İşçi heyəti: Redaksiya heyəti: Vahid Axundov (iqtisad elmləri doktoru, professor), Ziyad Səmədzadə


Prezident İlham Əliyevin sədrliyi ilə



Yüklə 4,23 Kb.
Pdf görüntüsü
səhifə3/88
tarix17.01.2018
ölçüsü4,23 Kb.
#21173
1   2   3   4   5   6   7   8   9   ...   88

Prezident İlham Əliyevin sədrliyi ilə 
Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda
duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir
2012-ci  il Azərbaycan  iqtisadiyyatı
üçün çox uğurlu il olacaqdır. Altı ayın
yekunları  bunu  bir  daha  təsdiqləyir.
Azərbaycan  Prezidenti  İlham  Əliyev
Nazirlər Kabinetinin 2012-ci ilin birinci
yarısının  sosial-iqtisadi  inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr  edilmiş  iclasındakı  giriş  sözündə
belə vurğulamışdır.  İyulun 11-də keçi -
rilmiş iclasda dövlətimizin başçısı bil -
dirmişdir ki, altı ayda ölkə iqtisadiyyatı
uğurla  inkişaf  etmiş  və  qarşıda  duran
bütün vəzifələr icra olunmuşdur. Ümumi
daxili məhsul 1,5 faiz artmışdır. 
“Bu rəqəm əvvəlki dövrlərlə müqa -
yisədə o qədər də böyük rəqəm deyildir.
Ancaq  ölkəmizin  ümumi  iqtisadiyyatı
artdıqca  hər  bir  faizin  daha  da  böyük
qiyməti və dəyəri vardır. Onu qeyd edə
bilərəm  ki,  iqtisadiyyatın  hər  bir  faizi
təxminən 700 milyon dollara bərabərdir
və iqtisadiy yatımızın 1,5 faiz artımı onu
göstərir ki, keçən ilin müvafiq dövrü ilə
müqayisədə  ölkədə  1  milyard  dollar
dəyərində  çox  məhsul  istehsal  edil -
mişdir”, -  deyən Prezident İlham Əliyev
altı  ayda qeyri-neft iqtisadiyyatımızın
11,3 faiz artmasını se vin dirici hal kimi
səciyyələndirmiş,  bunun  dünya  miq -
yasında  ən  yüksək  göstərici  olduğunu
söyləmişdir.
Ümumilikdə iqtisadiyyatın cəmi 1,5
faiz artmasının neft hasilatında müəy yən
dərəcədə azalma müşahidə edilməsi ilə
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
7
RƏSMİ
RƏSMİ
7


