gəliri barədə məlumat, həm də, keçmiş illərdə cari ilin gəliri üçün
edilmiş proqnozlarla müqayisə edilə bilər. Bu müqayisələrin nəticələri istifadəçiyə həmin əvvəlki proqnozları
etmək üçün istifadə etdiyi prosesləri düzəltməyə və təkmilləşdirməyə kömək edə bilər.
3
Bu Kons
eptual Əsaslarda,
keyfiyyət xüsusiyyətləri və
məhdudiyyət terminləri, faydalı maliyyə məlumatı üzrə keyfiyyət
xüsusiyyətləri və məhdudiyyətə aid edilir.