Prezident İlham Əliyevin sədrliyi ilə
Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda
duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir
2012-ci il Azərbaycan iqtisadiyyatı
üçün çox uğurlu il olacaqdır. Altı ayın
yekunları bunu bir daha təsdiqləyir.
Azərbaycan Prezidenti İlham Əliyev
Nazirlər Kabinetinin 2012-ci ilin birinci
yarısının sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr edilmiş iclasındakı giriş sözündə
belə vurğulamışdır. İyulun 11-də keçi -
rilmiş iclasda dövlətimizin başçısı bil -
dirmişdir ki, altı ayda ölkə iqtisadiyyatı
uğurla inkişaf etmiş və qarşıda duran
bütün vəzifələr icra olunmuşdur. Ümumi
daxili məhsul 1,5 faiz artmışdır.
“Bu rəqəm əvvəlki dövrlərlə müqa -
yisədə o qədər də böyük rəqəm deyildir.
Ancaq ölkəmizin ümumi iqtisadiyyatı
artdıqca hər bir faizin daha da böyük
qiyməti və dəyəri vardır. Onu qeyd edə
bilərəm ki, iqtisadiyyatın hər bir faizi
təxminən 700 milyon dollara bərabərdir
və iqtisadiy yatımızın 1,5 faiz artımı onu
göstərir ki, keçən ilin müvafiq dövrü ilə
müqayisədə ölkədə 1 milyard dollar
dəyərində çox məhsul istehsal edil -
mişdir”, - deyən Prezident İlham Əliyev
altı ayda qeyri-neft iqtisadiyyatımızın
11,3 faiz artmasını se vin dirici hal kimi
səciyyələndirmiş, bunun dünya miq -
yasında ən yüksək göstərici olduğunu
söyləmişdir.
Ümumilikdə iqtisadiyyatın cəmi 1,5
faiz artmasının neft hasilatında müəy yən
dərəcədə azalma müşahidə edilməsi ilə
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
7
RƏSMİ
RƏSMİ
7
bağlı olduğunu qeyd edən dövlətimizin
başçısı demişdir ki, biz bundan sonrakı
illərdə də əsas diqqətimizi qeyri-neft
iqtisadiyyatımızın inkişafına yönəldə -
cəyik və ilin altı ayının yekunları Azər-
baycanda aparılan islahatların məntiqi
nəticəsidir. “Sənaye istehsalının ümumi
həcmi 3 faiz azalmışdır. Bunun da səbəbi
neft hasilatının aşağı düşməsi olmuşdur.
Ancaq qeyri-neft sənayemizin inkişafı
8,3 faiz səviyyəsindədir. Bu da son illər
ərzində sənayeləşmə proqramının icra -
sının nəticəsidir. Ölkəmizin müxtəlif
bölgələrində, Bakı şəhərində yeni böyük
və kiçik müəssisələr işə düşür, yeni iş
yerləri açılır. Beləliklə, sənayeləşmə pro-
qramı uğurla icra edilir. Növbəti illərdə
bu məsələyə daim diqqət göstəriləcəkdir.
Bu il və gələn illərdə yeni sənaye müəs-
sisələrinin işə düşməsi qeyri-neft sekto-
rumuzu daha da gücləndirəcəkdir”, -
deyə ölkə rəhbəri bildirmişdir.
Keçən illə müqayisədə ölkə iqtisadiy -
yatına qoyulan investisiyaların həcminin
30 faiz artdığını diqqətə çatdıran dövlət
başçısı ilin sonuna qədər investiyaların
ümumi məbləğinin 18-19 milyard dol-
lara çatacağı ehtimalını irəli sürmüş və
de mişdir: “Bu da əhalisi o qədər çox ol-
mayan Azərbaycan kimi ölkə üçün
böyük rəqəmdir. Nəzərə alsaq ki, hər il
10 milyard dollardan az olmayaraq in-
vestisiyalar qoyulur, növbəti illərdə ölkə
qarşısında duran bütün infrastruktur və
sosial məsələlər öz həllini tapacaqdır”.
Makroiqtisadi vəziyyətin sabit oldu -
ğunu, inflyasiyanın cəmi 2,2 faiz təşkil
etdiyini, əhalinin pul gəlirlərinin 14,2
faiz artdığını qeyd edən Prezident İlham
Əliyev inflyasiya ilə əhalinin pul gəlir-
ləri arasında 12 faiz fərq olduğunu və
bunun da real gəlirlərin nə qədər yüksək
templərlə artmasına dəlalət etdiyini
diqqətə çatdırmışdır.
Bu ilin altı ayında kənd təsərrüfatının
10,4 faiz artmasını son illər üçün rekord
göstərici kimi səciyyələndirən dövlət
başçısı belə bir göstəricini gözlənilən
olduğunu vurğulamış və demişdir ki,
son müddət ərzində kənd təsərrüfatının
inkişafına göstərilən diqqət, qoyulan in-
vestisiyalar, aparılan islahatlar məhsul-
darlığı artırır. Dövriyyəyə buraxılan və
buraxılacaq yeni əkin sahələri əlbəttə ki,
gələcək illərdə də kənd təsərrüfatının
inkişafına daha da böyük təkan verə -
cəkdir.