bağlı olduğunu qeyd edən dövlətimizin
başçısı demişdir ki, biz bundan sonrakı
illərdə  də  əsas  diqqətimizi  qeyri-neft
iqtisadiyyatımızın  inkişafına  yönəldə -
cəyik və ilin altı ayının yekunları Azər-
baycanda  aparılan  islahatların  məntiqi
nəticəsidir. “Sənaye istehsalının ümumi
həcmi 3 faiz azalmışdır. Bunun da səbəbi
neft hasilatının aşağı düşməsi olmuşdur.
Ancaq  qeyri-neft  sənayemizin  inkişafı
8,3 faiz səviyyəsindədir. Bu da son illər
ərzində sənayeləşmə proqramının icra -
sının  nəticəsidir.  Ölkəmizin  müxtəlif
bölgələrində, Bakı şəhərində yeni böyük
və kiçik müəssisələr işə düşür, yeni iş
yerləri açılır. Beləliklə, sənayeləşmə pro-
qramı uğurla icra edilir. Növbəti illərdə
bu məsələyə daim diqqət göstəriləcəkdir.
Bu il və gələn illərdə yeni sənaye müəs-
sisələrinin işə düşməsi qeyri-neft sekto-
rumuzu  daha  da  gücləndirəcəkdir”,  -
deyə ölkə rəhbəri bildirmişdir.
Keçən illə müqayisədə ölkə iqtisadiy -
yatına qoyulan investisiyaların həcminin
30 faiz artdığını diqqətə çatdıran dövlət
başçısı ilin sonuna qədər investiyaların
ümumi məbləğinin 18-19 milyard dol-
lara çatacağı ehtimalını irəli sürmüş və
de mişdir: “Bu da əhalisi o qədər çox ol-
mayan  Azərbaycan  kimi  ölkə  üçün
böyük rəqəmdir. Nəzərə alsaq ki, hər il
10 milyard dollardan az olmayaraq in-
vestisiyalar qoyulur, növbəti illərdə ölkə
qarşısında duran bütün infrastruktur və
sosial məsələlər öz həllini tapacaqdır”. 
Makroiqtisadi vəziyyətin sabit oldu -
ğunu, inflyasiyanın cəmi 2,2 faiz təşkil
etdiyini,  əhalinin  pul  gəlirlərinin  14,2
faiz artdığını qeyd edən Prezident İlham
Əliyev inflyasiya ilə əhalinin pul gəlir-
ləri  arasında  12  faiz  fərq  olduğunu  və
bunun da real gəlirlərin nə qədər yüksək
templərlə  artmasına  dəlalət  etdiyini
diqqətə çatdırmışdır.
Bu ilin altı ayında kənd təsərrüfatının
10,4 faiz artmasını son illər üçün rekord
göstərici  kimi  səciyyələndirən  dövlət
başçısı  belə  bir  göstəricini  gözlənilən
olduğunu  vurğulamış  və  demişdir  ki,
son müddət ərzində kənd təsərrüfatının
inkişafına göstərilən diqqət, qoyulan in-
vestisiyalar, aparılan islahatlar məhsul-
darlığı artırır. Dövriyyəyə buraxılan və
buraxılacaq yeni əkin sahələri əlbəttə ki,
gələcək  illərdə  də  kənd  təsərrüfatının
inkişafına  daha  da  böyük  təkan  verə -
cəkdir. 
İlin ikinci rübündə də ölkəmizin təbii
fəlakətlə  üzləşdiyini  təəssüflə  bildirən
Prezident  İlham  Əliyev  demişdir:
“Şimal-qərb  bölgəsində  güclü  zəlzələ
baş vermişdir, minlərlə ev uçub dağıl -
mışdır,  yararsız  vəziyyətə  düşmüşdür,
məktəblər,  tibb  ocaqları,  sosial  infra-
struktur dağıl mışdır. Ancaq operativ təd-
birlərin görül məsi nəticəsində bu böyük
zəlzələ nin  fəsadları  aradan  qaldırılır.
Ope rativ qaydada ehtiyat fondundan və
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
8
Ölkəmizin ümumi iqtisadiyyatı artdıqca
hər bir faizin daha da böyük qiyməti və
dəyəri vardır. Onu qeyd edə bilərəm ki,
iqtisadiyyatın hər bir faizi təxminən 
700 milyon dollara bərabərdir və
iqtisadiy yatımızın 1,5 faiz artımı onu
göstərir ki, keçən ilin müvafiq dövrü ilə
müqayisədə ölkədə 1 milyard dollar
dəyərində çox məhsul istehsal edilmişdir.


