53
də axtarıb tapırıq. Özümüzə kənardan baxa bilirik və anlayırıq
1
”.
İlk baxışdan çox sadə görünən bu mülahizə ilə L.Vıqotski
dərketmə də daxil olmaqla bütün yüksək psixoloji funksiyaların
sosial təbiətini
ön plana çəkir və göstərir ki, “bütün yüksək psixoloji
fəaliyyətlər əvvəlcə xüsusi formaya malik psixoloji əməkdaşlıq
şəklində mövcud olmuş və daha sonra fərdi davranış formasına
çevrilmişdir
2
“.
§1.11.9. Dili də yüksək psixoloji fəaliyyətlərdən biri hesab
edən L.Vıqotski qeyd edir ki, dil iki funksiya yerinə yetirir: “birincisi,
ayrı-ayrı insanların təcrübəsini və fəaliyyətini koordinasiya edən
sosial vasitə kimi, ikincisi, düşünənin aləti kimi çıxış edir. Biz hər
zaman hansısa bir dildə düşünürük
3
“.
Doğrudur, biz düşünmə prosesinin filoloji mənada, yəni hər
hansı bir xalqın dili kimi dil vasitəsilə həyata
keçirilməsi fikrini qəbul
etmirik. Biz dərketmə prosesinin növlərindən (sinktual dərketmə) və
ya tərkib hissələrindən, daha doğrusu, onun fazalarından biri olan
düşünmə (xatırlama) prosesinin işarə, simvol, obraz və kodlarla
reallaşması fikrini irəli sürmüşük
4
və indi də bu fikirdəyik ki,
düşünmə və ya düşünərək dərk etmə prosesi nitq və ya dildən daha
tutumlu olan intellekt obrazı və ya kodları vasitəsilə həyata keçirilir
5
.
Bu səbəbdən L.Vıqotskinin “daxili nitqin xarici nitqə keçidi, yəni
nitqin yeni strukturda qurulması –
tamamilə bəsit, özünəməxsus
sintaksis, daxili nitqə məxsus məna və səs quruluşunun xarici nitqə
məxsus digər struktur formalarına keçməsi ilə reallaşır
6
“ fikrini belə
bir şərt daxilində qəbul edirik ki, son məqsədin məhz nitq yaratmaq
və ya nə isə söyləmək olduğu hallarda fikir birinci və ikinci intellekt
obrazlarının qarışıq kombinasiyası şəklində formalaşır, səslənmə və
ya yazılma anında okkazional nitq ehtiyacına uyğun olaraq tam şəkil-
1
Выготский Л.С. Психология, Апрель Пресс, “Эксмо-пресс”, Москва, 2000, с. 198.
2
Yenə orada, s. 866.
3
Yenə orada, s. 765
4
Əsgərov M.B. Dərketmə və onun fazaları. Tədqiqlər. Bakı, 2003, N 4, s. 37-39
5
Əsgərov M.B. Dilin psixolinqvistik mahiyyəti. Tədqiqlər. Bakı, 2004, N 2, s. 60-64.
6
Vıqotski L.S. Göstərilən əsəri, s. 375.
54
də ikinci intellekt obrazlarına transformasiya olunaraq nitqə çevrilir.
Əslində, L.Vıqotski də
“daxili nitqin qanunu belədir ki, hər zaman
mübtəda buraxılır”
1
və ya
“daxili nitqə təxminən sözsüz nitq də de-
mək olar
2
” kimi fikirlərlə daxili nitqin və ya düşünmənin dildən,
sözdən fərqli vahidlərlə həyata keçirildiyini etiraf edir.
L.Vıqotskinin
“bütün sözlər əvvəlcə ilkin əşya və ya hərəkət
mənası ilə doğulur, sonradan bu bağlılıq tədricən yox olur, etimoloji
araşdırmalar da bunun sübutudur
3
” deməsi və fikrini əsaslandırmaq
üçün əksər dilçilərin həmişə örnək gətirdiyi “çernila” (mürəkkəb)
sözü ilə bağlı nümunə verməsi, mahiyyət etibarilə hər cür idrak
prosesinin, o cümlədən dərketmənin əsasında birinci intellekt obrazı-
nın dayanması və öyrənilən hər yeni dil ilə bağlı kommunikantın
şüurunda müvafiq ikinci intellekt obrazlarının yaranması fikrini bir-
başa olmasa da, dolayısı ilə təsdiq edir.
§1.11.10. “Nitqin məna tərəfi tamdan hissəyə, cümlədən sözə
doğru, nitqin xarici
tərəfi isə hissədən tama doğru, sözdən cümləyə
doğru inkişaf edir”
4
deyən L.Vıqotski, dolayısı ilə, bir tərəfdən aktiv
kommunikantın şüurunda gerçəklik elementinə ekvivalent olan
birinci intellekt obrazları şəklində formalaşmış vahid fikrin nitq
prosesində müstəqil gerçəklik elementləri kimi qəbul edilmiş ikinci
intellekt obrazları şəklində sıralanmasını
5
, digər tərəfdən isə ikinci
intellekt obrazları şəklində sıralanmış nitqin köməyi ilə passiv
kommunikantın şüurunda gerçəklik elementinə ekvivalent olan
birinci intellekt obrazlarının vahid fikir formalaşdırdığını
6
bir növ
etiraf edir. Təbii ki, “L.Vıqotski qeyd edilən mövqeyi məqsədyönlü
və ya şüurlu şəkildə etiraf edir” demək düzgün olmazdı.
Çünki o öz
mövqeyinin nitqi reaksiyalar sistemi hesab edən behavioristlərin və
1
Выготский Л.С.Психология, изд. Апрель Пресс, “Эксмо-пресс”, Москва, 2000, с 364.
2
Yenə orada s. 368.
3
Yenə orada s. 197.
4
Yenə orada s. 470.
5
Əsgərov M.B. Ümumi dərketmə prosesində sinktual dərketmənin rolu (psixolinqvistik araşdırma).
Tədqiqlər. Bakı, 2004, N 1, s. 16-19.
6
Əsgərov M.B. Dilin psixolinqvistik mahiyyəti. Tədqiqlər. Bakı, 2004, N 2, s. 60-64
55
ya subyektin öz daxili dünyasını anlaması üçün yol hesab edən
obyektivist psixoloqların mövqeyindən əsaslı şəkildə fərqləndiyini
qeyd edərək yazır:“
Nitq uşağa öz davranışlarını yenidən qurmağa
kömək edən yardımçı simvol-vasitələr sistemidir
1
“.
L.Vıqotskinin bu mövqeyi behavioristlərin və obyektivist
psixoloqların mövqeyinə nisbətən daha mütərəqqi, daha qabaqcıl
mövqe, psixoloji tədqiqatlar istiqamətində irəliyə doğru atılmış
cəsarətli addımdır. Amma istənilən halda, L.Vıqotskinin sözə həd-
dindən artıq dəyər verməsi və “yüksək psixoloji funksiyaların yerinə
yetirilməsində nitqin müstəsna rol oynaması” ilə bağlı fikirləri onu
sələflərindən və bu ideyaların əsl mahiyyətini anlaya bilməyən “da-
vamçılarından” belə çox-çox irəliyə aparsa da, tədqiqatçı alimin tam
elmi gerçəyə qovuşmasına mane olmuşdur.
“İnkişafın başlanğıcında
iş dursa da, onun sonunda işə çevrilmiş söz dayanır
2
“
deyən tədqi-
qatçı dilin dərketmə və təfəkkür prosesindəki rolunun illüstrativ və
transformativ mahiyyətini qəbul etməmiş və ya anlaya bilməmişdir
3
.