İlin ikinci rübündə də ölkəmizin təbii
fəlakətlə üzləşdiyini təəssüflə bildirən
Prezident İlham Əliyev demişdir:
“Şimal-qərb bölgəsində güclü zəlzələ
baş vermişdir, minlərlə ev uçub dağıl -
mışdır, yararsız vəziyyətə düşmüşdür,
məktəblər, tibb ocaqları, sosial infra-
struktur dağıl mışdır. Ancaq operativ təd-
birlərin görül məsi nəticəsində bu böyük
zəlzələ nin fəsadları aradan qaldırılır.
Ope rativ qaydada ehtiyat fondundan və
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
8
Ölkəmizin ümumi iqtisadiyyatı artdıqca
hər bir faizin daha da böyük qiyməti və
dəyəri vardır. Onu qeyd edə bilərəm ki,
iqtisadiyyatın hər bir faizi təxminən
700 milyon dollara bərabərdir və
iqtisadiy yatımızın 1,5 faiz artımı onu
göstərir ki, keçən ilin müvafiq dövrü ilə
müqayisədə ölkədə 1 milyard dollar
dəyərində çox məhsul istehsal edilmişdir.
dövlət büdcəsindən əlavə vəsaitin ayrıl-
ması mə sə lələri də öz həllini tapmışdır.
Mən zəlzələ bölgəsində vəziyyətlə tanış
olarkən sakinlərə bildirdim ki, qısa müd-
dət ərzində onlar üçün daha da gözəl
evlər tikiləcək, bütün sosial infrastruktur
yenilənəcək, tikiləcək və onların yaşayış
şəraiti daha da yaxşı olacaqdır.
Yəni, birinci dəfə deyil ki, biz təbii
fəlakətlərlə üzləşirik. İki il əvvəl böyük
daşqına məruz qaldıq. O, sınaqdan da
şərəflə çıxdıq. Minlərlə ev tikilmişdir,
kompensasiya ödənilmişdir və bu proses
hələ də davam edir. Əlavə vəsaitin ayrıl-
masına da biz müsbət baxdıq. Zəlzələ
bölgəsində də eyni yanaşma tətbiq ol-
undu. Çünki ilk növbədə, biz Azər -
baycan vətəndaşlarının normal, rahat
yaşa masına çalışmalıyıq və bütün evlər
dövlət hesabına yenidən tikiləcəkdir”.
İnkişaf etmiş ölkələrdə təbii fəlakət
zamanı dövlətin öz üzərinə maliyyə
öhdəliyi götürmədiyini, kompensasi -
yaların sığorta şirkətləri tərəfindən
ödənildiyini qeyd edən Prezident İlham
Əliyev bizdə də sığorta sisteminə keçidi
daha da sürətləndirməyin vacibliyindən
danışmış və demişdir: “Amma hələ ki,
bu, mümkün deyildir. Dövlət bu vəzifəni
öz üzərinə götürür. Onu da deyə bilərəm
ki, dünyada çox nadir hallarda belə
məsələyə rast gəlmək olar ki, dövlət
bütün maliyyə texniki yükünü tamamilə,
yəni 100 faiz öz üzərinə götürür. Ancaq
bu, bizim siyasətimizin əsas istiqa -
mətlərindən biridir. Bizim siyasətimizin
mərkəzində Azərbaycan vətəndaşı da -
yanır”.
Dövlətimizin başçısı Bakıda və böl-
gələrdə sosial-iqtisadi inkişaf proqram-
larının icrası barədə də söz açmış, gö -
rülmüş işləri müsbət qiymətləndir mişdir.
Ötən dövr ərzində, yəni ilin 6 ayında 46
min yeni iş yerinin açıldığını, onlardan
37 mininin daimi iş yeri olduğunu
vurğulayan Prezident İlham Əliyev,
demək olar ki, ölkəmizdə hər həftə yeni
müəssisə, yeni fabrik və yeni zavod tik-
ildiyini, insanların məşğulluğu artdığını
vurğulayaraq, əmək bazarına nəzarət
daha da gücləndirilməsinin zəruriliyini
bil dirmiş və demişdir: “Əfsuslar olsun
ki, Azərbaycanda hələ də bu sahədə
dəqiq sistem tətbiq edilməyibdir. Gizli
məşğulluq halları kifayət qədər çoxdur,
xarici miqrantların ölkəmizə qanunsuz
gəlməsi və qanunsuz fəaliyyət göstər-
məsi halları aşkarlanır və bu meyillər
güclənir. Bu da təbiidir. Çünki xüsusilə
son 4 il ərzində Avropada iqtisadi-
maliyyə böhranı davam edir, Azərbaycan
nadir inkişaf templərini nümayiş etdirir.
Əlbəttə ki, buraya gəlmək, işləmək
istəyənlərin sayı artır, Dövlət Miqrasiya
Xidməti bütün lazımi tədbirləri görür. Bu
tədbirlər daha da səmərəli olmalıdır ki,
biz ilk növbədə, Azərbaycan vətən-
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
9
Keçən illə müqayisədə ölkə
iqtisadiyyatına qoyulan investisiyalar
30 faiz artmışdır. Əgər biz ilin sonuna
qədər bu templə işləsək və mən hesab
edirəm ki, temp daha da yüksək
olmalıdır, - təqribən 18, bəlkə də
19 milyard dollar investisiyaya çatacağıq.
Bu da əhalisi o qədər çox olmayan
Azərbaycan kimi ölkə üçün
böyük rəqəmdir.
Dostları ilə paylaş: |