dövlət büdcəsindən əlavə vəsaitin ayrıl-
ması mə sə lələri də öz həllini tapmışdır.
Mən zəlzələ bölgəsində vəziyyətlə tanış
olarkən sakinlərə bildirdim ki, qısa müd-
dət  ərzində  onlar  üçün  daha  da  gözəl
evlər tikiləcək, bütün sosial infrastruktur
yenilənəcək, tikiləcək və onların yaşayış
şəraiti daha da yaxşı olacaqdır. 
Yəni, birinci dəfə deyil ki, biz təbii
fəlakətlərlə üzləşirik. İki il əvvəl böyük
daşqına  məruz  qaldıq.  O,  sınaqdan  da
şərəflə  çıxdıq.  Minlərlə  ev  tikilmişdir,
kompensasiya ödənilmişdir və bu proses
hələ də davam edir. Əlavə vəsaitin ayrıl-
masına  da  biz  müsbət  baxdıq.  Zəlzələ
bölgəsində də eyni yanaşma tətbiq ol-
undu.  Çünki  ilk  növbədə,  biz  Azər -
baycan  vətəndaşlarının  normal,  rahat
yaşa masına çalışmalıyıq və bütün evlər
dövlət hesabına yenidən tikiləcəkdir”.
İnkişaf etmiş ölkələrdə təbii fəlakət
zamanı  dövlətin  öz  üzərinə  maliyyə
öhdəliyi    götürmədiyini,  kompensasi -
yaların  sığorta  şirkətləri  tərəfindən
ödənildiyini qeyd edən Prezident İlham
Əliyev bizdə də sığorta sisteminə keçidi
daha da sürətləndirməyin vacibliyindən
danışmış və demişdir: “Amma hələ ki,
bu, mümkün deyildir. Dövlət bu vəzifəni
öz üzərinə götürür. Onu da deyə bilərəm
ki,  dünyada  çox  nadir  hallarda  belə
məsələyə  rast  gəlmək  olar  ki,  dövlət
bütün maliyyə texniki yükünü tamamilə,
yəni 100 faiz öz üzərinə götürür. Ancaq
bu,  bizim  siyasətimizin  əsas  istiqa -
mətlərindən biridir. Bizim siyasətimizin
mərkəzində Azərbaycan  vətəndaşı  da -
yanır”.
Dövlətimizin başçısı Bakıda və böl-
gələrdə sosial-iqtisadi inkişaf proqram-
larının icrası barədə də söz açmış, gö -
rülmüş işləri müsbət qiymətləndir mişdir.
Ötən dövr ərzində, yəni ilin 6 ayında 46
min yeni iş yerinin açıldığını, onlardan
37  mininin  daimi  iş  yeri  olduğunu
vurğulayan  Prezident  İlham  Əliyev,
demək olar ki, ölkəmizdə hər həftə yeni
müəssisə, yeni fabrik və yeni zavod tik-
ildiyini, insanların məşğulluğu artdığını
vurğulayaraq,  əmək  bazarına  nəzarət
daha da gücləndirilməsinin zəruriliyini
bil dirmiş və demişdir: “Əfsuslar olsun
ki,  Azərbaycanda  hələ  də  bu  sahədə
dəqiq sistem tətbiq edilməyibdir. Gizli
məşğulluq halları kifayət qədər çoxdur,
xarici miqrantların ölkəmizə qanunsuz
gəlməsi  və  qanunsuz  fəaliyyət  göstər-
məsi halları aşkarlanır  və bu meyillər
güclənir. Bu da təbiidir. Çünki xüsusilə
son  4  il  ərzində  Avropada  iqtisadi-
maliyyə böhranı davam edir, Azərbaycan
nadir inkişaf templərini nümayiş etdirir.
Əlbəttə  ki,  buraya  gəlmək,  işləmək
istəyənlərin sayı artır, Dövlət Miqrasiya
Xidməti bütün lazımi tədbirləri görür. Bu
tədbirlər daha da səmərəli olmalıdır ki,
biz  ilk  növbədə,  Azərbaycan  vətən-
AZƏRBAYCANIN VERGİ JURNALI. 4/2012.
9
Keçən illə müqayisədə ölkə
iqtisadiyyatına qoyulan investisiyalar
30 faiz artmışdır. Əgər biz ilin sonuna
qədər bu templə işləsək və mən hesab
edirəm ki, temp daha da yüksək 
olmalıdır, - təqribən 18, bəlkə də
19 milyard dollar investisiyaya çatacağıq.
Bu da əhalisi o qədər çox olmayan 
Azərbaycan kimi ölkə üçün
böyük rəqəmdir. 


Yüklə 4,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə