Zeynəddin Şabanov
26
Sosial tərəfdaşlıq - sosial birlik əsasında, hakimiyyətin
məqsəd və fəaliyyətinə ic-
timai yardımın genişləndirilməsi əsasında səmərəli dövlətə doğru ideologiyadır (7, s.
253). Sosial tərəfdaşlıq ideyası geniş xalq kütlələrinə, təbəqələrinə doğmadır, yaxındır
və onların maraqlarını ifadə edir. O, hakimiyyət və xalqın birliyindən, sosial-ədalətli
qurucu, yaradıcı cəmiyyət quruluşu, maddi və mənəvinin vəhdətinin zəruriliyindən
yaranır.
Dövləti, sahibkarları və xalqı birləşdirən, onların birgə gücünü
səfərbər edən və
gücləndirən sosial tərəfdaşlıq ideologiyasının mexanizmi əsas məqsədə çatmaq baxı-
mından aşağıdakı kimi görünür:
- cəmiyyətə münasibətdə dövlət hakimiyyət və ictimai yardımın legitimliyi əvəzinə
əldə etdiyi sosial təminata görə öz üzərinə dərk olunmuş məsuliyyət götürür;
- sahibkarlığa münasibətdə dövlət mülkiyyət hüququna, əlverişli sahibkarlıq mühi-
tinə təminat verir, yardıma əvəz olaraq xarici aləmdə milli biznesin inkişafına kömək
edir, dövlətin norma və qaydalarına ciddi riayət olunmasını təmin edir;
- cəmiyyət və kapital arasında balans sahibkarların məqsədləri, maraqları və fəa-
liyyətlərinə ictimai yardım edərək onların sosial məsuliyyətli davranışlarının prinsipi
əsasında qurulur (5, s.162).
Sosial tərəfdaşlığın uğurları bir çox şərtlərlə müəyyən edilir.
Lakin elə şərtlər var ki,
sosial tərəfdaşlıq onlar olmadan sadəcə olaraq işləmir. Sosial tərəfdaşlığın üç sahəsinin
mühüm iştirakçılarından biri - könüllü ictimai birliklərin, xeyriyyəçi və digər təşkilat-
ların məcmusu olan vətəndaş cəmiyyəti təsisatıdır.
Könüllü birliklərdə iştirak yalnız özəl maraqlar məsələsi deyil, həm də arzu və im-
kanların özünü reallaşdırmasıdır. Bu, şəxsiyyət və dövlətin münasibətləri məsələsidir.
Hüquq və azadlıqlardan istifadə edərək vətəndaşlar
eyni zamanda öz üzərinə məsu-
liyyət götürür və öz hüquqlarının, o cümlədən sosial hüquqlarının müdafi əsinə görə
vəzifələr yerinə yetirirlər. Məsuliyyətlə səs vermək üçün vətəndaşları cəmiyyət qarşı-
sında duran ən mühüm problemlər haqqında məlumatlandırmaq lazımdır. Bu problem-
lərin sosial tərəfdaşlıq dövləti və kapital tərəfi ndən təqdim edilməsi və formulə edil-
məsi üçün bir çox məsuliyyətləri məhz ictimai birliklər öz üzərinə götürür (6, s.254).
Onların işlərində iştirak edərək vətəndaşlar özlərinin (və digərlərinin) məlumatlandı-
rılmasına görə məsuliyyət daşıyır, digər nöqteyi-nəzərlərə münasibətdə dözümlü ol-
maq vəzifəsini yerinə yetirirlər. Bu səmərəli vətəndaş fenomeni sosial tərəfdaşlığın
hərəkətverici qüvvəsidir.
Kapitalın sosial tərəfdaşlığın üçbucaqlı sahəsində iştirakının müasir anlamı xey-
riyyəçiliyə müncər edilmir. Sahibkarların bu gün sosial problemlərin həllində iştirakı
belə məsrəfl ərin iqtisadi məqsədəuyğunluğudur. İnsan kapitalına, şəhərlərin, nəqliyyat
kommunikasiyalarının və rabitənin strukturuna investisiya qoymaqla sahibkar kifayət
qədər gəlir əldə edir.
Cəmiyyətin stabilliyində sosial tərəfdaşlığın əhəmiyyəti
27
Dövlətin vəzifəsi bu fəaliyyətin inkişafı üçün iqtisadi və hüquqi stimul yaratmaqdır.
Həmkarlar və ictimai ittifaqların vəzifəsi kapitalı mühüm, zəruri sosial problemlərin
həllinə cəlb etmək və dövləti əməkdaşlığın vəziyyəti haqqında məlumatlandırmaqdır.
Xarici ədəbiyyatda bu hadisənin öyrənilməsinin üsulları və metodları ümumiləşdi-
rilmiş, işlənib hazırlanmış, inkişaf etmiş ölkələrdə sosial iştirakın xarakteri haqqında
proqnozlar irəli sürülmüşdür.
“İştirak” anlayışını ən universal şəkildə Amerika alimi
Corc Nagel müəyyənləşdir-
mişdir. Onun fi krincə, iştirak - “hər hansı siyasi sistemin sıravi üzvlərinin vasitəsilə
fəaliyyətə təsir etdikləri və yaxud təsir etməyə cəhd etdikləri hərəkətdir” (11, s.216).
İştirakın bu konsepsiyası, siyasətə fəal daxilolma kimi, siyasi həyata psixoloji daxil
olmaya qarşı qoyulur. Bu konsepsiya X.Makkloskiyə məxsusdur. O yazır: “... iştirak
siyasi həyat proseslərinə daxil olma hissləridir” (11, s.217).
Bir sıra tədqiqatlarda konstitusiya, demokratiya əsasında
qoyulmuş vətəndaş cə-
miyyətinin prinsiplərindən biri kimi başa düşülən “vətəndaş iştirakı” anlayışı da nəzər-
dən keçirilir. Vətəndaş iştirakı ideyası idarəetməyə idarə olunanların daxil edilməsini
(siyasi, sosial-iqtisadi, mədəni proqram və layihələrin müzakirəsi və işlənib hazırlan-
masında), qərar qəbul etməyə və “aşağı” (yerli) səviyyədə onların icrasına nəzarəti
irəli sürür.
Sosial iştirak – vətəndaşların dövlət proqramlarının həyata keçirilməsinə, sosial
gərginliyin azaldılmasına, münaqişəni aradan qaldırmaq məqsədilə cəmiyyət qarşı-
sında duran problemlərin həllinə cəlb olunmasıdır. İctimaiyyətin,
dövlət hakimiyyə-
ti orqanlarının qarşılıqlı təsirinin əsasında əhali, xalq seçiciləri və icra hakimiyyəti
orqanları arasında işgüzar tərəfdaşlığı və əməkdaşlığı tələb edən kollektiv məsuliyyət
durur. Bu qarşılıqlı təsirin əsas məqsədi – vətəndaş şüurunun inkişaf etdirilməsi və
əlverişli ictimai-siyasi mühitin yaradılmasıdır.
Rusiya elmi ədəbiyyatında sosial iştirak məsələsi ilə bağlı D.Qonçarova və İ.Qop-
tarevanın monoqrafi yaları fərqlənir. Onlar təsdiq edirlər ki, iştirak elə instrumental
fəallıqdır ki, onun vasitəsilə vətəndaş hökumətə onun fəaliyyəti
üçün arzu olunanlarla
təsir etməyə cəhd edir. İştirakı təşkil edən fəaliyyətə bu müəllifl ər səsverməni, nüma-
yişlərdə, mitinqlərdə, piketlərdə və s. də iştirak etməni, pul-üzvlük haqlarının veril-
məsini, məktubların yazılmasını, etirazları, siyasi və vəzifəli şəxslərlə şəxsi əlaqələrə
girilməni, müxtəlif təşkilatlara üzv olmanı, yerli səviyyədə vətəndaş təşəbbüslərinin
irəli sürülməsini aid edirlər.
İştirak bir tərəfdən siyasi qərarların qəbul edilməsi prosesinə təsir kimi, digər tərəf-
dən dövlət idarəetmə orqanları tərəfi ndən qəbul edilən praktik proqramların
həyata ke-
çirilməsinin gedişinə və xarakterinə təsir kimi nəzərdən keçirilir. Bu zaman müəllifl ər
“siyasi” və “instrumental” iştirak anlayışlarını fərqləndirirlər. Birinci, iştirak dedikdə,
həmişə instrumental şərhə məruz qalmayan az-çox kortəbii fəallığın təzahürü başa