L.Vıqotskidən fərqli olaraq, biz dilin dərketmə və təfəkkür
prosesindəki illüstrativ və transformativ rolunu qeyd etməklə, mahiy-
yət baxımından nitqi sinktual dərketmə nəticəsində gerçəklik elemen-
ti və birinci intellekt obrazına ekvivalent olaraq yaranan, kommuni-
kant tərəfindən müstəqil gerçəklik elementləri kimi dərk edilən dil
struktur vahidlərinin danışıq anındakı məqsədə (və ya okkazional
nitq ehtiyacına) uyğun şəkildə sıralanması hesab edirik.
Ç.Osqud, N.Xomski və onların psixolinqvistikası L.Vıqotski-
nin tədqiqatlarından sonrakı dövrə aid olsa da, onların
fikirlərini
L.Vıqotskinin fikirlərindən daha qabaqcıl, irəliyə doğru atılmış addım
hesab etmək ədalətsizlik olardı. Onların fikirlərini geriyə addım da
adlandıra bilmərik. Yalnız bunu deməklə kifayətlənək ki, əgər onlar
L.Vıqotskinin əsərləri ilə tanış olsaydılar, öz əsərlərini bu şəkildə
yazmazdılar və ya bu əsərləri ümumiyyətlə yazmazdlar.
1
Выготский Л.С. Психология. изд. Апрель Пресс, “Эксмо-пресс”, Москва, 2000, с. 884.
2
Yenə orada s. 891.
3
Bax: Əsgərov M.B. Dilin psixolinqvistik mahiyyəti.Tədqiqlər.Bakı,2004, N 2, s. 60-64
56
§ 1.12. Ç.Osqudun assosiativ psixolinqvistikası
Klassik və neobehaviorizm ideyalarından çıxış edən Ç.Osqud
özünün assosiativ psixolinqvistikasını yaradarkən, nitq fəaliyyətinin
təsvirində xarici faktorların analizinə əsaslanan və stimul-reaksiya
zəncirindən ibarət olan birpilləli modellə yanaşı, stimul və reaksiya-
ları bir-biri ilə bağlayan daxili, gizli və müşahidə olunmayan psixi
proseslərin ikipilləli, hətta üçpilləli modellərindən də istifadə edir.
Bununla belə, mürəkkəbləşdirilmiş bu modellər, A.Leontye-
vin
fikrincə, prinsip etibarilə heç nəyi dəyişmir, bunlar öz məqsədinə
can atan insanın aktiv fəaliyyəti yox, ətraf mühitə adaptasiya olunma-
ğa çalışan insanın ətraf aləmin təsirlərinə göstərdiyi reaksiyalardır
1
.
Osqudun “Psixolinqvistika” kitabının 1965-ci il nəşrinin qısa
xülasəsini verən A.Leontyev göstərir ki, bu kitabda əsasən aşağıdakı
məsələlər nəzərdən keçirilir:
1.
Dilin və nitq fəaliyyətinin təbiəti, nitqin öyrənilməsi üçün
əsas mövqelər;
2.
Nitq fəaliyyətinin quruluşu və ya ierarxiyası (səviyyələr,
vahidlər və s.);
3.
”Növbəlilik psixolinqvistikası” - nitq fəaliyyətinin statistik
quruluşu;
4.
Mənanın psixolinqvistik problemləri (onun təbiəti, “ölçüləri”,
semantik kodlaşdırma, verbal assosasiya problemləri);
5.
Nitq fəaliyyətinin qeyri-dil şərtləri problemi (motivləşmə
şərtləri, dil və mədəniyyət və s.).
Cümlənin quruluşunu şərh etmək üçün istifadə olunan S→R
sxemi onu
(cümləni – M.Ə) yanız bir-birinə bağlanmış reaksiyalar
zənciri kimi izah etməyə imkan verir. Dili mənimsəmə vərdişlərinin
yaranması isə tədris prosesi kimi izah olunur və bu prosesin əsasında
uşaq tərəfindən böyüklərin işlətdiyi hər
bir birləşmə və cümlənin
əzbərləndiyi iddia olunur
2
.
1
Леонтьев А.А. Психолингвистика, Москва, “Наука”, 1967, с. 20-35.
2
Тарасов Е.Ф. Тенденции развития психолингвистики. Москва«Наука», 1987, с 44.